Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə37/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   33   34   35   36   37   38   39   40   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

2.
 
"Çəkən" sistem 
− bu istehsalın elə təşkilidir ki, detallar və yarımfabrikatlar 
əvvəlki texnoloji əməliyyatdan sonrakı texnoloji əməliyyata tələb olunan vaxtda 
verilir, buna görə də sərt qrafik olmur. 
Burada mərkəzi idarə sistemi müəssisənin müxtəlif sahələri arasında maddi 
axınların mübadiləsinə qarışmır, onlar üçün cari istehsal tapşırıqları müəyyən 
etmir. Ayrı-ayrı texnoloji bəndin istehsal proqramı sonrakı bəndin sifarişinin 
ölçüsü ilə təyin edilir. Mərkəzi idarə sistemi yalnız istehsal texnoloji zəncirin son 
bəndi qarşısında məsələ qoyur. Sistem aralıq anbarlaşma mərhələsindən yan 
keçərək materialların növbəti istehsal sahəsinə daxil olma vaxtları arasındakı fərqi 
və onların istehlak vaxtını azaltmağı nəzərdə tutur. 
10 ədəd məhsul üçün 
sifariş 
Şəkil 5. İstehsal daxili logistik sistem daxilində material axının 
çəkən idarəetmə sisteminin prinsipial sxemi 
2 №-li 
sex 
Xammal 
anbarı 
10
p
əstah
ü
çü
n
m
ater
ial
10
p
əstah
1
0
d
etal


39 
Praktikada çəkən istehsaldaxili logistik sistemlərə, dünyada ilk dəfə Toyota 
(Yaponiya) firması tərəfindən hazırlanmış və reallaşdırılmış "Kanban" 
(yaponcadan tərcümədə − kartoçka) sistemini aid edirlər. 
Kanban sistemi 
istehsalın ümumi kompüterləşdirməsini tələb etmir, lakin o 
çatdırmaların yüksək intizamını, həmçinin də personalın yüksək məsuliyyətini 
nəzərdə tutur, çünki istehsaldaxili logistik prosesin mərkəzləşmiş nizamlanması 
məhdudlaşdırılır. Kanban sistemi istehsal ehtiyatlarını əhəmiyyətli dərəcədə 
azaltmağa imkan verir. Məsələn, Toyota firmasında bir buraxılan avtomobil hesabı 
ilə detalların ehtiyatları 77 dollar təşkil edir, ABŞ-ın avtomobil firmalarında isə bu 
göstərici təxminən 500 dollara bərabərdir. Kanban sistemi həmçinin dövriyyə 
vasitələrinin dövriyyəsini sürətləndirməyə, buraxılan məhsulun keyfiyyətini 
artırmağa imkan verir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə