Fesil indd



Yüklə 146,43 Kb.

tarix14.09.2018
ölçüsü146,43 Kb.


55

Fəsil 2. 

insan inkişafının ölçülməsi

“Biz yalnız Allaha inanırıq, başqaları isə 

statistik məlumatlar təqdim etməlidir.”

“Statistik tədqiqatın elementləri” kitabından, 2009

  

 

“Ölçülə bilən hər bir şey vacib deyil, 



vacib olan hər bir şey ölçülə bilmir.”

Albert Eynşteyn (1879-1955)



 “İdarəçilik üçün lazım olan ən vacib rəqəmlər 

bilinmir və ya bilinməsi mümkün deyil, lakin uğurlu 

idarəçilik yenə də onları nəzərə almalıdır.”

Vilyam Edvards Deminq (1900-1993), Yaponiyanın iqtisadi 

tərəqqisində böyük rol oynamış nüfuzlu tədqiqatçı-alim

2.1  

insan inkişafı indeksi və onun komponentləri

İnsan  inkişafı  insan  potensialının  reallaşması,  insanların  nə  edə  və  kim 

ola  bilməsi,  öz  həyatlarında  real  seçimlərdən  istifadə  etməkdə  azad  olma-

sı haqqında ideyaları ön plana çəkən prosesdir. Lakin bu proses insan inkişafı 

öhdəliklərinin qəbul edilməsi, strateji və qısamüddətli məqsədlərin və fəaliyyətin 

müəyyənləşdirilməsi və tədbirlərin icrası və koordinasiyası ilə bitmir. İnsan in-

kişafında  irəliləyişlərin  əldə  edilməsi  üçün  həlledici  amil  prosesin  kəmiyyət 

və keyfiyyət indikatorları ilə yaxından izlənməsi, monitorinq edilə bilməsidir. 

İnsanların öz imkanlarından maksimum bəhrələnməsinə maneçilik törədən iq-

tisadi, siyasi, sosial bərabərsizliklərin ünvanlanmasında dövlətin məlumatlı və 

çoxşaxəli fəaliyyətinə dəstək verilməsi baxımından, insan inkişafı səviyyəsinin 

ölçülməsi  metodologiyası  həm  monitorinq,  həm  də  tətbiqi-analitik  məqsədlər 

üçün faydalı instrument sayılır.

Əvvəlki  fəsildə  qeyd  olunduğu  kimi,  XX  əsrin  inkişaf  nəzəriyyələrində 

iqtisadi paradiqma uzun müddət üstünlük təşkil etmişdir. İqtisadi yanaşmanın 

diqtəsi ilə ölkələrdəki inkişafın səviyyəsi çox zaman “monetar ekvivalentlərlə” 

-  adambaşına  düşən  gəlir,  ümumdaxili  məhsulun  həcmi  və  artım  tempi, 

ticarət balansı və sair göstəricilərlə ölçülürdü. İnkişafın yalnız pul vahidlərilə 

ölçülməsinə alternativ kimi 1970-ci illərdə Morris Devid Morrisin təklif etdi-

yi həyatın fiziki keyfiyyəti indeksi körpə ölümü səviyyəsi, böyüklər arasında 




56

savadlılıq  səviyyəsi  və  gözlənilən  ömür  uzunluğu  göstəricilərinə  əsaslanırdı. 

1990-cı ildə nəşr olunmuş birinci İnsan İnkişafı Hesabatı həm daha zəngin in-

kişaf yanaşmasını ifadə edən konsepsiyanı, həm də konsepsiyanın yeni meto-

dologiyasını  –  insan  inkişafı  indeksinin  hesablanması  üsulunu  təqdim  etdi. 

İnsan inkişafı indeksinin yeniliyi onun həm sosial, həm də iqtisadi inkişaf üçün 

istinad çərçivəsi kimi istifadə edilə bilən məcmu statistik göstərici olması idi.

İnsan inkişafına dair ilk hesabatda ömür uzunluğu, təhsil səviyyəsi və gəlir 

göstəricilərini  kompleks  insan  inkişafı  indeksində  (İİİ)  birləşdirərək  inkişafın 

ölçülməsi metodu təklif olundu. Başqa sözlə, İİİ insanlar üçün mühüm olan 3 

parametr üzərində qurulmuşdur:

•  sağlamlıq: uzun və sağlam həyat yaşamaq imkanı;

•  Təhsil: təhsil almaq və bilikli olmaq imkanı; və

•  Gəlir: layiqli həyat səviyyəsi imkanı.

Qeyd etmək lazımdır ki, həm İİİ-nin hesablanma metodu, həm də insan in-

kişafı ilə əlaqədar təklif olunan əlavə indekslər 1990-cı ildən etibarən müəyyən 

təkamül yolu keçmişdir. Məsələn, 2010-cu ilədək insan inkişafı indeksi (1) ömür 

uzunluğu göstəricisi, (2) yaşlı əhali arasında savadlılıq səviyyəsi (üçdə-iki çəki 

ilə) və ümumi qeydiyyat əmsalından (üçdə-bir çəki ilə) ibarət olan təhsil indeksi 

və (3) alıcılıq qabiliyyəti pariteti ilə adambaşına düşən ümumdaxili məhsulun na-

tural loqarifması ilə hesablanırdı. İnsan inkişafı hesabatının 2010-cu il nəşrində 

isə bu metodologiya bir qədər dəyişdirildi. Bundan əlavə, insan inkişafı hesa-

batlarında İİİ ilə yanaşı bir sıra digər əmsallar və indekslər də təklif olunsa da, 

onların istifadəsi birdəfəlik və ya qısamüddətli olmuşdur. Məsələn, 1995-ci ildən 

etibarən tərtib edilən Gender-əsaslı İnkişaf İndeksi və Gender Səlahiyyətlənmə 

Ölçüsü 2010-cu ildə Gender Bərabərsizliyi İndeksi ilə əvəz olunmuşdur. Aşağı-

dakı cədvəldə insan inkişafının müxtəlif mövzularını əhatə etmək üçün İİİ-dən 

əlavə əmsalların tarixçəsi təsvir olunur:

1

2010-cu ildən etibarən insan inkişafı indeksinin hesablanmasının aşağıdakı 



metodologiyası istifadə olunur.

2

Mürəkkəb-tərkibli əmsal kimi İİİ özü üç indeksdən ibarətdir:



1. Gözlənilən ömür uzunluğu indeksi (Life Expectancy Index, LEI) müəyyən 

dərəcədə ölkədəki səhiyyə sisteminin və sosial müdafiənin vəziyyətini əks etdirir;

1

 Sabina Alkire. Human Development: Definitions, Critiques, and Related Concepts. UNDP 



HDRP 2010/01, səh. 14 

Metodologiya haqqında ətraflı analitik məlumat bu yazıda verilmişdir: J. Klugman, F. 



Rodriguez, and H. J. Choi. The HDI 2010: New Controversies, Old Critiques. HDRP 1. UNDP/

HDRO, New York, 2011.




57

2.  Təhsil indeksi (Education Index, EI) ölkədəki təhsil sisteminin əksi kimi 

təhsil almaq imkanlarını səciyyələndirir;

3.  Ümumi milli gəlir indeksi (Gross National Income Index, GNII) və ya 

həyat səviyyəsi indeksi adambaşına düşən ümumi milli gəlir (ÜMG) (milli val-

yutaların alıcılıq qabiliyyətinin paritetinin [AQP] ABŞ dolları ilə) əsasında ölkə 

vətəndaşlarının gəlir səviyyəsini əks etdirir.

Gözlənilən  ömür  uzunluğu  indeksi  doğulanda  gözlənilən  ömür  uzunlu-



ğu  göstəricisinə  -  yeni  doğulan  körpənin  yaşayacağı  gözlənilən  illərin  sayına 

əsaslanır.



İnsan inkişaf hesabatlarnda 

verilmiş əlavə əmsallar 

İnsan inkişaf hesabatlar nəşrləri 

90  91  92  93  94  95  96  97  98  99  00  01  02  03  04  05  07  09 

Siyasi azadlq 

x x      x       x   x 

İnsan hüquqlarnn təminat 

x        x  x  x x              

Özünə-hörmət (ləyaqət) 

x        x  x  x x              

Sağlam 


fiziki 

mühit 


 x x  x              

Fəaliyyət və ifadə azadlğ 

  x                

İştirak 


   x x        x      

İnsan təhlükəsizliyi 

    x  x            

Siyasi, sosial və iqtisadi 

azadlqlar 

     x  x x x         

Yaradc 

olmaq 


     x  x x x x        

Məhsuldar olmaq 

  

x

x



x

x

x    



Azadlq 

 

      x x           



Demokratiya 

  

x



   

Ləyaqət və başqalarna hörməti         x           

Səlahiyyətlənmə 

  

x



x    

İctimai mənsubiyyət 

hissi 

        x x x        



Təhlükəsizlik 

  

x    



x

Dayanqlq 

          x        

Siyasi və mülki iştirak 

  

  x 


Mədəni azadlq 

              x    

Sosial və siyasi iştirak 

  

   



x

Mülki və 

siyasi 

hüquqlar 



                x  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

İNDEKSLƏR 

GÖSTƏRİCİLƏR 

PARAMETRLƏR 

Sağlamlq 

Həyat səviyyəsi 

Təhsil 

Adambaşna 

düşən ümummilli 

gəlir 


Təhsilin orta 

müddəti


Təhsilin 

gözlənilən 

müddəti

Ömür uzunluğu 

indeksi

ÜMG indeksi 

Təhsil indeksi 

İNSAN İNKİŞAFI İNDEKSİ 

Doğulanda 

gözlənilən ömür 

uzunluğu 




58

Təhsil səviyyəsi indeksi iki göstərici ilə hesablanır:

1.  Təhsil prosesinin orta müddətinin göstəricisi (Mean Years of Schooling, 

MYS) yaşı 25 və daha çox olan şəxslərin həyat boyu aldıqları təhsilin müddətinin 

illərlə orta sayını bildirir və yalnız formal təhsilə məhdudlaşmadan “ömür boyu 

təhsil” imkanlarını əks etdirir;

2.  Təhsil prosesinin gözlənilən müddətinin göstəricisi (Expected Years of 



Schooling, EYS) məktəbə daxil olma yaşında olan uşağın gözləyə biləcəyi tədris 

illərinin sayıdır.

Layiqli həyat səviyyəsinin göstəricisi adambaşına düşən ümumi milli gəlirdir. 

Adambaşına düşən ÜMG iqtisadiyyatdakı bütün rezident istehsalçıların yaratdıq-

ları  əlavə  dəyərin,  plyus  məhsulun  dəyərləndirilməsinə  daxil  edilməmiş  əmtəə 

vergilərinin  (minus  subsidiyalar),  plyus  xaricdən  əsas  gəlir  mədaxilininin  xalis 

(netto) məbləğinin cəminin orta-illik əhali sayına nisbətidir. Əlavə dəyər sənayenin, 

bütün məhsulların toplanması və birbaşa məsrəflərin çıxılmasından sonrakı xalis 

məhsuludur. ABŞ dolları ekvivalentində alıcılıq qabiliyyəti pariteti (AQP) ilə ifadə 

olunduqda, adambaşına düşən ÜMG AQP kursundan istifadə etməklə beynəlxalq 

dollarlara  çevrilir.  Beynəlxalq  dolların  ÜDM  üzərində  alıcılıq  qabiliyyəti ABŞ 

dollarının Birləşmiş Ştatlardakı alıcıq qabiliyyətinə bərabərdir.

Göründüyü  kimi,  əvvəlki  illərin  metodologiyasından  fərqli  olaraq,  təhsil 

səviyyəsi  və  gəlir  indekslərində  yeni  göstəricilər  istifadə  olunur.  Bu,  həmin 

sahələrdəki  vəziyyətin  təhlil  edilməsində  istifadə  edilən  köhnə  indikatorların 

tənqidi ilə əlaqədardır. Məsələn, savadlılıq səviyyəsi göstəricisi yüksək olsa da, 

ölkədəki funksional savadsızlığı və ya təhsil sisteminin keyfiyyətini əks etdir-

mirdi. Yaxud, gəlir səviyyəsi üçün istifadə edilən ümumdaxili məhsul göstəricisi 

miqrant işçilərin öz ailələrinə göndərdikləri pul transfertlərini nəzərə almırdı. 

2010-cu  ilin  İİİ  metodologiyası  uzunmüddətli  konseptual  müzakirələrin  və 

tənqidi debatların nəticəsidir.

2010-cu  ildə  təklif  olunmuş  digər  bir  metodoloji  fərq  sadalanan  üç  indek-

sin insan inkişafı indeksində cəmləşdirilməsi metodunun yenilənməsidir. 1990-

cı ildən istifadə olunan İİİ hesablanması parametrlərin indekslərinin riyazi orta 



dəyərinə əsaslanırdı. Aqreqasiyanın bu metodunun başlıca çatışmazlığı insan in-

kişafının ölçülərinin bir-birini kompensasiya etməsi idi. Məsələn, bir sahədə olan 

aşağı göstəricilər digər iki sahənin yüksək göstəriciləri ilə kompensasiya olunurdu 

və nəticədə təhsil və səhiyyədə olan geriləmələr ümumi insan inkişafı indeksində 

zəif əks olunurdu. 2010-cu ildən etibarən isə aqreqasiyanın multiplikativ metodu 

həndəsi orta dəyərin çıxarılması ilə hər üç parametrdəki dəyişmələri daha aydın 

əks etdirir. Məsələn, gözlənilən ömür uzunluğu göstəricisində 1% azalma ümumən 

insan inkişafı indeksinə təhsildəki 1% azalma qədər bərabər təsir göstərir. Nəticədə 

isə ümumi İİİ hər parametrin hər hansı dəyişmələrinə həssas olur və iqtisadi artım 




59

İİİ dəyərinin artmasına əvvəlki kimi güclü təsir göstərmir. Qrafik şəkildə riyazi 

hesablamadakı bu metodoloji dəyişiklik aşağıdakı kimidir:

İİİ  hər  bir  göstərici  üçün  “məqsəd  oriyentirləri”  (“goalposts”)  adı  ilə 

minimum  və  maksimum  dəyərlər  təyin  edir  və  sonra  riyazi  hesablamanın  0 

və 1 arasında dəyərlə ifadə olunan nəticəsinə əsasən ölkələrin həmin məqsəd 

oriyentirlərinə görə mövqeyini göstərir. Ölkələr İİİ dəyərinin 1-dən 0-dək azal-

masına əsasən sıralanır və şərti olaraq 4 qrupa - “Çox yüksək insan inkişafı”, 

“Yüksək insan inkişafı”, “Orta insan inkişafı” və “Aşağı insan inkişafı” kate-

qoriyalarına bölünürlər. Əvvəlki illərdə qruplar arasında müəyyən İİİ həddi var 

idi, məsələn, 2009-cu ilin İnsan İnkişafı Hesabatında ən yüksək insan inkişafı 

qrupuna daxil olmaq üçün ölkənin İİİ əmsalı 0.900 və daha yüksək olmalı idi 

(hərçənd daha əvvəlki illərdə ölkələr 3 qrupa – insan inkişafı indeksinin 1.000-

0.800, 0.799-0.500 və 0.499-0.000 əmsallarına müvafiq olaraq yüksək, orta və 

aşağı insan inkişafı kateqoriyalarına bölünürdü). Heç nə ilə əsaslandırılmayan 

bu İİİ həddləri beynəlxalq müzakirələr nəticəsində aradan götürüldü və 2010-cu 

ildən etibarən ölkələr sadəcə say hesabı ilə 4 bərabər qrupa bölünürlər.

İİİ metodologiyasında olan yenilənmələri aşağıdakı cədvəldəki kimi yekun-

laşdırmaq olar:

3

ÜMG



Tehsil

Saglamliq

ÜDM

Tehsil


Saglamliq

İ

İ



İ

İİİ


3

İ

İ



İ

İİİ


×

×

=



+

+



=

Parametrlər 

1990-2009-cu illərin İİİ metodologiyas 

2010-ci ildən etibarən yeni İİİ metodologiyas 

Göstəricilər 

Diapazon (“məqsəd 

oriyentirləri”) 

Göstəricilər 

Diapazon (“məqsəd 

oriyentirləri”) 

Minimum Maksimum

Minimum 

Maksimum 

(müşahidə 

edilmiş) 

Sağlamlq 

Doğulanda 

gözlənilən ömür 

uzunluğu (il) 

25 


85 

Doğulanda 

gözlənilən ömür 

uzunluğu (il) 

20 

83.2 (2010) 



83.4 (2011) 

Bilik/Təhsil 

Yaşllar arasnda 

savadllq (%) 

100 


Gözlənilən 

təhsil müddəti 

(il) 



20.6 (2010) 



18.0 (2011) 

Ümumi qeydiyyat 

əmsal (%) 

100 



Orta təhsil 

müddəti (il) 

13.2 (2010) 



13.1 (2011) 

Həyat 


səviyyəsi 

Adambaşna 

ÜDM (PPP AB$) 

100 


40,000 

Adambaşna 

ÜMG (PPP 

AB$) 


163 (2010) 

100 (2011) 

108,211 (2010) 

107,721 (2011)

Aqreqasiya 

Riyazi orta 

Həndəsi orta 

Ölkələrin 

sralanmas 

•  1-dən 0-dək azalan sra ilə 

•  Ölkələr müəyyən İİİ həddinə əsasən 

qruplaşdrlr 

•  1-dən 0-dək azalan sra ilə 

•  Ölkələr say hesab ilə 4 bərabər qrupa 

bölünür 



60

İnsan inkişafı indeksinə müsbət təsir göstərən “uğur parametrlərinə” sağ-

lam iqtisadi artım, gəlirlərin və iqtisadi faydaların ədalətli paylanması, məşğulluq 

imkanlarının  artması,  ictimai  iştirakın  və  səlahiyyətlənmənin  genişlənməsi, 

düzgün  idarəçiliyin  təşviqi,  mədəni  özünəməxsusluğun  və  mədəni  sərvətin 

zənginləşməsi, gələcək nəsillərin mənafeyinin nəzərə alınması, aydın ifadə olun-

muş sosial müavinətlər sistemi, qızlar/qadınlar üçün imkanların yaxşılaşdırılma-

sı daxildir. İndeksə mənfi təsir göstərən amillərə isə hərbi münaqişələr, QİÇS 

xəstəliyinin yayılması, cəmiyyətdə varlı-yoxsul təbəqələşməsinin kəskinləşməsi, 

qadınlara  qarşı  zorakılığın  və  ayrı-seçkiliyin  olması  və  iqtisadi  böhran  və 

tənəzzül prosesləri aiddir.

Qeyd  etmək  lazımdır  ki,  qısamüddətli  perspektivdə  insan  inkişafındakı 

dəyişiklikləri izləmək üçün İİİ-dən istifadə etmək bir qədər çətindir, çünki onun 

iki komponenti – gözlənilən ömür uzunluğu və təhsil prosesinin orta müddəti za-

man ərzində çox yavaş dəyişir. Ona görə də ölkədəki insan inkişafı vəziyyətinin 

monitorinqi  üçün  yalnız  standart  insan  inkişafı  indeksinə  yox,  qısamüddətli 

dəyişikliklərə  həssas  olan  digər  göstəricilərin  (məs.,  məşğulluq  səviyyəsi, 

səhiyyə xidmətlərinə çıxışı olan əhalinin payı, tövsiyə olunmuş kalori qəbulu 

səviyyəsi ilə müqayisədə real gündəlik kalori qəbulu və sair) də ehtiva olunduğu 

milli insan inkişafı indekslərinə istinad etmək lazımdır. Buna görə də, milli və 

yerli səviyyələrdə insan inkişafının izlənməsində insan inkişafı indeksinin bir 

analitik instrument kimi faydalılığını və tətbiqiliyini artırmaq üçün ölkələr öz 

inkişaf səviyyələrinə, prioritetlərinə və problemlərinə uyğun olan parametrlər və 

göstəricilər seçməlidirlər.



2.1.1 

İnsan  inkişafı indeksinin hesablanma metodu

İnsan inkişafı indeksi (İİİ) insan inkişafının məcmu ölçüsüdür. İİİ hər hansı 

ölkədəki insan inkişafının üç əsas parametrində – uzun və sağlam həyat, biliklərin 

əldə edilməsi və layiqli həyat səviyyəsi sahələrində olan nailiyyətlərə qiymət 

verir.  İİİ  hər  parametrdəki  nailiyyətləri  ölçən  standartlaşdırılmış  indekslərin 

həndəsi üsulla çıxarılan orta dəyəridir.

İİİ hesablanması iki mərhələdə aparılır:

Birinci mərhələ. Parametr indekslərinin hesablanması

İndikatorları 0 və 1 arasında yerləşən indekslərə çevirmək üçün minimum və 

maksimum dəyərlər (“məqsəd oriyentirləri”) təyin edilir. Maksimumlar 1980-

2011-ci  illər  zaman  silsiləsində  müşahidə  olunmuş  ən  yüksək  dəyərlər,  mini-

mumlar  isə  cəmiyyətin  mövcudluğu  üçün  mümkün  olan  ən  kiçik  dəyərlərdir. 




61

Minimum dəyərlər gözlənilən ömür uzunluğu üçün 20 il, təhsil göstəricilərinin 

hər ikisi üçün 0 il, adambaşına düşən ÜMG isə 100 ABŞ dolları kimi götürülür.

Minimum və maksimum dəyərlər müəyyən edildikdən sonra sub-indekslər 

aşağıdakı qaydada hesablanır:

Təhsil  parametrində  (1)  formulu  hər  iki  sub-komponentə  (təhsil 

göstəricilərinə) tətbiq edilərək hesablandıqdan sonra yaranan indekslərin həndəsi 

üsulla orta dəyəri müəyyən olunur və nəhayət (1) formulu indekslərin həndəsi 

orta dəyərinə tətbiq edilir (bu zaman minimum dəyər kimi 0, zaman silsiləsinin 

təhsil üzrə ən yüksək həndəsi orta dəyəri isə maksimum kimi götürülür). Bu, 

(1) formulunun hər iki sub-komponentin həndəsi orta dəyərinə birbaşa tətbiqinə 

bərabərdir.

Hər sub-indeks müvafiq parametrdəki insan bacarıqlarının dolayı göstəricisi 

olduğundan gəlirlərin bacarıqlara çevrilməsi funksiyası çökük əyrili olacaqdır.

Artan ÜMG ilə gəlirin əhəmiyyətinin azalmasını əks etdirmək üçün gəlir sub-



indeksi həqiqi minimum və maksimum dəyərlərin natural loqarifması ilə hesab-

lanır.


İkinci mərhələ. İİİ hesablanması üçün sub-indekslərin aqreqasiyası.

İİİ üç parametrin sub-indeksinin həndəsi orta dəyəridir:



2011-ci il İİİ üçün “məqsəd oriyentirləri” 

Parametrlər 

Minimum 

Maksimum 

(müşahidə edilmiş) 

Gözlənilən ömür uzunluğu 

20 

83.4  


(Yaponiya, 2011) 

Təhsilin orta müddəti 

13.1  


(Çex Respublikas, 2005) 

Təhsilin gözlənilən müddəti 

18.0  


(maksimum, 2011) 

Məcmu təhsil indeksi 

0.978  


(Yeni Zelandiya, 2010) 

Həyat səviyyəsi 

100  

(2011) 


107,721  

(Qətər, 2011) 

 

ə

ə ə

ə ə

ə ə

ə ə

   (1) 


 

��� � �


ə���

���


� �

ə����

���

� �


���������

���


 və ya ��� �  √���� � �� � ���

 



 

3

 Ətraflı bax: S. Anand and A. Sen. The Income Component of the Human Development Index. 



Journal of Human Development and Capabilities, No. 1 (1), 2000.


62

2.1.2 

İnsan inkişafı indeksi üçün məlumat mənbələri

İnsan  inkişafı  indeksinin  hesablanmasında  istifadə  edilən  göstəricilərin 

mənbələri aşağıdakılardır:

•  Gözlənilən ömür uzunluğu: BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə 

Departamenti (UNDESA)

•  Təhsilin orta müddəti: YUNESKO-nun təhsil nailiyyətləri üzrə infor-

masiya bazasına (http://stats.uis.unesco.org/unesco) əsasən BMT İnkişad Proq-

ramının İnsan İnkişafı Hesabatları Ofisinin məlumatları (http://hdr.undp.org/en/

statistics/)

4

 Qeyd olunmalıdır ki, 2011-ci ilin İnsan İnkişafı Hesabatında İİİ-nin hesablanmasında 



yol verilmiş səhvə görə Azərbaycan 91-ci yerdə göstərilmişdi. Azərbaycan Hökumətinin 

müdaxiləsi ilə sonradan bu səhvin düzəldilməsi nəticəsində Azərbaycan 76-cı yerə 

yüksəlmişdir. Buradakı hesablamalar həmin dəqiqləşdirilmiş məlumatlara əsasən aparılır.

5

 Bax: http://hdrstats.undp.org/en/countries/profiles/AZE.html



Nümunə: Azərbaycann insan inkişaf indeksinin hesablanmas  

(2011-ci ilin İnsan İnkişaf Hesabatna əsasən)

4

 

 



Məlumatlar:

5

 



 

•  Gözlənilən ömür uzunluğu: 70,7 il 

•  Təhsilin gözlənilən müddəti (uşaqlar üçün): 11,8 il 

•  Təhsilin orta müddəti (böyüklər üçün): 11,2 il 

•  Adambaşna ÜMG, PPP ilə (2005-ci il sabit beynəlxalq dollarnda): 8,666 

 

Hesablama: 



 

•  Gözlənilən ömür uzunluğu indeksi, LEI:   

��� ��

�������


�������

� ����� 


 

•  Təhsil indeksinin hesablanmas: 

 

o

 



Təhsilin gözlənilən müddəti, EYS:  

��� ��


������

������


� �����  

 

o



 

Təhsilin orta müddəti, MYS:  

��� ��

������


������

� ����� 


 

o

 



Təhsil indeksinin aqreqasiyas, EI:  

�� ��


√��������������

��������


� ����� 

 

•  Gəlir indeksi, GNII:  



 

 

���� ��



�����������������

�������������������

� �����  

 

İnsan inkişaf indeksi, HDI



 

 

   



��� � √����� � ����� � �����

� ����� 



 

 



63

•  Təhsilin gözlənilən müddəti: YUNESKO-nun Statistika İnstitutu

•  Adambaşına  ÜMG:  Dünya  Bankı,  Beynəlxalq  Valyuta  Fondu,  BMT 

Statistika Şöbəsi (UNSD) və UNDESA.

Bu mənbələrdən və yoxlanmış məlumatlardan istifadə etməklə insan inkişa-

fı indeksinin hesablanması öhdəliyi BMTİP İnsan İnkişafı Hesabatları Ofisinin 

(UNDP/HDRO) üzərinə düşür.

2.1.3 

İnsan inkişafı indeksinin tənqidi

İstər əvvəlki illərdə, istərsə də metodologiyanın yenilənməsindən sonra İİİ 

ətrafında gedən müzakirələrdə insan inkişafı konsepsiyasının təhlili ilə yanaşı, 

insan inkişafı səviyyəsinin hesablanması və kəmiyyət halına salınması metodla-

rının tənqidi də verilmişdir.

İlk növbədə, insan inkişafı indeksinin konseptual çatışmazlıqları az deyil. 

Belə ki, sadəcə 3 parametrə söykənməklə əslində “natamam mənzərə” yaradan 

bu indeks insan inkişafının bütün aspektlərini əhatə etmir. İndeksdə öz əksini 

tapmayan mövzulara nümunə olaraq aşağıdakılar daxildir:

•  Mənəvi-emosional rifah: sui-qəsdlərin tezliyi, cinayətkarlığın səviyyəsi, 

dustaqların  sayı,  spirtli  içkilərdən  və  uyuşdurucu  maddələrdən  istifadənin 

səviyyəsi;

•  Sosial münasibətlər: ailə institutuna, qonşuluq və icma münasibətlərinə, 

fərdi müstəqilliyə verilən dəyər, böyüklərə münasibət, tolerantlıq mədəniyyəti, 

boşanmaların tezliyi və səbəbləri, sosial kapital və insanların bir-birinə inamı;

•  Siyasi azadlıqlar: məhkəmələrin müstəqilliyi, dövlət qulluğunun nüfuzu, 

hüquq-mühafizə sisteminə olan etimad, siyasi və mülki hüquqların təminatı;

•  Siyasi stabillik: hərbi əməliyyatlar, siyasi və hərbi münaqişələr, qaçqın 

və məcburi köçkünlərin axını;

•  Bərabərlik:  Gini  əmsalı,  üfüqi  bərabərsizlik,  şəhər/kənd  yerlərinin 

bərabərsizliyi, sağlamlıq bərabərsizliyi;

•  Əmək  şəraiti:  işsizlik,  iş  yerlərinin  şəraiti,  əməyin  təhlükəsizliyin 

təminatı,  qeyri-formal  sektorun  payı,  minimal  əmək  haqqı  siyasəti,  işçilərin 

məcburi sığortası, təqaüd sistemi;

•  İqtisadi sabitlik: ÜDM dövriyyəsi, inflyasiya, portfel sərmayələr, xarici 

ticarət balansı;

•  Mədəni inkişaf: kino və teatr sənətinin səviyyəsi, kinoya və teatra tama-

şaçı axını, aktyor, rejissor, opera müğənnisi, dirijor, musiqiçi, bəstəkar və digər 

mədəni peşələrin nüfuzu (prestiji) və dəstəklənməsi, muzey infrastrukturu, kitab 

evləri, kinoteatr şəbəkəsi, xalq/folklor festivalları;

•  Ekologiya və təbii sərvətlər: ətraf mühitin dayanıqlığı, təbii sərvətlərin 

qorunması.




64

İnsan inkişafı indeksi, yuxarıda qeyd edildiyi kimi, qısamüddətli monitorinq 

məqsədləri üçün yaramır və nəticədə dövlət qərarlarının hazırlanması, icrası və 

koordinasiyası üçün birbaşa faydalılığını itirir. Ona görə də BMT-nin insan in-

kişafı üzrə qlobal hesabatlarında verilən standart insan inkişafı indeksi ilə yana-

şı ölkə səviyyəsində hazırlanmış milli və zonal insan inkişafı əmsallarından da 

istifadə edilməsi tövsiyə olunur.

İnsan inkişafının digər tənqidi onun hesablanma metodologiyasına aiddir:

•  İldən ilə müqayisələrin mümkün olmaması: indikatorların yenilənməsi və 

metodoloji dəyişikliklər 1990-cı ildən indiyədək olan insan inkişafı indekslərinin 

müqayisəsini və zaman ərzində dinamikasını mümkünsüz edir və bunun üçün 

tələb olunan yeni kalkulyasiyalar əlavə vaxt və əmək itkisidir;

•  Gəlir  bərabərsizliklərinə  qarşı  qeyri-həssaslıq:  bunun  üçün  müxtəlif 

qruplara (məsələn, gender, gəlir qrupu, coğrafi region, etnik qrup və sair) görə 

dizaqreqasiya tələb olunur;

•  Riyazi  formullarda  və  “məqsəd  oriyentirləri”  diapazonunda  edilən 



dəyişikliklər: 1992-ci ildə ömür uzunluğu indeksində maksimum dəyər 80-dən 

85-dək yüksəldildi, 1994-cü ildə təhsil indeksində ümumi qeydiyyat əmsalı təhsil 

illərinin orta sayını əvəz etdi, 1999-cu ildə gəlir (həyat səviyyəsi) indeksində At-

kinson formulu bütün ədədlərin natural loqarifmasına dəyişildi, 2010-cu ildə isə 

demək olar ki, bütün metodologiya kökündən yeniləndi.

Bundan əlavə, digər humanitar sahələrdə olduğu kimi, heç bir statistik me-

tod konsepsiyanın əhəmiyyət verdiyi ictimai təzahürləri layiqincə əhatə edə bil-

mir.  İİİ  metodologiyasının  çatışmazlıqları  konseptual  mövzuların  düzgün  əks 

olunmamasından əlavə aşağıdakı sırf statistik problemlərlə də bağlıdır:

1.  Statistik  məlumatların  keyfiyyəti  və  etibarlılığı:  AQP  dəyərinin 

dəyişkənliyi, statistik məlumatların toplanması tezliyi (bəzi statistik mənbələr 

rüblük, illik və ya daha uzun müddətli tezliklə yenilənir, bəziləri isə birdəfəlik 

xarakter daşıyır), eyni terminlərin müxtəlif anlamı və s.;

2.  Beynəlxalq və yerli məlumat bazalarından istifadə: müxtəlif mənbələrdən 

olan eyni indikatorların məlumatları arasındakı fərqlər;

3.  Dizaqreqasiya  çətinlikləri:  milli  və  regional  səviyyələrdə  orta 

göstəricilərin  mənasızlığı,  rayon-səviyyəli  inzibati  ərazilər  üzrə  məlumatların 

olmaması və ya mövcud yerli məlumatların keyfiyyət və etibarlılıq problemləri; 

4.  Statistik  metodların  konseptual  prioritetlərə  deyil,  statistik  imkanla-

ra tabe olması: yalnız mövcud mənbələrdən və indikatorlardan istifadə etmək 

məcburiyyətinə görə indekslərin tərkibinin müəyyən edilməsində həqiqətən va-

cib problemlərin işıqlandırıla bilməməsi;

5.  İstifadə  edilən  metodologiyaların  qeyri-ardıcıllığına  və  metodlarda 

edilən dəyişikliklərə görə əvvəlki illərin nəticələrin müqayisə oluna bilməməsi 

və zaman ərzində dinamikanın izlənilməsinin pozulması;

6.  “Siyasi statistika”: çox zaman statistik məlumatlardan strateji istiqamətlər 



65

üçün deyil, siyasi məqsədlər üçün istifadə olunması.

Beləliklə, insan inkişafı indeksi konseptual mövzuları (insan hüquqları, so-

sial təminat, ətraf mühit və s.) kifayət qədər əhatə etməməsinə və metodoloji 

problemlərə görə tənqid olunur. Lakin yadda saxlamaq lazımdır ki, iii əsla in-

san inkişafını tam əhatə edən ölçü vasitəsi deyil. Sadəcə istiqamətləndirmə 

göstəricisi olan bu indeksə insan inkişafının digər aspektlərinin əlavə edilməsi 

ən azı üç səbəbdən mümkün deyil: 

1)  Beynəlxalq  müqayisələr  üçün  kifayət  edəcək  etibarlı,  ardıcıl  surətdə 

yenilənən, keyfiyyətli informasiya və mənbələr çox azdır və ya ümumiyyətlə 

yoxdur;


2)  Çoxsaylı  parametrləri  ehtiva  etməklə  həddindən  artıq  mürəkkəbləşən 

statistik metod daha çox çətinliklərlə üzləşə bilər; və

3)  İnsan  inkişafı  daha  çox  həyatın  keyfiyyəti  məsələsi  olduğundan  onu 

kəmiyyət göstəricilərinə məhdudlaşdırmaq lazım deyil. 

Bütün cəmiyyəti əhatə edən insan inkişafı çoxşaxəli bir proses kimi onsuz 

da yalnız bir indekslə ölçülə bilməz, bunun üçün əlavə indekslərdən və yardım-

çı göstəricilərdən istifadə edilməlidir. Lakin bu zaman insan inkişafını statistik 

problemə çevirmək əvəzinə onun təklif etdiyi analitik, strateji yanaşmalarından 

və prinsiplərindən bəhrələnmək daha məqsədəuyğun olardı.

2.2  

insan inkişafına dair əlavə indekslər

Yuxarıda qeyd olunduğu kimi, indiyədək insan inkişafı hesabatlarında in-

san inkişafı indeksi ilə yanaşı başqa tematik əmsallar da təklif edilmişdir. Bu 

müvəqqəti və birdəfəlik xarakter daşıyan indekslər yenilikçi və eksperimental 

metodologiyalar kimi bəzi regional və milli insan inkişafı hesabatlarında nəzərə 

alınmış və tətbiq olunmuşdu. 2010-cu ildən etibarən BMT-nin insan inkişafı üzrə 

qlobal hesabatlarında İİİ-dən başqa 3 indeks – bərabərsizliyə uyğunlaşdırılmış 

insan  inkişafı  indeksi,  gender  bərabərsizliyi  indeksi  və  çoxfaktorlu  yoxsulluq 

indeksi tərtib olunmaqdadır.

 

 



Göstəricilər

 

İnsan inkişafnn komponentləri 

 

Sağlamlq

 

Təhsil

 

Maddi şərait

 

Siyasi azadlqlar

 

Sosial yekdillik

 

Məhrumiyyət 

 

Çoxfaktorlu yoxsulluq indeksi 



 

 

Aqreqasiya 



səviyyəsi

 

İnsan inkişaf indeksi



 

Hüquq və imkanlarn genişlənməsi 

göstəriciləri  

Həssaslq 

 

Ekoloji dayanqlq, insan təhlükəsizliyi, maddi rifah, layiqli əmək göstəriciləri 



Bərabərsizlik 

 

Bərabərsizliyə uyğunlaşdrlmş insan inkişaf 



indeksi 

   


Gender bərabərsizliyi indeksi 

 



66

2.2.1 

Bərabərsizliyə uyğunlaşdırılmış insan inkişafı indeksi

Bərabərsizliyə  uyğunlaşdırılmış  insan  inkişafı  indeksi  (Bİİİ)  keyfiyyətli 

tibbi  xidmətlərdən  istifadə  olunmasında,  keyfiyyətli  təhsil  alınmasında  və  la-

yiqli gəlir səviyyəsində olan bərabərsizlikləri nəzərə almaqla orta insan inkişafı 

səviyyəsinin göstəricisidir. Yeni indeks kimi Bİİİ hər parametrin orta dəyərini 

onun bərabərsizlik səviyyəsinə uyğun olaraq azaltmaqla İİİ parametrlərindəki 

bərabərsizlikləri  ölçür.  Əgər  cəmiyyətdə  mütləq  bərabərlik  mövcuddursa,  İİİ 

və  Bİİİ  bir-birinə  bərabər  olacaqdır,  yaxud  əksinə,  cəmiyyətdə  bərabərsizlik 

dərinləşdikcə,  İİİ  və  Bİİİ  bir-birindən  fərqlənəcəkdir.  Bu  baxımdan,  Bİİİ 

bərabərsizliklərin nəzərə alınması ilə ölkədəki insan inkişafının həqiqi vəziyyətini 

əks etdirir, İİİ isə bərabərlik şəraitində əldə edilməsi mümkün olan potensial in-

san inkişafı səviyyəsinin göstəricisi kimi qəbul edilə bilər. İİİ və Bİİİ arasındakı 

fərq bərabərsizliyə görə potensial insan inkişafındakı “itkini” göstərir və faizlə 

ifadə olunur.

Atkinsonun  bərabərsizlik  ölçüləri  toplusuna  istinadən  Foster,  Lopez-Kal-

va  və  Şekelinin  təklif  etdiyi

6

  paylanmaya  həssas  mürəkkəb  indekslər  sinfinə 



əsaslanan  Bİİİ  hər  parametr  üçün  ayrıca  olaraq  hesablanmış  həndəsi  orta 

dəyərlərin həndəsi orta dəyəri kimi ifadə olunur.

7

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

İNDEKSLƏR 

GÖSTƏRİCİLƏR 

PARAMETRLƏR 

Uzun və sağlam 

həyat 

Layiqli həyat 

səviyyəsi

Təhsil və biliklərin əldə olunmas 

Adambaşna düşən 

ümummilli gəlir 

Təhsilin orta 

müddəti

Təhsilin 



gözlənilən 

müddəti


Ömür uzunluğu 

indeksi 


ÜMG indeksi 

Təhsil indeksi 



BƏRABƏRSİZLİYƏ UYĞUNLAŞDIRILMIŞ İNSAN İNKİŞAFI İNDEKSİ

Doğulanda 

gözlənilən ömür 

uzunluğu


BƏRABƏRSİZLİYƏ 

UYĞUNLAŞDIRILMIŞ  

İNDEKSLƏR 

Bərabərsizliyə 

uyğunlaşdrlmş 

ömür uzunluğu 

indeksi 

Bərabərsizliyə 

uyğunlaşdrlmş 

ÜMG indeksi 

Bərabərsizliyə uyğunlaşdrlmş 

təhsil indeksi

6

 J. Foster, L. López-Calva, and M. Szekely. Measuring the Distribution of Human 



Development: Methodology and an Application to Mexico. Journal of Human Development 

and Capabilities. 6 (1), 2005

7

 Əlavə məlumat üçün bax: S. Alkire and J. Foster. Designing the Inequality-Adjusted Human 



Development Index (IHDI). HDRP 28. UNDP–HDRO, New York, 2010.


67

2.2.2 

Gender bərabərsizliyi indeksi

Gender bərabərliyi prinsipi beynəlxalq və milli səviyyələrdə genişləndikcə 

və həyatın ən müxtəlif sahələrinə tətbiq edildikcə məlum olur ki, mövcud statisti-

kada gender məlumatlarının keyfiyyəti cəmiyyətdə olan gender bərabər(siz)liyi-

nin səviyyəsini tam izləməyə imkan vermir. İqtisadi artım tempinin sürətlənməsi 

və ya ümumdaxili məhsulun artması heç də avtomatik olaraq ölkədəki gender 

vəziyyətinin yaxşılaşmasına səbəb olmur. İnsan inkişafının digər sahələrində ol-

duğu kimi, gender sahəsində də olan keyfiyyət dəyişikliklərinin izlənməsi üçün 

müəyyən statistik metodların və kəmiyyət indekslərinin işlənib hazırlanması bir 

zərurətə çevrilir.

İnsan  inkişafı  proseslərində  gender  aspektinin  qiymətləndirilməsi  üçün 

1995-ci  ildən  gender-əsaslı  inkişaf  indeksi  və  gender  səlahiyyətlənmə  ölçüsü 

istifadə  olunurdu.  Həmin  metodların  bəzi  məhdudiyyətləri,  eləcə  də  2010-cu 

ildə yeni metodoloji yanaşmaların və alternativ göstəricilərin irəli sürülməsi ilə 

əlaqədar olaraq gender balansının yeni ölçüsü kimi gender bərabərsizliyi indeksi 

təklif olunmuşdur.

Gender bərabərsizliyi indeksi (GBİ) üç parametrdə - reproduktiv sağlamlıq, 

səlahiyyətlənmə və əmək bazarında gender-əsaslı bərabərsizliyi əks etdirir və 

bu parametrlərdə qadın və kişilərin nailiyyətləri arasında olan uyğunsuzluqlara 

görə  potensial  insan  inkişafındakı  itkini  göstərir.  İndeksin  dəyəri  0  (qadın  və 

kişilərin mövqelərində bərabərlik mövcuddur) və 1 (cinslərdən biri ölçülən bü-

tün parametrlərdə mümkün olan ən pis vəziyyətdədir) arasında dəyişir.

GBİ Vanderbilt Universitetinin professoru Suman Setin təklif etdiyi

8

 asso-



siasiyaya  həssas  bərabərsizlik  ölçüsündən  istifadə  etməklə  hesablanır.  İndeks 

müxtəlif  tərkibli  ümumi  orta  dəyərlərin  ümumi  orta  dəyərinin  çıxarılmasına 

əsaslanır – birinci aqreqasiya bütün parametrlərin həndəsi ortasının çıxarılması 

ilə aparılır; qadın və kişilər üçün ayrıca hesablanmış bu orta dəyərlər sonra bütün 

cinslər üçün ümumi orta dəyərin çıxarılması ilə aqreqasiya olunur.

GBİ haqqında əlavə məlumat “İnsan inkişafı və gender bərabərliyi” fəslində 

(Fəsil 9) verilmişdir.

2.2.3 

Çoxfaktorlu yoxsulluq indeksi

Hal-hazırda  dünya  praktikasında  yoxsulluğun  ümumi  qəbul  edilmiş  tərifi 

yoxdur. Yoxsulluğun ənənəvi indikatorları xüsusən Dünya Bankının diqtəsi ilə 

uzun  müddət  gəlir  səviyyəsi  və  istehlak  təxminləri  kimi  meyarlarla  müəyyən 

edilmişdir.  Yoxsulluq  eyni  zamanda  qeyri-monetar  (kalori  qəbulu,  ictimai 

8

 S. Seth. Inequality, Interactions, and Human Development. Journal of Human Development 



and Capabilities 10 (3), 2009.


68

xidmətlərdən  istifadə  imkanı,  subyektiv-psixoloji  və  sair)  meyarların  tətbiq 

edilməsi ilə müxtəlif anlamlarda da ifadə olunur. Deməli, yoxsulluğun miqyası, 

xroniki cəhətləri və kəskinliyi, eləcə də onun monitorinqi və ölçülməsi hansı 

tərif və metodların istifadə olunmasından asılıdır.

İnsan inkişafı konsepsiyasında yoxsulluq çoxölçülü təzahür kimi qəbul edi-

lir və onun mahiyyəti sırf gəlir və ya istehlak anlayışları ilə məhdudlaşdırılmır. 

Əgər insan inkişafı insanın layiqli, sağlam və yaradıcı həyat yaşamaq imkanları-

nın genişləndirilməsindən ibarətdirsə, onda yoxsulluq belə imkanların olmaması 

və ya məhdudluğu deməkdir. İnsan inkişafı konsepsiyası çərçivəsində yoxsul-

luğun  ölçülməsi  üçün  istifadə  olunan  məcmu  göstərici  çoxfaktorlu  yoxsulluq 

indeksidir.

Çoxfaktorlu  yoxsulluq  indeksi  (ÇYİ)  təhsil,  sağlamlıq  və  həyat  şəraiti 

sahələrində fərdi insan səviyyəsində 10 göstərici üzrə çoxsaylı məhrumiyyətləri 

müəyyən edir.

İndeks  ev  təsərrüfatları  sorğularından  əldə  edilən  mikro-məlumatlardan 

istifadə edir və onun tərtibi üçüm lazım olan bütün göstəricilər eyni sorğudan 

gəlməlidir. ÇYİ metodologiyası Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü 

təşkilatının Beynəlxalq İnkişaf Departamentində tərtib edilmişdir.

9

Çoxşaxəli bir proses kimi insan inkişafının vahid indekslə ölçülməsi qeyri-



mümkün olduğu kimi, çoxölçülü təzahür kimi təsvir edilən yoxsulluğun da an-

caq ÇYİ ilə ölçülməsi düzgün deyil. ÇYİ-nə daxil olmayan parametrlər arasında 

məşğulluq,  zorakılıqdan  müdafiə,  səlahiyyətlənmə,  siyasi  azadlıqlar  və  sosial 

münasibətlər (sosial kapital, inkluziv mühit, sosial yekdillik, ləyaqət və s) var-

dır. Bununla belə, ÇYİ-nin üstünlüyü onun yoxsulluğu sadəcə gəlir və istehlak 

məfhumları ilə deyil, sosial şərtlərlə də dəyərləndirmək cəhdindədir.

9

 Metodologiya haqqında ətraflı analitik məlumat üçün bax: S. Alkire and M. Santos. Acute 



Multidimensional Poverty: A New Index for Developing Countries. HDRP 11. UNDP–HDRO, 

New York, 2010.




69

Sosial-iqtisadi fenomen kimi yoxsulluq haqqında, eləcə də ÇYİ barəsində 

əlavə məlumat “Layiqli həyat səviyyəsi” fəslində (Fəsil 3) verilmişdir. 

 

2. 3 



Yekun

İnsan  inkişafı  indeksi  ölkənin  inkişafını  dəyərləndirmək  üçün  yalnız  iqti-

sadi artımın deyil, əhalinin və onların imkanlarının da başlıca meyar olduğu-

nu vurğulamaq məqsədilə təsis edilmişdir. Adambaşına düşən ümummilli gəlir 

səviyyəsinə görə bir-birinə yaxın olan iki ölkənin nail olduğu müxtəlif insan in-

kişafı səviyyələrini araşdırmaqla, insan inkişafı indeksi milli siyasət seçimlərini 

müəyyən etmək üçün istifadə oluna bilər. Məsələn, Baham adalarında və Yeni 

Zelandiyada adambaşına düşən gəlir səviyyələri eynidir, lakin orta ömür uzunlu-

ğu və təhsil prosesinin gözlənilən müddəti bu iki ölkədə bir-birindən əhəmiyyətli 

dərəcədə fərqlənir. İqtisadi artım ilə insan inkişafı nəticələri arasındakı uyğun-

suzluqların  araşdırılması  milli  inkişaf  prioritetlərinə  və  perspektivlərinə  dair 

müzakirələrə bilavasitə təkan verə bilər.

Statistik-metodoloji  çərçivə  kimi  insan  inkişafı  indeksinin  müəyyən 

məhdudiyyətləri ola bilər. İİİ-nə görə dövlətlərin sıralanmasının məqsədi ölkələri 

bir-birilə  müqayisə  etmək  deyil,  hər  bir  ölkəni  öz  daxili  inkişafının  təbiətinə 

diqqət yetirməyə sövq  etməkdir.  Hər  bir dövlət fərqli coğrafi-tarixi və geosi-

yasi şəraitdə inkişaf edir, hər bir ölkənin fərqli milli-mədəni özünməxsusluğu 

və dəyərləri vardır və hər ölkənin öz inkişaf prioritetləri müəyyən edilir. Ay-

dındır ki, insan inkişafı indeksinin məqsədi heç də bu beynəlxalq rəngarəngliyi 

“eyni arşınla” ölçmək deyil, əksinə ölkələrin bir-birinin təcrübəsindən öyrənərək 

öz xalqları üçün məqbul olan firavan və ədalətli həyat təmin etməsinə yardım 

göstərməkdir.

İnsan inkişafının ölçülməsi metodları bir çox hallarda təhlil və monitorinq 

instrumentləri kimi dövlət siyasətinin formalaşması və strateji qərarların qəbul 

edilməsi prosesində praktiki cəhətdən faydalı ola bilər. Bu faydalılıq həmin me-

todların çoxfaktorlu olmağından, diqqəti funksional-institusional inkişaf ilə ya-

naşı insanlar üzərində cəmləşdirməsindən və regional inkişafın monitorinqilə sıx 

bağlılığından irəli gəlir.




70

isTiFADə OlUNMUŞ əDəBiYYAT Və MəNBələR

1.  J. Foster, L. López-Calva, and M. Szekely. Measuring the Distribution of 

Human Development: Methodology and an Application to Mexico. Journal 

of Human Development and Capabilities. 6 (1), 2005

2.  J. Klugman, F. Rodriguez, and H. J. Choi. The HDI 2010: New Controversi-

es, Old Critiques. HDRP 1. UNDP/HDRO, New York, 2011.

3.  UNDP Human Development Report, 2010.

4.  UNDP Human Development Report, 2011.

5.  Sabina Alkire.  Human  Development:  Definitions,  Critiques,  and  Related 

Concepts. UNDP HDRP 2010/01, səh. 14

6.  S. Alkire and J. Foster. Designing the Inequality-Adjusted Human Develop-

ment Index (IHDI). HDRP 28. UNDP–HDRO, New York, 2010.

7.  S. Alkire and M. Santos. Acute Multidimensional Poverty: A New Index for 

Developing Countries. HDRP 11. UNDP–HDRO, New York, 2010.

8.  S. Anand and A. Sen. The Income Component of the Human Development 

Index. Journal of Human Development and Capabilities, No. 1 (1), 2000.

9.  S. Seth. Inequality, Interactions, and Human Development. Journal of Hu-

man Development and Capabilities 10 (3), 2009.

10.  Azərbaycan  haqqında  insan  inkişafı  məlumatları:  http://hdrstats.undp.org/

en/countries/profiles/AZE.html 

11.  Человеческое  развитие:  новое  измерение  социально-экономического 

прогресса. Учебное пособие, под общ. ред. проф. В.П. Колесова (МГУ). 



2-е издание.  Москва: Права человека, 2008.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə