|
Microsoft Word Logistika muhazir? konspekti 85 sehNəqliyyat-logistikası.-mühazirə-konspekti.2.
Potensial təchizatçıların analizi.
Potensial təchizatçıların tərtib olunmuş siyahısı münasib təchizatçıların
seçilməsini həyata keçirməyə imkan verən xüsusi meyarlara əsasən təhlil edilir.
Belə meyarların sayı onlarla ola bilər. Ancaq əksər halda meyarların sayı çatdırılan
məhsulun qiyməti, keyfiyyəti və həmçinin də çatdırmaların etibarlılığı ilə
məhdudlaşdırılır. Burada təchizatçı tərəfindən çatdırma müddətinə riayət
olunmasına, çatdırılan məhsulun komplektliyinə, miqdar üzrə öhdəliklərə riayət
edilməsinə də diqqət edilir.
Təchizatçının seçimi vaxtı diqqət olunan digər meyarlar aşağıdakılardır:
istehlakçılara göstərilən xidmətin keyfiyyəti;
çatdırmaların çevikliyi;
sifarişin ölçüsünün məhdudlaşdırılması;
təchizatçının istehlakçıdan uzaqlığı;
əlaqə yolları;
təchizatçının maliyyə durumu, onun krediti ödəmə qabiliyyəti və s.
təchizatçıda psixoloji ab-hava (tətillərin baş vermə imkanları);
bütün xidmət müddəti ərzində ehtiyat hissələrinin çatdırılmasını təmin etmək
imkanı.
Potensial təchizatçıların analizi nəticəsində konkret təchizatçıların siyahısı
formalaşdırılır, onlarla müqavilə əlaqələrinin bağlanması üzrə iş aparılır.
3.
Təchizatçının seçiminin iki əsas metodu mövcuddur:
firmanın alqıları həyata keçirən ticarət agenti vasitəsilə;
vasitəçilik təşkilatı tərəfindən.
Ticarət agentləri, vasitəçi firmalar təchizatçının axtarışları üzrə göstərilən
fəaliyyəti həm fiksə edilmiş mükafat üzrə, həm də sazişə görə faiz ilə həyata keçirə
bilər.
İSTEHSAL LOGİSTİKASI
İSTEHSAL LOGİSTIKASININ MAHİYYƏTİ, MƏQSƏDİ
VƏ MƏSƏLƏLƏRİ
Müəssisəyə müasir inkişaf mərhələsində xammal təchizatçıları və hazır
məhsul istehlakçıları ilə uzunmüddətli qarşılıqlı əlaqədə baxılır, o rəqabət
üstünlüklərinin reallaşdırması və sənaye və kommersiya fəaliyyətindən səmərə
əldə edilməsi üçün tənzimlənmiş logistik sistemin bir hissəsi olmalıdır. Maddi axın
xammal mənbəyindən istehlakçıya qədər bir sıra istehsal bəndlərindən və ardıcıl
mərhələlərdən keçir.
Dostları ilə paylaş: |
|
|