Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları
1) Mədə xərçəngi daha çox hansı yaşlarda təsadüf edir?
A) 51-70 yaş arası
B) Bütün yaş qruplarında eyni
C) 21 yaşdan 50 yaşa kimi
D) 20 yaşa kimi
E) 70 yaşdan yuxarı
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
2) Mədənin xərçəngönü xəstəliyinə aid deyil :
A) Mədənin polipozu
B) Mədə xorası
C) Xroniki qastrit
D) Pilorospazm
E) Atrofik qastrit
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
3) Mədə xərçəngi mədənin aşağıda göstərilən hissələrinin hansında daha çox rast
gəlir?
A) Kiçik əyrilik
B) Böyük əyrilik
C) Mədənin arxa divarı
D) Mədə dibi
E) Mədənin ön divarı
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва,
2004, 1536 с.
4) “Virxov metastazı” termini altında anlaşılan metastaz hansıdır?
A) Yumurtalıqlara
B) Sol körpücüküstü limfa düyününə
C) Ağciyərlərə
D) Pararektal toxumalara
E) Göbəyə
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
5) Mədə xərçəngi üçün metastaz vermənin hansı yolu daha çox xarakterikdir?
A) Hematogen
B) Implantasion
C) Implantasion + limfogen
D) Limfogen
E) Hematogen + implantasion
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
6) Mədə xərçənginin endoskopik diaqnostikası üçün daha çox hansı çətindir?
A) Yuxarıda sadalanmış bütün lokalizasiyalarda mədə xərçənginin diaqnostikası
çətindir
B) Mədənin cismi
C) Mədənin çıxacaq hissəsi
D) Mədənin kardial hissəsi
E) Mədənin dibi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
7) Hansı lokalizasiyalı mədə xoraları daha çox hallarda maliqnizasiyaya
uğrayır?
A) Böyük əyrilik
B) Mədənin çıxacaq hissəsi
C) Xoranın maliqnizasiya ehtimalı lokalizasiyadan asılı deyil
D) Kiçik əyrilik
E) Mədənin cismi
Ədəbiyyat: Клименков А.А. «Опухоли желудка» - Москва, 1998, 168 с.
8) Mədə xərçəngi zamanı “Virhov metastazı” necə anlaşılır?
A) Reqionar limfogen metastaz kimi
B) Uzaq ortoqrad limfogen metastaz kimi
C) Uzaq retroqrad limfogen metastaz kimi
D) İmplantasion metastaz kimi
E) Uzaq hematogen metastaz kimi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
9) Mədənin poliplərində mualicə taktikası necədir?
A) Polipin cərrahi üsulla kəsib götürülməsi
B) Mədənin pazvari rezeksiyası
C) Bütün onkoloji prinsiplərinə riayət etməklə mədənin distal subtotal rezeksiyası
D) Mədənin polipektomiyası, mukozektomiya ilə
E) Endoskopik polipektomiya
Ədəbiyyat: Блохин Н.Н. «Клиническая онкология, том II» - Москва, 1971, 440 с.
10) Mədənin proksimal subtotal rezeksiyası hansı halda göstərişdir?
A) Mədənin kardial hissənin şişində, inkişaf tipindən asılı olmayaraq
B) Mədənin subkardial hissənin ekzofit şişində
C) Mədənin kardial hissənin kiçik ölçülü ekzofit şişində
D) Sadalananların hamısı göstərişdir
E) Mədənin kardial hissənin infiltrativ şişində
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва,
2004, 1536 с.
11) Mədə xərçənginin histolojı quruluşuna görə daha çox rast gəlinəni hansıdır?
A) Qarışıq vəzili-yastıhüceyrəli xərçəng
B) Yastı-hüceyrəli xərçəng
C) Qaşlı üzük hüceyrəli xərçəng
D) Sadalananların hamısı eyni tezlikdə rast gəlinir
E) Vəzili xərçəng
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва,
2004, 1536 с.
12) Mədə xərçənginin TNM-təsnifatına görə şişin ətraf üzvlərə sirayəti hansı
simvolla göstərilir?
A) Т4
B) Т2
C) Т1
D) Тis
E) Т3
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
13) Mədə xərçənginin TNM-təsnifatına görə şişin intraepitelial yayılması hansı
simvolla göstərilir?
A) Т4
B) Тis
C) Т2
D) Т3
E) Т1
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
14) Mədə xərçənginin TNM – təsnifatına görə şişin subseroz qatına kimi sirayəti
hansı simvolla göstərilir?
A) Т3
B) Т1
C) Тis
D) Т4
E) Т2
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
15) Mədənin distal subtotal rezeksiyası hansı halda göstərişdir ?
A) Mədənin distal hissəsinin ekzofit xərçəngində
B) Mədə dibinin infiltrativ xərçəngində
C) Mədə cisminin infiltrativ xərçəngində
D) Mədənin multisentrik xərçəngində
E) Mədənin kardial hissəsinin ekzofit xərçəngində
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва,
2004, 1536 с.
16) Mədə xərçəngi zamanı “Şnitsler” metastazı altında nə başa düşülür ?
A) Göbəyə metastaz
B) Düz bağırsaq ətrafı toxumalarına metastaz
C) Sol körpücüküstü limfa düyünlərinə metastaz
D) Yumurtalıqlara metastaz
E) Dalağa metastaz
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва,
2004, 1536 с.
17) Menetriye xəstəliyi necə anlaşılır?
A) Mədənini polipozu
B) Hiperasid qastrit
C) Mədənini xroniki xorası
D) Nəhəng xroniki hipertrofik qastrit
E) Xroniki atrofik qastrit
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
18) Mədə xərçənginin TNM – təsnifatına görə şişin seroz qişasına sirayəti hansı
simvolla göstərilir?
Dostları ilə paylaş: |