Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   23   24   25   26   27   28   29   30   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Gərəkli informasiya 
− həcmlər və istehsalın müddətləri haqda 
məlumatları, məhsulun strukturu haqda spesifikasiyaları, bu və ya digər detalın 
tətbiq olunması haqda göstərişləri, materiallar və məhsulun növləri üzrə xərc 
normalarını, hazırda mövcud olanları əhatə edən ilkin məlumatlardır. 
Determinik metod 
− materiallara ilkin tələbat məlum olduqda ikinci (sonrakı) 
tələbatın hesablaması üçün istifadə olunur. 
Sifarişi vaxtında yerinə yetirmək üçün, mövcud istehsalın işə salınmasının 
başlanğıc müddətinə qədər materiallar mövcud olmalıdır. Detallar qovşaqların 
quraşdırılma vaxtı nəzərə alınnmaqla hazır olmalıdır. Buna görə də alınan 
məmulatlar gözlənilən çatdırma vaxtı nəzərə alınaraq sifariş edilməlidir. 
Stoxastik (ehtimal edilən) metod 
– müəyyən müddət ərzində gözlənən 
tələbatın dəyişməsini xarakterizə edən miqdar göstəriciləri əsasında tələbatı 
müəyyən etməyə imkan verir. Bu məqsədlə orta qiymətlərin aproksimasiyası 
(yaxınlaşması), eksponensional hamarlama və reqressiv analiz metodlarından 
istifadə edirlər. 
Evristik metodla 
materiallara tələbat işçilərin təcrübəsi əsasında təyin edilir. 
Bu metodlar proqnozlaşdırmaya əsaslanır. Proqnozlar qısamüddətli, 
ortamüddətli (3 – 5 il) və uzunmüddətli ola bilər. 
Proqnozlaşdırma aşağıdakı alqoritm əsasında yerinə yetirilə bilər: 
1.
Müvəqqəti sıraların analizi. 


30 
2.
İstehlak modelinin təyini. 
3.
Metodun seçimi. 
4.
Proqnozlaşdırılan ehtiyacın qrafik interpretasiyası. 
Tədarük miqdarının, müddətinin və periodikliyinin təyininin sadalanan bütün 
metodları öz dəqiqliyinə, vaxt sərfinə, xidmətin dəyərinə və ya materiallara olan 
tələbatın müəyyən olunmasına görə müəyyən üstünlüklərə və çatışmamazlıqlara 
malikdir. Onların seçimi aşağıdakılardan asılıdır: 

firmanın profilindən; 

sifarişçinin imkanlarından; 

məmulatların tipindən; 

anbarların mövcud olmasından və növündən; 

ehtiyatların vəziyyətinə nəzarət sistemlərindən. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə