Microsoft Word Logistika muhazir? konspekti 85 seh


SCM-in informasiya alətlər kompleksi



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   19   20   21   22   23   24   25   26   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

SCM-in informasiya alətlər kompleksi 
real və proqnozlaşdırılan tələbat 
barədə, ehtiyatların dəyişməsi barədə, nəqliyyat-anbar gücləri barədə tərəfdaşlar 
arasında tez və düzgün informasiya mübadiləsini təmin etməlidir. Belə 
mübadilənin məqsədi fiziki ehtiyatların onlar haqda informasiya ilə əvəz 
edilməsidir. 
SCM-in əsas funksiyası üçbucaq şərtlərini ödəmək olduğundan yük axınının 
bu şərtləri ödəməsi üçün informasiya axını daha böyük önəm daşıyır. Ona görə də 
informasiya axınının maneəsizliyini və yüksək çevikliyini təmin etmək zəruridir. 
Bunu etmək üçünsə, yeni informasiya texnologiyalarını tətbiq etmək olar. Lakin bu 
çox da önəmli deyil, daha önəmlisi − informasiya axını üçün vahid standart 
modelin olmasıdır. Bunun üçün vahid standartlardan, vahid modellərdən
terminlərdən (İnkoterms) və s. istifadə olunur. Məsələn, Amerikada informasiya 
proseslərinin ümumi standartlaşdırılmış modelinin yaradılması ilə SCC (
Supply 
Chain Council 
− Çatdırılma Zənciri Üzrə Şura) məşğul olur. SCC təşəbbüsçü 
birlikdir, o, 1996-cı ildə yaradılıb, hazırda 400-dən çox üzvə malikdir. Şuranın 
məqsədi – proseslərin standart modelinin işlənməsi və texniki təsvir edilməsi 
Çeviklik 
Reallaşdırma xüsusiyyəti 
Minimallaşdırma 
Zaman 
Keyfiyyət 
Qiymət 


27 
(SCOR – 
Supply Chain Operation Reference
) və çatdırma zəncirinə daxil olan 
müəssisələr arasında informasiya mübadiləsidir. SCOR modellər ilə çatdırma 
zənciri daxilində modeli qiymətləndirmək üçün vahid, müqayisə oluna bilən 
standart modellər yaradılır. 
SCOR modelə inteqrasiya olunan çatdırma zənciri tədarükçüdən, istehsalçıya 
və yükün təhvil verilməsinə qədər qiymətin yaradılmasının bütün zəncirini, yəni 
material, əmtəə, nəqliyyat və informasiya axınlarını əhatə edir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə