Microsoft Word Logistika muhazir? konspekti 85 seh


qarşılıqlı əlaqələrin informasiya sahəsində



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   15   16   17   18   19   20   21   22   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

qarşılıqlı əlaqələrin informasiya sahəsində, 
bu informasiyanın məzmununa, 
təqdim olunma formasına və sürətinə görə uyğunluğunu və bir nəqliyyat 
növündən digərinə vaxtında verilməsi ilə təmin edilir; 

qarşılıqlı əlaqələrin hüquqi sahəsində
, bunun əsasını qüvvədə olan qanunlar
konvensiyalar və sazişlər (Nəqliyyat haqqında qanun, Avtomobil nəqliyyatı 
haqqında qanun, Yük daşımaları qaydaları, Nəqliyyat sahəsində Beynəlxalq 
Konvensiyalar, Sazişlər və s.) təşkil edir; 

qarşılıqlı əlaqələrin iqtisadi sahəsində
, bunun əsasını planlaşdırmanın vahid 
sistemi, nəqliyyat növləri üzrə daşımaların paylanması, resursların olub − 
olmaması təşkil edir; 

qovşaqlarda 
müxtəlif nəqliyyat növlərinin qarşılıqlı təsirinin qazanılmış 
təcrübəsindən istifadə. 
Qarşılıqlı əlaqəyə ölkənin ümumi logistik sistemində nəqliyyatın müxtəlif alt 
sistemlərinin bir-birinə təsiri kimi baxmaq lazımdır. Bu halda hər nəqliyyat növü 
onun üçün ən səmərəli sahədə daşımanı həyata keçirir, kompleks vahid nəqliyyat 
sistemi isə bütövlükdə yüklərin və sərnişinlərin daşınmasında cəmiyyətin 
ehtiyaclarının tam ödənməsini təmin edir. 
LOGİSTİKANIN İNFORMASİYA TƏMİNATI 
 
Logistikada informasiya təminatı çox vacib rol oynayır. İnformasiya- 
kompüter texnologiyalarının biznesinin bütün sahələrinə tətbiq edilməsi 
logistikanın müasir vəziyyətini müəyyən edir. Sürətli kompüterlərdən istifadə 
olunmadan logistik konsepsiyaların əksəriyyətinin reallaşdırılması qeyri- 
mümkündür. Logistik prosesin informasiya təminatı o qədər əhəmiyyətlidir ki, 
mütəxəssislər biznesdə və informasiya axınlarını idarə etmədə informasiya 
logistikasını seçirlər. 
İnformasiya axını 
– idarə edən funksiyaları reallaşdırmaq üçün müəyyən 
logistik sistemdə sistemin bəndləri arasında və ya logistik sistemlə ətraf mühit 
arasında kağız və elektron (sənədli), danışıq və başqa formada xəbərlər axınıdır. 
Məlumat daşıyıcılarının ən yayılmış növü kağız və elektron daşıyıcılar üzrə 
axındır. 
Logistik təsirlər və funksiyalarla əlaqələr üzrə: elementar, üstün, kompleks və 
bazis (baza) informasiya axınlarını qeyd etmək olar. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə