1. Qədim Azərbaycanda xristian dini



Yüklə 20,38 Kb.

tarix19.10.2018
ölçüsü20,38 Kb.


    1.Qədim Azərbaycanda xristian dini 

    Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa 

Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz 

etmişdir.

 Qafqaz Albaniyasında xristianlıq  eramızın 54 - 57 -ci illərində 

apostol Müqəddəs Yeliseyin  təbliğ fəaliyyətindən sonra yayılmışdır.                                  

Bu səbəbdən Alban kilsəsi  apostol kilsəsi adlandırılır. Qafqazda , eləcə 

də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban 

kilsəsidir. 

     


Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq 

dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə 

görə, eramızın ilk əsrlərinin başlanğıcında yerusəlimdən, Suriyadan ilk 

xristian missionerləri, həvariləri  (apostolları) və həvarilərin şagirdləri 

Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban 

ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd 

edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs 

Faddeyin, Müqəddəs Varfolomeyin  və Müqəddəs Faddeyin şagirdi 

Müqəddəs Yeliseyin  adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü 

şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ 

Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın  adları ilə bağlıdır. 

    Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci 

patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan 

diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə 

Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra 

Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını 

keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər 

tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki 

Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində 

torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. 

    313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən 

qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan 

edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın                              2 



yayılmasının qrekofil dövrüadlanan yeni dövrü başlanır. Akademik 

Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə 

xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik 

və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz 

ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, 

dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə 

edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində" 

leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından 

sayılır. 

    451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə 

üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər 

arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban 

kilsəsi diofizitliyi qəbul edir. 

    Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci 

ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə 

Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, 

kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb 

çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər 

yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa 

etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən 

dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə 

davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban 

kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna 

verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 

2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, 

Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ 

rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir. 

    Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və 

protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil 

olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır. 



                                                                                                                  3 


    Pravoslavlıq. Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus 

çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz 

etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə 

başlamışdır. 

    Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən 

sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. 

Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-

Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə 

Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka 

kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 

sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı. 

    Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci 

illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün 

edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı 

(Gürcüstan)  Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı 

prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə 

Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında 

Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl 

memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə 

Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə 

dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa 

olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-

katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22-23 may 2002-

ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda 

rəsmi səfərdə olmuşdur. 



    Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci 

yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri 

sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində 

Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt 

ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü 

yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar 



Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün       

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə