Bəs zınqıroVu pıŞıyın BoynunDAn kım AsAcAq?



Yüklə 10,25 Kb.

tarix10.05.2018
ölçüsü10,25 Kb.

background image
46

www.irs-az.com

№ 4 (40), 2009 

BƏs zınqıroVu pıŞıyın BoynunDAn kım AsAcAq?

Bir gün siçanlar toplaşıb pişiyin zülmündən xilas olmaq üçün məşvərət 

edirlər.  Çox  götür-qoydan  sonra  belə  qərara  gəlirlər  ki,  bir  usulla  pişiyin 

yaxınlaşdığını  əvvəlcədən  müəyyən  edə  bilsələr,  onun  əlindən  qaçıb 

qurtarmaq  asan  olar.  Bunun  üçün  isə  bir  böyük  zınqırov  tapıb  pişiyin 

boynundan  asmaq  kifəyətdir,  siçanlar  uzaqdan  zınqırovun  səsini  eşidən 

kimi, pişiyin gəldiyini başa düşüb gizlənə bilərlər.

Bu qərarı yekdillilklə qəbul edib arxayınlaşan siçanlardan biri qəflətən öz 

yoldaşlarına deyir:

– Ay qardaşlar, qəbul etdiyimiz qərar çox gözəl qərardır, amma bir şey 

məlum deyil ki, bəs zınqırovu pişiyin boynundan kim asacaq?

Hansısa bir yarımçıq qərar çıxararaq, bununla da öz vəzifəsini bitmiş hesab edən, qərar qəbul 

olunarkən onu həyata keçirməyin mümkün olub-olmadığına məhəl qoymayan adamlar və onların işi 

haqqında bu məsəldən istifadə edirlər.

Bu BAsABAsDA fƏrmAnı kım oxuyAcAq?

Bağdakı meyvələrdən doyunca yemək fikrinə düşən hiyləgər tülkü xəlifənin adından bir fərman 

yazıb boğazına taxır. Tülkü yoldaşlarını da başına toplayaraq, guya xəlifənin tülküləri bağa buraxmağı 

və onlara doyunca meyvə yeməyə icazə verməyi əmr etdiyini onlara xəbər verir. Hiyləgər tülkü öz 

yoldaşlarını qabağa buraxır, özü isə hamıdan sonra bağa girib xəlvət bir yerdə meyvələri yeməyə 

başlayır. Bağın sahibi əhvalatdan xəbər tutub tülküləri döyüb qovalamaqla məşğulkən, hiyləgər tülkü 

qarnını doydurub özünü bağın kənarına salır. Döyülüb yaralanmış və heç bir şey yeməmiş tülkülər 

“fərmanlı” tülkünün başına yığışıb xəlifənin fərmanını bağ sahibinə göstərməyi tələb edirlər.

Yalançı fərmanla yoldaşlarını aldadaraq bolluca meyvə yeyib doyan tülkü başını bulayaraq deyir:

– Eh, bu basabasda fərmanı kim oxuycaq?

 

Müəyyən  məqsədlə  uydurulmuş  və  həmin  məqsəd  əldə  edildikdən  sonra  altından  bir  təhər 

sivişməyə səy göstərildiyi yalan haqqında bu məsəldən istifadə olunur.

Bu eVDƏ HƏr ıt Bır AyA tAzıyA DönƏr

Hədsiz xəsisliyi ilə ad çıxarmış kəndxuda ova çıxmaq üçün kəndlilərindən bir tazı gətirməyi istəyir. 

Ertəsi gün kəndlilər böyük bir qoyun itini tutub onun evinə gətirirlər. Kəndxuda əsəbiləşərək:

– Bu nədir? Siz itlə tazını tanırmırsınız?

Kəndlilər belə cavab verirlər:

– Kəndxuda ağa, narahat olma. Sənin evində hər hansı cinsdən olan it bir ayın içərisində arıqlayıb 

tazıya çevriləcək.

Müvafiq hallarda bu məsəldən istifadə olunur.

qAtırın kefı ıstƏDıyı yerƏ geDır

Molla Nəsrəddin bir nacins, dəcəl qatırın üstünə minib qonşu kəndə getmək istəyir. Lakin qatır onu 

gah sağa, gah sola, gah da arxaya aparır, Molla nə qədər çalışırsa da, onu istədiyi istiqamətdə sürə 

bilmir. Bu vaxt kəndlilərdən biri Mollaya rast gəlib haraya getdiyini soruşur. Molla cavabında deyir:

Hara gedəcəyəm, qatırın kefi istədiyi yerə.

Başqasının  iradəsinə  tabe  edilərək  istəmədikləri  işi  görməyə  məcbur  olan  adamların  özləri  bu 

məsəldən istifadə etdiklər kimi, onlar haqqında başqaları da həmin ifadəni işlədirlər. 

''Rəvayətli ifadələr'', Bakı, 1961

Nİyə belə deyİrİk?





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə