Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə40/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   36   37   38   39   40   41   42   43   ...   143

 

 

118 



ərəbdilli 

şərhçilik 

ədəbiyyatının 

görkəmli 

nümayəndəsi 

olmuşdur. «Şərh ət-tənvir» («İşıqlandırmanın şərhi») əsəri onun 

yaradıcılığın parlaq nümunələrindən biridir. Bu əsər  ərəb  şairi-

mütəfəkkiri  Əbül  Əla  əl-Məərrinin poetik irsinə  həsr 

olunmuşdur. Alim təbabət, psixologiya, astronomiya və həndəsə 

ilə  məşğul  olmuşdur. Yaqut əl-Həməvi Yusif əl-Xuveyyi 

haqqında  belə  məlumat  vermişdir: «Ədibdir.  Əbu Yaqub Xoy 

sakinidir.  Əla  ədib,  bacarıqlı  fəqih,  saçlı, nizam-intizamlıdır. 

Onun  ədəbiyyat  haqqında bir sıra  əsərləri  vardır… Əbu  Səad 

demişdir ki, Tusda 549 (1154/55-ci ildə  ərəblərin  qiyamı  vaxtı 

və ya ondan əvvəl  əsir qullar tərəfindən  öldürülmüşdür».

77

 Bu 



dövrün  məşhur  alimlərindən biri də  Fəridəddin  Şirvani 

olmuşdur. O, 30 il ərzində  zəmanəsinin  mütərəqqi  mədəni 

uğurlarını  mənimsəmiş,  araşdırmalarının obyekti kimi səma 

cisimlərini seçmişdi. Alim bir neçə ulduz cədvəlinin müəllifidir. 

Şamaxı  şəhəri  yaxınlığındakı  Məlhəm  kəndində  «Tibb 

mədrəsəsi» 

(«Mədrəseye-tibb») və 

müalicəxana 

açmış 

Kafiəddin  Ömər ibn Osman (məşhur  şair Xaqani Şirvaninin 



əmisi idi) həkim  və filosof kimi tanınmışdı.  Mühzəbəddin 

Təbrizi XII əsrdə Təbrizin tanınmış həkimlərindən olmuşdur. Bu 

şəxs  «əl-Müxtar» («Seçilmiş») və  «Kitabi-tibb  əl-Camali» 

(«Gözəl tibb kitabı») əsərlərini  yazmışdır.  Həmin  əsərlərdə bir 

çox  xəstəliklərin  müalicə  üsulları  nəzərdən  keçirilmişdir.  Digər 

bir təbib və alim-Mahmud ibn İlyas öz əsərində əczaçılıq və bir 

sıra  xəstəliklərin  müalicə  prinsiplərindən  bəhs  etmişdir. XI-XII 

əsrlərin tarixi, filoloji, fəlsəfi (professional filosofların  əsərləri 

nəzərdə tutulur) əsərlərin  çoxu  zamanımıza  qədər  gəlib 

çatmamışdır. Lakin bu cür  əsərlərin  yazılması,  onların  həmin 

dövrdə  mövcudluğu  haqqında ilkin qaynaqlarda xeyli məlumat 

vardır. Həmin qaynaqlardan məlumdur ki, Fəxrəddin Əbülfəzail 

İsmayıl ibn Müsənna ət-Təbrizi irihəcmli «Tarixi – Azərbaycan» 

(«Azərbaycan tarixi») əsərini  yazmışdır. Bu alim Bağdaddakı 

«Nizamiyyə» mədrəsəsində  mühazirələr  oxumuş, 1185-cı  ilidə 

Təbrizdə vəfat etmişdir. 

Ədəbiyyat VII-XII əsrlərin  Azərbaycan  mədəni  həyatında 

müstəsna  mövqeyi olan spesifik incəsənət  sahəsi kimi diqqəti 




 

 

119 



cəlb edir. Xilafət dövrünün yazılı ədəbiyyatı ərəb dilində inkişaf 

edirdi. Lakin ədəbiyyatın  ərəb  dilində  inkişafı o demək deyildi 

ki, qeyri-ərəb  xalqları  əski  keçmişindən,  mədəni-mənəvi 

dəyərlərindən  əl  çəkmişdilər.  Tədricən  ədəbiyyatda  «Şüubilik» 

(«xalqçılıq») meylləri  aşkara  çıxmağa  başladı.  Ədəbiyyatda bu 

meyllər  özünü  islamaqədərki, yerli mədəni  ənənələri  ərəb 

mədəniyyəti sisteminə daxil etmək yolu ilə qorumaq cəhdlərində 

göstərirdi. Bu meyl VIII əsrdən IX əsrin ilk rübünün sonunadək 

ərəb (ərəbdilli) ədəbiyyatının inkişafı dövrünü əhatə etmişdir və 

ədəbiyyatda 

«yeniləşdirmə 

hərəkatı» («əl-hərəkət 

ət-

təcdidiyyə») adlandırılımış  dövrünü  «şüubilik»  olmadan 



təsəvvür  etmək qeyri-mümkündür.  Azərbaycanın  ən  erkən 

ərəbdilli  ədiblərinin  yaradıcılığı VII-VIII əsrlərin  qovşağına 

təsadüf etmişdir. Musa Şəhəvat, Əbülabbas əl-Əma, İsmayıl ibn 

Yaşar,  İbrahim ibn İsmayıl,  Məhəmməd ibn Yaşar bu dövrün 

ərəbdilli  Azərbaycan  ədibləri  olmuşlar.  Məkkədə  yaşamış, 

ömrünün  sonunadək  Əməvilər  sülaləsinə sadiq qalmış,  Əməvi 

xəlifələrini  mədh  etmiş  Əbülabbas  əl-Əma  hədislərin mahir 

bilicisi kimi də  tanınmışdı.  Ərəbdilli  Azərbaycan  ədibləri 

dövrün  ədəbi  prosesində  fəal  mövqelərdə  olmuş, ictimai-siyasi 

həyatda layiqli yer tutmuşlar. 

X-XII  əsrlər  ərəb-müsəlman  ədəbiyyatının  (ümumiyyətlə 

mədəniyyətinin)  təkamülü  tarixində  ən  məhsuldar  dövrlərdən 

biri kimi qiymətləndirilir. IX əsrdən etibarən Xilafətin tənəzzülü 

prosesi  ilə  bağlı olaraq «şüubilik» meylləri daha da gücləndi. 

İran  tarixinə,  ədəbiyyatına, fars dilinə  ədəbiyyatda  qayıdış 

faktları  artmağa  başladı. X əsrin II yarısında  İran  mənşəli 

Buveyhilərin  Bağdadı  ələ  keçirmələri  Abbasilərin zahiri siyasi 

hökmranlığına son qoyulması, içtimai-siyasi və mədəni həyatda 

İran  ünsürünün  güclənməsi  ilə  nəticələndi.  Əbülqasim 

Firdovsinin (934-1024) «Şahnamə» poeması  İran  poeziyasında 

fars dilinin ərəb  dilinə  üstün  gəlməsi prosesini güçləndirdi. Bu 

əsər yeni-farsdilli ədəbiyyatın  yaranmasına,  dövlətçilikdə 

irançılıq ənənələrinin artmasına təkan vetmiş mühüm amil oldu. 

«Məhz bu zaman Azərbaycan  ərazisində  deyləmi  Salarilərin, 

mənşəcə  kürd olan Şəddadilərin,  əsilləri  ərəb olsa da artıq 



 

 

120 



yerliləşmiş  Rəvvadilərin  müstəqil  hökmranlıq  dövrləri  başlanır; 

hələ IX əsrin 60-cı illərində Şirvan və Layzanda hakimiyyəti ələ 

keçirmiş  ərəb  mənşəli  Məzyədilər  də  … iranlaşdılar.  Hətta 

Şirvanşahların  ərəb  adları obyektiv və subyektiv amillər 

üzündən fars adları  ilə  əvəz edildi».

78

  Beləliklə,  Azərbaycanda 



da farsdilli poeziyanın  inkişafı  üçün  əlverişli  içtimai-siyasi, 

mədəni  şərait  yaranmışdı. Lakin fars dili elmi yaradıcılıq 

prosesində  ərəb dilini əvəz  edə  bilmədi. XI əsrin 70-ci illərinin 

əvvəllərində Yusif Balasaquninin (1017-1077) Firdovsinin 

«Şahnamə»sinə cavab olaraq yazdığı,  artıq o zaman 

«Şahnameyi-türki» («Türk 

Şahnaməsi») adlandırılmış 

«Qutadqu-bilik» («Xöşbəxtliyə aparan elm») əsəri  türk milli 

şüurunun  oyanışı  faktlarından biri idi. Lakin Azərbaycanda 

hakim dairələrin tarixi obyektivlik üzündən irançılığa daha artıq 

meyl etməsi türk dilinin bu dövrdə türk xalqlarının ümumi ədəbi 

dilinə  çevrilməsinə  əngəllər  yaratdı. 1055-ci ildə  Bağdadı  fəth 

etmiş Səlcuqilər zamanında da türk dili ədəbi, habelə rəsmi dilə 

çevrilmədi. Səlcuqilər imperiyasının geniş ərazisində fars dilinin 

mövqelərinin daha da möhkəmlənməsinin başlıca səbəbi «yalnız 

yürüşlər və vergi toplamaq qayğısına qalmış səlcuq sultanlarının 

savadsızlığı»

79

  və  «farslardan  ibarət  məmurlara  arxalanması» 



olmuşdur. Səlcuqilər dövründə vəzir vəzifəsində ənənəvi olaraq 

yalnız  İran mənşəli şəxslər olmuşlar.  Azərbaycan Atabəylərinin 

də vəzirləri qeyri-türklər idilər.

80

 Fars dili XIV əsrədək Yaxın və 



Orta  Şərqdə  bədii-ədəbi dil funksiyasını  yerinə  yetirmişdir. XI-

XII  əsrlərdən  bizə  Azərbaycan  türkcəsində  yazılmış  əsər 

çatmamışdır, lakin bir sıra qaynaqlarda buna dair məlumatlar 

vardır.  Məsələn, XI əsrdə  Məsud ibn Namdarın  ərəb  və fars 

(əcəmi)  dilləri  ilə  yanaşı  türkcə  və  zimmicə  (yəni yerli dildə) 

şeirlər  yazmasına dair mənbə  məlumatı bunu təsdiqləyir. 

Şirvanşah I Əxsitanın Nizami Gəncəviyə  «Leyli  və  Məcnun» 

əfsanəsini  türkcə deyil, farsca və ya ərəbcə  yazmasını  sifariş 

etməsi  də  təsdiqləyir ki, həmin  dövrdə  türkcə  bədii  əsərlər 

yazılması ənənəsi də mövcud olmuşdur. Bu tarixi faktla Nizami 

Gəncəvinin  də  türkcə  yazdığı,  azərbaycanlı  olduğu  vasitəli 

surətdə  təsdiqlənir.  Ədəbi  prosesdə  mövcud olan yeni meyllər 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə