23
Mahmud vəfat etdi. Yerinə Sultan II Toğrul keçdi. Bu sultan, Eldənizi öz şəxsi
məmlükləri arasına daxil etdi. Eldəniz, sultanın arvadı
Mömünə Xatunun təşəbbüsü
sayəsində qısa zamanda II Toğrulun kiçik yaşlı oğlu Arslanşahın atabəyliyinə
gətirildi. Sultan II Toğrulun ölümü və yerinə Sultan Məsudun (1135-1152) keçməsi
üzərinə Eldəniz Mömünə Xatun ilə evləndirildi və 1136-cı ildə Aranı Arslanşah ilə
onun iqtası təyin etdi. Beləcə, 1136-cı il Azərbaycan Atabəyləri Eldənizlilərin
quruluş ili olaraq qəbul edilməkdədir.
70
Ayrıca Eldənizin Mömünə Xatundan
Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Qızıl Arslan adında iki oğlu və bir
qızı olmuşdur.
71
On il içində (1136-1146) Atabəy Eldəniz Arandakı bütün idarəni əlinə aldı.
O, üsyankar əmirləri bərtərəf etdi və yerli idarəçilər arasında nizam-intizam
sağladı. Xalq arasında asayişi bərqərar edən Eldəniz, dövrün Alban müvərrixi
Mxitar Qoşun məlumatına görə, "o gücləndi; bütün böyük hökmdarları əzdi və
çoxlarını özünə tabe etdi; türkmənlərin qiyamçılarını tamamilə darmadağın etdi. O,
Albaniya (Aran) ölkəsindəki çaxnaşmalara son qoydu".
72
1145/46-cı illərdə Farsın türk hakimi Boz Aba ilə Rey valisi Abbas arasında
ittifaq təsis edildi. Bu ittifaqa Sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan
Yürək də daxil oldu. Onlar sultanın qardaşı oğullarından şahzadə Məhəmməd ilə
şahzadə Məlikşahı öz yanlarına alıb, Məsuda qarşı qiyam qaldırdılar. Sultan
Məsudun onlara qarşı gələcək gücü olmadığı üçün Atabəy Eldənizə müraciət etdi.
Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına
çıxdı. İlk çarpışmalardan sonra qiyamçılar sultan ilə atabəyin gücləri qarşısında
geri çəkilməyə başladılar.
73
Bu hadisə, Atabəy Eldənizin İraq Sultanlığı nəzdində
nüfuzunu xeyli artırdığını göstərməkdədir.
1 Rəcəb 547-ci ildə (2 oktyabr 1152) Sultan Məsud Həmədanda vəfat etdi.
Yerinə qardaşı oğlu Məlikşah ibn Mahmud keçdi. Ancaq vəzir Xass Bəy Bələncəri
qısa müddət sonra onu həbs edib yerinə onun qardaşı Məhəmmədi oturtdu. Ancaq
yeni sultan hakimiyyətə keçməsinin üçüncü günü onu taxta çıxaran Bələncərini
edam edib başını Aran hakimi Şəmsəddin Eldəniz ilə Marağa hakimi Nüsrətəddin
ibn Ağsunqura göndərdi. Ancaq sultanın bu hərəkəti onları qorxutdu. Bundan
istifadə edən xəlifə əl-Müqtəfi əmirləri sultana qarşı qiyama dəvət etdi. Əmirlər
özlərinə yeni sultan olaraq Süleyman şahı seçdilər. Onlar birlikdə Bağdada gəldilər
və burada xəlifə tərəfindən təntənə ilə qarşılandılar. Məhərrəm 551-ci ildə (mart
1156) Bağdadda xütbələr Süleyman şahın adına oxundu. Beləcə, Süleyman şah
yanında xəlifə orduları xaricində Aran hakimi Şəmsəddin Eldəniz, Marağa hakimi
70
Bünyadov, Azərbaycan Atabəyləri, s. 44; Merçil, İdenizliler, s. 81'de Eldənizin Arana
göndərilməsində Mömünə Xatundan əlavə Sultan Məsudun öz arvadının da onun haqqında müsbət
fikirlərə sahib olmasının təsiri böyük olmuşdur.
71
Nişaburi, Selçuk-name, s. 75'de Eldənizin qızının adını çəkmir.
72
Mxidar Qoşdan nəql edən Bünyadov, Azərbaycan Atabəyləri, s. 45.
73
Ravendi, Rahat, s. 224; Merçil, İdenizliler, s.81-82; Bünyadov, Azərbaycan Atabəyləri, s. 34.
24
Nüsrətəddin Arslan Apa, Alp Quş Gün-qur, Fəxrəddin Zəngi Həmədana doğru
irəlilədilər. Sultan Məhəmməd şəhəri tərk etmək məcburiyyətində qaldı və İsfahana
qaçdı. Süleyman şah heç bir maneə ilə qarşılaşmadan paytaxta gəldi və sultanlıq
taxtına oturdu. Ancaq taxtı ələ keçirdikdən sonra sultan içki məclislərinin aludəsi
olub əyyaşlıq etməyə başladı.
74
Bunun üzərinə müttəfiqləri ondan ayrılıb öz
əyalətlərinə çəkildilər. Eldəniz də Gürcülərin Arana hücumunu eşidib ölkəsinə
döndü.
75
Ayrıca, bu vaxt vəzir Bələncərinin əmisi oğlu Rəvvadi
76
də Aranda rahat
durmamış və qiyam etmək üçün fürsət gözləyirdi.
77
Süleyman şahın ordusunun dağıldığını görən sabiq sultan Məhəmməd onun
üzərinə hücum çəkib taxtı yenidən əlinə keçirmiş, Süleyman şahı da tutub həbs
etmişdir. Sultan Məhəmməd, Atabəy Eldənizi bağışlandığını ifadə etmişsə də, onu
nəzarət altında tutmaq üçün oğlu Cahan Pəhləvanı girov olaraq sarayda
saxlamışdır. Ancaq xəlifənin təhrikiylə Şəmsəddin Eldəniz sultana qarşı üsyan etdi.
Sultan Məhəmməd Bağdadı mühasirə etdiyi sırada Eldəniz şahzadələrdən
Məlikşahı və oğulluğu Arslanşahı yanına alıb Həmədana yiyələndi. Bunun üzərinə
Bağdadın mühasirəsini buraxan Sultan Məhəmməd Həmədana hücum etdi və Rey
yaxınlığında Eldənizin qüvvətlərini ağır məğlubiyyətə düçar etdi. Naxçıvan
yaxınlığında cərəyan edən ikinci vuruşmada da yenə Eldəniz məğlub oldu. Bunun
üzərinə Eldəniz bir məktub yazıb sultandan əfv edilməsini istədi. Sultan onun
üzrxahlığını qəbul edib, atabəyin Arandakı hakimiyyətini təsdiq etdi. Azərbaycanı
da Marağa Ağsunqurlularından Arslan Apa ibn Ağsunqura verdi.
78
Ancaq
Məhəmmədin hakimiyyəti çox davam etmədi. Bağdada hücuma hazırlaşdığı bir
dövrdə qəflətən xəstələndi və Zülqadə 554-cü ildə (dekabr 1159) öldü. Taxta təkrar
Süleyman şah keçdi. Süleyman şah Eldənizin oğulluğu Arslanşahı özünün vəliəhdi
elan etdi. Necə ki, Süleyman adına oxunan xütbələrdə Arslanşahın da adı vəliəhd
olaraq keçilirdi.
79
Süleyman şah taxta çıxışından sonra yenidən əyyaşlığa başladı. Bunun
üzərinə əmirlər ona qarşı sui-qəsd planı hazırladılar. Şəvval 555-ci ildə Süleyman
şah taxtdan salındı və həbs edildi. Şərafəddin Qurd Boz adlı bir əmir onu 12
Rəbiüləvvəl 556-cı ildə (22 aprel 1161) həbsdə boğaraq öldürdü.
80
Arxasından da
74
Əl-Bundari, Zubdat, s. 252; Bünyadov, Azərbaycan Atabəyləri, s. 39.
75
Merçil, İldenizliler, s. 82.
76
Vəzir Xass Bəy Bələncərinin əmisi oğlu Rəvvadi, Sultan Məsud dövründə Gəncənin hakimi təyin
edilmişdir. Eldənizin yoxluğundan istifadə edən Rəvvadi Aranda soyğunçuluğa başlamışdır. Gəncə
xalqı vəziyyəti Eldənizə şikayət etdiklərində atabəy Gəncəyə hücum etmiş və Rəvvadini oradan
qovmuşdur. Mxitar Qoş, Albanskaya xronika, Baku 1960, s. 17.
77
Bünyadov, Azərbaycan Atabəyləri, s. 39.
78
Bünyadov, Azərbaycan Atabəyləri, s. 40-41.
79
İbn əl-Əsir, əl-Kamil, IX, s. 68; Bundari, Zubdat, s. 189-190; Ravəndi, Rahat, s. 264, 272; Merçil,
İldenizliler, s. 82; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 41-42.
80
Süleymanşahın öldürülməsində Atabəy Eldənizin də əli ola bilər. Çünki Eldənizin Həmədana
girməsində (zilqadə 555//noyabr 1160) beş ay sonra Süleyman şah öldürülmüşdür (11 Rəbiüləvvəl
556//12 aprel 1161). Ayrıca onu öldürən Şərafəddin Qurd Boz, Eldənizin ən yaxın dostu idi.