21
Səlcuqlu dövlətləri və atabəyləri ilə müharibələrə başladı. Bu tarixdə, Abxaz-Kartli
kralları əsgər ehtiyaclarını qarşılamaq üçün davamlı olaraq şimaldakı qıpçaqları
Gürcüstana köç etməyə təşviq etmişdir. 1121/22-ci ildə qıpçaqlar Tiflisi ələ
keçirdilər. Abxaz-Kartli krallığının paytaxtı buraya köçürüldü və bu ərazidə
qıpçaqlara geniş sahələr verildi.
64
Qıpçaqların Gürcüstana gəlməsi və burada
yerləşməsi daha sonrakı dövrlərdə də davam etmişdir.
65
Qıpçaqların Gürcüstanda və siyasi hakimiyyətdə əsas güc təşkil etdiyini o
dövrə aid protoqol sənədində yer alan Abxaz-Kartli krallığını təşkil edən xalqların
mərasim sırası da təsdiq edir. Atabəy Cahan Pəhləvanın oğlu Əmir Əmiran Ömərin
qarşılanması mərasimində gürcü krallığını təmsil edən millətlər və ordular
protokola görə belə düzülmüşdülər: 1. Oslar və ya alanlar - kral David Soslanın
birlikləri; 2. Köhnə qıpçaqlar; 3. Yeni qıpçaqlar; 4. Heretlər və ya qara ağaclılar; 5.
Kaxetlər və ya sıqnaqlar; 6. Kartlilər (Tiflis-Qori ərazilərinin İberiyalı xalqı); 7.
Mesexlər (qədim massagetlər - Axıska-Azqur-Xırtız əhalisi); 8. Torlular
(mesexlərin şərqindəki xalq); 9. Savşat-Kalarcet-Tao; 10. Somxitarlar (Alqet-
Xıram-Borçalı çayları arasındakı xalq); 11. Abxazlar və ya abazlar; 12. Suvanlar
(Əngür çayı mənbəsindəki dağlıq ərazidə yaşayan sıvanet xalqı); 13. Megrellər; 14.
Gürəllər; 15. Raçalar (Faç/Riyon mənbəyində yaşayan xalq); 16. Takver (Ayqır
suyu mənbəyindəki Leçxum); 17. Arquet.
66
Burada gürcü krallığını təşkil edən 17
xalqın 5-i türk əsillidir: köhnə və yeni qıpçaqlar, qara ağaclılar, gürəllər, arqular
(Arquet) və mesxetilərin bəzi qolları. Ancaq yeni qıpçaqların bəzi qolları xaricində
bunların tamamı artıq XIII əsrin əvvəllərinə qədər əsas din olaraq ortodoks
xristianlığı mənimsəmişdilər. Ancaq bu protoqol sənədi, kralın şəxsi
mühafizəçilərini təşkil edən ostlardan sonra qıpçaqların əsas siyasi və hərbi güc
olduğunu ortaya qoymaqdadır.
Eldənizlərin ortaya çıxması
Azərbaycan Atabəyləri Eldənizlilərin qurucusu qıpçaq əsilli bir memlükdür.
Mixonda görə, Eldəniz, qıpçaqlar ölkəsindən alınmış bir quldur. Cılız, zəif olduğu
üçün qul alverçisi onu pulsuz kölə tacirinə bağışlamışdır. Eldəniz, İraq Səlcuqluları
dövlətinin vəziri Kəmaləddin Əbu Talib əs-Sümeyrəminin əmrində sarayda
64
Tiflis o tarixdən əvvəl türk-islam şəhəri hesab edilirdi. Qıpçaqlar bu şəhəri əllərinə keçirdiklərində
burada kiçik yerli xanədan olan ərəb əsilli Cəfərilər mövcud idilər.
Urfalı Mateos Vekayinamesi (952-
1135) ve Papaz Grigpr'un Zeyli (1136-1162), s. 270.
65
Bu mövzuda geniş məlumat üçün bax. Gökbel A., Kıpçak Türkleri, İstanbul 2000, s. 56-60.
66
Histoire de la Georigie, I, s. 435-440. Bunlardan axırıncısı Arquet, indiki Kutaisi bölgəsinin
şərqindəki ərazinin adıdır. Arquet-Arqu yurdu deməkdir. Arqu, türklərdən bir boy olub Orta Asiyanın
Arqu çayı ətrafında yaşayırdılar. Arqular mədəni bir xalq olub, Arqu türkcəsi türk ləhcələri arasında
özünə məxsus bəzi xüsusiyyətlər də ifadə edirdi. Gürcüstanda və Sünükdə ortaya çıxan məşhur
Orbeliyanlar sülaləsi bunlardandır. Gürcü səlnamələrində bunlar özlərinin "Çenestandan", yəni Çindən
gəldiklərini iddia edirdilər.
22
xidmətə başlamış və sırasıyla iqtidar pillələrini bir-bir çıxmışdır.
67
Cüzcani,
Eldənizin, Böyük Səlcuqlu sultanı Səncərin məmlükü olduğunu qeyd etmiş və
onun adını Eldəniz əs-Səncəri olaraq qeyd etmişdir. Eldənizlilər tarixinin ən
məşhur araşdırmaçısı Z.Bünyadov, təəssüf ki, bu məlumatı ciddiyə almamış və
bunu müəllifin səhv görüşü olaraq qiymətləndirmişdir. Ancaq Cüzcaninin bu
məlumatı olduqca qiymətlidir. Müəllifin, Eldənizi Sultan Səncərin məmlükü olaraq
qeyd etməsi, Eldənizin Sultan Məhəmməd Taparın ölümü və oğlu Mahmudun taxta
keçdiyi tarix 1118-ci ildə saraya alındığını göstərməkdədir. Bu tarixdə Səncər,
Mahmudu məğlub edib böyük sultan olunca onun məmlükləri də ali sultanın
tabeliyinə keçmişdir. Ayrıca Vəzir Süməyrəmi Mahmudun vəzirliyinə gətirən də
Səncərin özü olmuşdur. Eldəniz birinci dərəcədən Səncərin məmlükü olmasa da,
Cüzcaninin məlumatı onun 1118-ci ildə saray məmlükləri arasına alındığını
göstərməkdədir.
Eldənizin qıpçaqların hansı boyuna mənsub olduğu haqqında tarixçilikdə
heç bir məlumat verilmir. Lakin Xarəzmşah Təkişin münşisi (divan katibi)
Bağdadlı Bahaəddin Məhəmməd ibn Müəyyəd Xarəzmşahların məktublarını
qələmə aldığı əsərində Atabəy Nüsrətəddin Cahan Pəhləvana aid bir məktubdan
bəhs edərkən, atabəyin Xarəzm ordularının başında Taraza qədər gəlmiş qıpçaq
Uran qəbiləsinin rəislərindən Qıranla (Kıran) "qohum olduğunu" yazmaqdadır.
68
Atabəy Cahan Pəhləvanın, Qıranı öz qohumlarından göstərməsi Eldənizlərin də
qıpçaqların Uran tayfasından olduğuna işarət ola bilər. Zira, qıpçaqların Uran
qəbiləsi Orta Asiyada Xarəzmşahlarla sərhəd olan Cənd ətrafında yaşayırdılar.
Bunların böyük bir hissəsi müsəlman deyildi. Ancaq Xarəzmşahların əmri altına
girdikdən sonra uranlılar Xarəzm ordusunda xidmətə başlamışdılar.
69
Atabəy
Eldənizin Səncərin "məmlükü" olduğu, vəzir Süməyrəmin Səncər tərəfindən
Mahmudun vəziri təyin edildiyi və Atabəy Cahan Pəhləvanın Uran rəisi Qıranı öz
qəbilə qohumu olaraq göstərməsi kimi məlumatları əsas aldığımızda Eldənizin
Orta Asiya (Cənd və ətrafındakı) qıpçaqlardan (Uran tayfasından) olduğu və bir
qul kimi əvvəlcə Xorasana oradan da İraq və Azərbaycana gəldiyi ortaya
çıxmaqdadır. Yəni Eldəniz Qafqaz üzərindən deyil, Orta Asiyadan Xorasana,
oradan da İraq Səlcuqlu ölkəsinə gəlmişdir.
Vəzir Sümeyrəmi hicri 515/16-cı ildə (1121-1122) ismaililər tərəfindən
öldürülüncə Eldəniz də Sultan Mahmudun əmri altına girdi. 1131-ci ildə Sultan
67
Mirxond, Rövzət əs-səfa, VI, s. 10-12; Vəzirin adı Z.Bünyadovun əsərində "Əbu Həmid Əli ibn
Əhməd əs-Sümeyremi" olaraq keçir
(Azərbaycan Atabəyləri, s. 43). Erdoğan Merçil isə onu
"Kəmaləddin Əbu Talib əs-Sümeyrəmi" şəklində göstərmişdir (İldenizliler: Azurbaycan Atabegleri,
Doğuştan Günümüze Büyük İslam Tarihi, İstanbul 1993, c. 8, s. 81)
68
Bahaəddin Məhəmməd ibn Müəyyəd, əl-Tavassul ila əl-Tarassul, A.Behmenyar nşr., Tehran 1315, s.
171-176.
69
Uranlıların Xarəzm ordusundakı fəaliyyətləri haqqında bax. Köprülü F., "Türk Etnolojisine Ait Tarihi
Notlar: Uran Kabilesi", Belleten, c. VII, Sayı: 26, Yıl: 1943, 231-239.