Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил
ƏDƏBIYYAT
1.
“Waste treatment and disposal ” – Leeds
University , Leeds -2010.
2.
http://pages.uoregon.edu/recycle/after_co
llection.html
3.
Ekologiya. F.Əliyev Bakı-2012
4.
Abbasov M.C. – “Əsrimizin qlobal ekoloji
problemləri”, Monoqrafiya. Bakı-2006
Məqaləyə “Ekologiya mühəndisliyi”
kafedrasının professoru A.M.Əzizov
rəy vermişdir.
UOT.601.096
A.A.XƏLĠLOVA, M.F.BĠNNƏTOV, S.A.HÜSEYNOVA, G.X.KƏRIMOVA
Azərbaycan Texniki Universiteti
EKOLOJĠ VƏZĠYYƏTLƏRĠ TƏYĠN EDƏN ELEKTRON APARATLARININ
TEMPERATUR TƏSĠRLƏRĠNDƏN QORUNMASININ BƏZĠ MƏSƏLƏLƏRĠ
Ekoloji vəziyyətləri təyin edən elektron
aparatlarında (EA) mikrosxemlər və elek-
troradioelementlər məhdudlaşdırılmış tem-
peratur diapazonuna ciddi əməl olunmaqla
işləyirlər. Göstərilən diapazondan tempera-
turun kənara çıxması komponentlərin struk-
turunun bərpa edilməməsinə səbəb ola bi-
lər. Yüksək temperatur materialların dielek-
trik xüsusiyyətlərini aşağı salır, konstruksi-
ya və keçirici materialların korroziyasını
sürətləndirir. Aşağı temperaturda rezin de-
tallar sərtləşir və çatlayır, həmcinin mate-
rialın kövrəkliyi artır. Materialların xətti
genişlənmə əmsalının fərqi konstruksiyada
yapışdırılmış kompaundun dağılmasına sə-
bəb ola bilir. Buna uyğun olaraq elektrik
birləşdiricilərinin pozulması, elementlərin
birləşmə yerlərinin xarakterinin dəyişməsi,
bərkidilmənin zəifləməsi və s. hadisələri
baş verir
[1,
2].
Normal temperatur rejimi elə rejim ad-
lanır ki, xarici temperatur təsirinin müəy-
yən olunmuş həddində dəyişdikdə kons-
truksiyanın xarakteristika və parametrləri-
nin dəyişməsini təmin edir. Bu zaman eko-
loji vəziyyətləri təyin edən elektron aparat-
larının texniki şərtində onu təşkil edən
komponentlərin materiallarının dəyişmə
hədləri göstərilir. EA-in daxilində tempera-
tur mühiti normal olaraq 20...25
0
C-yə bəra-
bərdirsə, onda məmulatın yüksək etibarlığı-
na və uzunmüddətli işləmə müddətinə zə-
manət verir. Beləluklə, EA-ın daxilindəki
temperaturun normal temperatura nisbətən
dəyişməsi istənilən halda aparatın işləmə
müddətini azaldır. Normal istiliklə təmin
olunması rejimi konstruksiyanın mürəkkəb-
liyinə, kütlə və qabaritin artmasına, əlavə
avadanlıqların yerləşdirilməsinə və əlavə
elektrik enerjisindən istifadə edilməsinə sə-
bəb olur.
Aşağı temperaturlarda işləmək qabiliy-
yətini təmin etmək üçün müəyyən müddət
ərzində eyni zamanda aparatı işə qoşmaqla
birlikdə onun yerləşdiyi səhə də qızdırılır.
Məmulatın daxilində normal temperatur
alındıqdan sonra istismara başlamaq olar.
Daha sonra məmulatın daxilində temperatu-
run öz-özünə artması baş verə bilər və onun
soyudulması məsələsi ortaya çıxar. Tempe-
ratura termometrin köməyilə nəzarət olu-
nur. Bəzi hallarda aparatın çox qızması nə-
ticəsində qızdırıcılar avtomatik olaraq sö-
nür.
İstilik rejimi EA-nı təşkil edən bütün ele-
mentlərin temperaturlarının, yəni temperatur
sahələrinin cəmi ilə xarakterizə olunur. Müa-
sir EA-nın əsas inkişaf mərhələsinə qabarit
ölçülərin azaldılması və mürəkkəbliyin artı-
rılması, həmçinin digər tərəfdən onun para-
metrlərinin stabilliyinə tələblərin artırılması
məsələsi aid edilir. Bu məsələlərin həlli bir-
birinə ziddir. Çünki mürəkkəbliyin artırılma-
sı və qabarit ölçülərin azaldılması istilik reji-
minin gərginliyinin yüksəlməsinə səbəb olur.
Ancaq sistemin parametrlərinin stabilliyinin
təmin olunması tələblərinin sadələşdirilməsi
vacibdir.
Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил
İstilik rejiminin gərginliyinin artırılması
istilik selinin sıxlığı ilə xarakterizə olunur.
EA-nın konstruksiyasının keyfiyyət və effek-
tivliyi əhəmiyyətli dərəcədə istiliyin ötürül-
mə qabiliyyətindən asılıdır. Beləliklə, vahid
həcmdə və kütlədə xüsusi gücün qiyməti
müxtəlif elementlər üçün fərqlidir: diskret
elementlərdən təşkil olunmuş qida qurğula-
rında, çap lövhəsində 20…30 Vt/dm
3
və
25…30 Vt/kq; metal korpuslu mikroyığım-
larda 100…150 Vt/dm
3
və 60…80 Vt/kq;
maye ilə soyudulan metal altlıqlarda isə
200…300 Vt/dm
3
və 180…300 Vt/kq.
Ekoloji vəziyyətləri təyin edən elek-
tron aparatların istehsal prosesində, istismar-
da, həmçinin saxlanmasinda onlar mənfi və
müsbət temperatur təsirinə məruz qala bilər-
lər. Yerüstü şəraitdə ətraf mühitin tempera-
turu -88
0
C-dən +90
0
C kimi dəyişə bilər.
80 km yüksəklikdə temperaturun dəyişmə
diapazonu
100
0
C-ə çata bilər.
Ekoloji vəziyyətləri təyin edən elektron
aparatlarının quraşdırıldığı obyektin daxilin-
də temperaturun dəyişmə diapazonu qızdırı-
lan sahələrdə +5…+50
0
C, yerüstü hərəkət
edən obyektlərdə -60…+60
0
C, təyyarələrdə -
70…+150
0
C-dir. Əgər EA-nın temperatur
sahəsinin istənilən nöqtəsində temperatur
buraxıla bilən həddən kənara çıxmırsa (ele-
mentlərin etibarlığı nöqteyi-nəzərindən), on-
da istilik rejimi normal adlanır.
İstilik rejimi gərginlik və stasionarlıqla
xarakterizə olunur. Əgər istilik selinin sıxlığı
5 mVt/sm
2
qiymətini keçmirsə (qurğunun
səthinin ətraf mühitə nisbətən qızması
0,5
0
C-dən çox olmadıqda), bu istilik rejimi
gərgin olmayan rejim sayılır. İstilik gərgin
olan rejimdə normal istilik rejiminin təmin
olunması tələb olunur (təbii konveksiya
hesabına).
Stasionar istilik rejimi istilik enerjisinin
udulması və mənbəyi arasında termodinamik
balansın başlanması nəticəsində temperatur
sahəsinin dəyişməzliyi ilə xarakterizə olu-
nur. Stasionar olmayan EA-nın istilik rejimi
temperatur sahəsinin zamandan asılılığı ilə
xarakterizə edilir. Bu rejimdə P gücünün tez
dəyişməsi nəticəsində (qoşulma və söndürül-
mə, iş rejiminin təkrarlanan qısa müddətli və
müxtəlif olması) onun bir hissəsi konstruksi-
yasının qızmasına (P
q
), müəyyən hissəsi ət-
raf mühitdə (P
y
) və qalan hissəsi EA-nın
faydalı funksiyasının təmin olunmasına (P
f
)
sərf olunur [3].
Enerjinin balans tənliyi aşağıdakı qarşı-
lıqlı münasibətlə yazılır:
P=P
q
+P
y
+P
f
.
(1)
İstilik rejimi o zaman stasionar olur ki,
ətraf mühitlə məlumatın qızması dayandırılır
(P
f
= 0) və bu zaman enerjinin balans tənliyi
P=P
q
+P
y
kimi olur.
Ekoloji vəziyyətləri təyin edən elektron
aparatlarının iş rejiminin müəyyən olunması
üçün istilik rejiminin normal təmin olunma
sistemindən (İRNTS) istifadə olunur. Bu sis-
tem strukturun xüsusiyyətləri, istilik keçir-
mənin intensivliyi, texniki göstəriciləri (küt-
ləsi, qabarit ölçüləri, tələb olunan gücü, qiy-
məti, etibarlığı və s.) ilə xarakterizə olunur:
1.
EA-nın temperaturu və xarici mühitin
temperaturundan asılı olan sistemin iş
reijimi.
2.
EA-nın rejimi (fasiləsiz, periodik).
3.
İstiliyin ötürülmə üsulları (konveksiya,
istilik keçirmə, şüalanma).
4.
İstiliyin udulma üsulu (konstruksiya ma-
teriallarının və ətraf mühitin xüsusiyyət-
ləri hesabına).
Bunlardan başqa İRNTS-in strukturu is-
tismar şərtini nəzərə almaqla istifadə oblas-
tına görə təyin olunur:
1.
Sistemin işləmə mühiti (Yerdə, atmos-
ferdə, kosmosda, stasionar hərəkət edən
obyektlərdə və s.).
2.
EA-nın səviyyəsinin böyüdülməsi (inteq-
ral sxemlər, yuvacıqlar, bloklar və s.).
3.
Qurğuların növü (lazer, ifrat yüksək tez-
lik qurğuları, və s.).
İRNTS-in bu və ya digər növlərinin
mümkünlüyü və onların konstruksiyaları
əhəmiyyətli dərəcədə istiliyin örtülməsi
üsullarından (konveksiya, istilikörtmə, şüa-
lanma) təyin olunur [4, 5].
Ekoloji vəziyyətləri təyin edən elektron
aparatlarında təbii hava ilə soyutmadan is-
tilik selinin sıxlığı soyudulan səthdən 0,05
Vt/sm
2
-dan çox olmayan aparatlarında istifa-
də olunur. Təbii hava ilə soyutma ən sadə
üsullardan biri sayılır. Komponovka zamanı
məmulatın bütün həcmi boyunca ayrılan gü-