76
Hafiz Rüstəm
qürurqarışıq mücərrəd bir şey varlığımı tərk etmədi).
Mən Əfqanıstanda böyük bir filmin ssenarisi ola biləcək
bir həyat yaşadım. Sovet zabiti idim, hərbi tərcüməçi statu-
sunda oraya könüllü olaraq getmişdim. Sovet rejimi ilə Əfqa-
nıstan arasında olan ictimai-siyasi durum, hərbi vəziyyət biz-
lər vasitəsilə tənzimlənirdi.
1978-ci ildə Əfqanıstanda baş verən aprel inqilabı – hərbi
çevrilişdən sonra hamı dünyaya yeni bir sosialist dövlətinin
gəldiyini təsəvvür etdi. Lakin bu, belə deyildi. Bəşər tarixin-
də boyunduruğa baş əyməyin nə olduğunu bilməyən əfqanlar
ayağa qalxdı, qırğınlar başladı və qanlar töküldü. Onda da hər
şey mənə adi görünürdü. Mən nə isə, kimə isə kömək etmək,
yardımçı olmaq istəyirdim. Lakin vəziyyətin günü-gündən
ağırlaşdığını və Əfqanıstana beynəlmiləl kömək adı ilə ye-
ni-yeni qüvvələr cəlb olunduğunu (hələ 1979-cu il dekabr
müdaxiləsi qabaqda idi. Lakin Əfqanıstanda hərbi geyim-
li zabitlərimiz də var idi, əsgərlərimiz də!!!) görüb bu qanlı
səhnələri tərk etmək istədim. Bu, mənim müharibəm deyildi.
Komandanlığa müraciətlərim rədd cavabı ilə qarşılandı. Və
yenə də tale mənə yar oldu. Şəxsi münasibətimizin o qədər
də müsbət olmadığı siyasi müşavirlərdən biri mənə belə bir
şərtlə kömək edə biləcəyini söylədi: bir həftə əvvəl əfqan mü-
cahidləri tərəfindən öldürülən, və onlar tərəfindən nəzarətdə
olan ərazidə qalmış bir sovet mayorunun cəsədini onlardan
geri götürə bilərəmsə, həmin cəsədi müşayiət etmək üçün
mənim icazəmi Moskvadan alacağına söz verdi. Bəlkə də bu
tapşırığı Moskvadan onun özünə vermişdilər. Mən razılaşdım
və ratsiya vasitəsilə əfqan mücahidlərinin əlində olan Heratla
əlaqə saxladım. Bu müharibədən getmək istədiyimi və bunun
yeganə yolunun cəsədin tapılması və alınması şərtinin ruslar
tərəfindən mənim qarşıma qoyulduğunu onlara çatdırdım. Elə
77
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
həmin gün gözlədiyim xəbər gəldi. Mayorun cəsədi tapılmış
və əl altında olan yeşik taxtalarından düzəldilmiş tabuta qo-
yularaq (bunu mən sonradan gördüm) bizi gözləyirdi.
Mənə tabutu əfqanlardan almaq üçün helikopter veril-
di. Mənim yanımdasa sovetlərdə oxumuş iki nəfərdən ibarət
şəxsi heyətə helikopterin hazır döyüş vəziyyətində olması və
lazım gələrsə, vəziyyətə müdaxilə etməsi tapşırığı verildi.
Bunun nə olduğunu mən sonradan bildim. Şindənd qarnizo-
nundan təxminən 120 km məsafədə olan Herat şəhəri üzə-
rində bir neçə dövrə vurduqdan sonra ağ yataq örtükləri ilə
bizə harada enməyin təhlükəsiz olması barədə işarə verildi.
Biz endik və cəld tabutu helikopterə qoyub havaya qalxdıq.
Sanki bütün bunları həyatda yox, filmdə seyr edirdim. Hər
şey bizim nəzərdə tutduğumuz şəkildə və Allahın iradəsilə
davam edirdi. Lakin...şəxsi heyətin vəziyyətə müdaxilə et-
mək tapşırığı burada çox dəhşətli şəkildə reallaşdı. Helikop-
terdən ağ kəfənə bürünüb cihada çıxmış insan kütləsinə qarşı
raketlər buraxıldı. Helikopter hər dəfə quyruğunu qaldırır və
raket bir neçə saniyədə hədəfə dəyərək, havaya şar şəkilli toz
dumanı qaldırırdı. Bir cəsədin müqabilində biz (mən də heli-
kopterin içində idim!) nə qədər insan tələfatına səbəb olduq,
bilmədim. Tapşırıq yerinə yetirilmişdi, yaxşılığa yamanlıq
müqabilində! Biz yolumuza davam etdik. Mayorun cəsədini
SSRİ-nin ən cənub nöqtəsi və Əfqanıstanla həmsərhəd olan
Kuşka şəhərində (Türkmənistanın Marı vilayətində, Kuşka
çayı sahilində yerləşir) partiya rəhbərliyinə təhvil verib Ba-
kıya qayıtmalı idim. Sərhədə 30 km qalmış (Heratla Kuşka
arasında təxminən 120 km məsafə var) aşağıda magistral yo-
lun mücahidlər tərəfindən dolu torpaq kisələrilə kəsildiyini
və ətrafına zenit topların düzüldüyünü gördük. Mən bütün
bunlara helikopterin açıq pəncərəsindən başımı bayıra çıxa-
78
Hafiz Rüstəm
raraq tamaşa edirdim. (İçəridə nəfəs almaq mümkün deyildi,
cəsəd bir həftə idi ki, çürüyürdü). Küt atəş səsləri eşidilməyə
başladı. Mən yenə də buna əhəmiyyət verməyərək bizə atəş
açan topçuların içərisində tanış sima axtarmağa çalışırdım
(Əfqanıstandan əvvəl Leninqradda(İndiki Sankt-Peterburq-
da) yeddi aya qədər əfqanıstanlı yüksək topçu zabit heyəti
üçün tərcüməçilik etmişdim). Helikopter demək olar ki, son
nəfəsini toplayıb var gücü ilə oradan aralandı. Mən hələ də
bir şey hiss etmirdim. Şəxsi heyətin üzləri ağappaq idi. 30
km az qala bir göz qırpımında arxada qaldı. Biz Kuşkada
hərbi helikopter meydançasında yerə endik. Bura dizə qə-
dər yaşıl otlarla örtülmüş bir düzəngah idi. Bizim Mİ-8-dən
dəfələrlə böyük olan digər helikopterlər döyüşə hazır vəziy-
yətdə dayanmışdı. Helikopterdən çıxanda çoxsaylı kütlənin
heyrət dolu baxışları nəzərimdən qaçmadı. Mən geri dönüb
helikopterə baxdım. Sol yanacaq çənindən qol yoğunluğun-
da yanacaq axırdı – mərmi deşmişdi, helikopterin pərlərindən
birinin böyük bir parçası qopmuşdu, özül-mil isə zədələnmə-
dən yerində qalmışdı, gövdə qarın hissəsindən deşik-deşik
olmuşdu. Mən indi anladım ki, nəyə görə bizə belə heyrətlə
baxırlar. Helikopterin şəxsi heyəti ilə uçuşun müzakirəsi za-
manı məlum oldu ki, helikopterin alışıb-yanmaması və yerə
düşməməsinə səbəb atılan mərmilərin alışan deyil, yalnız de-
şici olması, yanacağın isə tez alışmayan və ya ağ neftdən az
fərqlənən bir maye olması idi. Pərə dəyən mərminin isə pərin
milindən bir neçə millimetr kənardan keçməsi indi mənim bu
gün bu sətirləri yaza bilməyimə səbəb olmuşdu. Mərmi milə
dəysəydi, mil sıradan çıxar və helikopter iri, ağır bir daş kimi
yerə çırpılıb parça-parça olardı. Biz də facianə şəkildə həlak
olardıq - Əfqanıstanda pusquya düşüb əbədiyyətə qovuşmuş
tələbə yoldaşım Cavanşir Abdullayev kimi. Ona və Əfqanıs-
Dostları ilə paylaş: |