77
Butulkalar mantar tıxacla hermetik bağlanır. Mantar tıxacların
qalpağı ağ tənəkədən hazırlanmaqla 13345 saylı QOST-a uyğun
olmalıdır.
Mineral su butulkaları 13360 saylı QOST-a uyğun ağac
qutulara və 18575 saylı QOST-a uyğun büzməli kardondan
plasmas qutulara, metal saxlayıcılı qutu altlıqlarına, həmçinin
24831 saylı QOST-a uyğun qab avadanlıqlara yığılır.
Hər mineral su butulkasına 16353 saylı QOST-a uyğun etiket
yapışdırılır və orada göstərilir:
Hazırlayıcı-müəssisənin və tabeçiliyində olduğu qurumun
adı və əmtəə nişanı;
Suyun adı və onun qrupu, bulağın (mənbənin) nömrəsi
yaxud adı;
Minerallaşması, q/dm
3
;
Suyun istifadə istiqaməti (müalicəvi, müalicəvi-süfrə);
Müalicəvi tətbiqinə dair göstəriş;
Saxlanmasına dair tövsiyə;
Doldurulma tarixi;
Saxlanma müddəti;
Briqadanın yaxud çıxdaş edənin nömrəsi;
Mövcud standartın adı.
Mineral su ilə dolu butulkalar bütün növ nəqliyyat vasitələri
ilə, tez xarab olan yüklərin daşınma qaydalarına uyğun nəqliyyat
növlərində və universal konteynerlərdə 18477 saylı QOST-a
əsasən nəql olunur.
Mineral su butulkaları qab-avadanlıqlarda, dəmir yol
nəqliyyatı istisna olunmaqla, bütün nəqliyyat növləri ilə daşınır.
Mineral su butulkaları arakəsməli mantar tıxacla bağlandıqda
qutu, yaxud qutusuz tərəcələrdə üfüqi vəziyyətdə 18 cərgədən çox
olmayan hündürlükdə saxlanır; plast-izoləedici arakəsməli mantar
tıxacla bağlananlar isə həm üfüqi, həm də şaquli vəziyyətdə
saxlanır.
Mineral su butulkaları havalanan qaranlıq binalarda 5-20
0
C
temperaturda saxlanır.
78
İstehsalçı doldurulmuş mineral suların standartın tələblərinə
uyğun saxlanma və nəqletdirmə şəraitinə əməl etməklə dəmirli
sular üçün 4 ay; digər sular üçün isə doldurulmadan sonra 12 ay
müddətində dayanıqlığa təminat verir.
1.2.3.6. Az
ərbaycanın tə
bii
mineral suları
Mineral su ehtiyatları. Yer kürəsində olan suların ümumi
miqdarı 1,8 mld km
3
-ə bərabərdir. Bunun 400 mln km
3
-i yeraltı
suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir.
MDB ölkələrində mineral su mənbələrinin əksəriyyəti şimalı
Qafqaz, Zaqafqaziya, Ukrayna, Krım və az miqdarda Orta
Asiyadadır. Azərbaycan mineral sularla zəngindir. Əsas su
mənbələri Hacıkənd, İstisu, Turşsu, Şuşa, Naftalan, Badamlı,
Sirab, Vayxır və digər yerlərdə yerləşmişdir.
Respublikamızda 1000-dən çox mineral su bulağı vardır.
Bulaqların çoxu dağlıq rayonlarında yerləşir. Düzən rayonlarda da
buruq qazma yolu ilə mineral sular çıxarılır.
Təbii mineral su bulaqlarının 90%-dən çoxu, yəni 905-i dağlıq
rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda
yerləşmişdir.
Abşeron yarımadası mineral su mənbələri ilə zəngindir.
Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük
müalicə əhəmiyyətinə malikdir. Tərkibində yod, brom və böyük
müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral
suları Abşeronu daha da şöhrətləndirmişdir.
Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox
mineral su bulağı vardır. Ən qiymətli mineral su yataqları Darıdağ,
Sirab, Nəhəcir, Badamlı, Cəhri, Qəmir, Qahab, Dəstə və başqaları-
dır.
Dağlıq Qarabağda mineral su bulaqlarından Turşsu, Şirlan,
Çərəktar, Kolataq və b. göstərmək olar.
Laçın-Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu)
və İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Burada Yuxarı İstisu,
79
Aşağı İstisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi
mineral bulaqları göstərmək olar.
Gəncə ətrafında Hacıkənd yaxınlığında karbonat turşulu bulaq
və çoxlu sayda içməli su çeşmələri vardır.
Şamaxı bölgəsində azot və kükürdlü oksigen xassəli termal və
soyuq su mənbələri mövcuddur. Onlardan Xaltan, Jimi və Həşim
suları (Quba rayonu), Çuxuryurd suları (Şamaxı rayonu), Bum və
Xalxal suları (Qəbələ rayonu) qeyd olunmalıdır.
Lənkəran bölgəsində 157 mineral su mənbəyi mövcuddur. On-
lar azot və metan tərkiblidir. Astaranın İstisu kəndində, Lənkəra-
nın İbadısu, Haftoni kəndlərində, habelə Masallının Qəriblər
kəndində və s. tapılan mənbələr xüsusilə dəyərlidir.
Salyan rayonu ərazisində Babazənən dağlarında hidrogen-
sulfidli, metanlı, xloridli və kalsiumlu isti və soyuq mineral su
bulaqları vardır.
Ölkəmizin aran bölgəsində yerləşən Naftalanda olan müali-
cəvi neft yatağı dünyada yeganədir. Hazırda bu neftdən səhiyyənin
bütün sahələrində uğurla istifadə olunur.
Azərbaycanda mineral suların temperaturu 4
0
C-dən 65
0
C-yə
kimi dəyişir. Bu yalnız təbii su çıxarlarına aiddir. Lakin buruq
qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu
95
0
C-yə çatan su çıxır.
Yüksək temperaturlu mineral sular Qoturlu (64
0
C), Donuz-
ütən (64
0
C, Masallı rayonu), İstisu (62
0
C-yə qədər, Kəlbəcər
rayonu) bəllidir.
Temperatur xüsusiyyətlərinə görə 35-36
0
C temperatura malik
olan sular daha qiymətlidir. Həmin temperatur insanın bədən
temperaturuna uyğun olduğundan, bu cür suların müalicə
əhəmiyyəti daha yüksək olur. Belə sulara Xaltan (Dəvəçi rayonu),
İlisu (Qax rayonu) (36-42
0
C) və başqaları aiddir.