Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə109/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   105   106   107   108   109   110   111   112   ...   118

 
278 
ona  belə  buyurmuşdur: 
«
 حكُلْثمم يـتحعيش  مفي يرُي  ْنحا  ُّبمحُا  ّنّماحف  حساّنلا  متْفحا  حو مدمجْسحمْلا في  ْسملْجما
»
  “Məsciddə 
oturub fətva ver və mən çox istəyirəm ki, sənin kimilər şiələrim arasında görünsünlər.” 
İmam  Sadiq  (ə)  ona  belə  buyurub: 
«
لياجمر  حو تياوُر  ْنمم  حكُلْثمم  حنوْكحي  ْنحا  ُّبمحُا  ّنّماحف ةحنيدحمْلا حلْهحا  ْرمظان
»
 
“Mədinə  əhli  ilə  mübahisə  (bəhs,  söhbət)  et!  İstəyirəm  ki,  səni  hədis  söyləyən  şəxslərdən 
hesab etsinlər.” 
Əban Mədinəyə daxil olanda hamının diqqətini cəlb edir, elm öyrənənlər başqa ustadların 
yanından  uzaqlaşıb,  böyük  ehtiramla  məsciddə  Peyğəmbərə  (s)  məxsus  olan  yeri  onun  üçün 
hazır edirdilər. İmamlar özləri onu bir mühəddis kimi tanıtdırırdılar. 
Məsələn, İmam Sadiq (ə) Səlim ibn Əbu Həbbəyə buyurub: “Əban ibn Təğlibin yanına get 
ki,  o,  məndən  çoxlu  sayda  hədis  eşitmişdir.  Ondan  öyrəndiklərini  şəxsən,  mənim  dilimdən 
danışa  bilərsən.”  Həmçinin,  o  həzrət  Əban  ibn  Osmana  buyurmuşdu:  “Əban  ibn  Təğlib 
məndən  30  min  hədis  nəql  etmişdir  ki,  sən  də  onları  ondan  öyrən  və  nəql  et.”  O  (Əban  ibn 
Təğlib), İmam Sadiqin (ə) yanına gəldikdə həzrət onunla əl tutub qucaqlaşar və əmr edərdi ki, 
onun  üçün  balış  və  mütəkkə  qoysunlar,  özü  isə  onunla  üzbəüz  oturardı.  İmam  onun  ölüm 
xəbərini  eşitdikdə,  belə  buyurmuşdu: 
« حا
نابحا  ُتوحم بْلحـق  حعحجْوحا  ْدحقحل  للهاحو ام
»
  “Allaha  and  olsun  ki, 
Əbanın ölümü qəlbimi ağrıtdı.”  
Əban 141-ci hicri qəməri ilində vəfat etmişdir.  
Əban Ənəs ibn Malikdən, Əməşdən, Məhəmməd ibn Münkədirdən, Səmmak ibn Hərbdən, 
İbrahim Nəxəidən, Füzeyl ibn Əmrdən və Həkəmdən rəvayətlər nəql etmiş, Müslim və digər 
“sünən” yazanlar onun hədislərindən (16-cı məktubda deyildiyi kimi) dəlil-sübut gətirmişlər.  
Əgər Buxari ondan bir şey nəql etməyibsə bunun heç bir zərəri yoxdur. Çünki o (Əban), 
Əhli-beyt imamlarına, yəni İmam Sadiq, İmam Kazim, İmam Rza, İmam Cavad, İmam Həsən 
Əskəriyə (ə) təqlid etmişdir. Buxari isə bu böyük şəxsiyyətlərdən rəvayət etməmiş, (əksinə), 
Mərvan ibn Həkəm, İmran ibn Hətan, Əkrəmə Bərbəri və s. kimilərə etimad etmişdir.  
Əbanın  bir  çox  qiymətli  yazıları  vardır.  Onlardan  “Qəribül-Quran”  təfsirini  misal 
göstərmək  olar  ki,  Quranda  işlənən  sözlərə  ədəbi-lüğəvi  baxımdan  misal  (şahid)  gətirmək 
üçün ərəb şerlərindən istifadə etmişdir.  
Əbdür-Rəhman  ibn  Məhəmməd  Əzdi  Kufi  Əbanın,  Məhəmməd  ibn  Saib  Kəlbinin,  ibn 
Rəvəqin, Ətiyyə ibn Harisin kitablarını toplayaraq bir cildə saldıqdan sonra onların ixtilaflı və 
müttəfiq olan yerlərini izah etmişdir. Buna görə də Əbanın kitabı bəzən təkc, bəzən isə başqa 
bir kitabla birgə müşahidə olunur. Bizim əshabımız bu iki kitabdan hər birini mötəbər sənədlə 
nəql  etmişlər.  Əbanın  “əl-Fəzail”  və  “Siffeyn”  adlı  iki  kitabı,  həmçinin  bir  “Əsl”i  də  vardır 
(yəni,  “üsuli-ərbəə  miə”  kimi  tanınan  o  dörd  yüz  əsl  ya  kitabdan  biri)  ki,  şiənin  etimad  və 
müraciət etdiyi mənbələrdəndir. Onun bütün kitabları sənədlə nəql olunmuşdur ki, bu barədə 
müfəssəl surətdə “rical” kitablarında oxumaq olar.  
Eləcə  də  Əbu  Həmzə  Sumalinin  (Sabit  ibn  Dinar)  adını  qeyd  etmək  yerinə  düşərdi.  O, 
şiənin  mötəbər  və  böyük  şəxsiyyətlərindən  hesab  olunur  ki,  İmam  Zeynəlabidin  (ə),  İmam 
Baqir  (ə)  və  İmam  Sadiqdən  (ə)  elm  öyrənmiş,  həmişə  onların  yanında  –  onlara  yaxın 
olmuşdur.  İmam  Sadiq  (ə)  onun  haqqında  belə  demişdir:  “Əbu  Həmzə  öz  dövrünün,  Salman 
Farsisidir.” Həmçinin, İmam Rza (ə) belə buyurmuşdur: “Əbu Həmzə öz dövrünün  Loğmanı 
kimidir.” 
Onun “Quranın təfsiri” kitabından əlavə (Təbərsi “Məcməül-Bəyan” təfsirində ondan nəql 
edir
1
)  “Ən-Nəvadir”  və  “Zöhd”  kitabları  da  vardır.  “Risalətül-Hüquq”
2
  kitabını  o,  İmam 
Zeynəlabidindən nəql etmişdir. Həzrətin “Səhər” duasını da o nəql etmişdir.  
                                                 
1
 “Məcməül-Bəyan” təfsirində “Şüəra” surəsi, “məvəddət” ayəsinin təfsirinə müraciət edin. 
2
  Bizim  əshab  Əbu  Həmzənin  kitablarını  sənədlə  onun  özündən  nəql  etmişlər  ki,  müfəssəl  surətdə  “rical” 
kitablarında  oxuya  bilərsiniz.  “Risalətül-Hüquq”u  Seyyid  Sədrəddin  Musəvi  (ixtisarla)  bir  risalə  surətində 


 
279 
O, Ənəs və Şəbidən rəvayət nəql etmiş, Vəki, Əbu Nəim və başqaları (istər şiə olsun, ya 
qeyriləri  –16-cı  məktubda  onun  şərhi-halında  keçdiyi  kimi)  öz  kitablarında  ondan  müxtəlif 
hədislər gətirmişlər.  
Bəziləri  İmam  Səccadın  (ə)  hüzuruna  nail  olmasalar  da,  amma  İmam  Baqir  (ə)  və  İmam 
Sadiqin  (ə)  dövrünü  yaşamışlar.  Bunlardan  Əbül-Qasim  (Büreyd  ibn  Müaviyə  Bəcəli),  Əbu 
Bəsir (oğul – yəni, Leys ibn Murad Bəxtəri Muradi) Əbül-Həsən Zürarə ibn Əyən, Əbu Cəfər 
Məhəmməd (Müslim ibn Ribah Kufi) və bir çox başqalarının adını çəkmək olar. Bu dörd nəfər 
elə yüksək məqama nail olmuşlar ki, İmam Sadiq (ə) onları xatırlayarkən belə buyurub: 
«
 ءلاُؤه
 مهممارحح  حو مهمللاحح يلع للها ءانحمُا
»
  “Onlar  halal-haram  məsələlərində  Allahın  əminləridir.”  Həmçinin 
buyurub: 
«
دْيحرُـب  حو مملْسُم حنْب حدّمحُمُ  حو  حثْيحل يرصحب وبحا  حو حةرارُز ّلاما انحرْكمذ ايْححا ًادحححا ُدمجحا ام
»
  “Zürarə,  Əbu  Bəsir 
Leys,  Məhəmməd  ibn  Müslim  və  Büreyddən  savayı  bizi  yaşadan  başqa  birisini  tanımıram. 
Onlar olmasaydı, əhkamı istinbat edən (dəlil-sübut yolu ilə mənbədən istixrac edən) olmazdı.” 
Sonra  isə  onlar  haqqında belə  buyurub: 
«
 مُه  حو مهممارحح حو مللها  مللاحح يلحع ،بيحا ءانحمُا حو ،منيّدلا ُظاّفُح ءلاؤه
 حرمخ ْلآا  مفي انْيحلما حنوُقمباّسلا ايندلا في انْيحلما حنوُقمباّسلا
 مة»
 “Onlar dinin qoruyucuları, Allahın halal və haramlarında 
atamın güvəndiyi (əmin olduğu) şəxslər, dünya  və  axirətdə isə bizim tərəfimizə gələnlərdir.” 
İmam  (ə)  yenə  də  buyurub:  “Allahdan  qorxanlara  behişt  müjdəsi  ver.”  Sonra  isə  bu  dörd 
nəfərin adını çəkərək, onlar haqqında çoxlu söhbət edərək deyib: “Atam onları Allahın halal- 
haramında  əmin  hesab  edirdi.  Onlar  elm  mədəni  idilər.  Bu  gün  isə  mənim  sirdaşlarımdırlar. 
Onlar  atamın  ən  yaxın  əshabından  olub,  mənim  şiələrim  arasında  –həm  öləndə,  həm  də 
sağlıqlarında–  parlaq  ulduza  bənzəyirlər  ki,  Allah  məhz  onların  vasitəsilə  hər  bidəti  aradan 
götürür. Onlar, imamlar (ə) haqqında mübaliğə edənlərin fikirlərini yox edir, fəzilətlərinə göz 
yumanları isə öz yanlarından uzaqlaşdırırlar.” 
İmamın (ə) bu adamların ağıl, kəramət və vilayətləri haqda bir çox qiymətli sözləri vardır 
ki,  onların  hamısını  bu  məktubda  bəyan  etmək  mümkün  deyildir.  Bununla  belə,  Əhli-beyt 
düşmənləri onlara açıq-aşkar töhmətlər vurmuşlar ki, biz onlara müfəssəl şəkildə “Müxtəsərül-
kəlam  fi  müəllifiş-şiəti  fi  sədril  İslam”  kitabımızda  gətirmişik.  Amma  bu  töhmətlər  Allah, 
Peyğəmbər (s) və möminlər yanında onların yüksək məqamlarına, böyük şəxsiyyətlərinə zərər 
vurmur, necə ki, həsəd edənlər Allah rəsulunun İslamın yayılması və inkişafı yolunda çəkdiyi 
zəhmətlər müqabilində bir şey edə bilmədilər.  
İmam  Sadiqin  (ə)  zamanında  elmin  ağla  sığmayacaq  dərəcədə  inkişafı  şiələrin  hər  bir 
tərəfdən  o  həzrətə  sarı  axışaraq  elmin  sirlərinə  agah  olmaları  və  həzrətin  bu  yolda  heç  nəyi 
əsirgəməyərək,  onlara  təlim  verməyi  o  dövrdə  elmin  hər  tərəfli  inkişafında  böyük  təsiri 
olmuşdur.  
Əbdül-Fəth Şəhristani “Miləl və Nihəl” kitabında İmam Sadiq (ə)
1
 barəsində danışarkən bu 
mətləbə işarə edərək demişdir: “O (İmam Sadiq), geniş elm və hikmətdə kamil ədəbə malik, 
dünyada zahid və şəhvət müqabilində təslim olmayan bir dindar idi.” Sonra əlavə edib deyir: 
“O, bir müddət Mədinədə öz şiələrinə təlim verib, dostlarının üzərində elm “yağışı” yağdırırdı. 
Daha sonra İraqa gələrək bir müddət orada yaşamasına baxmayaraq heç vaxt hökumət işlərinə 
qarışmamış, xilafət üstündə heç kimlə çəkişməmişdi, çünki o zaman yalnız elmi şərait mövcud 
idi.  Sonra  yazır:  “Mərifət  dəryasında  qərq  olan  şəxs,  heç  vaxt  kiçik  bir  çaya  tamah  salmaz, 
                                                                                                                                                   
çap etdirmişdir ki, uşaqlar və yeniyetmələr onu əzbərləsinlər (nə qədər də gözəl bir iş görmüşdür, Allah ona 
əcr versin!). 
1
 Şiəyə mənsub olan “Baqiriyyə və Sadiqiyyə” barəsində danışarkən. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə