263
Miqdad, Büreydə Əsləmi, Əbül-Heysəm ibn Teyhan, Səhl və Osman ibn Hüneyf, Xüzeymə
ibn Sabit, Züş-şəhadəteyn, Übeyy ibn Kəb, Əbu Əyyub Ənsari və başqaları bu barədə dəlil-
sübutlar gətirmişlər ki, orada mütaliə edə bilərsiniz.
Əhli-beyt və dostlarının xəbərlərini mütaliə edənlər başa düşürlər ki, onlar heç bir fürsəti
əldən verməmiş, hər yerdə fürsət əllərinə düşdükdə (ya şiddətli surətdə, ya da yumşaqlıqla) bu
həqiqətə işarə edirmişlər; şer, söhbət, yazı ilə ümumiyyətlə, mümkün olan hər hansı bir
şəraitdə öz müxaliflərinə dəlil-sübut gətirirdilər.
4. Onlar çox zaman Peyğəmbərin vəsiyyətini təkrar edərək öz dəlillərinin (mühəqqiqlərin
xəbəri olduğu kimi) mötəbər olduğunu bildirirdilər. Vəssalam.
“Ş”
Şama göndərilən ordu barəsində bu hadisəni öz kitablarında yazanlar ya onu tamam qeyd etmiş və ya ona
işarə etmişlər. Beləliklə, bu hadisə “müstəfiz” (yəni, çoxlu sayda nəql olunmuş) xəbərlərdəndir.
264
YÜZ YEDDİNCİ MƏKTUB
19 Rəbiüs-Sani 1330
Vəsiyyəti harda və nə zaman xatırlamışlar?
İmam haqqında olan vəsiyyət harda və nə zaman xatırlanmış və nə vaxt onunla dəlil
gətirilmişdir? Mən bir kəsi tanımıram ki, onu xatırlamış olsun. Ümmül-mömininin (Ayişə)
sözü də bu hədisi inkar edir (əvvəllərdə dediyim kimi). Vəssalam.
“S”
265
YÜZ SƏKKİZİNCİ MƏKTUB
22 Rəbiüs-Sani 1330
Sübutun vəsiyyət ilə gətirilməsi.
Əvvəla, Əmirəl-mömininin özü “vəsayət” məsələsini minbərdə söyləmişdir ki, biz 104-cü
məktubda o həzrətin sözlərini eynilə gətirdik. İkincisi, “yovmüd-dar” hədisini nəql edən hər
bir şəxs onu Əliyə (ə) nisbət verərək həzrətdən nəql etmişdir ki, biz onu da 20-ci məktubda
gətirdik (çox aşkar surətdə o həzrətin vəsilik və xilafətini bəyan edirdi).
Bunlardan əlavə, behişt cavanlarının ağası olan İmam Həsən Müctəba (ə) Əmirəl-
mömininin (ə) şəhadətindən sonra özünün çox dəyərli söhbətində bu həqiqətə işarə edərək
buyurmuşdur: “Mən Peyğəmbərin övladı olmaqla yanaşı, onun vəsisinin də övladıyam.”
1
İmam Sadiq (ə) buyurmuşdur: “Əli (ə) hələ besətdən (Həzrət Məhəmmədin (s)
peyğəmbərliyə yetişməsi) qabaq Peyğəmbərlə birgə idi, risalət nurunu görür, mələyin səsini
eşidirdi.”
2
İmam bunu da əlavə etmişdi ki, bir gün Peyğəmbər (s) o həzrətə belə buyurmuşdu:
“Əgər mən peyğəmbərlərin sonuncusu olmasaydım, sən nübüvvətdə (peyğəmbərlikdə)
mənimlə şərik olardın. İndi isə, peyğəmbər olmasan da, peyğəmbərin vəsisi və varisisən.” Bu
mətləbi Əhli-beytin hamısı nəql etmişlər. Bu məsələ səhabənin vaxtından bu günədək, həm
Əhli-beyt imamlarının, həm də onların dostlarının yanında İslam dininin zəruriyyətlərindən
sayılır.
Salman Farsi nəql edir ki, Peyğəmbər (s) həmişə deyərdi: “Əli ibn Əbu Talib mənim vəsim,
sirlərimin mərkəzi, vədlərimi yerinə yetirmək və borclarımı ödəmək üçün özümdən sonra
qoyub getdiyim ən yaxşı və layiqli bir adamdır.”
Əbu Əyyub Ənsari nəql edir ki, eşitdim bir gün Peyğəmbər (ə.h) Fatiməyə (ə) belə
buyurdu: “Məgər bilmirsənmi Allah-taala yer üzündəkilərdən sənin atanı seçərək peyğəmbər
etdi və sonra (ikinci dəfə) sənin ərini seçdi və mənə vəhy etdi? Buna görə də mən onu sənin
üçün ər, özüm üçün vəsi qərar verdim.”
Büreydə nəql edir ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu: “Hər bir peyğəmbərin vəsi və
varisi vardır ki, mənim də vəsi və varisim Əli ibn Əbu Talibdir.”
3
Cabir ibn Yəzid Cofi İmam Baqirdən (ə) hədis nəql edən zaman deyərdi (Zəhəbinin
“Mizanül-Etidal” kitabında Cabirin şərhi-halında gəldiyi kimi):
«
ءايصْوحْلاا ُّيمصحو يـنحثَّدحح
»
“Bu
hədisi vəsilərin vəsisi mənə buyurmuşdur.”
Hüreyş Baqirinin qızı Ümmül-Xeyrin “Siffeyn” meydanında kufəliləri Müaviyə ilə
döyüşməyə təşviq etmək üçün söylədiyi o təmtəraqlı nitqindən:
«
ملمداعْلا مماممْلاا حليما للها ُمُكحمحمحر اوّمُلحه
حبَْكحْلاا مقيّدِّصلا حو ّمفيحوْلا ِّيمصحوْلا
»...
“Allah sizə rəhmət etsin (sizi bağışlasın), adil imamın, vəfalı
vəsinin və “siddiqi-əkbər”in (böyük doğruçu) köməyinə tələsin!”
4
Bütün bunlar keçmişdəkilərin öz xütbələrində, hədislərində “vəsayət” barəsində
söylədiklərindən bəziləri idi. Səhabənin şərhi-halına diqqət edənlər bilirlər ki, “vəsi” sözünü
yalnız Əmirəl-möminin Əli (ə) haqqında – eynilə müəyyən şəxsi çağıran bir ad kimi
söyləmişlər. Hətta “Tacül-ərus” (ərəb dilində məşhur lüğət kitabı) kitabının müəllifi onun 392-
1
Hakim “Müstədrək”in 3-cü cildinin 172-ci səhifədə onu nəql etmişdir.
2
İbn Əbil-Hədid, “Nəhcül-Bəlağənin şərhi”, 3-cü cild, 254-cü səhifə.
3
67-ci məktubda Büreydə, Əbu Əyyub və Salmanın hədisini gətirdik.
4
İmam Əbülfəzl Əhməd ibn Əbu Tahir Bağdadi “Bəlağətün-nisa” kitabının 41-ci səhifəsində Şəbidən onu
nəql etmişdir.
266
ci səhifəsində “vəsi” sözü barəsində yazır: “vəsi – qəni vəznində Əlinin (rəziyəllahu ənhu)
ləqəbidir.”
Vəsilik məsələsi haqqında gələn şerlərin isə sayı-hesabı yoxdur. Sözümüzü bu şerlərin
bəzisi ilə tamam edirəm. Abdullah İbn Abbas ibn Əbdül-Müttəlib deyir:
هلها هنود نم للها لوسر يصو
راف و
لزانم نم له هليق نا هس
–O, Peyğəmbərin (s) xanədanı (qohumları, ailəsi) içərisində o həzrətin vəsisidir, onun
qoşunun pəhləvanı, süvarisidir.
Müğeyrə ibn Haris ibn Əbdül-Müttəlib “Siffeyn”də Müaviyə ilə döyüşə iraqlıları çağıran
zaman dediyi şerindən:
اذه
مكدئاق للها لوسر يصو
ارشن دق للها باتك و هرهص و
–O, Peyğəmbərin vəsisi, sizin rəhbəriniz və onun kürəkənidir. And olsun Allaha ki, bu
xəbər hər yerə yayılmışdır.
Abdullah ibn Əbu Süfyan ibn Haris ibn Əbdül-Müttəlib belə demişdir:
بيخ بحاص كاذ يلع لانم و
هبئاتك تلاس موي ردب بحاص و
–Əli – xeybər qəhrəmanı bizdəndir; Bədrin qəhrəmanı (bizdəndir) ki, o gün çoxlu qoşun
hərəkətdə olarkən.
همع نبا و يفطصلما بن يصو هبراقي اذ نم و هينادي اذ نمف
–O, Peyğəmbərimiz Mustafanın (s) vəsisi və əmisi oğludur; kim ona tay ola bilər?
Əbu Heysəm ibn “Bədr” döyüşündə olan döyüşçülərdən idi və “Cəməl” döyüşündə bir
neçə beyt söyləmişdi:
انيلو و انماما يصولا نا
رارسلاا تحاب و افلا حرب
–Peyğəmbərin (s) vəsisi bizim imamımız və vəlimizdir; gizli olanlar aşkar oldu; sirlər
zahirə çıxdı;
Xüzeymə ibn Sabit Züş-Şəhadətəyn “Bədr” döyüşündə iştirak etmiş və “Cəməl” döyüşündə
bu şeri söyləmişdir:
رلْا تلجا دق بنلا يصو اي
ناعظ لاا تراسو يداعلاا ب
–Ey Peyğəmbərin vəsisi, döyüş düşmənləri pərən-pərən salmışdır, dəvələr isə çıxıb
getmişlər;
و ّيلع نع يّلخ ُشئاعحا
هبيع
بـ
هدلاو متنا انَّا هيف سيل ام
–Ey Ayişə! Əlidən, onda olmayan eyibləri axtarmaqdan əl çək!
هلها نود نم للها لوسر يصو
هدهاش كاذ نم ناك ام يلع تنا و
–(O), Peyğəmbərin ailəsi içərisində onun (s) vəsisidir ki, sən (Ayişə) özün bu həqiqətin
şahidisən.
Səhabənin ən şücaətlilərindən sayılan və “Siffeyn” döyüşündə qardaşı ilə bərabər şəhadətə
yetişən Abdullah ibn Budeyl ibn Vərqa Xüzai “Cəməl” döyüşündə belə demişdir:
ةطخلل موق اي
تثدح تيلا يمظعلا
ليآ نم برحللام و يصولا حبْرح
–Ey camaat, bu Peyğəmbərin vəsisinin mübarizəsinin bəhrəsidir (gərək çox diqqət
yetirəsiniz, dediklərinə əməl edəsiniz). Mübarizə və döyüşə heç bir çarə etmək olmaz.
Əmirəl-möminin (ə) “Siffeyn”də belə buyurur:
ُا ول دحما يضرحي ناك ام
ابَخ
ُّيصو اونرقي نحا
اتربحلاا حو ه
–Əgər Peyğəmbərə (s) xəbər versələr, əsla razı olmaz ki, vəsisi o iki əbtərlə (Müaviyə və
Əmr As) yanaşı otursun.
Dostları ilə paylaş: |