278
ona belə buyurmuşdur:
«
حكُلْثمم يـتحعيش مفي يرُي ْنحا ُّبمحُا ّنّماحف حساّنلا متْفحا حو مدمجْسحمْلا في ْسملْجما
»
“Məsciddə
oturub fətva ver və mən çox istəyirəm ki, sənin kimilər şiələrim arasında görünsünlər.”
İmam Sadiq (ə) ona belə buyurub:
«
لياجمر حو تياوُر ْنمم حكُلْثمم حنوْكحي ْنحا ُّبمحُا ّنّماحف ةحنيدحمْلا حلْهحا ْرمظان
»
“Mədinə əhli ilə mübahisə (bəhs, söhbət) et! İstəyirəm ki, səni hədis söyləyən şəxslərdən
hesab etsinlər.”
Əban Mədinəyə daxil olanda hamının diqqətini cəlb edir, elm öyrənənlər başqa ustadların
yanından uzaqlaşıb, böyük ehtiramla məsciddə Peyğəmbərə (s) məxsus olan yeri onun üçün
hazır edirdilər. İmamlar özləri onu bir mühəddis kimi tanıtdırırdılar.
Məsələn, İmam Sadiq (ə) Səlim ibn Əbu Həbbəyə buyurub: “Əban ibn Təğlibin yanına get
ki, o, məndən çoxlu sayda hədis eşitmişdir. Ondan öyrəndiklərini şəxsən, mənim dilimdən
danışa bilərsən.” Həmçinin, o həzrət Əban ibn Osmana buyurmuşdu: “Əban ibn Təğlib
məndən 30 min hədis nəql etmişdir ki, sən də onları ondan öyrən və nəql et.” O (Əban ibn
Təğlib), İmam Sadiqin (ə) yanına gəldikdə həzrət onunla əl tutub qucaqlaşar və əmr edərdi ki,
onun üçün balış və mütəkkə qoysunlar, özü isə onunla üzbəüz oturardı. İmam onun ölüm
xəbərini eşitdikdə, belə buyurmuşdu:
« حا
نابحا ُتوحم بْلحـق حعحجْوحا ْدحقحل للهاحو ام
»
“Allaha and olsun ki,
Əbanın ölümü qəlbimi ağrıtdı.”
Əban 141-ci hicri qəməri ilində vəfat etmişdir.
Əban Ənəs ibn Malikdən, Əməşdən, Məhəmməd ibn Münkədirdən, Səmmak ibn Hərbdən,
İbrahim Nəxəidən, Füzeyl ibn Əmrdən və Həkəmdən rəvayətlər nəql etmiş, Müslim və digər
“sünən” yazanlar onun hədislərindən (16-cı məktubda deyildiyi kimi) dəlil-sübut gətirmişlər.
Əgər Buxari ondan bir şey nəql etməyibsə bunun heç bir zərəri yoxdur. Çünki o (Əban),
Əhli-beyt imamlarına, yəni İmam Sadiq, İmam Kazim, İmam Rza, İmam Cavad, İmam Həsən
Əskəriyə (ə) təqlid etmişdir. Buxari isə bu böyük şəxsiyyətlərdən rəvayət etməmiş, (əksinə),
Mərvan ibn Həkəm, İmran ibn Hətan, Əkrəmə Bərbəri və s. kimilərə etimad etmişdir.
Əbanın bir çox qiymətli yazıları vardır. Onlardan “Qəribül-Quran” təfsirini misal
göstərmək olar ki, Quranda işlənən sözlərə ədəbi-lüğəvi baxımdan misal (şahid) gətirmək
üçün ərəb şerlərindən istifadə etmişdir.
Əbdür-Rəhman ibn Məhəmməd Əzdi Kufi Əbanın, Məhəmməd ibn Saib Kəlbinin, ibn
Rəvəqin, Ətiyyə ibn Harisin kitablarını toplayaraq bir cildə saldıqdan sonra onların ixtilaflı və
müttəfiq olan yerlərini izah etmişdir. Buna görə də Əbanın kitabı bəzən təkc, bəzən isə başqa
bir kitabla birgə müşahidə olunur. Bizim əshabımız bu iki kitabdan hər birini mötəbər sənədlə
nəql etmişlər. Əbanın “əl-Fəzail” və “Siffeyn” adlı iki kitabı, həmçinin bir “Əsl”i də vardır
(yəni, “üsuli-ərbəə miə” kimi tanınan o dörd yüz əsl ya kitabdan biri) ki, şiənin etimad və
müraciət etdiyi mənbələrdəndir. Onun bütün kitabları sənədlə nəql olunmuşdur ki, bu barədə
müfəssəl surətdə “rical” kitablarında oxumaq olar.
Eləcə də Əbu Həmzə Sumalinin (Sabit ibn Dinar) adını qeyd etmək yerinə düşərdi. O,
şiənin mötəbər və böyük şəxsiyyətlərindən hesab olunur ki, İmam Zeynəlabidin (ə), İmam
Baqir (ə) və İmam Sadiqdən (ə) elm öyrənmiş, həmişə onların yanında – onlara yaxın
olmuşdur. İmam Sadiq (ə) onun haqqında belə demişdir: “Əbu Həmzə öz dövrünün, Salman
Farsisidir.” Həmçinin, İmam Rza (ə) belə buyurmuşdur: “Əbu Həmzə öz dövrünün Loğmanı
kimidir.”
Onun “Quranın təfsiri” kitabından əlavə (Təbərsi “Məcməül-Bəyan” təfsirində ondan nəql
edir
1
) “Ən-Nəvadir” və “Zöhd” kitabları da vardır. “Risalətül-Hüquq”
2
kitabını o, İmam
Zeynəlabidindən nəql etmişdir. Həzrətin “Səhər” duasını da o nəql etmişdir.
1
“Məcməül-Bəyan” təfsirində “Şüəra” surəsi, “məvəddət” ayəsinin təfsirinə müraciət edin.
2
Bizim əshab Əbu Həmzənin kitablarını sənədlə onun özündən nəql etmişlər ki, müfəssəl surətdə “rical”
kitablarında oxuya bilərsiniz. “Risalətül-Hüquq”u Seyyid Sədrəddin Musəvi (ixtisarla) bir risalə surətində
279
O, Ənəs və Şəbidən rəvayət nəql etmiş, Vəki, Əbu Nəim və başqaları (istər şiə olsun, ya
qeyriləri –16-cı məktubda onun şərhi-halında keçdiyi kimi) öz kitablarında ondan müxtəlif
hədislər gətirmişlər.
Bəziləri İmam Səccadın (ə) hüzuruna nail olmasalar da, amma İmam Baqir (ə) və İmam
Sadiqin (ə) dövrünü yaşamışlar. Bunlardan Əbül-Qasim (Büreyd ibn Müaviyə Bəcəli), Əbu
Bəsir (oğul – yəni, Leys ibn Murad Bəxtəri Muradi) Əbül-Həsən Zürarə ibn Əyən, Əbu Cəfər
Məhəmməd (Müslim ibn Ribah Kufi) və bir çox başqalarının adını çəkmək olar. Bu dörd nəfər
elə yüksək məqama nail olmuşlar ki, İmam Sadiq (ə) onları xatırlayarkən belə buyurub:
«
ءلاُؤه
مهممارحح حو مهمللاحح يلع للها ءانحمُا
»
“Onlar halal-haram məsələlərində Allahın əminləridir.” Həmçinin
buyurub:
«
دْيحرُـب حو مملْسُم حنْب حدّمحُمُ حو حثْيحل يرصحب وبحا حو حةرارُز ّلاما انحرْكمذ ايْححا ًادحححا ُدمجحا ام
»
“Zürarə, Əbu Bəsir
Leys, Məhəmməd ibn Müslim və Büreyddən savayı bizi yaşadan başqa birisini tanımıram.
Onlar olmasaydı, əhkamı istinbat edən (dəlil-sübut yolu ilə mənbədən istixrac edən) olmazdı.”
Sonra isə onlar haqqında belə buyurub:
«
مُه حو مهممارحح حو مللها مللاحح يلحع ،بيحا ءانحمُا حو ،منيّدلا ُظاّفُح ءلاؤه
حرمخ ْلآا مفي انْيحلما حنوُقمباّسلا ايندلا في انْيحلما حنوُقمباّسلا
مة»
“Onlar dinin qoruyucuları, Allahın halal və haramlarında
atamın güvəndiyi (əmin olduğu) şəxslər, dünya və axirətdə isə bizim tərəfimizə gələnlərdir.”
İmam (ə) yenə də buyurub: “Allahdan qorxanlara behişt müjdəsi ver.” Sonra isə bu dörd
nəfərin adını çəkərək, onlar haqqında çoxlu söhbət edərək deyib: “Atam onları Allahın halal-
haramında əmin hesab edirdi. Onlar elm mədəni idilər. Bu gün isə mənim sirdaşlarımdırlar.
Onlar atamın ən yaxın əshabından olub, mənim şiələrim arasında –həm öləndə, həm də
sağlıqlarında– parlaq ulduza bənzəyirlər ki, Allah məhz onların vasitəsilə hər bidəti aradan
götürür. Onlar, imamlar (ə) haqqında mübaliğə edənlərin fikirlərini yox edir, fəzilətlərinə göz
yumanları isə öz yanlarından uzaqlaşdırırlar.”
İmamın (ə) bu adamların ağıl, kəramət və vilayətləri haqda bir çox qiymətli sözləri vardır
ki, onların hamısını bu məktubda bəyan etmək mümkün deyildir. Bununla belə, Əhli-beyt
düşmənləri onlara açıq-aşkar töhmətlər vurmuşlar ki, biz onlara müfəssəl şəkildə “Müxtəsərül-
kəlam fi müəllifiş-şiəti fi sədril İslam” kitabımızda gətirmişik. Amma bu töhmətlər Allah,
Peyğəmbər (s) və möminlər yanında onların yüksək məqamlarına, böyük şəxsiyyətlərinə zərər
vurmur, necə ki, həsəd edənlər Allah rəsulunun İslamın yayılması və inkişafı yolunda çəkdiyi
zəhmətlər müqabilində bir şey edə bilmədilər.
İmam Sadiqin (ə) zamanında elmin ağla sığmayacaq dərəcədə inkişafı şiələrin hər bir
tərəfdən o həzrətə sarı axışaraq elmin sirlərinə agah olmaları və həzrətin bu yolda heç nəyi
əsirgəməyərək, onlara təlim verməyi o dövrdə elmin hər tərəfli inkişafında böyük təsiri
olmuşdur.
Əbdül-Fəth Şəhristani “Miləl və Nihəl” kitabında İmam Sadiq (ə)
1
barəsində danışarkən bu
mətləbə işarə edərək demişdir: “O (İmam Sadiq), geniş elm və hikmətdə kamil ədəbə malik,
dünyada zahid və şəhvət müqabilində təslim olmayan bir dindar idi.” Sonra əlavə edib deyir:
“O, bir müddət Mədinədə öz şiələrinə təlim verib, dostlarının üzərində elm “yağışı” yağdırırdı.
Daha sonra İraqa gələrək bir müddət orada yaşamasına baxmayaraq heç vaxt hökumət işlərinə
qarışmamış, xilafət üstündə heç kimlə çəkişməmişdi, çünki o zaman yalnız elmi şərait mövcud
idi. Sonra yazır: “Mərifət dəryasında qərq olan şəxs, heç vaxt kiçik bir çaya tamah salmaz,
çap etdirmişdir ki, uşaqlar və yeniyetmələr onu əzbərləsinlər (nə qədər də gözəl bir iş görmüşdür, Allah ona
əcr versin!).
1
Şiəyə mənsub olan “Baqiriyyə və Sadiqiyyə” barəsində danışarkən.
Dostları ilə paylaş: |