273
YÜZ DOQQUZUNCU MƏKTUB
23 Rəbiüs-Sani 1330
Şiənin həm üsulda, həm də füruda Əhli-beytə tabe olmağına irad tutanlara cavab
istəmək.
19-cu məktubda sizə demişdik ki, sizin müxaliflərinizdən bəziləri məzhəbinizin (həm
üsulda, həm də füruda ) Əhli-beyt imamlarına isnad etmələrinə irad tuturlar. Siz də bizə bu
barədə yazacağınızı vəd vermişdiniz (artıq onun vaxtı gəlib çatmışdır). Mümkündürmü, lütf
edib cavab verəsiniz ki, onların iradı da aradan getsin? Vəssalam.
“S”
274
YÜZ ONUNCU MƏKTUB
29 Rəbiüs-Sani 1330
1. Əhli-beyt imamları tərəfindən şiə məzhəbi “mütəvatir” surətdə təsdiq olunmuşdur.
2. Səhabənin zamanından bəri elmlərin yaranması və inkişafında şiənin qabaqcıllığı.
3. Tabein və onlardan sonrakı zamanlarda şiə yazıçıları.
1. Agah olanlar şəkk-şübhəsiz bilirlər ki, imamiyyə şiəsi
1
həmişə üsuli din və fürui-dində
Allah rəsulunun (s) pak Əhli-beytinə tabe olmuş və bir zərrə belə olsun, onlardan
ayrılmamışlar. Deməli, şiə rəy və nəzəriyyəsi həm üsuli-din, həm fürui-din, həm Quran və
həm də sünnətdən götürülən digər elmlərdə Əhli-beyt imamlarının rəyinə əsaslanır. Bu
sahələrin heç birində Əhli-beyt imamlarından başqasına etimad və müraciət etmirlər.
Beləliklə, onlar dindar və Allaha yaxın olmaq istəyənlərdir – lakin Əhli-beyt məzhəbi (yolu)
ilə. Onların yolundan savayı heç bir yolu seçmir və getmirlər. Keçmişdəki saleh şiələr bu
minvalla ömür sürmüş, Əmirəl-möminin, Həsən, Hüseyn və o biri imamların zamanından
indiyə kimi belə olmuşlar. Çoxlu etibarlı (sadiq) və hafiz (Quranı hafizi) şiələr imamların hər
birindən öz məzhəblərinin üsul və füruunu öyrənmiş, yadda saxlamışlar. Onlardan çoxları ki,
təqva və imanda yüksək dərəcələrə nail olmuş, bu mətləbləri nəql etmiş, onlardan sonra gələn
nəsillər də o biri nəslə ötürmüş və indi bizədək gəlib çatmışdır (elə əvvəlki kimi,
dəyişilməmiş).
Beləliklə, biz hal-hazırda, üsul və füruda Əhli-beyt imamlarının qəbul etdiklərini qəbul
edirik. Bu məzhəbi atalarımız bizə bütün incəlikləri ilə öz atalarından, onlar da öz
əcdadlarından nəql etmişlər, bu vəziyyət beləcə (bütün nəsillərdə) davam etmiş, İmam Əskəri,
İmam Hadi, İmam Cavad, İmam Rza, İmam Musa, İmam Kazim, İmam Sadiq, İmam Baqir,
İmam Səccad, İmam Hüseyn, İmam Həsən və Əmirəl-mömininin (ə) vaxtına kimi silsiləvari
surətdə gedib çıxar. Biz bu gün bütün şiələrin (imamların səhabələrini, dinin dayaqları və
İslam elmlərini onlardan öyrənərək başqa nəsillərə çatdıranlar) adlarını çəkə bilmərik, çünki
onların adları saya-hesaba gəlmir. Təkcə böyük şəxsiyyətlərin kitablarında qeyd olunan adlara
müraciət etmək kifayətdir (yəni, onların adları bu məktuba sığışmaz). Şübhəsiz, onlar bütün
bu mətləbləri hidayət imamlarının (Əhli-beyt) elmlərinin nurundan kəsb etmiş, onların elm
dəryalarından öz “qaşıq”ları ilə (mübarək ağızlarından) götürmüşlər. Beləliklə, bu yazılar
onların öz zamanlarında yazılmış və sonradan şiə üçün mədrəkə çevrilmiş elm mənbələridir.
Bununla da Əhli-beyt məzhəbinin o biri müsəlman məzhəblərə olan üstünlüyü aşkar olur.
Çünki Əhli-sünnənin dörd məzhəb imamlarına təqlid edənlərdən bir nəfər də belə tanımırıq ki,
öz zamanlarında məzhəbləri haqda kitab yazmış olsun. Camaat, sadəcə olaraq, məzhəbinə
alışmış, onların ölümündən sonra (təqlidçilərin) sayları çoxalmışdır. Bu çoxalmanın səbəbi isə
hökumətin (o zamanın) təqlidi bu dörd məzhəbdən birinə həsr etməsi və məzhəbdə (fürui-
dində) rəhbərliyin yalnız bu dörd nəfərə xass olması ilə bağlıdır. Yoxsa, elə bu dörd nəfərin
özləri də öz müasirlərindən olan fəqihlər, mühəddislər (hədis söyləyənlər) kimi olub, onlardan
artıq bir üstünlüyə sahib deyildilər. Elə buna görə də öz əsrlərində onların sözlərini toplamağa
əhəmiyyət verən bir adam yox idi. Amma şiə elə əvvəldən məsum imamların (ə) sözlərini
yazmağa təşəbbüs göstərmişdir ki, bunun da səbəbi, dini və məzhəbi məsələlərdə onlardan
qeyrisinə müraciət etməyi caiz bilməmələrində idi. Elə buna görə də onların (ə) ətrafına
1
İraqda çap olan “Əl-huda” jurnalı bu məktubu (bu) kitabdan götürərək, iki nömrədə bu həqirin adı ilə
(Əbdül-Hüseyn Şərəfüddin əl-Musəvi) nəşr etmişdir.
275
toplaşmış, dini göstərişləri mənimsəməkdə yalnız imamlardan istifadə etmişlər və bu yolda
çox zəhmət çəkmişlər. Bütün bunların hamısı elə bir elmin yığılıb saxlanılması naminə idi ki,
(şiənin nəzərinə görə) ondan başqası Allah dərgahında qəbul deyildir. Bircə bunu bilməyin
kifayətdir ki, yalnız İmam Sadiqin (ə) zamanında dörd yüz “əsl” (dini-elmi əsər) yazılmışdı.
Belə ki, dörd yüz nəfər onları yazaraq dörd yüz kitaba çevrilmişdi. Bu yazılar İmam Sadiqin
(ə) öz zamanında buyurduğu fitvalar idi. İmam Sadiqin (ə) əshabının bu dörd yüz “əsl”dən
başqa bir çox yazıları da var idi ki, inşaallah, bu barədə tezliklə biləcəksən.
Amma əhli-sünnədən olan dörd imamın heç kimin yanında, Əhli-beyt imamlarının şiənin
yanında olan məqamı qədər ehtiramı yoxdur. Hətta öləndən sonra onlar üçün seçilən bu
məqam heç onların sağlığında belə yox idi, necə ki, ibn Xəldun “fiqh” elmi barəsində yazdığı
kitabın müqəddiməsində, eləcə də bir çox əhli-sünnə böyükləri bu məsələni etiraf etmişlər.
Amma bununla belə, şəkk etmirik ki, onların məzhəbi həmin ona tabe olduqlarının
məzhəbidir, belə ki, öz kitablarında yazılmış və dövrümüzədək gəlib çatmışdır. Çünki hər bir
məzhəbin ardıcılları öz məzhəbinə daha artıq tanışdır, necə ki, şiə də öz imamlarının
məzhəbinə hamıdan daha artıq agahdır. Beləliklə, şiələr mötəqid olduqları məzhəb əsasında
Allaha ibadət edir və başqa cür də edə bilməzlər.
2. Mühəqqiqlər şiələrin islami elmlərin tədvinində (yazılmasında, yaradılmasında)
başqalarından irəlidə olduğunu çox gözəl bilirlər. Çünki, birinci əsrdə Əlidən (ə) və alim
şiələrdən savayı heç kim bu işi öz öhdəsinə götürməmişdir. Bəlkə də bunun sirri səhabənin
elmlərin yazılıb-yazılmamasınındakı ixtilafları idi.
Əsqəlani “Fəthül-Bari” kitabının müqəddiməsində (səh. 4) qeyd edir ki, Ömər ibn Xəttab
və bir neçə nəfər (sünnə və hədisləri) yazmaq istəsələr də, qorxmuşlar ki, Quranla qarışıq
düşər. Amma Əli (ə), onun canişin olan övladı və səhabədən bir qrupu bu işi caiz bilirdilər.
Vəziyyət bu minvalla davam etdi və 2-ci əsrdə (“tabein” əsrinin axırlarında) onların
yazılmasının caizliyinə “icma” nəzər verdi. Bu o zaman idi ki, İbn Cərih öz “Tarix” kitabını
(Mücahid və Ətadan nəql edərək) təlif etdi ki, Qəzalinin dediyinə görə bu, İslamda yazılan ilk
kitab olmuşdur. Əlbəttə, belə desək daha doğru olar: bu kitab İslamda qeyri-şiə tərəfindən
yazılmış ilk kitabdır. Ondan sonra Yəməndə Mötəmər ibn Raşid Sənaninin kitabı və daha
sonra Malikin “Müvəttə” kitabı yazıldı. “Fəthül-Bari” kitabının müqəddiməsində gəlmişdir ki,
Rəbi ibn Səbih hədisləri toplayıb yazan ilk şəxsdir (o, “tabein” əsrinin sonlarında yaşamışdır).
Beləliklə, şiədən başqa müsəlmanların ilk əsrdə kitab yazmamaqları “icma” surətində
məlumdur (hamı bu nəzərlə müvafiqdir).
Amma Əli (ə) və şiələri elə ilk dövrlərdə bu işi öz öhdələrinə götürmüşdülər və Əmirəl-
mömininin (ə) yazıb topladığı ilk kitab Quran olmuşdur. Çünki o həzrət Peyğəmbərin
dəfnindən sonra Quranı bir yerə toplamayınca (yəni kitab halına salmayınca) əbanı çiyninə
atmayacağına and içmişdi (namaz istisna olmaq şərtilə). Beləliklə, onu nazil olma tərtibilə bir
yerə yığdı və elə oradaca “ümumi və xüsusi; mütləq və müqəyyəd; möhkəm və mütəşabeh;
nasix və mənsux; vaciblər və tərkləri caiz olanlar; sünnələr və ədəblər və s.” mətləblərə
toxunmuş, həmçinin ayələrin nazil olma səbəblərini açıqlayaraq müşkül məsələləri də izah
etmişdi. İbn Sirin həmişə deyərdi: “Əgər həmin Quran məndə olsaydı, əlim həqiqi elmlərə
çoxdan çatmışdı.”
1
Əlbəttə, səhabədən bəzisinin Quranı toplamaq qərarına gəlmələrinə baxmayaraq onu nazil
olma əsasında cəm edə bilmədiklərindən əlavə, işarə etdiyimiz mətləbləri orada gətirə
bilmədilər. Beləliklə, İmamın (ə) cəm etdiyi Quranın təfsirə daha çox oxşarlığı vardı. Quranı
cəm etdikdən sonra Fatimeyi-Zəhra (ə.h) üçün kitab təlif etməyə başladı ki, bu əzəmətli
xanımın pak övladlarının yanında “Fatimə müshəfi” adı ilə məşhurdur. Hikmətli sözlər,
zərbül-məsəllər, moizələr, ibrətamiz nəsihətlər və bəzi xəbərlərlə zəngin olan bu kitab atasının
1
İbn Həcər “Səvaiq” kitabında və başqa böyük şəxsiyyətlərin yazdığı kimi.
Dostları ilə paylaş: |