Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə107/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   103   104   105   106   107   108   109   110   ...   118

 
273 
YÜZ DOQQUZUNCU MƏKTUB 
23 Rəbiüs-Sani 1330 
Şiənin həm üsulda, həm də füruda Əhli-beytə tabe olmağına irad tutanlara cavab 
istəmək. 
 
19-cu  məktubda  sizə  demişdik  ki,  sizin  müxaliflərinizdən  bəziləri  məzhəbinizin  (həm 
üsulda,  həm  də  füruda  )  Əhli-beyt  imamlarına  isnad  etmələrinə  irad  tuturlar.  Siz  də  bizə  bu 
barədə  yazacağınızı  vəd  vermişdiniz  (artıq  onun  vaxtı  gəlib  çatmışdır).  Mümkündürmü,  lütf 
edib cavab verəsiniz ki, onların iradı da aradan getsin? Vəssalam. 
“S” 


 
274 
YÜZ ONUNCU MƏKTUB 
29 Rəbiüs-Sani 1330 
1. Əhli-beyt imamları tərəfindən şiə məzhəbi “mütəvatir” surətdə təsdiq olunmuşdur. 
2. Səhabənin zamanından bəri elmlərin yaranması və inkişafında şiənin qabaqcıllığı. 
3. Tabein və onlardan sonrakı zamanlarda şiə yazıçıları. 
 
1.  Agah  olanlar  şəkk-şübhəsiz  bilirlər  ki, imamiyyə  şiəsi
1
  həmişə  üsuli  din  və  fürui-dində 
Allah  rəsulunun  (s)  pak  Əhli-beytinə  tabe  olmuş  və  bir  zərrə  belə  olsun,  onlardan 
ayrılmamışlar.  Deməli,  şiə  rəy  və  nəzəriyyəsi  həm  üsuli-din,  həm  fürui-din,  həm  Quran  və 
həm  də  sünnətdən  götürülən  digər  elmlərdə  Əhli-beyt  imamlarının  rəyinə  əsaslanır.  Bu 
sahələrin  heç  birində  Əhli-beyt  imamlarından  başqasına  etimad  və  müraciət  etmirlər. 
Beləliklə, onlar dindar və Allaha yaxın olmaq istəyənlərdir – lakin Əhli-beyt məzhəbi (yolu) 
ilə.  Onların  yolundan  savayı  heç  bir  yolu  seçmir  və  getmirlər.  Keçmişdəki  saleh  şiələr  bu 
minvalla  ömür  sürmüş,  Əmirəl-möminin,  Həsən,  Hüseyn  və  o  biri  imamların  zamanından 
indiyə kimi belə olmuşlar. Çoxlu etibarlı (sadiq) və hafiz (Quranı hafizi) şiələr imamların hər 
birindən öz məzhəblərinin üsul və füruunu öyrənmiş, yadda saxlamışlar. Onlardan çoxları ki, 
təqva və imanda yüksək dərəcələrə nail olmuş, bu mətləbləri nəql etmiş, onlardan sonra gələn 
nəsillər  də  o  biri  nəslə  ötürmüş  və  indi  bizədək  gəlib  çatmışdır  (elə  əvvəlki  kimi, 
dəyişilməmiş). 
Beləliklə,  biz  hal-hazırda,  üsul  və  füruda  Əhli-beyt  imamlarının  qəbul  etdiklərini  qəbul 
edirik.  Bu  məzhəbi  atalarımız  bizə  bütün  incəlikləri  ilə  öz  atalarından,  onlar  da  öz 
əcdadlarından nəql etmişlər, bu vəziyyət beləcə (bütün nəsillərdə) davam etmiş, İmam Əskəri, 
İmam Hadi, İmam Cavad, İmam Rza, İmam Musa, İmam Kazim, İmam Sadiq, İmam Baqir, 
İmam Səccad, İmam Hüseyn, İmam Həsən və Əmirəl-mömininin (ə) vaxtına kimi silsiləvari 
surətdə  gedib  çıxar.  Biz  bu  gün  bütün  şiələrin  (imamların  səhabələrini,  dinin  dayaqları  və 
İslam  elmlərini  onlardan öyrənərək  başqa  nəsillərə  çatdıranlar) adlarını  çəkə  bilmərik,  çünki 
onların adları saya-hesaba gəlmir. Təkcə böyük şəxsiyyətlərin kitablarında qeyd olunan adlara 
müraciət  etmək  kifayətdir  (yəni,  onların  adları  bu  məktuba  sığışmaz).  Şübhəsiz,  onlar  bütün 
bu  mətləbləri  hidayət  imamlarının  (Əhli-beyt)  elmlərinin  nurundan  kəsb  etmiş,  onların  elm 
dəryalarından  öz  “qaşıq”ları  ilə  (mübarək  ağızlarından)  götürmüşlər.  Beləliklə,  bu  yazılar 
onların  öz  zamanlarında yazılmış  və  sonradan  şiə üçün  mədrəkə  çevrilmiş  elm  mənbələridir. 
Bununla  da  Əhli-beyt  məzhəbinin  o  biri  müsəlman  məzhəblərə  olan  üstünlüyü  aşkar  olur. 
Çünki Əhli-sünnənin dörd məzhəb imamlarına təqlid edənlərdən bir nəfər də belə tanımırıq ki, 
öz  zamanlarında  məzhəbləri  haqda  kitab  yazmış  olsun.  Camaat,  sadəcə  olaraq,  məzhəbinə 
alışmış, onların ölümündən sonra (təqlidçilərin) sayları çoxalmışdır. Bu çoxalmanın səbəbi isə 
hökumətin  (o  zamanın)  təqlidi  bu  dörd  məzhəbdən  birinə  həsr  etməsi  və  məzhəbdə  (fürui-
dində)  rəhbərliyin  yalnız  bu  dörd  nəfərə  xass  olması  ilə  bağlıdır.  Yoxsa,  elə  bu  dörd  nəfərin 
özləri də öz müasirlərindən olan fəqihlər, mühəddislər (hədis söyləyənlər) kimi olub, onlardan 
artıq bir üstünlüyə sahib deyildilər. Elə buna görə də öz əsrlərində onların sözlərini toplamağa 
əhəmiyyət  verən  bir  adam  yox  idi.  Amma  şiə  elə  əvvəldən  məsum  imamların  (ə)  sözlərini 
yazmağa  təşəbbüs  göstərmişdir  ki,  bunun  da  səbəbi,  dini  və  məzhəbi  məsələlərdə  onlardan 
qeyrisinə  müraciət  etməyi  caiz  bilməmələrində  idi.  Elə  buna  görə  də  onların  (ə)  ətrafına 
                                                 
1
  İraqda  çap  olan  “Əl-huda”  jurnalı  bu  məktubu  (bu)  kitabdan  götürərək,  iki  nömrədə  bu  həqirin  adı  ilə 
(Əbdül-Hüseyn Şərəfüddin əl-Musəvi) nəşr etmişdir. 


 
275 
toplaşmış,  dini  göstərişləri  mənimsəməkdə  yalnız  imamlardan  istifadə  etmişlər  və  bu  yolda 
çox zəhmət çəkmişlər. Bütün bunların hamısı elə bir elmin yığılıb saxlanılması naminə idi ki, 
(şiənin  nəzərinə  görə)  ondan  başqası  Allah  dərgahında  qəbul  deyildir.  Bircə  bunu  bilməyin 
kifayətdir  ki,  yalnız  İmam  Sadiqin  (ə)  zamanında dörd  yüz  “əsl”  (dini-elmi əsər)  yazılmışdı. 
Belə ki, dörd yüz nəfər onları yazaraq dörd yüz kitaba çevrilmişdi. Bu yazılar İmam Sadiqin 
(ə)  öz  zamanında  buyurduğu  fitvalar  idi.  İmam  Sadiqin  (ə)  əshabının  bu  dörd  yüz  “əsl”dən 
başqa bir çox yazıları da var idi ki, inşaallah, bu barədə tezliklə biləcəksən.  
Amma  əhli-sünnədən  olan  dörd  imamın  heç  kimin  yanında,  Əhli-beyt  imamlarının  şiənin 
yanında  olan  məqamı  qədər  ehtiramı  yoxdur.  Hətta  öləndən  sonra  onlar  üçün  seçilən  bu 
məqam heç onların sağlığında belə yox idi, necə ki, ibn Xəldun “fiqh” elmi barəsində yazdığı 
kitabın  müqəddiməsində,  eləcə  də  bir  çox  əhli-sünnə  böyükləri  bu  məsələni  etiraf  etmişlər. 
Amma  bununla  belə,  şəkk  etmirik  ki,  onların  məzhəbi  həmin  ona  tabe  olduqlarının 
məzhəbidir, belə ki, öz kitablarında yazılmış və dövrümüzədək gəlib çatmışdır. Çünki hər bir 
məzhəbin  ardıcılları  öz  məzhəbinə  daha  artıq  tanışdır,  necə  ki,  şiə  də  öz  imamlarının 
məzhəbinə  hamıdan  daha  artıq  agahdır.  Beləliklə,  şiələr  mötəqid  olduqları  məzhəb  əsasında 
Allaha ibadət edir və başqa cür də edə bilməzlər. 
2.  Mühəqqiqlər  şiələrin  islami  elmlərin  tədvinində  (yazılmasında,  yaradılmasında) 
başqalarından  irəlidə  olduğunu  çox  gözəl  bilirlər.  Çünki,  birinci  əsrdə  Əlidən  (ə)  və  alim 
şiələrdən  savayı  heç  kim  bu  işi  öz  öhdəsinə  götürməmişdir.  Bəlkə  də  bunun  sirri  səhabənin 
elmlərin yazılıb-yazılmamasınındakı ixtilafları idi. 
Əsqəlani “Fəthül-Bari” kitabının müqəddiməsində (səh. 4) qeyd edir ki, Ömər ibn Xəttab 
və  bir  neçə  nəfər  (sünnə  və  hədisləri)  yazmaq  istəsələr  də,  qorxmuşlar  ki,  Quranla  qarışıq 
düşər. Amma Əli (ə), onun canişin olan övladı və səhabədən bir qrupu bu işi caiz bilirdilər. 
Vəziyyət  bu  minvalla  davam  etdi  və  2-ci  əsrdə  (“tabein”  əsrinin  axırlarında)  onların 
yazılmasının caizliyinə “icma” nəzər verdi. Bu o zaman idi ki, İbn Cərih öz “Tarix” kitabını 
(Mücahid və Ətadan nəql edərək) təlif etdi ki, Qəzalinin dediyinə görə bu, İslamda yazılan ilk 
kitab  olmuşdur.  Əlbəttə,  belə  desək  daha  doğru  olar:  bu  kitab  İslamda  qeyri-şiə  tərəfindən 
yazılmış  ilk  kitabdır.  Ondan  sonra  Yəməndə  Mötəmər  ibn  Raşid  Sənaninin  kitabı  və  daha 
sonra Malikin “Müvəttə” kitabı yazıldı. “Fəthül-Bari” kitabının müqəddiməsində gəlmişdir ki, 
Rəbi ibn Səbih hədisləri toplayıb yazan ilk şəxsdir (o, “tabein” əsrinin sonlarında yaşamışdır).  
Beləliklə,  şiədən  başqa  müsəlmanların  ilk  əsrdə  kitab  yazmamaqları  “icma”  surətində 
məlumdur (hamı bu nəzərlə müvafiqdir).  
Amma  Əli  (ə)  və  şiələri  elə  ilk  dövrlərdə  bu  işi  öz  öhdələrinə  götürmüşdülər  və  Əmirəl-
mömininin  (ə)  yazıb  topladığı  ilk  kitab  Quran  olmuşdur.  Çünki  o  həzrət  Peyğəmbərin 
dəfnindən  sonra  Quranı  bir  yerə  toplamayınca  (yəni  kitab  halına  salmayınca)  əbanı  çiyninə 
atmayacağına and içmişdi (namaz istisna olmaq şərtilə). Beləliklə, onu nazil olma tərtibilə bir 
yerə  yığdı  və  elə  oradaca  “ümumi  və  xüsusi;  mütləq  və  müqəyyəd;  möhkəm  və  mütəşabeh; 
nasix  və  mənsux;  vaciblər  və  tərkləri  caiz  olanlar;  sünnələr  və  ədəblər  və  s.”  mətləblərə 
toxunmuş,  həmçinin  ayələrin  nazil  olma  səbəblərini  açıqlayaraq  müşkül  məsələləri  də  izah 
etmişdi.  İbn  Sirin  həmişə  deyərdi:  “Əgər  həmin  Quran  məndə  olsaydı,  əlim  həqiqi  elmlərə 
çoxdan çatmışdı.”
1
 
Əlbəttə, səhabədən bəzisinin Quranı toplamaq qərarına gəlmələrinə baxmayaraq onu nazil 
olma  əsasında  cəm  edə  bilmədiklərindən  əlavə,  işarə  etdiyimiz  mətləbləri  orada  gətirə 
bilmədilər. Beləliklə, İmamın (ə) cəm etdiyi Quranın təfsirə daha çox oxşarlığı vardı. Quranı 
cəm  etdikdən  sonra  Fatimeyi-Zəhra  (ə.h)  üçün  kitab  təlif  etməyə  başladı  ki,  bu  əzəmətli 
xanımın  pak  övladlarının  yanında  “Fatimə  müshəfi”  adı  ilə  məşhurdur.  Hikmətli  sözlər, 
zərbül-məsəllər, moizələr, ibrətamiz nəsihətlər və bəzi xəbərlərlə zəngin olan bu kitab atasının 
                                                 
1
 İbn Həcər “Səvaiq” kitabında və başqa böyük şəxsiyyətlərin yazdığı kimi. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə