Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə2/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   2   3   4   5   6   7   8   9   ...   118

 

CƏBƏL-AMİLƏ SƏFƏRİ 
Seyyid Şərəfüddin Livanın cənubunda yerləşən Cəbəl-Amilə gələrkən onun 32 yaşı var idi 
və  orada  alimlər,  böyük  şəxsiyyətlər  və  camaat  tərəfindən  çox  səmimiyyətlə  qarşılanmışdı. 
Çox çəkməmiş Cəbəl-Amilin əhalisi başa düşürlər ki, artıq öz həqiqi rəhbərini tapmışlar. Elə 
buna  görə  də  camaat  ona  qarşı  hüsni-rəğbət  göstərərək,  islahat  işlərində  onunla  həmkarlıq 
etməyə hazır olduqlarını elan edir və Şərəfüddin öz islahat işlərinə və zalımlarla mübarizəyə 
başlayır:  dini  möhkəmləndirmək,  “əmr  be  məruf”,  “nəhy  əz  münkər”  (yaxşılığa  əmr  etmə, 
pislikdən  çəkindirmə),  ruhanilər  və  xalq  qarşısında  təvazökarlıq,  hakim  rejim  ilə  mübarizə 
kimi işlərin əsasını qoyur.  
Bu yolda təsirli, məzmunlu xitab və məruzələri ona böyük dayaq olur. Sözü də qələmi kimi 
hamını  cəlb  edir  və  aydın  bəyanı  ilə  bir  çox  dəyərli  ideyalarını  damarlarda  axan  qan  tək 
müsəlmanların canına yeridə bilir.  
Ehtiyaclı-ehtiyacsız Şərəfüddinin sorağına gəlir, onun da qapısı hamının üzünə həmişə açıq 
– bir dəstə daxil olar, o biri dəstə çıxar, bir sözlə, onun evi ehtiyacların, kədər və müsibətlərin 
aradan qaldırılma mərkəzi, millətin pənahgahına çevrilir. Apardığı islahat işləri və mübarizəsi, 
xitab və məruzəsi, cəlbedici bəyanı, üzlərə qapısının açıq olması, xalqın müşküllərini yoluna 
qoyması, camaat ilə həmrəyliyi həqiqətdə onu millətin kamil bir rəhbərinə döndərir. 
MÜSTƏMLƏKƏÇİLİKLƏ MÜBARİZƏ 
Şərəfüddin  fəaliyyət  göstərdiyi  məntəqələrdə  yalnız  yerli  müstəkbirlər  və  İslamın 
müxalifləri  ilə  deyil,  müstəmləkəçiliklə  də  var  gücü  ilə  mübarizə  aparırmış.  O  cümlədən, 
Fransa  müstəmləkəçiliyi  əleyhinə  və  azadlıq  uğrunda  mübarizələrini  göstərmək  olar.  Elə  bu 
mübarizələr  və  müsəlmanları  azadlıq  uğrunda  qiyama  dəvəti  Fransanı  çətinliyə  saldı  və 
nəhayət, çıxış yolunu  bu böyük alimin sui-qəsdində gördü. Buna görə də İbn Həllacı məcbur 
etdilər  ki,  evinə  hücum  edib  onu  öldürsün.  Lakin  Seyyidin  köməkçiləri  olmadığına 
baxmayaraq, bu gözlənilməz hücum nəticəsiz qaldı və görkəmli alimə zərər dəymədi.  
Bu xəbərin yayılması ilə xalq ayağa qalxdı və istismar tərəfindən bu işi (sui-qəsd) öhdəsinə 
götürmüş  kəsləri  əzməyi  o  cənabdan  tələb  etdilər.  Lakin,  Şərəfüddin  özünə  xass  nəcibliklə 
camaatı sakitliyə dəvət etdi. Bir-birinin ardınca meydana çıxan çətin hadisələr onu ailəsi və bir 
sıra  mübarizlər  ilə  birlikdə  Dəməşqə  getməyə  məcbur  etdi.  Fransa  ordusu  Seyyidin  yolu 
üstündə  pusqu  qursa  da  məqsədinə  nail  olmadığı  üçün  onun  Şəxurdakı  evini  yandırdı  və 
Surdakı böyük mənzilini qarət etdilər. Ən dəhşətli hadisə bundan ibarət idi ki, o məşhur alimin 
çox nəfis və qiymətli kitabxanasını yandırdılar. Bu yanğında onun hələ əlyazma halında olan 
19 cild kitabı da külə çevrildi.  
Tez bir zamanda Dəməşqin alim və ziyalıları o böyük şəxsin ətrafına toplaşır və öz nitqləri 
ilə  camaatı  qarşılarındakı  vəzifələri  ilə  tanış  edir.  O,  bir  çox  nüfuzlu  adamlarla  birgə  Fransa 
müstəmləkəçiliyinə  qarşı  müsəlmanların  ictimai  məsələləri  barəsində  danışıqlar  aparır  və 
nəhayət,  müstəmləkəçiliyə  qarşı  ciddi  toqquşmadan  savayı  bir  yolun  olmadığı  qərarına 
gəlirlər. Toqquşmalar nəticəsində Fransa müvəffəqiyyət qazanaraq hərəkatın başçılarını tutub 
sürgünə göndərir. O cümlədən Şərəfüddini və hərəkatın digər başçılarını Fələstinə sürgün edir.  
Fələstində bir neçə ay qaldıqdan sonra möhtərəm yazıçı Misirə gedir. Onun elmi, məzhəbi, 
ictimai-siyasi  şəxsiyyəti  tezliklə  Misirin  böyük  alimləri,  siyasətçiləri  və  ziyalılarını  hər 
tərəfdən ona sarı çəkib gətirir.  
Əlbəttə,  bu  o  böyük  alimin  Misirə  ilk  gəlişi  deyildi.  Misir  onu  səkkiz  il  əvvəl  tanıyırdı. 
Çünki  o,  1908-ci  (1329-cu  hicri)  ilin  axırlarında  o  ölkəyə  qədəm  qoymuş  və  1909-cu  (1330 
hicri)  ili  də  orada  qalmış  və  elə  o  zaman  Misirin  alim  və  elm  xadimləri  ilə  elmi  məclis  və 
mübahisələri  olmuşdu.  Onun  Əl-Əzhər  universitetinin  rektoru  Şeyx  Səlim  Büşri  arasındakı 
məktublaşmaları Əl-Müraciat kitabı şəklində müsəlmanlar üçün bir hədiyyə oldu.  


 

O,  1917-ci  (1338-ci  hicri)  ilin  axırlarında  Misirdən  Fələstinə,  Cəbəl-Amilə  yaxın  olan 
Ələm  adlı  bir  kəndə  mühacirət  etdi.  Qohumları,  yaxın  adamları,  ailəsi,  bütün  yoldaşları  və 
dostları  onun  yanına  axışdılar.  Ələmdəki  evi  də,  Cəbəl-Amildə  olduğu  kimi,  camaatın 
pənahgahına çevrildi və hər tərəfdən ora üz gətirdilər. 
Fransa  dövləti  bir  sıra  müzakirələrdən  sonra  imam
1
Şərəfüddinin  və  başqa  sürgün 
olunanların  Cəbəl-Amilə  qayıtmaları  ilə  razılaşdı  və  mübarizlərin  heç  birisinin  təqib 
olunmayacağına söz verdi. Mərhum Şərəfüddin də arxayın olub Cəbəl-Amilə qayıtmağı qərara 
aldı. Lakin, yolda Beyrutda dayandı və elan etdi ki, mübarizlərin hamısı vətənə qayıtmayınca, 
o  da  Cəbəl-Amilə  gəlməyəcək.  Bütün  sürgün  olunmuş  mübarizlər  qayıtdıqdan  sonra,  o  da 
vətənə yola düşdü. 
Camaatın onu qayıtdığı gün necə qarşılamasını və onların şüarlarını təsvir etməkdə qələm 
və bəyan acizdir. Dəniz dalğasına bənzər insan dalğası uzaqdan Cəbəl-Amilə tərəf hərəkətdə 
idi. Şairlər şerlərilə, özləri və cəmiyyətin hisslərini şerə çəkmişdilər. Nəhayət, Seyyid öz əziz 
vətəninə daxil oldu. Sübhdən axşama qədər küçə və dalanlar cəmiyyətlə dolu idi. Natiqlər və 
şairlər  camaatın  hisslərini  ifadə  edirdilər.  Əgər  bütün  o  şer  və  dastanlar  toplanarsa,  elə  özü 
Cəbəl-Amil üçün böyük tarixi, fikri və siyasi bir sənədə çevrilə bilər. 
İSLAM DÜNYASINDAKI MÖVQEYİ 
İslam  dünyasının  dahi  şəxsiyyətləri  sırasında  bir  çoxlarının  adı  ilə  bərabər  Seyyid 
Şərəfüddinin də yeri xüsusi olaraq parlayır. Bütün İslam aləmi onu tanıyır və onun hörmətini 
saxlayır. O elə bir şəxsdir ki, hansı əsəri bir evə daxil olsa, oxuyanın “afərin”i  ilə qarşılanır və 
onu öz müridlərinə çevirir.  
Həqiqətən  o,  bütün  ömrünü  dinə,  İslama  və  insanlara  xidmət  işinə  həsr  etmiş  misilsiz 
şəxsiyyətdir.  
ONUN YARADICILIQ HƏYATI 
Kitabın müəllifi haqqında dediklərimizə əsasən, siyasi və ictimai çətinliklər üzündən o, çox 
da  mütaliə,  təlif,  tədqiq  və  s.  kimi  işlərlə  məşğul  ola  bilməmişdir.  Lakin,  bütün  bunlara 
baxmayaraq, bərəkətli həyatı dairəsində mütaliə və kitab yazmaq üçün də, vaxt ayırmışdı. O, 
hər  gün  bir  neçə  saat  öz  kitabxanasına  gedər,  bütün  çətinlikləri  unudar,  mütaliə  və  tədqiqat 
aparardı.  Bu  yararlı  saatlarından  tədqiq  və  mütaliə  əhli  üçün  qiymətli  kitablar  yadigar 
qoymuşdur. Belə adamların kənarından yalnız bir şəxsiyyət kimi ötüb keçmək olmaz. 
Bu  böyük  mütəfəkkirin  dərin  yazılarını  oxuyarkən  adama  elə  gəlir  ki,  onun  mütaliə  və 
tədqiqatdan savayı başqa bir işi yox imiş, halbuki o, böyük çətinliklərlə əlbəyaxa idi. Bundan 
əlavə  o,  yalnız  bir  neçə  kitab  deyil,  çoxlu  kitablar  yazmışdır  ki,  insanı  təəccübləndirir. 
Təəccüb  doğuran  başqa  cəhət  bundan  ibarətdir  ki,  onun  kitablarından  bir  fəsil  oxuduqda 
mövzuların,  samballılığı  və  tədqiqin  dərinliyi  adamı  valeh  etməyə  bilmir.  Sanki  o,  bütün 
işlərində yalnız əbədi bir əsər qoymaq fikrində olmuşdur. 
ƏSƏRLƏRİ 
1. 
«
تاعجارلما
»
 
2. 
 «
 لوصفلا
ا
ت في ةمهلم
أ
لأا فيل
ةم
»
 
3. 
«
للها راج يسوم لئاسم ةبوجأ
»
 
4. 
 «
 في ءارغلا ةملكلا
ءارهزلا ليضفت
»
 
5. 
«
ةرهاطلا ةترعلا تمام في ةرخافلا سلالمجا
»
 
6. 
 «
ةريره وبا
»
 7. 
«
ينبغارلا ةيغب
»
 8. 
«
ةيلاولاو قاثيلما ةفسلف
»
 
9. 
«
ةاورلا ةلسلس في تابثلاا تبث
»
 10. 
«
ةيفلاخ لئاسم
»
 11. 
«
ةيؤرلا لوح ةلاسر
»
 12. 
«
 بيرعلا يملعلا عملمجا ليا باتك
قشمدب
»
 13.
 
«
صنلا لباقم في داهتجلاا
»
 
                                                 
1
 On iki məsumdan əlavə başqa yerlərdə “imam” sözü rəhbər, başçı, böyük mənasında işlənilir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə