Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə3/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   2   3   4   5   6   7   8   9   ...   118

 

1. “Ə
l-Muraciat
”. Onu tərifləməyə ehtiyac yoxdur. Ərəb dilində dəfələrlə çap olunmuş bu 
kitab ingilis, ordu, fars, rus, türk dilinə də tərcümə edilmişdir. 
2. “Ə
l-füsulul-muhimm
ə 
fi t
ə
lifil-umm
ə”. Onun qiymətli kitablarından biridir. Şiə və sünni 
arasında  olan  ixtilaflı  məsələlər  haqqında  əqli  və  təhlili  bəhsləri  əhatə  edir.  1327-ci  hicri-
qəməri ilində yazmış və ikinci dəfə əlavələrlə 1347-ci ildə çap olunmuşdur.  
3.  “Ə
cvib
ə
tu  m
ə
saili  Musa  Carullah
”.  Az  həcmli  və  dolğun  məzmunlu  bir  kitabdır. 
Adından məlum olduğu kimi, Musa Carullahın dediklərinə cavabdır.  
Musa Carullah yazdığı bir kitabında şiə alimlərinin qarşısına iyirmi şübhəli məsələ qoymuş 
və  belə  fikirləşmişdir  ki,  şiə  alimləri  bu  suallara  cavab  verə  bilməyəcək.  O  suallardan  bir 
neçəsi  bunlardır:  “Şiə,  səhabələrin  bəzilərini  kafir  hesab  edir  və  onları  lənətləyir;  Quranın 
təhrif  olunmasına  inanır;  cihadı  haram  sayır;  müvəqqəti  izdivac  məsələsi  və  s.”  Mərhum 
Şərəfüddin həmin kitabda bütün bu suallara maraqlı, qane edici və məntiqli cavablar vermiş və 
heç  bir  şəkk-şübhəyə  yer  qoymamışdır.  Kitabın  əvvəlindəki  müqəddimə  mübahisə  edənləri 
vəhdətə dəvət edir və sonunda isə sual edən şəxsin şiə kitabları haqqında məlumatı olmaması 
sübuta yetirilir. 
Bu  kitab  1355-ci  hicri-qəməri  tarixdə  Seyda  şəhərində  “İrfan”  mətbəəsində  çap 
olunmuşdur.  
4. “Ə
l-K
ə
lim
ə
tul-q
ə
rra fi t
ə
fziliz-Z
ə
hr
a (ə)”. Bu kitab “Füsulul-mühimmə” nin ikinci çapı 
ilə birlikdə nəşr olunmuşdur. 
5.  “Ə
l-m
ə
calisül-faxir
ə 
fi  mat
ə
mil-itr
ə
tit-tahir
ə”.  Bu  kitabda  həzrət  İmam  Hüseynə  (ə) 
saxlanılan yas mərasiminin fəlsəfəsi və “Təf” (Kərbəla) şəhidlərinin şəhadətə çatmasının sirri 
dəqiq surətdə izah olunmuşdur. 
6. “Ə
bu Hüreyr
ə”. Bu kitab Əbu Hüreyrənin tərcümeyi-halını, yaşadığı dövrü, əlaqələrini, 
hədislərini, “Sihahi-Sittə”nin və onun hədislərini təhlil və saf-çürük edir.  
7.  “Büğyə
tür-ra
ğibin”.  Bu  kitab  onun  ailəsinə  məxsus  olub  Şərəfüddinin,  görkəmli 
şəxslərin  və  ustadlarının  şəcərə  tarixini  əks  etdirir.  Əslində,  bu  kitabda  şəcərənin  bütün 
şəxslərinin yaşadığı dövr araşdırılmışdır. 
8. “
F
ə
ls
ə
f
ə
tül-misaq v
ə
l-vilay
ə”. Öz mövzusuna aid nümunəvi bir risalədir. 
9.  “
S
ə
btül-
əsb
at  fi  silsil
ə
tür-rüvat
”.  Bu  kitab  İslamın  bütün  məzhəblərindən  başlayaraq 
İmamlara və Peyğəmbərə (s) qədər ustadların silsilə ilə şərhini yazmış və onların kitablarını 
xatırlatmışdır. 
10. “
M
ə
sailun-xilafiyy
ə”. Bu kitabda beş məzhəb arasındakı bir sıra ixtilaflı fiqhi məsələlər 
araşdırılmışdır.  
11. “
Risal
ə
tün-hovl
ə
r-rivay
ə”. Öz mövzusuna aid bir risalədir.  
12.  “
Kitabu  il
ə
l-m
ə
cm
ə
il  elmiyyil-
ərəbi
  bi-Dim
əşq”.  Bu  kitab  Dəməşq  Universitetinin 
rəisinin imamiyyə məzhəbinə mənsub etdiyi mövzu haqqında bəhsləri əhatə edir.  
13.  “Ə
l-ictihadu  fi  muqabilin-n
ə
ss
”.  Həzrət  Peyğəmbərin  (s)  hədisləri  qarşısında  sünni 
rəhbərlərinin ictihadından 100 nümunə.  
MƏHV OLUNMUŞ QİYMƏTLİ KİTABLARI 
Bu  böyük  alimin  başqa  kitabları  dediyimiz  kimi,  düşmənin  əlinə  keçərək,  kitabxanası  ilə 
birgə  yandırılmışdır  ki,  “Əl-kəlimətul-ğərra”nın  haşiyəsində  yazdığı  kimi,  aşağıdakılardan 
ibarət idi: 
1. 
«
ةرصبتلا حرش
»
 “Şə
rhut-t
ə
bsir
ə”. 
2. 
«
باحصتسا ةيشاح
»
 “
Ha
şiyə
tu-istishab
”. 
3. 
«
....ضيرلما تازجنم في ةلاسر
»
 “
Risal
ə
tun fi mün
ə
cc
ə
zatil-m
ə
riz
”. 
4. 
«
يننمؤلما ليبس
»
 “
S
ə
bilul-muminin
”. 


 

5. 
«
ةيللجا صوصنلا
»
 “Ə
n nüsusul-c
ə
liyy
ə”. 
6. 
«
ةرهابلا تايلآا ليزنت
»
 “
T
ə
nzilul-ayatil-bahir
ə”. 
7. 
«
ينفعضلما  نم  ةتسلا  هنع  جرخا  اميف  ينثدلمحا  ةفتح
»
  “
Tuhf
ə
tül-muh
ə
ddisin 
fihə
  uxruc
ə  ə
nhus-
sitt
ə
tü min
ə
l muz
ə
fin
”. 
8. 
«
باتكلا لها مكح في باحصلاا ةفتح
»
 “
Tuhf
ə
tul-
ə
shab fi hokmi 
ə
hlil-kitab
”. 
9. 
«
ةعيرذلا
»
 “Ə
z-Z
ə
ri
ə”. 
10. 
«
لاـ
ةرخافلا سلاجم
»
 “Ə
l-m
ə
calisul-faxir
ə”. 
11. 
«
ملاسلإلاردص في ةعيشلاوفلؤم
»
 “
Mu
əllifuş
-
şiə 
fi s
ə
dril-
İsl
am
”. Bu kitabın bəzi fəsilləri İrfan 
jurnalının birinci və ikinci nömrəsində çap olmuşdur. 
12. 
«
زئانلجا لقن في زئافلا ةيغب
»
 “Büğyə
tul-faiz fi n
ə
qlil-c
ə
naiz
”. Bu kitabın çox hissələrini İrfan 
jurnalı çap etmişdir. 
13. 
«
 و يديلأا مثل نع لئاسلا ةيغب
لمانلأا
»
 “Büğyə
tüs-sail 
ə
n l
ə
smil-
əydi
 v
ə
l-
ə
namil
”.  
14. 
«
قلاخلأا تاكز
»
 “
Z
ə
katul-
əx
laq
”. Onun bəzi fəsillərini İrfan jurnalı çap etmişdir. 
15. 
«
دئارفلاو دئاوفلا
»
 “Ə
l-f
ə
vaidu v
ə
l-f
ə
raid
”. 
16. 
«
يراخبلا حيحصلا يلع ةيشاح
»
 “
S
ə
hih-Buxariy
ə 
ha
şiyə”. 
17. 
«
لع ةيشاح
ملسلما حيحصلا ي
»
 “
S
ə
hih-Müslim
ə 
ha
şiyə”. 
18. 
«
ةعيشلا تمآم ناحجر في ةعيدبلا بيلاسلأا
»
 “Ə
l-
ə
salibul-b
ə
di
ə 
fi rüchani m
əatimiş
-
şiə”
.
 
Sadalanmış  kitablarına  əsasən,  bu  böyük  şəxsiyyət  ərəb  ədəbiyyatı,  məntiq,  tarix,  hədis, 
təfsir, rical, üsul və kəlam elmləri haqqında geniş məlumata malik olmuşdur. 
*  *  * 
ƏXLAQİ SƏCİYYƏLƏRİ 
Qeyd  etmək  lazımdır  ki,  Şərəfüddin  bir  alim  olmaqdan  əlavə  əxlaqi  gözəlliklərinə  xass 
xüsusiyyətlərə  malik  və  rəzalətdən  uzaq  olub,  alicənab,  yumşaq  xasiyyətli,  geniş  ürəkli, 
nüfuzlu  bir  şəxs  idi.  Hətta  onu  tanımayanlar  belə  istər-istəməz  ona  hörmət  etməyə  məcbur 
olurdu. Haqq uğrunda heç bir güzəştə getməzdi, yalnız haqqın tərəfini saxlayardı. Təvazökar 
bir  insan  olub,  vücudunda  daim  insaf  hökmranlıq  edirdi.  Buna  görə  də  yoxsul  və  dövlətli, 
qohum  və  yadlar  arasında  heç  bir  fərq  qoymaz,  yalnız  haqqı  qoruyardı.  Adamlara  olan 
məhəbbəti  haqqı  yerinə  yetirməyə  mane  olmurdu.  O,  təqvada,  nəfs  və  qəlbin  təmizliyində, 
haqq  söz  deməkdə  qabaqcıl  idi.  Sadəlövh  olmayıb  uzaqgörən  və  iti  huşa  malik  bir  şəxs  idi. 
Şücaətli olmaqla yanaşı, camaatın artıq sözlərinə qulaq asmaqdan, onlara diqqət yetirməkdən 
də yorulmaz və hirslənməzdi.  
SƏFƏRLƏRİ 
1328-ci  hicri-qəməri  (1907)  ildə  Mədinəyə  səfər  etmiş  və  Peyğəmbəri-əkrəm  (s)  və 
imamların Mədinədəki müqəddəs “Bəqi” qəbiristanlığındakı qəbirlərini ziyarət etdi. O, 1329-
cu  ildə  qeyd  olunduğu  kimi,  Misirə  getdi.  Əlinizdəki  bu  kitab  həmin  səfərin  məhsuludur. 
Çünki  orada  müəllif  Misir  alimləri,  xüsusən  Əl-Əzhər  universitetinin  rektoru  Şeyx  Səlim 
Büşri Maliki ilə bəhsləri nəticəsində bu qiymətli kitab meydana çıxmışdır.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə