Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə4/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   2   3   4   5   6   7   8   9   ...   118

 

1338-ci hicri ilində onun həmin dini-siyasi mühacirəti baş verdi ki, Dəməşqə, Fələstinə və 
Misirə  səfərləri  ilə  nəticələndi  və  bütün  bu  ölkələrdə  müsəlmanlara  dini  və  elmi  faydaları 
dəydi. 
1340-cı ildə dəniz yolu ilə Məkkənin ziyarətinə nail olmuş və bu səfəri Ərəbistanın əmiri 
şah  Hüseynin  vaxtına  təsadüf  etmişdi.  Onunla  birlikdə  bir  dəstə  dostları  da  həccə  getmişdi. 
Həmin il həcc mərasimində çoxlu züvvar və müxtəlif İslam ölkələrindən çoxlu alimlər iştirak 
edirdi.  Hörmətli müəllif  isə  onların  hamısından  daha  səciyyəvi,  daha  yüksək  mövqeyə  malik 
idi.  Bu  birinci  dəfə  idi  ki,  bir  şiə  alimi  Məscidül-Həramda  namazda  müsəlmanlara  imam  və 
pişnamaz dururdu.  
Bəli,  hörmətli  Şərəfüddin  Məscidül-Həramda  ilk  şiə  alimi  kimi  bütün  camaata  pişnamaz 
olub,  bu  həcc  o  zaman  müsəlmanların  dillər  əzbəri  oldu.  Şah  Hüseyn  onu  çox  ehtiramla 
qarşıladı və hətta  o il  Kəbəni də birgə yudular.  
O,  1355-ci  ildə  imamları  ziyarət  etmək  üçün  İraqa  gəldi  və  camaat  tərəfindən  çox  böyük 
ehtiramla qarşılandı. Belə ki, Nəcəf, Kərbəla, Kazimeyn və Samirra şəhərlərində alimlər və bir 
sıra başqa böyük şəxsiyyətlər səmimiyyətlə onun pişvazına çıxdılar.  
O, İraqdan sonra İrana səfər etdi və həzrət imam Rzanın (ə) ziyarətinə nail oldu. Bu səfərdə 
İranın  Qum,  Tehran  və  başqa  şəhərlərini  gəzib  dolanarkən  dövrün  alimlərinin  diqqətindən 
yayınmadı.  
*  *  * 
 
MÜQƏDDİMƏ VƏ İTHAF 
BU KİTAB NƏ ÜÇÜN VƏ NECƏ YAZILDI?  
“Bunlar  bu  gün  yazılan  səhifələr,  yeni  fikirlər  deyil,  iyirmi  beş  il  bundan  əvvəlin 
yazılarıdır.  Bu  gün  parladığı  kimi,  elə  o  günlərdə  mətbuatda  parlamalı  idi.  Lakin  bir  sıra 
çətinliklər və böyük maneələr yolunun üstündə yaratdılar. Buna görə də müvəqqəti gözlərdən 
gizləndi.  Lakin  zamanın  qəflətindən  istifadə  etməyə  çalışırdı,  pərakəndəliyini  toplamaq  və 
nöqsanlarını təkmilləşdirmək üçün, fürsət axtarırdı. Çünki hadisələr onun nəşrini təxirə saldığı 
kimi, sahmanını da pozmuşdu.  
Bu haqda bir kitab yazmaq fikri çox-çox əvvəldən yaranmış və uzun bir keçmişi vardır. Bu 
fikir  lap  cavanlıq  dövrünün  əvvəlinə  qayıdır  ki,  buludlar  arasındakı  şimşək  kimi  parlayıb, 
qanımı  cuşa  gətirdi.  Həmişə  diqqətimi  bu  yola  yönəltmişdim  ki,  müsəlmanların  arasında 
mövcud  şər  və  pisliyin  kökünü  kəsim,  həyata  yeni  nəzərlə  baxaraq,  bu  pərdəni  onların  gözü 
qarşısından  çəkim  ki,  riayəti  hamıya  vacib  olan  əsl  dinə  qayıtsınlar,  sonra  hamı  Allahın 
ipindən yapışaraq, haqqın bayrağı altında elm və əməl səmtinə tələssin və din qardaşları bir-
birinə dayaq olsunlar...” 
 


 

BİRİNCİ MƏKTUB 
6 Zilqədə 1329 
1. Salam və dua. 
2. Mübahisəyə icazə. 
1.  Böyük  alim  (əllamə)  Əbdül-Hüseyn  Şərəfüddin  Musəviyə  salam  və  Allahın  rəhmət  və 
bərəkəti olsun! 
Mən  bundan  əvvəl  heç  vaxt  şiələrin  vəziyyəti  və  mötəqid  olduqları  inanclarına  dair 
məlumat  əldə  etmək  fikrinə  düşməmiş,  adət-ənənələrinə  də  bələd  olmamışam.  Çünki  xüsusi 
məclislərində  olmamış,  ölkələrində  yaşamamışam.  Amma  çox  istəyirdim  ki,  onların  alimləri 
ilə mübahisədə iştirak edim, fikirləri, axtarışları və istəkləri haqda dərindən bəhs etmək üçün 
onların arasında olum. Tale mənə sənin dərya tək varlığını aşkar etdikdən sonra, dodaqlarımı 
elminin sərin suyu ilə islatdı. Allah bu ləzzətli su ilə xəstəliyimi sağaltdı, yanğımı söndürdü. 
Cəddin  Mustafanın  (s)  “elm  şəhəri”nə  və  onun  qapısı  atan  Mürtəzaya  (ə)  and  olsun  ki,  mən 
sənin ləzzətli çeşmənin yanğısöndürən şərbətindən daha ləzzətli başqa bir şərbət tapmadım.  
Mən siz şiələr barəsində eşitmişdim ki, guya siz sünni qardaşlarınızdan uzaqlaşır, onlardan 
yan  gəzir,  təkliyə  qapanmaqla  guşənişinliyə  üstünlük  verirsiniz  və  s.  Amma  mən  səni 
üzügülər,  mübahisədə  dəqiq,  bəhs  vaxtı  həvəslə  fikir  yürüdən,  sözdə  lətif  və  mehriban, 
mücadilə (mübahisə) vaxtı qüdrətli, məclis qayda-qanunlarına riayət edən və təqdirə layiq bir 
insan kimi gördüm. Deməli, şiə məzhəbinə qulluq edənlər xoşsöhbət olur və onlarla oturmaq 
hər bir ədibin arzusudur.  
2.  Mən  indi  sizin  elm  dəryanızın  ucsuz-bucaqsız  sahilində  dayanıb,  özümü  onun 
dalğalarına  vurmaqla  oradan  qiymətli  incilər  əldə  etməyə  icazə  istəyirəm.  Əgər  icazə 
verirsinizsə, uzun müddət sinəmdə qövr edən çətin və dolaşıq məsələlərdən başlayaq. Düzdür, 
ixtiyar sizindir, lakin mən mübahisədə səhvlərdən başlamayacaq və eyib axtarmaq fikrində də 
deyiləm  –mən  nə  tənə  vuranam,  nə  də  onu  camaat  arasında  yaymaq  istəyirəm–  sadəcə  itmiş 
bir  şeyi  axtarıram,  yalnız  həqiqəti  tapmaq  üçün  bəhs  edirəm.  Əgər  həqiqət  aşkar  olsa,  onun 
ardınca  getmək  zəruridir,  əks-təqdirdə,  şairin  dediyinə  əməl  etməliyik:  “Biz,  özümüzünkünü 
bəyənirik, siz də özünüzünkünü, halbuki (həqiqət bir olduğu halda) fikirlərimiz müxtəlifdir.”
1
 
İcazə verin, iki mübahisəli məsələni müzakirə edək: 
1. Dində (həm üsul, həm də füruda) imamətin yeri və sübutu (yəni, məzhəb məsələlərində 
kimə müraciət edilməlidir). 
2. Ümumi surətdə qeyd olunan imamət və müsəlmanlara rəhbərlik – yəni, Peyğəmbərin (s) 
xilafəti. 
Mən  açıq  imza  əvəzinə  məktubumun  sonunda  ixtisarla  “S”  hərfini  yazıram,  siz  də  “Ş” 
hərfini  yazın.
2
  Lazım  olan  ehtiramı  gözləməkdə  buraxdığım  hər  cür  səhv  üçün  əvvəlcədən 
bağışlanmağımı ümid edərək üzr istəyirəm. “S” 
                                                 
1
 
«
 ُنْحنَ
نمع ا مبِ حتْنحاحو انحدْنمع امبِ
 ُفملحتُْمُ ُيأَّرلاحو ٍضار حكحد
»
 
2
  Yalnız  mübahisəyə  başlamaq  üçün  icazə  istəməmiş,  həqiqətdə  mübahisənin  mövzusunu  da 
müəyyənləşdirmişdir.  Bu  isə  onun  mübahisədəki  ədəb-ərkana  riayət  etməsini  göstərir.  Məktubdakı  iki 
simvolik  imza  da  gizli  deyil,  belə  ki  “S”  onun  sünni  “Səlim”  adına,  “Ş”  isə  mənim  şiə  “Şərəfüddin” 
ləqəbimə işarədir.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə