Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə8/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   4   5   6   7   8   9   10   11   ...   118

 
19 
3.  İmam  Səccad  Əli  ibn  Hüseyn  (ə) 
 حينمقمداَّصلا  حعحم ْاوُنوُكحو حهّللا ْاوُقَّـتا ْاوُنحمآ  حنيمذَّلا احهُّـيحأ احي 
1
  “Ey  iman 
gətirənlər, Allahdan qorxun və doğru olanlarla olun.” – ayəsini oxuyarkən, çoxlu dua edərdi. 
Bu dualar sadiqlərin (doğruların) və yüksək dərəcəlilərin məqamına çatmaq, onlara qoşulmaq 
arzusundan ibarət idi. Bu dualarda bidət qoyanların (dinə zid yeni qanun), yəni imamlardan və 
“nübüvvət  ağacı”ndan  uzaqlaşanların  törətdiklərinə  də  işarə  olunurdu.  Məsələn,  buyurur: 
“Başqaları  bizim  haqqımızda  günah  işlətdi,  öz  zidd  əməllərini  Quranın  mütəşabeh  (mənası 
oxşar  və  tam  bəlli  olmayan)  ayələrinə  əsaslandıraraq,  onları  istədikləri  kimi  şərh  etdi  və 
Peyğəmbərin  (s)  bizə  münasibəti  və  haqqımızda  söylədiyi  şübhəsiz  xəbər  və  hədisləri  inkar 
etdilər.”; “Belə olduqda, bu millətin əlamət və nişanələri köhnəliyə meyl etdiyi və bu millətin 
biri-birilərini  kafir  adlandırdıqları  surətdə,  təfriqə  və  ixtilaflara  alışdığı  bir  halda  gələcək 
müsəlmanlar kimə pənah aparsınlar? Halbuki Allah-taala buyurur: “O adamlar kimi olmayın 
ki,  pərakəndə  oldular  və  aydın  dəlillər  və  möcüzələr  gətirildikdən  sonra  müxalifət  etdilər.”
2
 
Bəs, Allahın dəlillərini çatdırmaq və əhkamları izah etmək üçün kimə inanmaq olar? Quran ilə 
bir sırada olan, yol göstərən imamlardan – o işıqlı çıraqlardan, Allahın öz bəndələrinə olan bu 
höccətlərdən başqa kimi tanıyır  və inanılası kimsə varmı? Allah insanları höccətsiz (dəlilsiz) 
və  sərbəst  (başlı-başına)  buraxmamışdır.  Onları  tanımırsınızmı?  Məgər  siz  onları  risalətin 
mübarək şəcərəsindən olan budaqlar və Allahın günah və çirkinliklərdən tər-təmiz etdiyi pak 
şəxslər  bilmirsinizmi?  Məgər  Allahın  höccətləri  o  kəslər  deyildirmi  ki,  Allah  onları  hər  cür 
afətdən  (səhv  addımlardan)  uzaqlaşdırmış,  onlara  qarşı  dostluq  və  məhəbbəti  Quranda  vacib 
bilmişdir?”
3
 
Bunlar  imam  Səccadın  (ə)  sözləridir.  Bu  sözlərə  və  Əmirəl-möminindən  (ə)  nəql  etdiyim 
kəlamlara diqqət yetir! Görəcəksən ki, onlar şiə məzhəbini aydın şəkildə təcəssüm etdirmişlər. 
O  iki  böyük  şəxsin  sözlərindən  bu  bir  nümunə  idi  və  digər  imamların  da  fikirləri  eynilə 
belədir.  Çünki  onlar  bir  həqiqət  əsasında  birləşmişlər.  Bir  daha  unutma  ki,  bizim  bu  haqda 
doğru xəbərlərimiz “mütəvatir”dir.
4
 Vəssalam. “Ş” 
                                                 
1
 “Tövbə”, 119-cu ayə. 
2
 “Ali-İmran”, 105-ci ayə. 
3
 Bu sözlər İbn Həcərin “Əs-səvaiq” kitabının 11-ci babının 90-cı səhifəsində (Ali-İmran, ayə 103), yəni 1-ci 
fəsilin 5-ci ayəsində söylənmişdir. 
4
 Eyni bir hədis bir çox mötəbər ravilərdən (rəvayətçilər) nəql olunduqda ona mütəvatir hədis deyilir. 


 
20 
YEDDİNCİ MƏKTUB 
13 Zilqədə 1329 
1. Quran və sünnədən dəlilin tələbi. 
2. Əhli-beytin sözlərinə əsaslanmaq “dövrlə”
1
 nəticələnir. 
 
1.  Allah  və  Peyğəmbərin  (s)  kəlamlarından  dəlil  gətirin  ki,  Əhli-beytin  ardınca  getməyin 
vacibliyini  sübut  etsin  və  bu  bəhsdə  bizi  Allah  və  Rəsuli-əkrəmin  sözlərindən  başqasının 
sözlərini qəbul etməkdə azad burax.  
2.  İmamlarınızın  sözləri  onlarla  müxalif  olanlar  üçün  dəlil  ola  bilməz.  Çünki  bildiyiniz 
kimi, bu haqda onların sözlərinə əsaslanmaq “dövr”lə nəticələnir. Vəssalam. 
 “S” 
                                                 
1
 Məntiq elmində bir qaydadır. Burada “S” deyir ki, imamların haqlılığını sübut etmək üçün elə onların öz 
sözlərinə əsaslanırsınız, halbuki onların sözlərinə sübut kimi əsaslanmaq, onların doğruluğunu kənar dəlillə 
sübut etdikdən sonra ola bilər və sizin bu işiniz “dövr”dür. (mütərcim) 


 
21 
SƏKKİZİNCİ MƏKTUB 
15 Zilqədə 1329 
1. İşarə etdiyimizdən qafil deyilik.  
2. “Dövr”də səhv nəticə.  
3. Səqəleyn hədisi.  
4. Səqəleyn hədisinin mütəvatirliyi (şübhəsizliyi).  
5. Əhli-beytə arxalanmayan şəxs yolunu itirmişdir (azmışdır).  
6. Onların Nuhun gəmisinə, “Hittə qapısı”na bənzədilməsi və ümməti dini ixtilafdan 
qorumaları. 
7. Burada Əhli-beytdən məqsəd kimlərdir? 
8. Nə üçün onlar Nuhun gəmisinə və “Hittə qapısı”na oxşadılıblar? 
 
1. Mən məktubumun əvvəlində Peyğəmbərin (s) kəlamını elə-belə qeyd etməmişdim. Əgər 
bir  az  diqqət  yetirsəydiniz,  o  hədis  Əhli-beyt  imamlarının ardınca  getməyin  vacibliyini  açıq-
aşkar  göstərirdi.  Peyğəmbər  (s)  onları  Quran  ilə  bərabər  tutaraq,  bilik  sahiblərinin  başçıları 
qərar  vermiş,  onları  nicat  gəmisi,  ümmətin  əmin-amanlıq  mərkəzləri  və  “Hittə  qapısı”na 
bənzətmişdi.  Bundan  məqsəd  Peyğəmbərdən  (s)  eyni  məzmunda  çatan  doğru  və  düzgün 
xəbərlərə  işarə  idi  ki,  siz  işarə  və  kinayədən  sonra  başqa  bir  izahata  ehtiyacı 
olmayanlardansınız.  
2.  Beləliklə  imamlarımızın  sözlərini  –dediyiniz  kimi  deyil–  onlarla  müxalif  olanlara  da 
mötəbər  dəlil  kimi  bildirmək  olar  və  artıq  onların  sözlərini  dəlil  gətirməklə  “dövr” 
yaranmayacaqdır.  
3.  İndi  isə  Allah  rəsulunun  (s)  sözlərinə  diqqət  edin.  O  həzrət  bir  gün  cahil  və  agah 
olmayanları səsləyib, onlara müraciət edərək uca səslə buyurdu: 
«
 ام ْمُكيف ُتْكحرحـت  ّنّإ م ُساّنلا احهُّّّيحا اي
اُّولمضحت ْنحل مهمب  ُتمْذحخحا ْنإ
تيْيحـب حلْهحا تيحْترمع حو للها حباتمك ،
»
 “Ey camaat, mən sizin aranızda elə bir şey qoyuram 
ki,  əgər  ondan  yapışsanız,  heç  vaxt  yolunuzu  itirməyəcəksiniz:  o,  Allahın  kitabı  və  Əhli-
beytimdir.”
1
 
«
 اُوّلمضحت ْنحل مهمب مُتْكَّسححتَ ْنما ام مُكيف ُتْكحرحـت ّنّإ
 ْنحلحو تيْيحـب حلْها ح تيحْترمع حو مضرحلاا  حليإ مءامَّسلا حنمم ٌدوُدْحمَ ٌلْبحح مللها حباتحك يدْعحـب
اممهيف نّوُفِّلحُتُ  حفْيحك اوُرُظْناحف حضْوحْلْا َّيحلحع ادمرحي  ّتيحح اقمحترْفحـي
»
 “Mən aranızda elə bir əmanət qoyuram ki, əgər 
ondan  möhkəm  yapışsanız  heç  vaxt  yolunuzu  itirməyəcəksiniz.  O,  göylə  yer  arasında  bir  ip 
olan  Allahın  kitabı  Quran  və  Əhli-beytimdir.  Bu  ikisi  Kövsər  hovuzu  kənarında  mənə 
çatmayınca  bir-birindən  ayrılmayacaqlar.  Belə  isə,  diqqət  edin,  görün  məndən  sonra  onlarla 
necə rəftar edəcəksiniz!”
2
 
                                                 
1
 Bu rəvayəti Tirmizi və Nisai Cabirdən nəql ediblər. Müttəqi Hindi də bu hədisi “Kənzül-Ümmal” kitabının 
birinci cildinin “Əl-İtisamu bil-kitabi vəs-sunnə” babının 44-cü səh.-də bu iki nəfərdən nəql etmişdir. 
2
  Tirmizi  bu  hədisi  Zeyd  ibn  Ərqəmdən  nəql  edir.  Bu,  “Kənzül-Ümmal”  kitabının  birinci  cildinin  44-cü 
səhifəsindəki 874-cü hədisdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə