Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə10/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   6   7   8   9   10   11   12   13   ...   118

 
24 
6.  Müsəlmanları  Əhli-beytə  tərəf  sövq  edən  səbəb,  mömin  bir  insanı  dini  işlərdə  onlara 
müraciət etməsinə məcbur edən dəlil, Peyğəmbərin (s) bu sözləridir: 
«
 ُلحثحم مُكيف تيْيحـب ملْهحا حلحثحم َّنإ لاحا
 حقحرحغ اهْنحع حفَّلححتُ ْنحم حو احنَ اهحبمكحر ْنحم ٍحْوُـن مةحنيفحس
»
 “Bilin, mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi 
kimidir, ona minən şəxs nicat tapar, geridə qalan qərq olar.”
1
 
 “Yalnız  mənim  Əhli-beytim  sizin  aranızda  Nuhun  gəmisi  kimidir.  Ona  minən  şəxs  nicat 
tapar,  ondan  ayrı  düşən  qərq  olar.  Mənim  Əhli-beytim  sizin  aranızda  Bəni-İsrailin  “Hittə 
qapısı” kimidir. Oradan daxil olan şəxs rəhmət qazanar.”
2
 
«
  مضْرلأا  ملْهلأ م ٌنامأ ُموُجُّنلحا
 مبحرحعْلا حنمم ٌةحليبحق اهْتحفحلاخ اذماحف )منيّدلا  مفي(  مفلامتْخلإا حنمم تيَّمُملأ ٌنامأ تيْيحـب ُلْهحا حو  مقحرحغْلا حنمم
 
سيملْبما  حبْزمحاوُراصحف اوُفحلحتْخما )مللها مماكححا  مفي نيْعحـي(
»
 “Ulduzlar yer əhlinə nur saçdığı kimi, Əhli-beytim də 
ümmətə  (dində  ixtilafdan  qorumaq  üçün)  bir  çıraqdır.  Buna  görə  də  ərəblərdən  kim  onlarla 
müxalif olsa, (mənası budur ki, Allah ehkamlarında) ixtilaf salmış, özləri isə İblisin firqəsinə 
qoşulmuşdur.”
3
 
Ümmətin  Əhli-beytə  tabe  olmağın  vacibliyi  və  onlar  ilə  müxalifəti  bundan  ibarət  idi  və 
güman  etmirəm  ki,  bütün  lüğətlərdə  və  bəşərin  dilində  bu  məna  üçün  bundan  aydın  sözlər 
tapılsın.”  
7.  Əhli-beyt  dedikdə  məqsəd  ümumiyyətlə  əimmədir  (imamlar),  yalnız  evin  içindəkilər 
deyildir. Bu mənzilət və məqam yalnız Allahın əmrini yerinə yetirən imamlara aiddir. Bu söz 
həm əql və həm nəql cəhətdən təsdiq olunur, belə ki, “cümhurun” bir sıra məşhur alimləri də 
bunu  etiraf  etmişlər.  O  cümlədən  ibn  Həcərin  “Əs-səvaiqül-Mühriqə”  kitabında  belə  deyilir: 
“Bəziləri demişlər ki, çox ehtimal ki, “əman” (əmniyyət)  vasitəsi olan Əhli-beytdən məqsəd 
Əhli-beyt alimləridir və onların vasitəsilə insanlar hidayət olunur. Onlar ulduzlar kimidir ki, 
əgər onlar yer üzündə olmasalar, camaata əzab nazil olar.” Sonra deyir: “Bu (əmin-amanlıq) 
Məhdinin  (ə)  zühuru  vaxtıdır.  Çünki  Məhdiyə  (ə)  aid  hədislərdə  oxuyuruq  ki,  İsa  (ə)  onun 
arxasında  namaz  qılacaq  və  (düşmənlərdən  biri)  Dəccal  onun  zamanında  öldürüləcək,  ondan 
sonra  bir-birinin  ardınca  (zühura  dəlalət  edən)  nişanə  və  əlamətlər  aşkar  olacaqdır.”
4
  Başqa 
yerdə  deyir:  “Peyğəmbərdən  soruşuldu  ki,  camaat  Əhli-beytdən  sonra  öz  yaşayışına  necə 
davam edəcək? Həzrət buyurdu: Beli sınmış uzunqulaq kimi.”
5
 
8.  Siz  yaxşı  bilirsiniz  ki,  Əhli-beyti  Nuhun  gəmisinə  oxşatmaqdan  məqsəd  odur  ki,  dini 
işlərdə  hamı  onlara  pənah  aparsın.  Dinin  füru  və  üsulunu  pak  imamlardan  öyrənən  şəxs 
cəhənnəm əzabından nicat tapar, belə etməyən isə Nuhun tufanı vaxtı nicat tapmaq üçün dağa 
pənah aparan şəxsə bənzəyir ki, o, suda, bu isə cəhənnəmdə qərq olar. (Allaha pənah!) 
Onların “Hittə qapısı”na oxşadılmasının səbəbi odur ki, Allah o qapını öz cəlalı, əzəmət və 
hökmü qarşısında itaət kimi müəyyənləşdirmişdi. Bu səbəbdən də (Bəni-İsrailin) bağışlanması 
                                                                                                                                                   
Nə  üçün  Peyğəmbərin  xilafət  və  vəkaləti  üçün  “Tövbə”  surəsinin  yeganə  elan  edəni  olan  qardaşını  və 
vəlisini başqalarından aşağıda hesab edirsən? Nə üçün “əbnai-Vəzəğ”i xilafətdə Peyğəmbərin övladlarından 
qabaq  bilirsən?  Əhli-beytdən  üz  döndərən,  bütün  yüksək  məqam  və  dini  vəzifələrdə  düşmənlərlə  həmfikir 
olanın, “səqəleyn” və onun kimi doğru hədislərin qarşısında hansı üzrü vardır? Necə deyə bilər ki, mən Əhli-
beytdən möhkəm yapışmışam və nicat gəmisinə minmişəm və Hittə qapısından daxil olmuşam?! 
1
 Hakim “Müstədrək” kitabında 3-cü cildinin 151-ci səhifəsində Əbuzərdən nəql etmişdir. 
2
  Təbərani  “Övsət”  kitabında  bu  hədisi  Əbu  Səiddən  nəql  etmiş  və  bu,  Nəbhaninin  “Əl-ərbəin”  kitabının 
216-cı səhifəsindəki (25-ci hədisin izahında gələn) 18-ci hədisdir.  
3
 Hakim  “Müstədrək” kitabının 3-cü cildinin 149-cu səh.də bu hədisi  Abbasdan  nəql etmiş və demişdir ki, 
hədis sənəd cəhətdən yaxşıdır, lakin Buxari və Müslim onu xatırlamamışlar. 
4
 “Əs-səvaiq”, 11-ci bab, səh. 91, 7-ci ayənin təfsiri.  
5
  Kitabın  sonunda  143-cü  səh.-də  Peyğəmbərin  (s)  vəfatından  sonra  Əhli-beytin  ağır  vəziyyətindən  bəhs 
edən babın sonuna müraciət edin. Biz İbn Həcərdən soruşuruq: Əhli-beyt alimlərinin belə məqamı olan bir 
halda, bəs siz hara gedirsiniz? 


 
25 
və rəhmətə bais olurdu. Bu ümmətin arasında da Əhli-beytə (ə) itaət və təslim olmaq və Əhli-
beyt  imamlarının  ardınca  getmək  Allahın  hökmü  qarşısında  itaət  və  baş  əyməyin  bir  cilvəsi 
kimi  göstərilmiş  və  bunu  İslam  ümmətinin  bağışlanma  amili  sayır.  Budur  onların  “Hittə 
qapısı”na  oxşadılmasının  səbəbi.  İbn  Həcər  bu  hədis  və  misalları  xatırlatdıqdan  sonra, 
bənzətmənin səbəbini belə izah edir: “Onların Nuhun gəmisinə oxşadılmasının səbəbi odur ki, 
onları sevən, Allahın onlara verdiyi məqama təşəkkür olaraq təzim edən və onların alimlərinin 
hidayətindən  faydalanan  şəxs  ixtilaf  zülmətindən  nicat  tapar  və  belə  əməl  etməyən  şəxs  isə 
naşükürlük dəryasına düşüb, tufan girdabında həlak olar.”
1
 
 “Onların “Hittə qapısı”na oxşadılmasının səbəbi isə budur ki, –istər bu qapı “Riha” qapısı 
olsun,  istərsə  Beytül-Müqəddəs  qapısı–  ora  təzim  ilə  daxil  olmaq  bağışlanmağa  səbəb  olar. 
Allah-taala Peyğəmbər (s) Əhli-beytinin dostluğunu da bağışlanma amili etmişdir.  
Əhli-beytə  tabe  olmağın  vacibliyini  bildirən,  xüsusilə  imamların  öz  dilindən  nəql  olan 
doğru  hədislər  mütəvatirdir.  Yorucu  olmasaydı,  bu  məsələni  daha  geniş  şərh  edərdik.  Lakin 
bizim arzu və istəyimiz üçün bu qədər kifayətdir. Vəssalam  
“Ş” 
                                                 
1
 “Əs-səvaiq”, 11-ci bab, 7-ci ayənin təfsiri, səh. 91 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə