Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə18/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   14   15   16   17   18   19   20   21   ...   118

 
42 
“Xoş hallarına”,
1
 yaxşı aqibətləri əbədi behiştdir və qapıları onların üzünə açıqdır. (Şair nə 
gözəl deyib:)  
«
يرابـُي نحم
ـحم سمّشلا في  حو ممه
 ؟نيع
اهاراب نلم بعتـم دهمج
»
  “Kim  onlarla  müsabiqə  edə  bilər,  halbuki 
günəşlə müsabiqəyə girmək istəyən çox çətin təsəvvürlə qarşılaşmışdır.” 
Onlar Allahın bəndələri arasında seçilmişlər, Allahın icazəsi ilə yaxşılıqlarda hamıdan irəli 
olanlar,  Allahın  kitabının  varisləridir  ki,  Allah  onların  haqqında  buyurmuşdur:  “Sonra 
“Kitabı”  bəndələrimizdən  seçdiklərimizə  (Məhəmməd  (s)  və  Əhli-beyti)  miras  verdik. 
Bəndələrdən kimisi özünə zülm edər (imamları tanımayanlar), kimisi mö’tədil (pis əməlləri ilə 
yaxşı  əməlləri  bərabər)  olar  (onlar  imamları  sevənlərdir)  və  kimisi  də  Allahın  izni  ilə  yaxşı 
işlərdə (başqalarını ötüb) irəli keçər (o, imamdır). Bu (Kitaba varis olmaq) böyük lütfdür!”
2
 
Əhli-beytin fəzilətlərinə aid bu qədər ayə kifayətdir. İbn Abbas deyir ki, Əli ilə bağlı 300 
ayə nazil olmuşdur.
3
 Bir başqası deyir: Quranın iyirmi beş faizi Əhli-beyt haqqındadır. Bu heç 
də təəccüblü deyildir. Çünki Əhli-beyt  və Quran bir şeyin bir-birindən ayrılmaz hissələridir. 
Sizə zikr etdiyim bu qədər aydın ayələrlə kifayətlənin.  
«
باتكلا ّمُا ّنُه
»
 
Bunlar  Quranın  möhkəm  (mə’nası  aydın,  hökmü  bəlli)  ayələridir  ki,  onları 
asanlıqla məndən al və məhəbbətlə diqqət yetir. Onları sənə bəsirətli, agah şəxs verir ki, heç 
kəs səni bəsirət əhli kimi xəbərdar edə bilməz. Vəssalam. 
 “Ş” 
 
 
 
                                                 
1
  Sələbi  özünün  “Təfsiri-Kəbir”ində  bu  ayənin  təfsiri  barədə  Peyğəmbərdən  (s)  belə  nəql  etmişdir:  “Tuba 
behiştdə  mənim  evimdə  yerləşən  ağacdır  və  onun  şaxələri  behişt  əhlinin  üstünə  sərilir.  Bir  nəfər  ondan 
soruşdu: “Ey Allahın rəsulu, bu haqda səndən soruşduq, buyurdun ki, bu ağac Əlinin evindədir və şaxələri 
behişt əhli üzərinə sərilmişdir. Peyğəmbər (s) buyurdu: Məgər mənim evimlə Əlinin evi bir deyilmi?” 
2
 
 ممحو ٌدمصحتْقُّم مُهْـنممحو مهمسْفحـنِّل ٌملَاحظ ْمُهْـنممحف احنمداحبمع ْنمم احنْـيحفحطْصا حنيمذَّلا حباحتمكْلا احنْـثحرْوحأ َُّثُ
 حْلامب ٌقمباحس ْمُهْـن
 ُيرمبحكْلا ُلْضحفْلا حوُه حكملحذ مهَّللا منْذمذمب متاحرْـي
 
“Fatir”,  32.  Mərhum  Küleyni  mötəbər  sənədlə  Salimdən  belə  nəql  edir:  “İmam  Baqirdən  “Fatir”in  32-ci 
ayəsi  haqqında  soruşdum.  Buyurdu:  “və  kimisi  də  Allahın  izni  ilə  yaxşı  işlərdə  (başqalarını  ötüb)  irəli 
keçər”-dən  məqsəd  imam,  “kimisi  mötədil  olar”  –  sözündən  məqsəd  imamın  haqqını  tanıyan  və  “kimisi 
özünə  zülm  edər”-dən  məqsəd  o  kəsdir  ki,  imamı  tanımasın.  Bu  məzmunda  imam  Sadiq,  imam  Baqir  və 
imam  Rzadandan  (ə)  da  nəql  etmişlər.  Bu  rəvayəti  Səduq  və  başqa  şiə  hədisçiləri  nəql  etmişlər  və  ibn 
Mərdəveyh  onu  Əlidən  nəql  etmişdir  ki,  deyib: 

 متاحرْـيحْلامب ٌقمباحس ْمُهْـنممحو”
  –  sözündən  məqsəd  bizik.”  Bu  haqda 
geniş şərh üçün “Tənzilul-Ayat” və “Qayətul-Məram” kitabına müraciət edin.  
3
 İbn Əsakir, İbn Abbasdan nəql etmiş və “Səvaiq” kitabınının 3-cü fəslinin 9-cu babının 76-cı səhifəsində 
onu söyləmişdir.  


 
43 
ON ÜÇÜNCÜ MƏKTUB 
23 Zilqədə 1329 
Verilən qiyasın (müqayisə) nəticəsi ayələrin şəni-nüzulu haqqında söylənilən 
rəvayətlərin zəifliyini göstərir. 
 
Afərin  sənin  qələmindən  çıxan  dürlərə,  ondan  süzülən  parlaq  damlalara!  Mərhəba!  O 
qətrələrlə  zinətlənmiş  səhifələr,  ona  qarşı  mübarizəyə  qalxmaq  istəyən  şəxsin  təfəkkür 
səthindən daha yüksək, ibarətləri eyib axtaran və nöqsan tutmaq istəyən kəsin nəzərindən daha 
uzaq, xətləri və səhifələri – hamısı birlikdə bir hədəfə doğru addımlayır və vərəqləri müəyyən 
məqsədə tərəf tələsirlər. Onları oxuyanın yalnız “afərin” və “əhsən” səsi ucalacaqdır. 
Bu  dəfə  yazdıqlarınızdan  elm  seli  axır,  dalğaları  çox  ucadır.  Möhkəm  ayələr  və  dəlillər 
gətirməklə,  öhdəndə  olan  vəzifəni  yaxşı  və  nöqsansız  yerinə  yetirmiş  və  heç  nəyi 
əsirgəməmişsən. Buna görə də sənin dəlillərini rədd etmək istəyən kəs inadkarlıq, alçaqlıq və 
pisliyə qədəm qoymuş olar, əsassız sözlərə əl atar, batil ikən inad edər, cahil və nadan adamlar 
kimi zorakılığa başlayar.  
Bəzən  etiraz  oluna  bilər  ki,  yuxarıdakı  ayələrin  nazil  olma  səbəbləri  şiə  mənbələrinə 
əsaslanandığını doğrudur. Sünnə əhli şiə rəvayətlərinə etimad etmir və onları əsas götürmür. 
Belə olan halda cavab nə olacaqdır? Meyliniz varsa, cavab verin. Təşəkkür edirəm. Vəssalam. 
“S” 


 
44 
ON DÖRDÜNCÜ MƏKTUB 
24 Zilqədə 1329 
1. Yersiz etiraza cavab. 
2. Belələri şiəlikdən agah deyildir.  
3. Şiənin imtiyazı odur ki, hədisdə yalan danışmağı qəti haram bilir. 
 
1.  Etiraz  edənin  dəlil  və  müqayisəsi  batil  və  sübutun  məntiqi  şəkli  “suğra”  və  “kubra” 
nöqteyi-nəzərindən səhvdir.  
Amma  “suğra”ya  gələrkən,  (bu  ayələrin  nazil  olma  səbəblərini  rəvayət  edənlər  şiələrdir) 
müqəddimənin batilliyi aydındır, çünki o rəvayətləri yalnız biz yox, sünnə əhlinin etimadlı və 
etibarlı  rəvayətçiləri  də  nəql etmişlər  və  onların  rəvayətləri  və  mötəbər  kitablarına əsasən bu 
sahədəki rəvayətçilərinin silsilələri şiələrinkindən çoxdur. Belə ki, bu haqda “Tənzilul-ayatil-
bahirə  fi  fəzlil-İtrətit-tahirə”  (Peyğəmbərin  pak  Əhli-beytinin  fəzilətləri  haqqındakı  ayələr) 
adlı  kitabda  müfəssəl  bəhs  etmişik.  Həmçinin  “Qayətul-Məram”  kitabına  müraciət  etsəniz 
kifayətdir.  
“Kubra”ya  gəldikdə  isə  (sünnə  əhli  şiə  rəvayətçilərini  etibarlı  saymır  və  rəvayətlərindən 
dəlil gətirmirlər) onun da batil olması daha aydındır. buna şahid sünnə əhlinin rəvayətləri və 
hədis  kitablarıdır  ki,  onların  raviləri  sırasında  şiənin  məşhur  və  tanınmış  şəxsləri  doludur. 
“Sihahi-Sittə” və başqa kitablar şiə rəvayətçilərindən hədis nəql etmişlər, halbuki onlara eyib 
tutub şiə, rafizi, müxalif, ifratçı və yoldan azan deyirlər. Əslinə qalanda Buxarinin ustadlarının 
bir  neçəsi  şiə  olmuş,  onları  rafizi,  ədavət  axtaran  kimi  təqdim  etsələr  də,  lakin  Buxari  və 
başqalarının  fikrincə,  bu  eyiblər  onların  ədalətinə  xələl  gətirməmiş  və  məhz  ona  görə  də 
“səhih” kitablarında xatircəmliklə onların rəvayətlərini olduğu kimi gətirmişlər.  
Deyilənlərə əsasən, “Sünnə əhli şiə rəvayətçilərinin hədislərindən dəlil gətirmir” – deyənin 
sözü nə qədər mötəbərdir? Xeyr, heç vaxt! 
2.  Etiraz  edənlər  bilmirlər  ki,  həqiqətdə  şiə  Peyğəmbərin  (s)  pak  Əhli-beytinin  yolu 
əsasında  addımlayır  və  onların  nişan  və  əlamətlərini  özündə  qoruyur.  Əgər  həqiqətən  agah 
olsaydılar,  bilərdilər  ki,  şiə  yalnız  Əhli-beyt  imamları  ilə  bir  olmaq  və  yalnız  onların  qədəm 
qoyduqları  yerə  qədəm  qoymaq  istəyir.  Buna  görə  də  onların  həmin  rəvayətçilər  misilsiz 
sədaqət  və  əmanətdən  başqa  bir  tərifə  layiq  deyil  və  şiənin  hədis  söyləyən  qəhrəmanlarının 
pəhrizkarlıqda  və  ehtiyatda  tayları  yoxdur  və  təqvada,  ibadətdə,  gözəl  əxlaqda,  ürək 
paklığında  və  cihadda  bənzərini  tapmaq  mümkün  deyildir.  Gecə-gündüz  gördükləri  işin 
hesabını  diqqətlə  izləyən,  (hədislərin)  hifz  və  qeyd  olunması  işində  mətanətlə  çalışan 
rəvayətçiləri  heç  kəs  qabaqlaya  bilməz  və  həqiqətləri  bir-birindən  seçmək  və  rəvayətlərin 
doğru  və  yanlış  işində  diqqət  və  mötəbərliyi  izləməkdə  onlarla  bir  sırada  ola  biləcək  şəxs 
tapılmaz.  
Lakin  belələrinin  vəziyyətdən  xəbərsiz  olması  onları  qaranlıq  gecədəki  yolçu  ya  qaranlıq 
gecədə  kor  ata  minmiş  atlı  kimi  etmişdir.  Elə  buna  görədir  ki,  siqətül-İslam  Məhəmməd  ibn 
Yaqub  Kuleyni  və  Səduq  –  Məhəmməd  ibn  Əli  ibn  Babəveyh  Qummi  və  ümmətin  şeyxi  və 
böyüyü  Məhəmməd  ibn  Həsən  ibn  Əli  Tusini  (Nəsirəddin  Tusi)  ittiham  edir  və  onların 
müqəddəs  və  pak  kitablarını  yüngül  sayır.  Halbuki,  bu  kitablarda  Ali-Məhəmmədin  (s)  elm 
sərvəti  əmanət  kimi  qorunur.  Şiənin  yer  üzündəki  nümunəvi  şəxsləri  və  elm  qəhrəmanları 
qiymətli  ömürlərini  camaatın  nəsihəti  və  təbliğinə,  insanların  Allah,  Allahın  kitabı,  Allahın 
Peyğəmbəri  ilə  tanışlığın  təbliğinə  və  müsəlmanların  imamları  və  rəhbərlərinin  nəsihətlərini 
yetirməyə sərf etmişlər.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə