Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə21/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   17   18   19   20   21   22   23   24   ...   118

 
50 
vəzifəsini  qəbul  etsin.  O,  bəhanə  edərək  deyir  ki,  ona  lazım  olan  xüsusi  kitablarını  daşımaq 
üçün 400 dəvə lazımdır. Bu isə çox zəhmətli və çətin bir işdir. 
Elə buradan kitabxanasının əzəmətini başa düşmək olar, yəni qiymətli olmayan kitablarını 
da nəzərə alsaq. Hələlik onun şərhi-halından bu qədər kifayətdir. 
 
8. İsmail ibn Əbdür-Rəhman ibn Əbu Kərimə, Südəyy adı ilə məşhur olan müfəssir.  
Zəhəbi  “Mizan”  kitabında  yazır:  “Onu  şiə  biliblər.”  Sonra  Hüseyn  ibn  Vaqid  Mərvəzidən 
nəql etmişdir ki, Südəyy,  Əbu Bəkr və Öməri söymüşdür. Bu vəsfinə baxmayaraq Suri, Əbu 
Bəkr ibn Əyyaş  və bu təbəqədən bir çoxları ondan rəvayət nəql edirlər. Müslim və “Sünəni-
Ərbəə” sahibləri də hədis nəql edir və rəvayətlərinə inanırlar. Əhməd ona etimad etmiş və İbn 
Ədi  demişdir:  “Düzdanışandır”,  Yəhya  ibn  Səid  demişdir:  “Mən  elə  bir  adam  görmədim  ki, 
Südəyyin  adını  yaxşılıqdan  savayı  başqa  cür  çəksin.”  Sonra  əlavə  etmişdir:  “Heç  kəs  onu 
yaddan çıxarmamışdır ki, rəvayətlərinə də əməl etməsin.” 
İbrahim Nəxəi, Südəyy Quranı təfsir edən zaman yanından keçəndə dedi: “Bu qövm təriqi 
ilə  Quranı  təfsir  edir.”(Yəni  şiə  məzhəbinə  əsasən  Quranı  təfsir  edir).  “Mizanul-Etidal” 
kitabında  Südəyyin  şərhi-halına  müraciət  etsən  bizim  icmal  halında  dediklərimizi  müfəssəl 
şəkildə tapa bilərsən. “Səhih-Müslim”də yazılanlara əsasən o, Ənəs ibn Malikdən hədis nəql 
etmişdir.  “Sünəni-Ərbəə”  və  Müslimin  yazdıqlarına  görə  Əbu  İbad,  Suri,  Həsən  ibn  Saleh, 
Zaidə və İsrail ondan hədis söyləmişlər. Deməli o, bunların ustadıdır.  
O, 127-ci hicri-qəməri ilində vəfat etmişdir.  
 
9. İsmail ibn Musa Fəzari Kufi. 
Zəhəbinin “Mizan” kitabında gəldiyi kimi İbn Ədi deyir: “Şiəlikdə ifrata vardığını ona eyib 
tutmuşlar”. Yenə də orada yazılana əsasən Hənnad və İbn Əbu Şeybə bizə irad tuturdular ki, 
nə  üçün  İsmailin  yanına  gedib-gəlirsiniz?  Bizə  deyirdilər:  “Sələflərimizi  söyən  bu  pozğunun 
yanında nə edirsiniz?” Buna baxmayaraq, İbn Xüzeymə və Əbu Ürbə ondan əxlaq öyrənmişlər 
və  o,  bu təbəqə  arasında onların  ustadı  və  Əbu  Davud  və  Tirmizi  kimi  şəxslərdən  olmuşdur. 
Bu da ona görədir ki, ondan hədis öyrənmişlər və öz “səhih”lərində ondan hədis gətirmişlər. 
Əbu  Hatəm  deyib:  “O,  düzdanışandır.”  Nisai  deyib:  “Onun  hədislərinə  əməl  etməyin  eybi 
yoxdur.”  Şərhi-halı  haqqında  dediklərimiz  Zəhəbinin  “Mizan”  kitabında  vardır.  “Səhih-
Tirmizi”  və  “Sünəni  Əbu  Davud”a  əsasən  o,  Malik,  Şərik  və  Ənəsin  müsahibi  Ömər  ibn 
Şakirdən hədis nəql etmişdir. 
 O,  245-ci  hicri-qəməri  ilində  vəfat  etmişdir.  O,  Südəyyin  qızının  övladıdır.  Bəzən  bu 
məsələni inkar edirmiş. Allah daha yaxşı bilir. 
“Ta” 
10. Təlid ibn Süleyman Kufi Ərəc.  
İbn Müin onun şərhi-halında demişdir ki, o, Osmanı söyən zaman Osmanın övladlarından 
və yaxınlarından bəzisi eşidib, ona ox atmış və beləliklə qıçı sınmışdır. Əbu Davud demişdir: 
“Rafizidir.  Əbu  Bəkr  və  Öməri  söymüşdür.”  Bütün  bunlara  baxmayaraq  Əhməd  və  İbn 
Nümeyr ondan hədis öyrənmiş, şiə olduğunu bildikləri halda hədislərini nəql etmişlər. Əhməd 
demişdir:  “Təlid  şiə  olsa  da,  biz  hədislərinə  əməl  etməkdə  eyib  görmürük.  Zəhəbi  “Mizan” 
kitabında  adını  çəkmiş  və  alimlərin  onun  haqqında  dediklərini,  bizim  dediyimiz  kimi, 
xatırlamış,  adının  yanında  Tirmizi  rəmzini  yazmışdır.  O,  “Səhih-Tirmizi”də  olanlara  əsasən 
Əta ibn Saib və Əbdül-Məlik ibn Ümeyrdən hədis nəql etmişdir. 


 
51 
“Sa” 
11. Sabit ibn Dinar, Əbu Həmzə Sümali adı ilə məşhurdur. 
Şiəlikdəki o, bir günəşə bənzəyir. “Mizan” kitabında adı gələrkən qeyd olunmuşdur ki, Əbu 
Həmzənin  məclisində  Osmanən  adı  çəkiləndə  Əbu  Həmzə  soruşmuşdur  ki,  Osman  kimdir? 
Əlbəttə,  bu  sual  etinasızlıq  və  onu  alçaltmaq  tərzində  deyilmişdir.  Sonra  nəql  edir  ki, 
Süleymani  Əbu  Həmzəni rafizilərdən  bilib  və  Zəhəbi  Tirmizi  rəmzini  Əbu  Həmzənin adının 
kənarında  yazmış  və  bununla  da  onun  mötəbər  bildiyi  şəxslərdən  olduğuna  işarə  etmişdir. 
Vəki  və  Əbu  Nəim  ondan  hədis  nəql  etmiş  və  hədislərindən  dəlillər  gətirmişlər.  “Səhih-
Tirmizi”də  müşahidə  edəcəyiniz  kimi  o,  Ənəs  və  Şəbidən  və  bu  təbəqədən  olanlardan  hədis 
nəql etmişdir. 
 O, 150-ci hicri-qəməri ildə vəfat etmişdir. Allah rəhmət eləsin.  
 
12. Süveyr ibn Əbu Faxtə Əbu Cəhm Kufi, Əbu Talibin qızı Ümmü Haninin qulamı.  
Zəhəbi  “Mizan”  kitabında  adını  çəkmiş  və  Yunis  ibn  Əbu  İshaqdan  nəql  etmişdir  ki,  o, 
rafizidir. Süfyan və Şöbə ondan hədis öyrənmişlər. “Səhih-Tirmizi”yə əsasən o, İbn Ömər və 
Zeyd ibn Ərğəmdən rəvayət nəql etmişdir. O, imam Baqirin (ə) dövründə yaşamış və həzrətin 
vilayətinə istinad etməsi ilə məşhurdur. Onun qazi Əmr ibn Zər və İbn Qeys Masir və Səlt ibn 
Bəhram ilə, bu həqiqəti yetirən sərgüzəştləri vardır. 
 
 
“Cim” 
13. Cabir ibn Yəzid ibn Haris Cöfi Kufi. 
Zəhəbi “Mizan” kitabında xatırlatmışdır ki, o, şiə alimlərindən biridir. Süfyandan nəql edir 
ki,  Cabir  deyirmiş:  “Peyğəmbərin  (s)  elmi  və  biliyi  Əliyə  (ə)  keçib,  Əlidən  Həsənə  (ə)  və 
habelə Cəfər Sadiqə (ə) qədər çatıb. Cabir imam Sadiqin (ə) dövründə yaşamışdır. Müslim öz 
“Səhih”inin əvvəllərində Cərrahdan nəql edir ki, Cabirdən eşidib ki, “Mən də imam Baqirdən 
(ə) 70 min hədis vardır ki, hamısı Peyğəmbərdəndir (s).” 
Züheyrdən nəql edir ki, Cabir deyirmiş: “Hələ heç kəsə demədiyim 50 min hədis bilirəm.” 
Sonra deyir: O, bir gün bir hədis nəql etdi və dedi: “Bu, 50 min hədisin biridir.” Cabir hədis 
nəql edəndə (Zəhəbi “Mizan”da onun şərhi-halında yazdığı kimi) deyirmiş: “Vəsiyyül-övsiya 
mənə belə dedi.” İbn Ədi (“Mizan”da şərhi-halında olduğu kimi) demişdir: “Ona irad tutulan 
eyiblərdən  biri  bu  idi  ki,  o,  Rəcətə  (dünyaya  qayıdış)  inanırmış.”  Zəhəbi  “Mizan”da  onun 
şərhi-halında Zaidədən nəql edir ki, Cabir Cöfi rafizi idi və söyərdi.  
Mən  deyirəm  bütün  bunlara  baxmayaraq  Nisai  və  Əbu  Davud  onun  hədislərini  nəql 
etmişlər.  “Səhih-Nisai”  və  “Səhih-Əbu  Davud”un  “səcdəyi-səhv”  bablarına  müraciət  etsəniz 
hədislərini  tapa  bilərsiniz.  Şöbə,  Əbu  Əvanə  və  bu  təbəqədən  bir  çoxları  ondan  hədis 
öyrənmişlər.  Zəhəbi  “Mizan” kitabında  “Əbu  Davud”  və  “Tirmizi”  rəmzini  adının kənarında 
yazmış  və  bununla  onların  onu  mötəbər  saydıqlarına  işarə  etmiş  və  Süfyanın  sözünə  əsasən 
Cabir Cöfi hədis nəqlində pəhrizkar və təqvalı şəxs olmuşdur. Süfyan demişdir: “Mən ondan 
daha  pəhrizkarını  görmədim.”  Şöbə  demişdir:  “Cabir  düzdanışandır...  Hər  zaman  o,  “
 و انأبنا
 ُتعسم و انثّدح
” deyərkən ən etimadlı şəxslərdən sayılır.” Vəki demişdir: “Əgər hər şeydə şübhə 
etmişsinizsə də, Cabir Cöfinin doğru və etibarlı olmasında şübhə etməyin.” İbn Əbdül-Həkəm, 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə