Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə23/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   19   20   21   22   23   24   25   26   ...   118

 
54 
Suri, Malik ibn Muğul, Abdullah ibn Nümeyr və bu təbəqədən olan başqaları ondan hədis 
öyrənmişlər.  O,  onların  ustadı  və  etimad  etdikləri  şəxs  idi.  Zəhəbi  “Mizan”  kitabında  onun 
adını çəkmiş, sizə nəql etdiklərimin hamısını onun haqqında demişdir. Onun Zeyd ibn Vəhəb, 
Əkrəmə  və  bu  təbəqədən  olan  başqalarından  nəql  etdiyi  hədislər  “sünən”  kitablarında 
mövcuddur.  Nisai,  İbad  ibn  Yəqub  Rəvacini  vasitəsilə  Abdullah  ibn  Əbdül-Məlik  Məsudi, 
Haris ibn Həsirə və Zeyd ibn Vəhəbdən belə nəql edir: Eşitdim Əli (ə) deyirdi: Mən Allahın 
bəndəsi və onun rəsulunun qardaşıyam. Məndən başqa bu iddiada olan kəs yanacaqdır.” Haris 
ibn Həsirə, Əbu Davud Səbiidən və İmran ibn Həsindən belə nəql edir: “Mən Peyğəmbərin (s) 
yanında oturmuşdum və Əli (ə) də yanında idi. Peyğəmbər (s) bu ayəni oxudu: 
 َّرحطْضُمْلا ُبيمُيُ نَّمحأ
 مضْرحْلأا ءاحفحلُخ  ْمُكُلحعْحيُحو حءوُّسلا  ُفمشْكحيحو ُهاحعحد احذمإ
  “(Bütlər  yaxşıdır)  yoxsa  əli  hər  yerdən  üzülüb  darda 
qalan birisi ona (Allah) dua etdiyi  zaman onun duasını qəbul edən, (sizdən) şəri sovuşduran, 
sizi  yer  üzünün  xəlifələri  edən  kimsə?...”
1
  Əli  (ə)  birdən  titrədi.  Peyğəmbər  (s)  əlini  onun 
çiyninə  vurub  dedi: 
«
فانم لاا كضغبـُي لا و نمؤم لاا كّبحـُي لا
ةمايقلا موي ليا ق
»
  “Səni  qiyamətə  qədər 
mömindən savayı heç kim sevməz, münafiqdən başqa heç kəs sənə kin bəsləməz.” 
Bu  hədisi  Məhəmməd  ibn  Kəsir  və  başqaları  Haris  ibn  Həsirədən  nəql  etmişlər.  Zəhəbi, 
Nəfi ibn Harisin şərhi-halında həmin sənəd ilə bu hədisi nəql etmişdir. O, sənəddə Haris ibn 
Hərisədən bəhs edəndə deyir: “Düzdanışan və rafizidir.” 
 
19. Haris ibn Abdullah Həmdani.  
Əmirəl-mömininin  (ə)  xüsusi  səhabələrindən  və  tabeinlərin  ən  üstün  şəxslərindən  olub. 
Onun  şiəlikdə  vəziyyətini  bəyan  etməyə  ehtiyac  yoxdur.  O,  ilk  şəxsdir  ki,  İbn  Qüteybə  öz 
“Maarif” kitabında onu şiə hesab etmişdir. Zəhəbi “Mizanul-etidal”da onu yad etmiş və etiraf 
etmişdir  ki,  tabeinlərin  böyük  alimlərindəndir.  Sonra  ibn  Həyyandan  belə  nəql  etmişdir:  “O, 
şiəlikdə ifrata varmışdır.” Şiə olduğuna görə sünnə əhli onun haqqında böhtanlar və nalayiq 
sözlər  demişlər.  Buna  baxmayaraq  onlar  etiraf  etmişlər  ki,  o,  fərayiz  mühasibəsində  (irs 
işində)  ən  yaxşı  və  ən  bilikli  alim  olub.  Harisin  hədisləri  “Sünəni-Ərbəə”də  mövcuddur  və 
Nisai  şəxsiyyətlərə  qiymət  verməkdə  ciddi  olmasına  baxmayaraq,  Harisin  hədislərini  nəql 
etmiş, onu güclü və etimadlı hesab etmişdir.  
O,  şiə  olduğu  üçün  təhqir  olunmasına  baxmayaraq  cumhur  (sünnə  əhli)  onun  hədislərini 
bütün  bablarda  işlətmişdir.  Şəbi  onu  təkzib  etsə  də,  hədislərini  nəql  etmişdir.  Zəhəbi 
“Mizanul-Etidal”da  demişdir  ki,  Şəbi  onu  ləhcə  və  hekayətlərində  təkzib  edirdi,  Peyğəmbər 
dən  (s)  olan  hədislərdə  yox.  Zəhəbi  özü  “Mizan”da  demişdir:  “Haris  elm  və  biliyi  qoruyan 
peymanələrdən  olub.”  Sonra  Məhəmməd  ibn  Sirindən  belə  nəql  etmişdir:  İbn  Məsudun 
əshabələrindən  beş  nəfər  elm  öyrənmişdir  ki,  mən  onlardan  dörd  nəfərini  görmüşəm,  lakin 
Harisi yox. Halbuki o, onların hamısından daha üstün və yaxşısı olmuşdur.” Əlavə etmişdir ki, 
Əlqəmə,  Məsruq  və  Übeydədən  hansı  birinin  daha  bilikli  və  fazil  olması  ətrafında  ixtilaf 
vardır.  
Mən deyirəm ki, Allah müsəlmanların etimadlı şəxslərini Şəbini təkzib, xar və zəlil etmək 
üçün hakim edibdir. (Yəni alimləri öz mətin cavabları ilə Şəbinin Haris haqqında dediklərini 
təkzib etməyə dəvət edirəm.) Elə İbn Abdullah “Camiül-Bəyan”da bu mənaya işarə etmiş və 
İbrahim Nəxəinin Şəbini açıq-aşkar təkzibini nəql etmişdir:
2
 “Mən inanıram ki, Şəbi Haris ibn 
Həmdani  haqqında  dediyi  “Haris  mənə  nəql  etdi,  amma  o,  yalançının  biridir.”  –  sözünün 
cəzasını  çəkəcəkdir.  İbn  Əbdül-Birr  demişdir:  “Harisdən  yalan  söz  eşidilməyib.  Əliyə  (ə) 
                                                 
1
 “Nəml” surəsi, 62-ci ayə. 
2
  Müasir  zamanda  beyrutlu  Əllamə  Əhməd  ibn  Ömər  Məhməsaninin  “Müxtəsəri  camei  bəyanil-elm  və 
fəzlihi” kitabının 196-cı səhifəsində yazıldığı kimi. 


 
55 
məhəbbət bəsləməkdə ifrata vardığı və onu hamıdan üstün tutduğu üçün ondan qəzəbləniblər 
və buna görə də Şəbi onu yalançı bilmişdir. Çünki Şəbi bu əqidədədir ki, Əbu Bəkr hamıdan 
biliklidir  və  müsəlman  olan  ilk  şəxsdir,  həmçinin  Ömərin  də  başqalarından  üstün  olması 
fikrindədir... 
Mən  deyirəm  Haris  haqqında  münasib  olmayan  (haram,  haqsız)  söz  söyləyənlərdən  biri 
Məhəmməd  ibn  Səiddir  ki,  “Təbəqat”ın  altıncı  cildində  onun  şərhi-halında  demişdir:  “Onun 
pis  inam  və  əqidəsi  var.”  O,  şiə  şəxsiyyətlərinin  elm  və  əməlləri  haqqında  insafa  riayət 
etmədiyi  kimi,  onun  da  haqqını  əda  etməkdə  səhlənkarlıq  etmişdir.  Lakin  ibn  Səidin  Haris 
barədə  söylədiyi  pis  fikir  və  etiqad  həmin  Ali-Məhəmmədə  sədaqət,  onların  məqam  və 
mövqelərindən  agah  olmasıdır.  Belə  ki,  İbn  Əbdül-Birr,  nəql  etdiyimiz  kimi,  buna  işarə 
etmişdir. 
 Haris 65-ci hicri-qəməri ildə vəfat etmişdir. Allah rəhmət eləsin. 
 
20. Həbib ibn Əbu Sabit Əsədi Kahili Kufi.  
O,  tabelərindəndir.  İbn  Qüteybə  “Maarif”  kitabinda  və  Şəhristani  “Miləl  və Nihəl”də  onu 
şiə şəxsiyyətlərindən hesab etmişdir. Zəhəbi “Mizan”da adını çəkmiş, “Sihahi-Sittə” rəmzini 
adının  kənarında  yazmış  və  bununla  da  onun  hədislərini  qəbul  etmələrinə  işarə  etmişdir. 
“Sihah” yazanların hamısı onun hədislərini nəql etmiş və demişlər ki, İbn Müin və bir çoxları 
ona etimad etmişlər. 
Mən  deyirəm  Dulabi  onu  yalnız  şiə  olduğu  üçün  mötəbər  hesab  etməmişdir.  Lakin, 
doğrusu,  İbn  Övnün  əməli  məni  heyrətləndirmiş  və  vəhşətə  salmışdır,  belə  ki,  Həbibdə  eyib 
axtarmaq  üçün  bir  yol  tapmadığından,  naçar  ürəyi  eyib  axtarmaq  həvəsində olduğundan  onu 
“əvər”  (gözü  kor)  təbiri  ilə  yad  etmişdir.  Halbuki  gözdəki  nöqsan  nöqsan  deyil,  nöqsan 
nalayiq sözlərdə və söyüşlərdədir.  
Siz  “Səhih-Buxari”  və  “Səhih-Müslim”də  Həbibin  Səid  ibn  Cübeyr  və  Əbu  Vaildən  nəql 
etdiyi hədisləri müşahidə edə bilərsiniz. Lakin onun Zeyd ibn Vəhəb haqqındakı hədisi yalnız 
“Səhih-Buxari”də  mövcuddur.”Səhih-Müslim”də  o,  Məhəmməd  ibn  Əli  ibn  Abdullah  İbn 
Abbas, “Tavus”, Zəhhak Məşriqi, Əbül-Abbas ibn Şair, Əbu Minhal Əbdür-Rəhman, Əta ibn 
Yəsar, İbrahim Səd ibn Əbu Vəqqas və Mücahiddən hədis nəql etmişdir. Onun haqqında Şəbi 
və  Suri  vasitəsilə  söylənmiş  hədislər  “Səhih-Müslim”  və  “Səhih-Buxari”də  mövcuddur. 
“Səhih-Müslim”də yazılanlara əsasən Süleyman Əməş, Həsin Əbdül-Əziz ibn Siyah və Əbu 
İshaq Şeybani ondan hədis nəql etmişdir.  
Həbib hicri-qəməri ilə 119-cu ildə vəfat etmişdir.  
 
21. Həsən ibn Həyy. 
Həyyin  adı  Saleh  ibn  Saleh  Həmədanidir.  Deməli, Həsən,  Əli ibn  Salehin  qardaşıdır.  Hər 
ikisi şiənin tanınmış şəxslərindən idi. Bu iki nəfər birlikdə anadan olublar (əkizdirlər), Əli bir 
qədər Həsəndən tez doğulub.  
Heç  kəs  eşitməyib  ki,  Həsən  onu  adı  ilə  çağırsın,  əksinə,  həmişə  ehtiram  əlaməti  olaraq 
künyəsi  ilə  səsləyib  Əbu  Məhəmməd  deyərmiş  və  bunu  İbn  Səd  “Təbəqat”  kitabının  altıncı 
cildində  Əlinin  şərhi-halında  nəql  etmişdir.  Zəhəbi  özünün  “Mizanul-Etidal”  kitabında  hər 
ikisindən  bəhs  etmiş  və  Həsənin  şərhi-halında  demişdir:  “O  tanınmış  şəxslərdən  biri  idi. 
Rəftarı şiə rəftarı idi.” 
O,  cümə  namazını  hökumət  tərəfindən  təyin  olunmuş  imamlarla  qılmaz  və  zalım 
hökumətlərə qarşı qiyam etməyi lazım bilirdi.  
İbn Səd “Təbəqat”ın 6-cı cildində onu xatırlayıb demişdir: “O, hədisdə etimad qazanmış, 
çoxlu hədis nəql etmiş və şiə məzhəbinə mötəqid olmuşdur.” İbn Qüteybə “Maarif” kitabında 
onu  hədis  əshabələrindən  hesab  etmişdir.  “Maarif”  kitabının  axırında  şiə  şəxslərinin  adını 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə