Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə22/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   18   19   20   21   22   23   24   25   ...   118

 
52 
Şafeidən eşitmişdir ki, Süfyan Suri Şöbəyə demişdir: “Əgər Cabir Cöfi haqqında nalayiq söz 
desən, mən də sənə deyəcəyəm.” 
Cabir 127 və ya 128-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin.  
 
14. Cərir ibn Əbdül-Həmid Zəbbi Kufi. 
İbn Qüteybə “Maarif” kitabında onu şiə bilmiş, Zəhəbi “Mizan” kitabında adının kənarında 
rəmz yazmış və bununla işarə etmişdir ki, bütün “Sihah” yazanlar onun hədislərini nəql etmiş 
və  mötəbər  saymışlar.  Zəhəbi  onu  tərifləmiş  və  demişdir:  “Rey  əhlinin  alimi  olub  və 
düzdanışandır.”  Bir  çox  kitablarda  onun  hədislərindən  dəlil  gətirilir.  O,  qeyd  edir  ki,  onun 
mötəbər  olması  haqda  hamı  eyni  fikirdədir.  Onun Əməş,  Müğeyrə,  Mənsur,  İsmail  ibn  Əbu 
Xalid  və  Əbu  İshaq  Şeybanidən  nəql  etdiyi  hədislər  “Səhih-Buxari”  və  “Səhih-Müslim”də 
vardır. Həmçinin Qüteybə ibn Səid, Yəhya ibn Yəhya və Osman ibn Əbu Şeybənin ondan nəql 
etdikləri rəvayətləri bu iki “Səhih”də mülahizə edə bilərsiniz.  
O, 187-ci ildə 77 yaşında Reydə vəfat etmişdir. Allah rəhmət etsin. 
 
15. Cəfər ibn Ziyad Əhmər Kufi. 
Əbu  Davud  onun  haqda  demişdir:  “Düzdanışan  və  şiə  məzhəblidir.”  Cüzcani  demişdir: 
“Yolundan və təriqətindən azmışdır.” İbn Ədi demişdir: “Layiqli şiədir.” Onun nəvəsi Hüseyn 
ibn Əli ibn Cəfər ibn Ziyad demişdir: “Cəddim Cəfər Xorasanda şiə başçılarından olub.” 
Əbu Cəfər Dəvaniqi əmr vermişdi ki, Cəfəri onun yanına gətirsinlər. Beləliklə onu bir qrup 
şiə  ilə,  boyunlarına  zəncir  salıb  onun  yanına  apardılar.  Dəvaniqi  onları  zirzəmidə  tikdirdiyi 
zindanlarda ömürlük həbs etdi.
1
 
İbn Üyəynə, Vəki, Əbu  Qəssan Mehdi, Yəhya ibn Bişr Həriri və İbn Mehdi ondan hədis 
öyrənmişlər. Deməli o, onların ustadıdır. İbn Müin və başqaları onu etimadlı bilmişlər. Əhməd 
demişdir: “Onun hədisləri doğrudur.”. Zəhəbi “Mizan” kitabında adını çəkmiş və bunları onun 
şərhi-halında yazmışdır. O, adının kənarında Tirmizi və Nisai rəmzini yazmış və bildirmişdir 
ki, onun hədislərini mötəbər sayırlar.  
Onun Bəyan ibn Bişr və Əta ibn Saibdən və bu təbəqədən olan bir qrup başqalarından nəql 
etdiyi hədisləri “Səhih-Tirmizi” və “Səhih-Nisai”də oxuya bilərsən.  
O, 167-ci ildə vəfat etmişdir. 
 
16. Cəfər ibn Süleyman Zəbi Bəsri Əbu Süleyman.  
İbn Qüteybə özünün “Maarif” kitabının 206-cı səhifəsində onu şiə hesab etmiş və İbn Səd 
onun  adını  öz  Rical  kitabında  çəkmiş  və  açıq  şəkildə  onu  şiə  və  etibarlı  adlandırmışdır. 
Əhməd  ibn  Miqdam  onu  rafizi  kimi  tanımışdır.  İbn  Ədi  də  demişdir:  “Şiədir  və  mənim 
fikrimcə  eybi  yoxdur,  hədislərini  inkar  etmirlər.  Məncə  tərifə  layiqdir  və  hədislərini  qəbul 
etmək  lazımdır.”  Əbu  Talib  deyir:  Əhməddən  eşitdim  ki,  deyirdi:  “Cəfər  ibn  Süleyman 
Zəbinin  eyib-nöqsanı  yoxdur.”  (rəvayətlərini  qəbul  etmək  olar)  Ona  dedilər:  “Süleyman  ibn 
Hərb deyir ki, Cəfərin hədislərini yazmaq lazım deyil.” Cavab verdi: Yox, o bu işi inkar etmir. 
İş yalnız bundadır ki, Cəfər şiədir və Əlinin fəzilətləri haqqında hədislər söyləyir...” 
İbn  Müin  demişdir:  “Əbdür-Rəzzaqdan  bir  söz  eşitdim  və  beləliklə  məzhəbinə  aid  dəlil 
gətirə  bildim.  O  söz  bundan  ibarət  idi  ki,  Əbdür-Rəzzaqa  dedim:  “Sənin  ustadların 
Müəmmərə, İbn Cərih, Övzai, Malik və Süfyan hamısı sünnə əhli idilər, bəs sən bu məzhəbi 
                                                 
1
  Ərəb  ifadələrində 
«
روجاس  في  هيلإ  صخشا
»
  yazılmışdır:  “Sacur”  ağacdan  qayrılan  boyunduruqdur  ki,  itin 
boynuna keçirərmişlər. Burada məqsəd odur ki, boynuna bənd salıb çəkirmişlər. Bəlkə də, lüğətdən istifadə 
olunduğu kimi, zəncir nəzərdə tutulub.  


 
53 
(Əhli-beyt  məzhəbini)  kimdən  öyrəndin?  Cavab  verdi:  Cəfər  ibn  Süleyman  Zəbi  ilə 
görüşümüzdə mən onun fazil, əhli-hidayət və yaxşı bir insan olduğunu gördüm və bu məzhəbi 
(şiə məzhəbini) ondan öyrəndim.” 
Mən deyirəm, Məhəmməd ibn Əbu Bəkr Məqdəminin fikri İbn Müinin fikrinin əksinə idi. 
Çünki  o,  inanır  ki,  Cəfər  şiə  məzhəbini  Əbdür-Rəzzaqdan  öyrənib,  ona  görə  də  həmişə  onu 
qarğış edirdi və deyirdi: Kaş Əbdür-Rəzzaq öləydi, onu bir daha görməyəydim. Ondan başqa 
heç kəs Cəfəri azdırmadı və Cəfəri şiə etdi.” 
Əqili, Səhl ibn Əbu Xədusədən nəql edir ki, Cəfərə dedim: “Eşitmişəm Əbu Bəkr və Öməri 
söyürsən?” Cavab verdi: Söymək ki, yox, amma istədiyin qədər kin və qəzəbim onlara var.” 
İbn Həyyan “Siqat” kitabında Cərir ibn Yəzid ibn Harundan nəql edir: “Atam məni Cəfər 
Zəbinin yanına göndərdi ki, ona deyimsən Əbu Bəkr və Öməri söyürsən? Cavab verdi: Söyüş 
yox, amma ürəyimdə istədiyin qədər kin və qəzəb var!” Deməli, məlum olur ki, o rafizidir...” 
Zəhəbi “Mizan” kitabında onun adını çəkmiş və dediklərimizi orada gətirib, nəhayət, açıq-
aşkar  yazmışdır:  “O  öz  şiəliyində  mömin  alimlərdən  idi.”  Zəhəbinin  dediyi  kimi,  Müslim  öz 
“Səhih”ində  onun  rəvayətlərini  mötəbər  bilmiş,  ondan  hədis  nəql  etmişdir.  Zəhəbi,  Cəfərin 
şərhi-halında bu məsələyə işarə etmişdir.  
Sabit Bənani, Cəd ibn Osman, Əbu İmran Cuni, Yəzid ibn Rəşk, Səid Cəriridən nəql etdiyi 
hədislər və Qütn ibn Nəsir, Yəhya ibn Yəhya, Qüteybə, Məhəmməd ibn Übeyd ibn Hisab, İbn 
Məhdi  və  Müsəddədin  ondan  nəql  etdikləri  hədislərini  “Səhih-Müslim”də  oxuya  bilərsiniz. 
Elə  o,  “Yəzid  Rəşk”dən,  “Mütərrif”dən  və  “İmran  ibn  Hüseyn”dən  bu  hədisi  nəql  etmişdir: 
“Peyğəmbər bir dəfə Əlinin (ə) başçılığı ilə bir qoşun göndərdi və əsgərlərdən bəzisi Əlidən 
(ə)  şikayət  edəndə  Peyğəmbər  (s)  buyurdu:  Əlidən  nə  istəyirsiniz?  Əli  məndəndir  və  mən 
Əlidən. O, məndən sonra bütün möminlərin vəlisi olacaqdır.” Nisai bunu özünün “Səhih”ində 
yazmış və İbn Ədi onu “Səhih-Nisai”dən nəql etmişdir. Və Zəhəbi “Mizan”da Cəfərin şərhi-
halında onu aydınlaşdırmışdır.  
O, 178-ci il Rəcəb ayında vəfat etmişdir. Allah rəhmət eləsin.  
 
17. Cəmi ibn Ümeyrə ibn Sələbə Kufi Teymi Teymullah. 
Əbu Hatəm “Mizanul-Etidal”da onun şərhi-halının axırında olduğu kimi onun adını çəkmiş 
və  demişdir:  “Kufəlidir,  hədisləri  doğrudur  və  əsilli,  şərafətli  və  yaxşı  şiələrdəndir.”  İbn 
Həbban “Mizan”da olduğu kimi, adını çəkmiş və demişdir: “Rafizidir.” 
Mən  deyirəm:  Əla  ibn  Saleh,  Sədəqə  ibn  Müsənna  və  Həkim  ibn  Cübeyr  ondan  hədis 
söyləmişlər.  Buna  görə  də  o,  bunların  ustadı  sayılır.  Zəhəbinin  “Mizanul-Etidal”  kitabına 
əsasən Tirmizi onu yaxşı və gözəl şəxs kimi tərifləmişdir.  
Cəmi  ibn  Ümeyrə  “tabein”lərdəndir.  O,  İbn  Ömər  və  Ayişədən  hədis  nəql  etmişdir. 
Onlardan  biri  budur:  İbn  Ömər  deyirmiş,  eşitmişəm  ki,  Peyğəmbər  (s)  həmişə  Əliyə  (ə) 
buyurardı: 
«
 يخأ تنا
هرخلآا و ايندلا في
»
 “Sən bu dünyada və axirətdə mənim qardaşımsan.” 
“Ha” 
18. Haris ibn Həsirə Əbu Nöman Əzdi Kufi. 
Əbu Hatəm Razi demişdir: “O əsil, şərafətli və yaxşı bir şiədir.” 
O, “rəcət”ə mötəqid şəxs idi. İbn Ədi demişdir: “Onu etibarca zəif gördüyümə baxmayaraq 
rəvayətləri  yazılır.  O,  Kufəni  şiəlik  atəşinə  salanlardandır.”  Zənic  deyir:  “Mən  Cərirdən 
soruşdum: Haris ibn Həsirəni görmüsən? Dedi: Bəli, böyük və vüqarlı bir qoca, sakit və dərin 
sükuta malik şəxsdir. Mühüm iş üstündə inadkardır.” Yəhya ibn Müin demişdir: “Düzdanışan, 
əqidəsində möhkəm və “xəşəbiyyə”lərdəndir (Muxtarın tərəfdarları).” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə