Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə30/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   26   27   28   29   30   31   32   33   ...   118

 
68 
Şiəlikdəki vəziyyəti, Əli, Həsən, Hüseyn və Əhli-beytin başqa şəxslərinə sədaqəti günəşdən 
də  aydındır  və  bəyana  ehtiyac  yoxdur.  Biz  onun  haqqında  “Müxtəsərül-Kəlam”
1
  kitabında 
müfəssəl  bəhs  etmiş  və  qeyd  etmişik  ki,  onun  şiəliyi  elə  bir  həqiqətdir  ki,  heç  kəs  ona  zidd 
çıxmamışdır.  Buna  baxmayaraq  “Sihahi-Sittə”nin  müəllifləri  hədislərindən  dəlil  gətirmişlər. 
“Səhih-Buxari”də  Ömər  ibn  Xəttabdan  nəql  etdiyi  hədisləri  oxuya  bilərsiniz.  “Səhih-
Müslim”də  Əbu  Musa,  İmran  ibn  Həsindən  söylədiyi  rəvayətləri  oxumağa  dəyər.  Yəhya  ibn 
Yəmurun  ondan  nəql  etdiyi  rəvayətlərini  “Səhih-Müslim”  və  “Səhih-Buxari”də  tapmaq  olar. 
“Səhih-Buxari”də  Abdullah  ibn  Büreydə  və  “Səhih-Müslim”ə əsasən,  oğlu Əbu  Hərb  ondan 
rəvayət nəql edibdir.  
O, 99-cu il Bəsrədə kütləvi “taun” xəstəliyindən 85 yaşında vəfat etdi. Allah rəhmət eləsin. 
O,  Əmirəl-möminindən  (ə)  öyrəndiyi  əsas  qaydalara  riayət  edərək  “Nəhv  elmi”nin  əsasını 
qoydu. Biz onun şərhini “Müxtəsərül-Kəlam” kitabında vermişik.  
“Eyn” 
45. Amir ibn Vaillə ibn Abdullah ibn Ömər Leysi Əbu Tüfeyl. 
Məkkə  əhlindən  olan  Əbu  Tüfeyl  “ühüd”  ilində  anadan  olmuş  və  ömrünün  səkkiz  ili 
Peyğəmbərin  (s)  dövrünə  təsadüf  edir.  İbn  Qüteybə  “Maarif”  kitabında  “ifratçı  rafizilər” 
bəhsində  onu  bu  qrupun ilk  şəxslərindən  hesab  edib  xatırlamışdır  ki,  Muxtarın  bayrağı  onun 
əlində  olmuş  və  səhabələrdən  vəfat  edən  sonuncu  şəxsdir.  İbn  Əbdül-Birr  “İstiab”  kitabının 
“künyələr” hissəsində demişdir: “O, Kufədə yaşamış və hər yerdə Əli (ə) ilə bir yerdə idi. Əli 
(ə)  şəhid  olduqdan  sonra  Məkkəyə  getdi.”  Sonra  yazır:  “O  fazil,  ağıllı,  hazır-cavab,  fəsih 
danışan  və  Əlinin  xalis  şiələrindən idi.”  Sonra  əlavə  edir:  “Bir  gün  Müaviyə  Əbu  Tufeyldən 
soruşdu: Sənin Əbül-Həsən dostun ilə əlaqən necədir? Cavab verdi: Musanın anasının Musaya 
olan  əlaqəsi  kimi,  bu  fərq  ilə  ki,  Allahın  dərgahında  Əliyə  (ə)  qarşı  olan  vəzifəmi  yerinə 
yetirərkən etdiyim təqsirlər üçün xəcalət çəkirəm və üzr istəməyə də utanıram. Müaviyə ona 
dedi:  Sən  Osmanı  mühasirəyə  alanların  arasındaydınmı?  Dedi:  Xeyr,  lakin  orada  idim. 
Müaviyə  dedi:  Bəs  niyə  ona  kömək  etmədin?  Əbu  Tüfeyl  cavab  verdi:  Bəs  sən  niyə  kömək 
etməyib  onun  ölümünü  gözləyirdin?  Halbuki  Şam  əhli  ilə  birgə  və  hamı  da  sənə  tabe  idi. 
Məqsədin  nə  idi?  Müaviyə  dedi:  Məgər  görmədinmi  ki,  mən  (sonradan)  onun  qanını 
(intiqamını)  almaq  istəyirdim?  Budur  mənim  köməyim.  Əbu  Tüfeyl  cavab  verdi:  Bu  söz 
Əxvəcəfin  sözünə  bənzəyir: 
«
 ححلأ
 ُدنـحت تولما دعب كُتيفـْل
 نيب
اداز نيتدوز ام تيايح في و
»
 
“Görürəm  ki,  mən 
öləndən sonra mənə ağlayırsan, halbuki diriliyimdə heç bir köməyə hazır deyildin.” 
Zöhri, Əbu Zübeyr, Cəriri, İbn Əbu Həsin, Əbdül-Məlik ibn Əbcər, Qütadə, Məruf, Vəlid 
ibn  Cəmi,  Mənsur  ibn  Həyyan,  Qasim  ibn  Əbu  Bərədə,  Əmr  ibn  Dinar,  Əkrəmə  ibn  Xalid, 
Külsüm ibn Həbib, Fərat Qəzzaz və Əbül-Əziz ibn Rəfi ondan hədis nəql etmişlər. Onların bu 
hədisləri  “Səhih-Müslim”də  vardır.  Orada  Əbu  Tüfeyl  həcclə  bağlı  Allahın  rəsulundan  hədis 
nəql  etmişdir  ki,  elə  Peyğəmbərin  (s)  bir  çox  xüsusiyyətlərini  açan  odur.  O,  “namaz”  və 
“nübüvvətin əlamətləri” haqqında Məaz ibn Cəbəldən və “qəza və qədər” haqqında Abdullah 
ibn  Məsuddan  rəvayətlər  söyləmişdir.  O,  Əli  (ə),  Hüzeyfə  ibn  Üseyd,  Hüzeyfə  ibn  Yəman, 
Abdullah İbn Abbas, Ömər ibn Xəttabdan hədis nəql etmişdir. Bu Müslimin hədislərini tədqiq 
edənlərin  məlumatıdır.  Onun  “Səhih”ində  olan  hədislərin  şəxslərinin  sənədlərini  tədqiq 
edənlər bunu yaxşı bilirlər.  
Əbu Tüfeyl Məkkədə 100-cü ildə, ya neçə nəqlə əsasən, 102-ci, 107-ci və ya 110-cu ildə 
vəfat  etmişdir.  İbn  Qeysərani  onun  ölümünün  120-ci  ildə  olduğunu  demişdir.  Allah  rəhmət 
eləsin.  
                                                 
1
 İslamın əvvəllərində şiə müəllifləri və yazıçıları haqqında müxtəsər məlumat və şərhi-haldan ibarətdir.  


 
69 
 
46. İbad ibn Yəqub İslami Rəvacini Kufi.  
Darü-Qütni  deyir:  “İbad  ibn  Yəqub  düzdanışan  şiədir.”  İbn  Həyyan  demişdir:  “İbad  ibn 
Yəqub rafizilərin əqidələrinə dəvət edənlərdən idi.” İbn Xüzeymə deyir: “Bizə hədisdə etibarlı 
olan bir nəfər hədis nəql etdi ki, dinində günahkardır (yəni, İbad ibn Yəqub).”  
İbad həmin kəsdir ki, Fəzl ibn Qasimin sənədi əsasında Süfyan Suridən, o da Zübeyddən, o 
da Mürrədən bu rəvayəti nəql etmişdir: “İbn Məsud bu ayəni belə oxumuşdur: 
«
 حيننمؤلما للها يفحكو
 ّيلعب  حلاتقلا
»
  “Allah  möminləri  Əlinin  (ə)  vasitəsilə  müharibədən  xilas  etdi.”  Yenə  o  aşağıdakı 
rəvayəti  Şərikdən,  o,  Asimdən,  o,  Zərrdən  və  o  da  Abdullah ibn  Məsuddan nəql  etmişdir  ki, 
Peyğəmbər  (s)  buyurmuşdur:  “Müaviyəni  mənim  minbərimdə  görsəniz  onu  öldürün.”  Bu 
rəvayəti Təbəri və başqaları da nəql etmişlər.  
İbad həmişə deyərdi: “Hər kəs gündəlik namazında Ali-Məhəmmədin (s) düşmənlərindən 
uzaqlaşmasa,  qiyamət  günü  onlarla  (Ali-Məhəmmədin  düşmənləri  ilə)  olacaqdır.”  Deyirdi: 
“Allah  daha  adildir  ki,  Əli  (ə)  ilə  beyətdən  sonra  onunla  vuruşan  Təlhə  və  Zübeyri  behiştə 
aparsın.” 
Saleh ibn Cəzrə deyir: “İbad ibn Yəqub Osmanı söyürdü və Əhvazlı Ubbad tərəfindən nəql 
etmişdir ki, İbad ibn Yəqub keçmişdəkiləri (yəni Əlinin haqqını qəsb edənləri) söyürdü.” 
Mən  deyirəm:  Bütün  bu  deyilənlərə  baxmayaraq  sünnə  əhlinin  imamları,  o  cümlədən 
Buxari, Tirmizi, İbn Macə, İbn Həzimə və İbn Davud ondan hədis və elm öyrənmişlər. Deməli 
o,  onların  ustadı  və  etimadlı  bir  şəxs  olmuşdur.  Əbu  Hatəm  onun  adını  çəkmiş  (bu  qrup  ilə 
müxalifətdə  olmasına  və  onları  qəbul  etməmək  üçün  bəhanə  axtarmasına  baxmayaraq)  və 
demişdir:  “Təvazökar  və  etimadlı  bir  şəxs  olmuşdur.”  Zəhəbi  “Mizanül-Etidal”da  onun 
haqqında demişdir: “O, ifrat dərəcədə şiə və bidətçilərin başçılarındandır, lakin hədisdə sadiq 
və düzdanışandır.” Bizim dediklərimizi onun şərhi-halında nəql etmişdir. Buxari “Səhih”inin 
“tövhid” hissəsində heç bir vasitə olmadan ondan hədis nəql etmişdir.  
O,  250-ci  ildə  vəfat  etmişdir.  Allah  rəhmət  eləsin.  Amma  “dənizin  qazıntısı”  və  onun 
suyunun cərəyanına aid Qasim ibn Zəkəriyya Mirtəzin onun haqqında dediyinin aydınca yalan 
olduğunu  bilirik  və alçaq şəxslərin  möminlərə  aid  dedikləri  sözlərdən  Allaha pənah aparırıq: 
 ُفمصحت احم ىحلحع ُناحعحـتْسُمْلا ُهّللاحو
 حنو
 
 
47. Abdullah ibn Davud Əbu Əbdür-Rəhman Həmədani Kufi. 
O,  Bəsrənin  “Hərbtə”  nahiyyəsinin  sakini  idi.  İbn  Qüteybə  “Maarif”  kitabında  onu  şiə 
hesab  etmişdir.  Buxari  öz  səhihində  hədislərindən  dəlil  gətirmişdir.  Onun  Əməş,  Hişam  ibn 
Ürvə,  İbn  Cərihdən  nəql  etdiyi  hədislərini  orada  görə  bilərsiniz.  “Səhih-Buxari”də  yeri 
gəlmişkən Müsəd, Əmr ibn Əli və Nəsr ibn Əli ondan hədis nəql etmişlər. 
 O, 212-ci ildə vəfat etmişdir.  
 
48. Abdullah ibn Şəddad ibn Had (Had – Üsamə ibn Əmr ibn Abdullah ibn Cabir ibn 
Bəşir ibn Ətvarə ibn Amir ibn Malik ibn Leysdir) Kufi Əbül-Vəlid. 
O,  Əmirəl-mömininin  (ə)  əshabələrindəndir.  Anası  Səlma,  Ümeys  qızı,  Xəsəmi  Əsmanın 
bacısıdır. Deməli o, Abdullah ibn Cəfər və Məhəmməd ibn Bəkrin xalası oğlu və Həmzə ibn 
Əbdül-Müttəlibin qızı Əmarənin ana tərəfdən qardaşıdır.  
İbn Səd onu Kufədə yaşayan elm və fiqh əhli olan tabeinlərdən hesab etmiş və “Təbəqat”ın 
altıncı  cildinin  86-cı  səhifəsində  onun  şərhi-halında  deyir:  Abdullah  ibn  Şəddad  bir  qrup 
“qürra” (qarilər) ilə Həccaca qarşı qiyam etmişdi. Bu, Əbdür-Rəhman Məhəmməd ibn Əşəsin 
zamanında olmuşdur.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə