Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə28/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   24   25   26   27   28   29   30   31   ...   118

 
64 
bu  sözü  deməkdə  məqsədi  nə  idi?  Fəzl  cavab  verdi:  Məqsədi  bu  idi  ki,  o,  səhər  yeməyini 
Hüzeyfənin hədisinə əsasən yeyir.” 
Mən deyirəm: Əksinə, o, bu ayəyə əməl edirdi: 
  مطْيحْلا حنمم ُضحيْـبحلأا ُطْيحْلا ُمُكحل حَّينحـبحتحـي  َّتَّحح ْاوُبحرْشاحو ْاوُلُكحو
 ملْيلَّلا  حلَمإ حماحيِّصلا ْاوُّمتَحأ َُّثُ مرْجحفْلا  حنمم مدحوْسحلأا
  “...Sübh  açılınca,  ağ  sap  qara  sapdan  fərqlənincəyə  qədər 
yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın.” (“Bəqərə”,
 
187) 
3. “Vəcizə” və “Biharul-Ənvar”da Həsən ibn Səid Nəxəi, o da Şərik ibn Abdullah Qazidən 
nəql edir ki, Əməş xəstə olanda onun yanına getdim (həmin xəstəlikdən vəfat etdi). Şəbrəmə, 
İbn  Əbu  Leyla  və  Əbu  Hənifə  də  onun  görüşünə  gəlmişdilər.  Halını  soruşanda  çox  zəif 
olduğunu  bildirdi  və  öz  günah  və  səhvlərindən  çox  qorxub  ağlamağa  başladı.  Əbu  Hənifə 
üzünü  ona  tərəf  tutub  dedi:  “Ey  Əba  Məhəmməd,  Allahdan  qorx,  özünə  gəl,  halına  diqqət 
yetir.  Sən  Əli  (ə)  haqqında  hədislər  deyərdin,  əgər onlardan  inkar etsən  (dönsən),  sənə  yaxşı 
olar.” Əməş ona cavab verdi: Sən bunu mənə deyirsən? Sonra onu özündən kənar edib söydü 
ki, deməyə ehtiyac yoxdur. 
O, –Zəhəbi “Mizanul-Etidal”da dediyi kimi– etimadlı və imanlı şəxslərdən biri olmuşdur. 
İbn  Xəlləkan  Vəfayətul-Əyanda  şərhi-halında  deyir:  “O,  etimadlı,  fazil  alim  idi.”  “Sihahi-
Sittə”nin  müəllifləri  və  başqaları  hədislərindən  dəlillər  gətirmişlər.  Onun  Zeyd  ibn  Vəhəb, 
Səid  ibn  Cübeyr,  Müslim  Bətin,  Şəbi,  Mücahid,  Əbu  Vai,  İbrahim  Nəxəi  və  Əbu  Saleh 
Zikrandan nəql etdiyi hədisləri və habelə Şəbi, Suri, İbn Üyəynə, Əbu Müaviyə Məhəmməd, 
Əbu  Əvanə,  Cərir  və  Həfs  ibn  Qiyasın  ondan  nəql  etdikləri  hədisləri  “Səhih-Buxari”  və 
“Səhih-Müslim”də mülahizə edə bilərsiniz. 
Əməş 61-ci ildə anadan olmuş və 148-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin. 
“Şin” 
40. Şərik ibn Abdullah ibn Sənan ibn Ənəs Nəxəi Kufi, qazi (hakim) və imam. 
İbn  Qüteybə  onu  şiə  şəxsiyyətlərindən  hesab  etmiş  və  özünün  “Maarif”  kitabında  şiə 
olduğunu  təsdiq  etmişdir.  Abdullah  ibn  İdris  –“Mizanul-Etidal”da  Şərikin  şərhi-halının 
sonlarında yazıldığı kimi– Allaha and içmişdir ki, Şərik şiədir. Əbu Davud Rəhavi, (“Mizanul-
Etidal”da  yazıldığı  kimi)  Şərikdən  belə  eşitmişdir: 
«
رحفـحك  ْدحقـحف  بيحا  ْنحمحّحف  رحشحبْلا  ُْيرحخ  ٌّيملحع
»
  “Əli 
insanların ən yaxşısıdır və bu sözü qəbul etməyən kəs kafirdir.”
1
 
Mən deyirəm: Onun məqsədi budur ki, o həzrət –şiənin əqidəsinə görə– Allahın rəsulundan 
sonra ən üstün insandır. Buna görə də Cüzcani onu (Şərik ibn Abdullah) yolundan azmış bir 
şəxs kimi vəsf etmişdir. Əlbəttə, onun Əhli-beyt (ə) tərəfə yönəlməsinə şübhə yoxdur. Şərik 
Əlinin xilafətinə mötəqid və onu nəql edənlərdəndir. “Mizanul-Etidal”da deyildiyi kimi, Əbu 
Rəbiə Əyadi, İbn Büreydədən, o da öz atasından “məruf” şəkildə belə nəql etmişdir: 
«
 ٍّمبحن ِّلُكمل
 
يثمراو  حو يّيمصحو ًاّيـملحع َّنإ حو ٌثمراوحو ٌّيمصحو
»
 “Hər bir peyğəmbərin vəsi və varisi var, Əli də mənim vəsim 
və varisimdir.” 
Şərik  Əmirəl-mömininin  fəzilətləri  və  hünərlərini  yaymaqla  Bəni-Üməyyənin  burnunu 
ovmaq  istəyirdi.  Həriri  “Dürrətül-Qəvvas”  kitabında  (İbn  Xəlləkanın  “Vəfayətül-Əyan” 
                                                 
1
  İbn  Ədiy  deyir:  Kufə  əhli  olan  Hüseyn  ibn  Əli  Səkuni,  Məhəmməd  ibn  Həsən  Səkuni,  Saleh  ibn  Əsvəd 
Əməşdən  və  Ətiyyədən  bizə  nəql  etmişlər:  “Cabirdən  soruşdum  ki,  sizin  aranızda  Əlinin  (ə)  məqamı 
necədir? Cabir cavab verdi: O, insanların ən yaxşısıdır.” 
 Məhəmməd  Əhməd  Zəhəbi  bu  hədisi  həmin  sənədlə  “Mizanul-Etidal”da  Saleh  ibn  Əsvədin  şərhi-halında 
nəql  etmiş  və  onun  qatı  nasibi  olmasına  baxmayaraq,  burada  “məqsəd,  dövrünün  ən  yaxşı  insanıdır”  – 
qeydindən əlavə heç bir şey deməmişdir.  


 
65 
kitabında Şərikin şərhi-halında deyildiyi kimi) yazmışdır: “Şərikin Bəni-Üməyyədən olan bir 
dostu  var  idi.  Bir  gün  Şərik  imam  Əli  ibn  Əbu  Talibin  (ə)  fəzilətlərindən  danışarkən  əməvi 
dostu dedi: 
«
لع لجّرلا حمعـمن
 ّي»
 
Əli yaxşı adam idi. Bu sözdən Şərik hirsləndi və etiraz edərək dedi: 
Əli haqqında yalnız “O, yaxşı adamdır” – deməklə kifayətlənmək olarmı?” 
İbn Əbu Şeybə (“Mizanul-Etidal”da Şərikin şərhi-halının axırlarında yazıldığı kimi) Əli ibn 
Həkimdən,  o  da  Əli  ibn  Qadimdən  belə  nəql  edir:  “İtab  bir  kişi  ilə  Şərikin  yanına  gəlib  ona 
dedi:  Camaat  deyir  ki,  sən  xilafət  məsələsində  şübhə  və  tərəddüd  edirsən.  Şərik  cavabında 
dedi:  Ey  axmaq!  Şübhə  nədir,  halbuki  Əli  (ə)  ilə  birgə  olub,  qılıncımla  əlimi  onların 
(xəlifələrin) qanına boyamağı arzulamışam.” 
Şərikin həyat tərzini araşdırmaq istəyən hər bir şəxsə onun Əhli-beyti sevməsi və Əhli-beyt 
dostlarından  çoxlu  rəvayətlər  nəql  etməsi  məlum  olar.  Oğlu  Əbdür-Rəhmandan  –“Mizanul-
Etidal”da  onun  şərhi-halında  yazıldığı  kimi–  deyir:  “Atam,  Cabir  Cöfidən  on  min  məsələ  və 
on  min  çətin,  dolaşıq  mətləb  öyrənmişdir.”  Abdullah  ibn  Mübarək  (“Mizanul-Etidal”da 
yazıldığı kimi) deyir: Şərik Kufə alimlərindən olan Süfyandan daha çox savadlı idi. O, Əli (ə) 
ilə müxalifətdə olanların qəddar düşməni və onları çox pisləyirdi.” Əbdüs-Səlam ibn Hərb ona 
dedi:  “Qardaşlardan  biri  ilə  görüşmək  istəyirsənmi?  Dedi:  Kimdir?  Dedi:  Malik  ibn  Moğul
1

Cavab verdi: Əmmara eyib edən və onları kiçik sayan şəxs mənim qardaşım deyil.” Bir dəfə 
onun  yanında  Müaviyədən  söz  düşəndə  kimsə  onu  həlim  adam  kimi  vəsfləndirərkən,  Şərik 
dedi:  “Haqqı  tanımayan,  özünü  onun  qarşısında  axmaqlığa  vuran  və  Əli  ibn  Əbu  Taliblə 
döyüşən şəxs həlim deyil.”
2
 
Şərik  o  kəsdir  ki,  Asim,  Zərr  və  Abdullah  ibn  Məsuddan  “məruf”  şəkildə  rəvayət  nəql 
etmişdir.  Nəql  etdiyi  rəvayətlərdən  birində  Peyğəmbər  (s)  buyurmuşdur:  “Müaviyəni  mənim 
minbərimdə görən zaman onu öldürün.”
3
 Onunla Məsəb ibn Abdullah Zübeyri arasında Mehdi 
Abbasinin hüzurunda mübahisə oldu, belə ki, (“Vəfayətül-Əyan”da Şərikin şərhi-halında nəql 
etmişdir)  Məsəb  ona  dedi:  “Sən  Əbu  Bəkr  və  Ömərə  eyib  tutan  və  onları  tənqid 
edənlərdənsən...” 
Mən  deyirəm:  Buna  baxmayaraq  Zəhəbi  onu  doğru  hafiz  və  imam  kimi  vəsf  etmişdir.  O, 
İbn Müindən nəql edir ki, Şərik etimadlı və düzdanışandır və şərhi-halının sonunda demişdir 
ki,  Şərik  elmi  qoruyanlardandır.  İshaq  Ərzəq  ondan  doqquz  min  hədis  öyrənmişdir  və  Əbu 
Tövbə  Hələbidən  nəql  edir  ki,  biz  Rəmlədə  idik,  söhbət  düşdü  ki,  hazırda  ümmətin  mərd 
adamı kimdir? Bir qrup adam dedi: İbn Ləhyə, başqa bir qrup Malikin adını çəkdilər. Bu sualı 
İsa ibn Yunis ilə bir-birimizə verdik. O dedi: Bu gün ümmətin mərd adamı Şərikdir. Şərik bu 
vaxt sağ idi.  
Mən  deyirəm:  Şərikin  hədislərini  Müslim  və  “Sünəni-Ərbəə”  yazıçıları  nəql  etmişlər.  Siz 
onun Ziyad ibn Əlaqə, Əmmar Dəhni, Hüşam ibn Ürvə, Yəla ibn Əta, Əbdülməlik ibn Ümeyr, 
Əmarə ibn Qəqa, Abdullah ibn Şəbrəmədən nəql etdiyi rəvayətləri və İbn Əbu Şeybə, Əli ibn 
Həkim,  Yunis  ibn  Məhəmməd,  Fəzl  ibn  Musa,  Məhəmməd  ibn  Saleh  və  Əli  ibn  Həcərin 
ondan nəql etdikləri hədisləri bu yazıçıların kitablarında oxuya bilərsiniz.  
O,  95-ci  ildə  Xorasanda,  ya  da  Buxarada  doğulmuş  və  177,  yaxud  178-ci  il  Zilqədənin 
birinci şənbəsi Kufədə vəfat etmişdir.  
 
41. Şöbə ibn Həccac Əbülvərd Ətki, Vasit əhli, Bəsrə sakini, künyəsi Əbu Bəstam.  
O,  İraqda  hədisçilərin  tərcümeyi-halını  tədqiq  edən  və  araşdıran  ilk  şəxslərdəndir  və  zəif 
rəvayətçi və hədisçiləri qəbul etməzmiş. Sünnə əhlinin bir sıra başçı və rəhbərləri, o cümlədən 
                                                 
1
 “Mizanul-Etidal”da onun şərhi-halında yazılıb. 
2
 “Mizanul-Etidal” və “Vəfayətül-Əyan”da onun şərhi-halında yazılıb.  
3
 Təbəri onu nəql etmiş və Zəhəbi “İbad ibn Yəqub”un şərhi-halında onu zikr gətirmişdir.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə