Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə29/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   25   26   27   28   29   30   31   32   ...   118

 
66 
İbn  Qüteybə  “Maarif”  və  Şəhristani  “Miləl  və  Nihəl”  kitabında  onu  şiə  hesab  etmişlər. 
“Sihahi-Sittə”nin müəllifləri və başqaları onun hədislərindən dəlil gətirmişlər. Onun hədisləri 
“Səhih-Buxari” və “Səhih-Müslim”də vardır. Bu iki kitabda Əbu İshaq Səbii, İsmail ibn Əbu 
Xalid,  Mənsur,  Əməş  və  bir  çox  başqalarından  hədis  nəql  etmiş  və  Buxari  və  Müslimin 
fikrincə, Məhəmməd ibn Cəfər, Yəhya ibn Səid Qəttan, Osman ibn Cəbələ və başqaları ondan 
rəvayət nəql etmişlər. Allah rəhmət eləsin. 
“Sad” 
42. Səsəə ibn Suhan ibn Həcər ibn Haris Əbdi. 
İbn  Qüteybə  “Maarif”  kitabının  206-cı  səhifəsində  onu  məşhur  şiə  şəxsiyyətləri  arasında 
qeyd  etmiş  və  İbn  Səd  “Təbəqat”ın  altıncı  cildinin  154-cü  səhifəsində  deyir:  “O,  Kufədə 
Əmirəl-mömininin (ə) ordusunda olub hərbi layihə və xəritələr üzrə xüsusi savada malik idi. 
O, bacarıqlı xətib və Əlinin (ə) əshabələrindən idi. O və qardaşları Zeyd və Seyhan “Cəməl” 
döyüşündə Əli (ə) və onun qoşunu ilə bir yerdə idilər. Seyhan Səsəədən əvvəl xətib və natiq 
olmuşdur,  (xütbə  və  natiqlik  vəzifəsi  onun  öhdəsində  idi).  “Cəməl”  döyüşündə  bayraq  onun 
əlində idi. Şəhid olduqda,
1
 qardaşı Zeyd bayrağı əlinə aldı və o da şəhid oldu. Bu vaxt Səsəə 
irəli  gedib  bayrağı  əlinə aldı.”  İbn  Səd  yenə  əlavə edir:  “Səsəə  Əlidən  (ə)  və  Abbasdan  nəql 
etmişdir. O, etimadlı şəxs idi, lakin az hədis söyləmişdir...” İbn Əbül-Birr “İstiab” kitabında 
demişdir:  “O,  Peyğəmbər  (s)  vaxtında  müsəlman  olmuş,  lakin  Peyğəmbər  ilə  görüşə 
bilməmişdir. O zaman onun yaşı az idi.” 
O, öz qəbiləsi Əbdü-Qeysin ağası və başçısı olub, gözəl danışıq qabiliyyətinə malik xətib, 
bacarıqlı  natiq,  ağıllı,  rəvandilli,  fazil  bir  dindar  idi.  O,  Əlinin  (ə)  səhabələrindən  sayılırdı. 
Yəhya ibn Müin deyir: “Səsəə, Zeyd və Seyhan, Suhanın övladları olub hamısı xətib və natiq 
idilər. Zeyd və Seyhan Cəməl döyüşündə qətlə yetirilmişlər. Sonra nəql edir: Ömər öz xilafəti 
dövründə bir çətinliklə üzləşdi ki, camaatın arasında ayağa qalxıb onun həlli üçün çıxış yolu 
istədi. Yeniyetmə cavan olan Səsəə ayağa qalxdı, sükutu pozaraq doğru və aydın çıxış yolunu 
göstərdi. Hamı onun dediyi ilə razılaşdı və onun fikrinə əsasən, iş gördülər.”  
Bu  heç  də  təəccüblü  deyil,  çünki  Suhanın  oğulları  ərəb  başçılarından  olub,  fəzilətli  və 
əzəmət  qütbləri  hesab  olunurdular.  İbn  Qüteybə  özünün  “Maarif”
2
  kitabının  məşhur  şəxslər 
babında  onları  əyanların  əshabələri  kimi  vəsf  edərək  demişdir:  “Suhanın  oğulları  Zeyd  ibn 
Suhan,  Səsəə  ibn  Suhan  və  Seyhan  ibn  Suhandan  ibarətdir.  Onlar  Bəni  Əbdi-Qeys 
qəbiləsindəndirlər.  Amma  Zeyd  yaxşılardan  idi.  Bir  hədisdə  deyilir  ki,  Peyğəmbər  (s) 
buyurub: “Zeyd əli kəsilən o yaxşı adam və Cündəbdən olmaz, necə Cündəb! Peyğəmbərə (s) 
ərz olundu: Necə oldu ki, yalnız bu iki şəxsi xatırladınız? Buyurdu: O ikisindən birinin əli otuz 
il özündən əvvəl behiştə gedəcək, o birisi isə elə bir zərbə vuracaq ki, o zərbə ilə haqq batildən 
ayrılacaq.”  O,  əlavə  edir: “O  iki  nəfərdən  biri  Zeyd  ibn  Suhandır  ki,  “Cəlula”  döyüşündə  əli 
kəsildi.  O,  “Cəməl”  döyüşündə  də  Əlinin  (ə)  yanında  idi  və  həzrətə  ərz  etdi:  Ey  Əmirəl-
möminin  (ə),  mən  bu  dəfə  özümü  ölmüş  görürəm.  İmam  ona  buyurdu:  Ey  Əbu  Süleyman, 
haradan bilirsən? Dedi: Yuxuda gördüm ki, kəsilmiş əlim göydən nazil olub, məni öz tərəfinə 
çəkib aparmaq istəyir. Əmr ibn Yəsribi onu bu döyüşdə şəhid etdi. Əmr onun qardaşı Seyhanı 
da “Cəməl” günü öldürdü.” 
Mən  deyirəm:  Peyğəmbərin  (s)  Zeydin  əlinin  digər  bədən  üzvlərindən  əvvəl  behiştə 
getməsi  haqqında  xəbər  verməsi  müsəlmanların  fikrincə,  nübüvvət  əlaməti,  İslamın 
möcüzələri və haqq əhlinin dəlillərindəndir. Zeydin şərhi-halını yazanlar bunu qeyd etmişlər. 
                                                 
1
 O, “Əhli-Rəddə” döyüşündə ordunun əmirlərindən biri olmuşdur. Bunu İbn Həcər “Əl-İsabə” kitabının 1-ci 
cildində Seyhan ibn Suhanın adını çəkdiyi yerdə qeyd etmişdir.  
2
 səh. 138. 


 
67 
Şərhi-halı üçün “İstiab”, “Əl-İsabə” və başqa kitablara müraciət edə bilərsiniz. Hədis yazanlar 
bu hədisi öz təriqi ilə nəql etmişlər. Deməli, Zeyd şiə olduğu üçün ona Peyğəmbər tərəfindən 
behişt müjdəsi verilmişdir. Vəl-həmdu lillahi rəbbil-aləmin.  
Əsqəlani “Əl-İsabə”nin üçüncü cildində Səsəənin adını çəkmiş və demişdir: “O, Osman və 
Əlidən  rəvayət  nəql etmiş,  “Süffeyn”də  Əli  ilə  bir yerdə  olmuşdur.  O,  natiq  və  fəsahətli  bir 
şəxs  idi.  Onun  Müaviyə  ilə  qarşıdurmaları  vardır.”  Əsqəlani  deyir:  “Şəbi  demişdir  ki,  mən 
xütbə  və  natiqliyi  Səsəədən  öyrənmişəm.”
1
  Əbu  İshaq  Səbii,  Minhal  ibn  Əmr,  Abdullah  ibn 
Büreydə  və  başqaları  ondan  rəvayət  nəql  etmişlər.  O,  əlavə  etmişdir  ki,  Əlai,  Ziyadın 
xəbərlərindən  yazır:  Müğeyrə  Müaviyənin  əmri  ilə  Səsəəni  Kufədən  Əl-cəzirəyə  (İraqın 
şəhərlərindən biri) yaxud Bəhreynə sürgün etdi və elə orada da vəfat etdi. Yenə qeyd edir ki, 
o,  “ibn  Kafan”  adasına  sürgün  edilib  və  orada  vəfat  etmişdir  (Əbuzərin  Rəbəzədə  dünyadan 
getdiyi kimi). Zəhəbi Səsəənin adını çəkmiş və demişdir: “Məşhur və etimadlı şəxs idi və İbn 
Səd və Nisai onun etimadlı olmasını nəql etmiş və adının yanında rəmz qoymuşlar ki, bu da 
Nisainin onun rəvayətlərindən dəlil gətirməsinə işarədir.” 
Mən deyirəm: Onun hədislərini nəql etməyənlər ona yox, özlərinə zülm ediblər: 
 ْاوُناحك نمكـحلحو
 حنوُمملْظحي ْمُهحسُفنحأ
 
“Ta” 
43. Tavus ibn Qeysani Xülani Həmədani Yəmani Əbu Əbdür-Rəhman.  
Anası  farsdır,  atası  isə  “Nümeyr  ibn  Qasit”  qəbiləsindən  Mövla  Bəcir  ibn  Risan 
Himyəridir.  Sünnə  əhli  onu  qətiyyətlə  şiə  sələflərindən  hesab  etmiş,  Şəhristani  “Miləl  və 
Nihəl”də  və  İbn  Qüteybə  “Maarif”  kitabında  onu  şiə  şəxsiyyətlərindən  bilmişlər.  “Sihahi-
Sittə” əshabələri və başqaları onun hədislərindən dəlil gətirmişlər. İbn Abbas, İbn Ömər, Əbu 
Hüreyrədən  nəql  etdiyi  hədislərini  “Səhih-Müslim”  və  “Səhih-Buxari”də  oxuya  bilərsiniz. 
“Səhih-Müslim”də onun Ayişə, Zeyd ibn Sabit və Abdullah ibn Əmrdən nəql etdiyi hədisləri 
mövcuddur.  
Buxarinin fikrincə, yalnız Zəhri, Tavusdan hədis nəql edib və Müslimin fikrincə, yalnız bir 
sıra böyük şəxsiyyətlər ondan hədis söyləmişlər. 
O,  həccə  gedən  zaman  Məkkədə  “tərviyə”dən  (Zilhiccə  ayının  yeddinci  günü)  bir  gün 
əvvəl 104-cü, ya 105-ci ildə vəfat etmişdir. Abdullah ibn Həsən ibn Əmirəl-möminin (ə) onun 
cənazəsini camaatın izdihamı arasında çiyninə götürən gün çox əzəmətlə yad edilir. Camaat o 
qədər çox idi ki, əmmaməsi başından düşdü və əbası arxadan cırıldı.
2
 
 
 
 
 
 
“Za” 
44. Zalim ibn Əmr ibn Süfyan Əbül-Əsvəd Duəli. 
                                                 
1
 “Mizanul-Etidal”da yazılmışdır ki, Şəbidən soruşdular: Nə üçün Əlinin əshabələrini söyürsən, halbuki elmi 
və  biliyi  onlardan  öyrənmisən?  Dedi:  Kimdən?  Dedilər:  Harisdən,  Səsəədən.  Cavab  verdi:  Düzdür.  Səsəə 
natiq idi, nitqi ondan, Haris hesabı bilirdi, ondan da hesabı öyrəndim.” 
2
 Bu məsələni İbn Xəlləkan “Vəfayətül-Əyan”da Tavusun şərhi-halında söyləmişdir.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə