Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


 Süleyman ibn Sürəd Xüzai Kufi



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə27/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   23   24   25   26   27   28   29   30   ...   118

 
62 
 
36. Süleyman ibn Sürəd Xüzai Kufi. 
O,  öz  dövründə  İraqın  adlı-sanlı  şiələrindən  olmuşdur.  Hamı  onunla  məsləhətləşirdi.  Belə 
ki, İraq şiələri imam Hüseynə (ə) məktub yazarkən onun evinə toplaşmışdılar, O, “təvvabin” 
(imam  Hüseynə  (ə)  yardım  etmədiklərindən  peşman  olanlar)  əmiri  və  sərkərdəsi,  imam 
Hüseynin (ə) qanını (intiqamını) almaq istəyənlərdən idi. Dörd mindən ibarət imam Hüseynin 
(ə) intiqamını almaq istəyən bu qoşun 65-ci ilin rəbiüs-sani ayının ilk günündə “Nüxeylə”də 
düşərgə  qurmuş  və  oradan  Übeydullahın  döyüşünə  səfərbər  edilmiş,  “Əl-cəzirə”  (Əlcəzair) 
ölkəsində  onlarla  üzləşmiş  və  qızğın  döyüşdə  hamı  həlak  olmuşdur.  Süleyman  özü  “Eynül-
Bərdə” mahalında Yəzid ibn Həsin ibn Nümeyrin oxu ilə şəhadət şərbətini içmişdir. Bu vaxt 
onun  93  yaşı  var  idi.  Onun  və  Müseyyib  ibn  Nəcbənin  başını  Mərvan  ibn  Həkəm  üçün 
göndərmişdilər.  
Onun  şərhi-halını  İbn  Səd  “Təbəqat”ın  altıncı  cildində,  İbn  Həcər  Əl-İsabənin  birinci 
cildində, İbn Əbdül-Birr “İstiab”da və şərhi-hal yazanların hamısı onu xatırlamış və hamı ona 
fəziləti, dini və ibadətinə görə ehtiram etmişlər. O, yüksək xüsusiyyətlərə malik, xüsusi şərafət 
və  məqamı  olan  bir  şəxs  idi  və  öz  qəbiləsi  arasında  sözünün  xüsusi  təsiri  vardı.  Əmirəl-
mömininin düşməni Hövşəbi “Siffeyn” döyüşündə qətlə yetirən də o idi.  
O, Əhli-beyt (ə) düşmənlərini yollarını azmışlardan hesab edirdi. 
 Hədis  yazanlar  onun  hədislərini  nəql  etmişlər.  Onun  Peyğəmbər  (s)  haqqındakı  hədisləri 
vasitəsiz  və  ya  Cübeyr  ibn  Mütəm  vasitəsilə  “Səhih-Buxari”  və  “Səhih-Müslim”də 
vardır.”Səhih-Müslim”də  yazılanlara  əsasən,  Əbu  İshaq  Səbii  və  Ədi  ibn  Sabit  ondan  hədis 
nəql  etmişlər.  Süleyman  bu  iki  kitabda  yazılanlardan  başqa  Əmirəl-möminin  (ə)”,  İmam 
Müctəba (ə) və Übeyydən rəvayət nəql etmiş və bunlardan əlavə Yəhya ibn Yəmur, “Abdullah 
ibn Yəsar” və başqaları ondan hədis nəql etmişlər.  
 
37. Süleyman ibn Tərxan Teymi Bəsri, Qeysin mövlası, rəhbəri, etimadlı və görkəmli 
şəxslərdən biridir. 
İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və “Sihahi-Sittə”nin 
müəllifləri və başqaları hədislərindən dəlillər gətirmişlər. Onun Ənəs ibn Malik, Əbu Məcaz, 
Bəkr ibn Abdullah, Qütadə və Əbu Osman Nəhdidən nəql etdiyi hədisləri “Səhih-Buxari” və 
“Səhih-Müslimdə görə bilərsiniz. Bu saydıqlarımızdan əlavə, bir sıra başqa şəxslər haqqında 
da hədis nəql etmişdir.  
“Səhih-Müslim”  və  “Səhih-Buxari”də  yazılanlara  əsasən  oğlu  Müəmmər,  Şöbə  və  Suri 
ondan  rəvayət  söyləmişlər.  “Səhih-Müslim”ə  əsasən,  bir  qrup  adamlar  ondan  hədis 
söyləmişlər. 
 O, 143-cü ildə vəfat etmişdir.  
 
38. Süleyman ibn Qərm ibn Məa Əbu Davud Zəbbi Kufi. 
İbn Həssan –“Mizanul-Etidal”da Süleymanın şərhi-halında yazıldığı kimi– onu  yad etmiş 
və demişdir: “O, ifrata varmış rafizi idi.” 
Mən  deyirəm:  Əhməd  Hənbəl  onu  etimadlı  hesab  etmiş  və  İbn  Əli  –“Mizan”  kitabında 
Süleymanın  şərhi-halının  sonunda  yazıldığı  kimi–  deyir:  “Süleyman  ibn  Qərmin  hədisləri 
yaxşıdır. O, Süleyman ibn Ərqəmdən çox üstündür. 
Mən  deyirəm:  “Onun  hədislərini  Müslim,  Nisai,  Tirmizi  və  Əbu  Davud  “Səhih”lərində 
yazmışlar.  Zəhəbi  “Mizanul-Etidal”da  onun  şərhi-halını  yazanda  adının  yanında  onların 
rəmzlərini qoymuşdur. Siz “Səhih-Müslim”də Əbül-Cəvabın Süleyman ibn Qərm və Əməşin 
Peyğəmbərdən (s) “mərfu” şəkildə çatmış hədisini görə bilərsiniz. Həzrət buyurmuşdur: 
«
 ءرـلما


 
63 
 ّبحا نم عم
»
 “İnsan o kəslə (qiyamətə gələcək) ki, onu sevsin.” Yenə onun “sünən” kitablarında 
“Sabit” və Ənəsdən Peyğəmbərdən (s) “mərfu” hədisi vardır ki, deyilir: 
«
 ّلك يلع ٌةضيرف ملعلا بلط
ملسم
»
 “Elm öyrənmək hər bir müsəlmana vacibdir.” Yenə o, Əməş, Əmr ibn Mürrə, Abdullah 
ibn Haris, Züheyr ibn Əqmər və Abdullah ibn Əmrdən belə nəql etmişdir: “Həkəm ibn Əbül-
As Peyğəmbəri yamsılayaraq o həzrətin sözlərini Qüreyşə nəql edirdi. Peyğəmbər isə ona və 
qiyamət gününədək əmələ gələn bütün nəslinə lənət və nifrin etdi.”  
 
39. Süleyman ibn Mehran Kahili Əməş Kufi.  
Şiələrin böyük şeyxlərindən və hədis yazan görkəmli şəxslərdən biridir. Sünnə əhlinin bir 
sıra  başçıları  onu  şiə  hesab  etmişlərr.  İbn  Qüteybə  “Maarif”  kitabında,  Şəhristani  “Miləl  və 
Nihəl”də və başqaları bu həqiqəti etiraf etmişlər. 
Cüzcani,  “Mizanul-Etidal”  kitabında  Zübeydin  şərhi-halında  yazıldığı  kimi  –  deyir:  “Bir 
dəstə  Kufə  əhlindən  vardırlar  ki,  camaat  onların  məzhəblərinə  sitayiş  etmir  və  onlar  hədis 
yazanların başçılarıdır.” Misal üçün Əbu İshaq, Mənsur, Zübeyd Yami, Əməş və yaşıdları və 
qohumlarını göstərmək olar ki, camaat (çarəsizlikdən) hədisdə doğru danışdıqları üçün onları 
qəbul etmişdilər!” 
Bundan sonra onlar haqqında dediyi sözləri isə özünün axmaqlığına dəlalət edən sözlərdir. 
Lakin  Peyğəmbərin  (s)  iki  qiymətli  əmanəti  olan  “səqəleyn”i  özünə  rəhbər  bilənlər  və  o 
həzrətin  yaxınlarına  məhəbbət  bəsləyənlərə  bu  yersiz  iradlar  ləkə  gətirə  bilməz.  Nasibilərin 
onların  məzhəbinə  sitayiş  edib-etməmələrinin  bir  qorxusu  yoxdur.  Bunu  da  deməliyik  ki, 
nasibilər  onları  qəbul  etməkdə  yalnız  doğru  danışdıqlarına  deyil,  əksinə,  onlara  ehtiyaclı 
olduqları  üçün  dözməyə  məcbur  olublar.  Çünki,  əgər  onların  hədislərini  rədd  etsəydilər, 
peyğəmbərliyə  aid  bütün  əsərlər  məhv  olardı.  Belə  ki,  Zəhəbi  “Mizanul-Etidal”da  Əban  ibn 
Təğləbin şərhi-halında bunu etiraf etmişdir.  
Mən belə güman edirəm, Müğeyrənin dediyi “Kufə əhlini sizin Əbu İshaq və Əməş həlak 
etdi!” – sözləri yalnız buna görə idi ki, onlar şiə idilər. Əbu İshaq və Əməş Peyğəmbərin (s) 
elm dəryaları, dininin qoruyucuları olmuşlar. Əməşin həyatında onun əzəmət və böyüklüyünü 
əks etdirən gerçəkliklər çoxdur. O cümlədən: 
1.  İbn  Xəllikan  “Vəfəbatül-Əyan”  kitabında  onun şərhi-halında  yazır:  “Hişam  ibn  Əbdül-
Məlik, Əməşin yanına bir qasid göndərir ki, Osmanın hünərlərivə Əlinin pisliklərini yazsın!” 
Əməş məktubu alıb onu qoyunun ağzına qoyandan sonra Hişamın elçisinə deyir: “Hişam ibn 
Əbdül-Məlikə  de  ki,  sənin  cavabın  budur.”  Elçi  deyir:  “Hişam  and  içib  ki,  əgər  cavabsız 
qayıtsam məni öldürəcəkdir.” O, Əməşin dostları və qardaşlarından xahiş etdi ki, onu cavab 
yazmağa  məcbur  etsinlər.  Çoxlu  isrardan  sonra  o, belə  yazdı:  “Bismillahir-Rəhmanir-Rəhim. 
Əgər Osman bütün yer üzü əhlinin hünərlərinə malik olsa belə sənə onun faydası yoxdur və 
əgər  Əli  (Allah  eləməmiş)  bütün  dünyanın  pisliyini  qazansa  belə  sənə  zərəri  olmayacaqdır. 
Belə isə, özünə diqqət yetir və öz aqibətin haqda fikirləş. Vəssalam.” 
2.  İbn  Əbdül-Birr
1
  “Camiu  bəyanil-elmi  və  fəzlih”  kitabının  “  Alimlərin  digər  alimlər 
haqqında sözləri” babında Əli ibn Xəşrəmdən belə nəql edir: 
Fəzl  ibn  Musadan  eşitdim  ki,  deyirdi:  “Əbu  Hənifə  ilə  Əməşin  görüşünə  getdik.  Əbu 
Hənifə  ona  dedi  ki,  əgər  sənə  zəhmət  olmasaydı,  görüşünə  daha  çox  gələrdim!  Əməş  cavab 
verdi:  Allaha  and  olsun,  sən  öz  evində  də  olsan  mənə  əziyyətdir,  o  da  qalmış  ki,  üzünü 
görəm.” 
İbn Xəşrəm deyir: “Fəzl dedi ki, onun evindən çıxan zaman Əbu Hənifə belə dedi: Əməş 
Ramazan ayında heç vaxt oruc tutmayıb. İbn Xəşrəm deyir: Fəzldən soruşdum: Əbu Hənifənin 
                                                 
1
 Əhməd ibn Ömər Məhməsani Beyrutinin bu kitabının müxtəsərinin 119-cu səhifəsinə müraciət edin. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə