Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə25/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   21   22   23   24   25   26   27   28   ...   118

 
58 
şərhi-halını  yazmış  və  İbn  Davud  və  Cüzcanidən  nəql  etdiyimizi  qeyd  etmişdir.  Müslim  və 
Buxari  “Səhih”lərində  yeri  gəldikcə  hədislərindən  dəlillər  gətirmişlər.  Onun  Müğeyrə  ibn 
Əbdür-Rəhmandan  nəql  etdiyi  hədisləri,  “Səhih-Buxari”  və  Məhəmməd  ibn  Cəfər  ibn  Əbu 
Kəsir,  Malik  ibn  Ənəs,  Məhəmməd  ibn  Musadan  nəql  etdiyi  hədisləri  “Səhih-Müslimdə 
müşahidə edə bilərsiniz. Lakin Süleyman ibn Bilal və Əli ibn Müshərdən nəql etdiyi hədislər 
hər iki Səhihdə mövcuddur. Buxari heç bir vasitə olmadan öz “Səhih”inin müxtəlif yerlərində 
ondan hədis nəql etmiş və Məhəmməd ibn Osman ibn Kəramə vasitəsilə ondan iki hədis qeydə 
almışdır.  
Müslim də Əbu Küreyb, Əhməd ibn Osman Udi, Qasim ibn Zəkəriyya, Ədi ibn Həmid, İbn 
Əbu  Şeybə  və  Məhəmməd  ibn  Abdullah  ibn  Nümeyr  vasitəsilə  ondan  hədis  nəql  etmişdir. 
“Sünən”  yazıçılarının  hamısı  onun  hədislərindən  dəlil  gətirmişlər  və  məzhəbindən  də  yaxşı 
agahdırlar. 
“Dal” 
26. Davud ibn Əbu Ovf Əbül-Cəhaf.  
İbn Ədi demişdir: “O, elə şəxslərdən deyildir ki, mən hədislərindən dəlil gətirəm, çünki o, 
şiədir və bütün rəvayətləri Əhli-beytin fəzilətlərinə aiddir...” 
Fikirləş və təəccüb et! Süfyan Suri, Süfyan ibn Üyeynə, Əli ibn Abis və bu təbəqədən olan 
başqa rəhbərlər ondan hədis öyrənəndən sonra, doğrusu Nasibilərin (xüsusi əqidəyə malik olan 
bir  qrup  Əhli-beyt  düşmənləri)  sözü  Davuda  nə  zərər  yetirə  bilər?  Əhməd  və  Yəhya  onu 
etimadlı  biliblər.  Nisai  demişdir:  “Nöqsanı  yoxdur.”  Hatəm  demişdir:  “Hədis  nəql  etməkdə 
düzdür.”  Zəhəbi  “Mizanul-Etidal”  kitabında  şərhi-halını  yazmış  və  haqqında  dediklərimizi 
nəql etmişdir. 
“Sünəni-Əbu  Davud”  və  “Sünəni-Nisai”də  Əbu  Həzim  Əşcəi,  Əkrəmə  və  başqalarından 
nəql etdiyi hədisləri oxuya bilərsiniz. 
“Zal” 
27. Zübeyd ibn Haris ibn Əbdül-Kərim Yami Əbu Əbdür-Rəhman. 
Kufəlidir.  Zəhəbi  “Mizanul-Etidal”da  adını  çəkmiş  və  demişdir:  “O,  tabeinlərdən  və 
şiələrin etibarlı şəxslərindəndir.” Sonra Qəttandan belə nəql edir: “O, dəqiq şəxsdir.” “Cərh və 
tədil”  elminin  (ravilərin  yaxşı  və  pisliklərini  müəyyən  edən  elm)  bir  sıra  alimlərinin  onu 
etimadlı bildiklərini nəql etmişdir.  
Əbu  İshaq  Cüzcani  onun  haqqında  bir  sıra  yerli-yersiz  sözlər  demişdir  (belə  ki,  onun  və 
digər nasibilərin adəti belədir): “Bir dəstə Kufə əhlinin məzhəbi camaat xalq tərəfindən qəbul 
olunmur. (Halbuki onlar) Əbu İshaq, Mənsur, Zübeyd Yami, Əməş kimiləridir ki, Kufə hədis 
yazanlarının  başçılarıdır.  Lakin  düzdanışan  və  sədaqətli  olduqları  üçün  camaat  məcbur  qalıb 
onları  hədisdə  etimad  edir,  amma  “mürsəl”  şəkildə  (sənəd  və  ya  sənədin  müəyyən  hissəsi 
olmayan) nəql etdikləri hədislərinə gəldikdə dayanırlar (şübhə edirlər). 
Mülahizə  edirsiniz  ki,  nəhayət  haqq  onun  öz  dili  ilə  yerini  tapmışdır  –  haqq  həmişə  ya 
insaflı  adamın,  ya  da  düşmənin  dili  ilə  qorunur.  Doğrusu,  onlar  İslamda  hədis  yazanların 
rəhbərləri  olduqları  halda  hansı  irad  onlara  ziyan  yetirə  bilər?  Doğrusu,  qapılarında  dayanıb 
onların elm, fəzl süfrələrindən ummağa möhtac olan bir nasibi Allah rəsulunun “səqəleyn”inə, 
onun “Hittə qapısı”na, Həzrətdən (s) sonra yer əhlinin əmin-aman yerinə və onun ümmətinin 
nicat  gəmisinə  mötəqid  olanların  məzhəbini  bəyənməyərsə,  onda  onlar  da  əlbəttə,  belələrinə 
əhəmiyyət verməzlər. Şair yaxşı deyib: 


 
59 
«
اذما
 
تيحيرشحع ُمارمك  ّنيحع  ْتحيمضحر
 
اهُمائمل  َّيحلحع ًانابْضحغ  حلاز لاحف
»
  “Tayfamın  səxavətli,  möhtərəm  adamları 
məndən  razı  qaldıqları  halda,  alçaq  adamlarının  mənə  qarşı  kin-küdurətindən  bir  qorxum 
yoxdur.” 
“Sihah” və “sünən” yazanların hamısı onların hədislərindən dəlillər gətirəndən sonra daha 
Cüzcaniyə  və  onun  kimilərə  etina  etməyəcəklər.  “Səhih-Buxari”  və  “Səhih-Müslim” 
əlinizdədir,  Zübeydin  Əbu  Vail,  Şəbi,  İbrahim  Nəxəi  və  Səd  ibn  Übeydədən  nəql  etdiyi 
hədisləri  oxuya  bilərsiniz.  Amma  Mücahiddən  söylədiyi  hədis  yalnız  “Səhih-Buxari”də 
mövcuddur.  “Səhih-Müslim”də  və  onun  Mürrə  Həmdani,  Müharib  ibn  Disar,  İmarə  ibn 
Ümeyr  və  İbrahim  Teymi  haqqındakı  rəvayətlərini  görmək  və  mütaliə  etməyə  dəyər.  Şəbi, 
Suri  və  Məhəmməd  ibn  Təlhənin  ondan  nəql  etdikləri  hədislər  “Səhih-Buxari”  və  “Səhih-
Müslim”də  vardır.  Yenə  də  Züheyr  ibn  Müaviyə,  Füzeyl  ibn  Qəzvan  və  Hüseyn  Nəxəinin 
ondan söylədikləri rəvayətləri “Səhih-Müslim”də tapmaq olar.  
Zübeyd 124-cü ildə rəhmətə gedib.  
 
28. Zeyd ibn Hübab Əbül-Həsən Təmimi Kufi.  
İbn Qüteybə “Maarif” kitabında onu şiə hesab etmişdir. Zəhəbi “Mizanul-Etidal” kitabında 
onun adını çəkmiş, Abid, Siğə və Səduq kimi vəsf etmişdir. Onun etimadlı olmasını İbn Müin 
və  ibn  Mədini  tərəfindən  nəql  etmişdir.  Əbu  Hatəm  və  Əhməd  onun  düzdanışan  olduğunu 
qeyd  etmişlər.  Yenə  İbn  Ədinin  sözü  ilə  yazır:  “Zeyd  ibn  Hübab  ən  pak  kufəlilərdəndir  ki, 
düzdanışan olmasına şübhə yoxdur.” 
Mən  deyirəm,  Müslim  onun  hədislərindən  dəlillər  gətirmişdir.  Onun  Müaviyə  ibn  Saleh, 
Zəhhak ibn Osman, Qürrə ibn Xalid, İbrahim ibn Nafe, Yəhya ibn Əyyub, Seyf ibn Süleyman, 
Həsən ibn Vaqid, Əkrəmə ibn Əmmar, Əbdül-Əziz ibn Əbu Səlmə və Əfləh ibn Səiddən nəql 
etdiyi hədislər “Səhih-Müslim”də vardır. Yenə İbn Əbu Şeybə, Məhəmməd ibn Hatəm, Həsən 
Həlvani, Əhməd ibn Münzir, İbn Nümeyr, İbn Küreyb, Məhəmməd ibn Rafe, Züheyr ibn Hərb 
və Məhəmməd ibn Fərəcin ondan nəql etdikləri rəvayətləri orada görə bilərsiniz. 
 
 
 
 
“Sin” 
29. Salim ibn Əbül-Cəd Əşcəi Kufi. Übeyd, Ziyad, İmran və Müslim qardaşları olub, 
atası Əbül-Cəddir.  
İbn  Səd  “Təbəqat”ın  altıncı  cildinin  203-cü  səhifəsində  onların  hamısını  xatırlamışdır. 
Müslimin şərhi-halında yazır: “Əbül-Cədin altı oğlu vardı ki, onlardan ikisi şiə idi, Salim və 
Übeyd. Onlardan ikisi də “mürciə” əqidəsini qəbul etmiş və iki nəfəri də Xəvaricin fikirlərinə 
inanırdı.  Atası  həmişə  onlara  deyərdi:  Oğullarım,  nə  olubdur  ki,  Allah  aranızda  ixtilaf 
salıbdır?
1
” 
Bir  dəstə  böyük  şəxsiyyətlər  və  alimlər  Salim  ibn  Əbül-Cədin  şiə  olmasını  aydın  şəkildə 
qeyd  etmişlər.  İbn  Qüteybə  “Maarif”  kitabının  206-cı  səhifəsində  onu  şiə  hesab  etmişdir. 
Şəhristani  “Miləl  və  Nihəl”  kitabında  onu  şiə  bilmişdir.  Zəhəbi  “Mizanul-Etidal”  kitabında 
                                                 
1
 İbn Qüteybə də “tabein” babında onları yazmış və bu məsələni “Maarif” kitabının 165-ci səhifəsində qeyd 
etmişdir.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə