Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə33/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   29   30   31   32   33   34   35   36   ...   118

 
74 
və  demişdir:  “Übeydullah  ibn  Musa  Kufə  əhli,  Buxarinin  ustadı  və  zatən  etimadlı  şəxsdir, 
lakin şiədir və yolunu azmışdır.” Əbu Hatəm və İbn Müin ona etimad göstərmişlər. O, əlavə 
edir: “Əbu Hatəm demişdir: Əbu Nəim ondan daha mötəbərdir və Übeydullah İsrailə nisbətən 
onlardan  daha  etimadlıdır  (çünki  İsrail,  Übeydullahın  yanına  gələrdi  və  ondan  Quran 
öyrənərdi).” Əhməd ibn Abdullah İcli deyir: “Übeydullah ibn Musa Quran sahəsində alim və 
olduqca  agahlardan  biridir.  Heç  vaxt  onu  başını  qaldıran  və  gülən  görmədim.”  Əbu  Davud 
deyir: “Übeydullah Əbəsi yolunu azmış şiə idi.” Zəhəbi “Mizanül-Etidal” kitabında Mətər ibn 
Meymunun  şərhi-halının  sonunda  onun  haqqında  yazmış  və  demişdir:  “Übeydullah  etimadlı 
şiədir  və  İbn  Müin,  Übeydullah  ibn  Musa  və  Əbdür-Rəzzaqdan  şiə  olduqlarını  bildiyinə 
baxmayaraq,  hədis  və  elm  öyrənmişdir.”  Əhməd  ibn  Əbu  Xeysəmə,  Zəhəbinin  “Mizanül-
Etidal”ında  Əbdür-Rəzzaqın  şərhi-halında  yazıldığı  kimi,  deyir:  İbn  Müindən  soruşdum: 
Deyirlər Əhməd deyir ki, Übeydullah ibn Musa şiə olduğu üçün hədisləri qəbul olunmur. İbn 
Müin  cavab  verdi:  Ondan  savayı  məbud  olmayan  Allaha  and  olsun  Əbdür-Rəzzaq  şiəlikdə 
ondan  yüz  dəfə  yüksəkdir  və  mən  Übeydullahdan  öyrəndiyimdən  bir  neçə  dəfə  artıq  Əbdür-
Rəzzaqdan bilik və hədis öyrənmişəm.”  
Mən  deyirəm:  Sünnə  əhli  “Sihah”  kitablarında  Übeydullahın  hədislərindən  dəlillər 
gətirmişlər.  Siz  “Səhih-Buxari”  və  “Səhih-Müslim”də  onun  Şeyban  ibn  Əbdür-Rəhmandan 
nəql  etdiyi  hədisi  oxuya  bilərsiniz.  Onun  Əməş,  Hişam  ibn  Ürvə,  İsmail  ibn  Xaliddən  nəql 
etdiyi  hədisləri  “Səhih-Müslim”də  vardır.  “Səhih-Müslim”də  İsrail,  Həsən  ibn  Saleh  və 
Üsamə  ibn  Zeyddən  söylədiyi  hədislər  oxunmağa  layiqdir.  Buxari  heç  bir  vasitə  olmadan  və 
İshaq ibn  İbrahim, Əbu Bəkr ibn Əbu Şeybə, Əhməd ibn İshaq Buxari, Məhmud ibn Qilan, 
Əhməd ibn Sureyc, Məhəmməd ibn Həsən ibn Əşkab, Məhəmməd ibn Xalid Zühəli və Yusif 
ibn  Musa  Qəttan  vasitəsilə  ondan  hədis  nəql  etmişdir.  Müslim  Həccac  ibn  Şair,  Qasim  ibn 
Zəkəriyya, Abdullah Darəmi, İshaq ibn Mənsur, İbn Əbu Şeybə, Əbd ibn Həmid, İbrahim ibn 
Dinar  və  İbn  Numeyr  vasitəsilə  ondan  rəvayət  nəql  etmişdir.  Zəhəbi  “Mizanül-Etidal” 
kitabında  deyir:  “O,  213-cü  ildə  vəfat  etmişdir.”  Əlavə  edir:  “O,  hədisdə  təqva,  ibadət  və 
pəhrizkarlığa malik idi.  
Mən  deyirəm:  O,  Zilqədə  ayının  əvvəlində  vəfat  etmişdir.  Allah  rəhmət  eləsin  və  qəbrini 
pak və müqəddəs etsin.  
 
56. Osman ibn Ümeyr Əbu Yəğzan Səqəfi Kufi Bəcəli. Ona Osman ibn Əbu Zərə
Osman ibn Qeys və Həmid də deyirlər.  
Əbu  Əhməd  Zübeyri  demişdir:  O  mömin  idi  və  “rəcət”ə  inanırdı.  Əhməd  ibn  Hənbəl 
demişdir:  “Əbu  Yəğzan  İbrahim  ibn  Abdullah  ibn  Həsənin  qiyamında  iştirak  etmişdir.”  İbn 
Ədi  deyir:  “Onun  məzhəbi  qəbul  ediləsi  deyil.  O,  “rəcət”ə  inanırdı,  lakin  (hədisdə)  “zəif” 
olmasına baxmayaraq, etimadlı şəxslər ondan hədis nəql etmişlər.”  
Mən  deyirəm:  Onlar  hər  vaxt  bir  şiə  hədisçisinə  eyib  tutmaq,  onun  məqam  və  qədrini 
azaltmaq  istəyəndə  “rəcət”ə  etiqad  məsələsini  ona  aid  edirdilər.  Buna  görə  də  Osman  ibn 
Ümeyri  “zəif”  bilmiş  və  İbn  Müin  də  demişdir  ki, onun  sözünün  dəyəri  yoxdur.  Lakin  onun 
haqqında  deyilənlər  Əməş,  Süfyan,  Şöbə,  Şərik  və  bu  təbəqədən  olan  şəxslərin  onun 
hədislərini  öyrənməyinə mane  olmamışdır.  Əbu  Davud,  Tirmizi  və  başqaları  hədislərini  nəql 
etmiş və ondan dəlillər gətirmişlər. Onun Ənəs və başqalarından nəql etdiyi hədislərini oxuya 
bilərsiniz.  Bu  deyilənləri  Zəhəbi  “Mizanül-Etidal”da  onun  şərhi-halında  yazmış  və  üləmanın 
onun  haqqında  dediklərini  nəql  edərkən  adının  yanında  “D.T.Q.”  rəmzlərini  yazmaqla  onun 
hədislərini nəql edən “sünən” yazıçılarına işarə etmişdir.  
 
57. Ədi ibn Sabit Kufii. 


 
75 
İbn  Müin  deyir:  “Şiədir.  Şiəlikdə  inadkar  ifratçıdır.”  Darü-Qütni  deyir:  “Rafizidir  və 
rafizilikdə  ifrata  varmışdır  və  etimadlıdır.”  Cüzcani  demişdir:  “Doğru  yoldan  (sünnə  əhlinin 
getdiyi  yoldan)  azmışdır.”  Məsudi  deyir:  “Şiə  sözü  və  əqidələrində,  aydın  danışıq  və  iradə 
möhkəmliyində  Ədi  ibn  Sabitdən  savayı  bir  kəs  görmədim.”  Zəhəbi  “Mizanül-Etidal”da  onu 
yad etmiş və demişdir: “O, şiə alimi, onların doğru danışanı, qazi və məscidlərinin imamıdır. 
Əgər bütün şiələr onun kimi olsaydılar, şər və pislikləri az olardı.” Sonra şərhi-halını davam 
etdirərək  adları  çəkilən  alimlərin  sözlərini  nəql  edir  və  onun  etimadlı  olmasını  Darü-Qütni, 
Əhməd  Hənbəl,  Əhməd  İcli  və  Əhməd  Nisaidən  söyləyərək  “Sihahi-Sittə”nin  müəlliflərinin 
rəmzini  adının  yanında  yazmış  və  hədisdə  onunla  həmfikir  olduqlarına  işarə  etmişdir.  Siz 
“Səhih-Buxari”  və  “Səhih-Müslim”də  onun  Bəra  ibn  Azibdən,  anasının  cəddi  Abdullah  ibn 
Yəziddən,  Abdullah  ibn  Əbu  Ovf,  Süleyman  ibn  Sürəd  və  Səid  ibn  Cübeyrdən  nəql  etdiyi 
hədisləri  mülahizə  edə  bilərsiniz.  Amma  Zərr  ibn  Həbiş  və  Əbu  Hazim  Əşcəidən  söylədiyi 
hədis  yalnız  “Səhih-Müslim”dədir.  (Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,)  Əməş,  Müsər, 
Səid, Yəhya ibn Səid Ənsari, Zeyd ibn Əbu Ənisə və Füzeyl ibn Qəzvan ondan rəvayət nəql 
etmişlər.  
 
58. Ətiyyə ibn Səd ibn Cənadə Ufi Əbül-Həsən Kufi, məşhur tabeinlərdəndir.  
Zəhəbi  “Mizanül-Etidal”da  adını  çəkmiş  və  Salim  Muradidən  nəql  etmişdir  ki,  Ətiyy 
şiəliyə  inanırdı.  İbn  Qüteybə  “Maarif”də  hədis  səhabələrindən  danışarkən  onun  nəvəsi  Ufi 
Qazi,  yəni Hüseyn ibn Həsən ibn Ətiyyədən bəhs edəndən sonra ondan söz açaraq demişdir: 
“Ətiyyə  ibn  Səd  Həccacın  zamanında  din  və  şəriət  bilənlərdən  idi  və  şiəliyə  inanırdı.”  O, 
“Maarif”  kitabının  “firqələr”  babında  şiə  şəxsiyyətləri  sırasında,  yenə  Ətiyyə  ibn  Ufini 
onlardan  hesab  etmişdir.  İbn  Səd  “Təbəqat”ın
1
  6-cı  cildində  onu  şiəlikdə  nüfuzlu  və 
sabitqədəm  kimi  təqdim  etmişdir.  Atası  Səd ibn  Cənadə  imam  Əlinin  (ə) əshabələrindən  idi. 
Kufədə olan zaman imam Əlinin (ə) yanına gəldi və ərz etdi: Ey Əmirəl-möminin! Mənim bir 
oğlum olmuşdur, ona ad qoy. İmam buyurdu: “Bu Allah ətiyyəsidir (hədiyyəsidir).” Ona görə 
də Ətiyyə adlandı.  
“Təbəqat”da  İbn  Səd  deyir:  “Ətiyyə,  Əşəsin  oğlu  ilə  birlikdə  Həccaca  qarşı  mübarizəyə 
qalxdı.  İbn  Əşəsin  orudusu  məğlub  olandan  sonra  Ətiyyə  fars  vilayətinə  qaçdı.  Həccac  öz 
naibi Məhəmməd ibn Qasimə yazdı: Ətiyyəni çağır və ondan tələb et ki, Əliyə (ə) lənət etsin, 
əgər belə etməsə, onda ona dörd yüz qamçı vur və başını və saqqalını qırxdır. Həmin şəxs onu 
çağırdı və Həccacın məktubunu ona oxudu. Ətiyyə qulaq asmadı. Hakim ona dörd yüz qamçı 
vurdu, başını və saqqalını qırxdırdı.  
Qüteybə  Xorasanın  valisi  olan  zaman  Ətiyyə  ora  getdi.  Ömər  ibn  Hübeyrə  (İraqın  valisi 
olan  zaman)  Ətiyyə  ona  məktub  yazıb  İraqa  gəlməyə  icazə  istədi.  O,  icazə  verdi.  Ətiyyə 
Kufəyə gəldi və 111-ci ilə qədər Kufədə yaşadı.  
İbn Səd deyir: “O, etimadlı şəxs idi və ondan qiymətli hədislər yadigar kimi qalmışdır.” 
Mən  deyirəm:  Onun  nəvələri  vardır  ki,  hamısı  Ali-Məhəmməd  (s)  şiələrindəndir.  Onların 
arasında  fazil,  ağıllı,  zirək  və  görkəmli  şəxslər  vardır.  Məsələn,  Həfsə  ibn  Qiyasdan  sonra 
Şərqiyyənin (Misirin şəhərlərindən biri) rəhbərliyini və qazilik işlərini öhdəsinə alan
2
 Hüseyn 
ibn  Həsən ibn  Ətiyyəni  göstərmək  olar  ki,  sonra  o,  Mehdinin qoşununa  köçürüldü  və  201-ci 
ildə  vəfat  etdi.  Həmçinin,  Məhəmməd  ibn  Səd  ibn  Məhəmməd  ibn  Həsən  ibn  Ətiyyə 
Bağdadın
3
 qazisi və hədisçilərindən idi. O, atası Səddən və əmisi Hüseyn ibn Həsən Ətiyyədən 
hədis nəql etmişdir. 
                                                 
1
 212-ci səhifə. 
2
 İbn Qüteybənin “Maarif” kitabının 176-cı səhifəsində yazıldığı kimi.  
3
 Bu məlumat babası Səd ibn Cənadənin “Əl-İsabə”nin 1-ci cildinin əvvəlində qeyd olunub. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə