Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə36/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   32   33   34   35   36   37   38   39   ...   118

 
80 
İbn  Xəlləkanın  “Vəfayətül-Əyan”da  onun  şərhi-halında  dediyinə  əsasən  o,  Osmanın 
xilafətinin  sonuna  üç  il  qalmış  dünyaya  gəlmiş  və  127,  ya  128  və  ya  129-cu  ildə  vəfat 
etmişdir.  Yəhya  ibn  Müin  və  Mədaini  demişlər:  “O,  132-ci  ildə  vəfat  etmişdir.”  Allah  daha 
agahdır. 
 
72. Ovf ibn Əbu Cəmilə Bəsri Əbu Səhl, əsli “Ərabi” olmamasına baxmayaraq Ərabi 
adı ilə məşhurdur.  
Zəhəbi  “Mizanül-Etidal”  kitabında  onu  xatırlayaraq  demişdir:  Həmişə  ona  Ovfus-Sidq 
(düzdanışan)  deyərmişlər  və  deyilənə  görə  o  şiə  idi.  Bir  çoxları  ona  etimad  ediblər.”  Sonra 
Cəfər ibn Süleymandan nəql etmişdir ki, o şiədir və Bəndardan nəql etmişdir ki, o rafizidir.  
Mən  deyirəm:  İbn  Qüteybə  onu  “Maarif”  kitabında  şiə  şəxsiyyətlərindən  hesab  etmişdir. 
Ruh, Huzə, Şöbə, Nəzr ibn Şəmil, Osman ibn Heysəm və bu təbəqədən bir dəstə ondan hədis 
öyrənmişlər.  “Sihahi-Sittə”nin  müəllifləri  və  başqaları  onun  hədislərindən  dəlil  gətirmişlər. 
Onun Həsən, Səid, Əbül-Həsən Bəsri, oğulları Məhəmməd ibn Sirin və Səyyar ibn Səlamədən 
nəql  etdiyi  hədisləri  “Səhih-Buxari”də  vardır.  Nəzr  ibn  Şəmildən  nəql  etdiyi  rəvayətini 
“Səhih-Müslim”də  görmək  olar.  Lakin  Əbu  Rəca  Ətarudidən  söylədiyi  hədislərini  “Səhih-
Buxari” və “Səhih-Müslim”də müşahidə etmək olar. 
O, 140-cı ildə vəfat etmişdir. Allah rəhmət eləsin. 
“Fa” 
73. Fəzl ibn Dükeyn. 
Fəzl ibn Dükeyn (Dükeyn–Əmr ibn Əhməd ibn Züheyr Mollaidir) Kufəli və Əbu Nəim adı 
ilə  məşhurdur.  O,  “Səhih”də  Buxarinin  ustadıdır.  Sünnə  əhlinin  adlı-sanlı  bir  qrup  alimləri, 
habelə İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən saymışlar. Zəhəbi “Mizanül-
Etidal”  kitabında  onu  yad  edərək  demişdir:  “Fəzl  ibn  Dükeyn,  Əbu  Nəim  hafiz  (hafizəli-
əzbərçi, minlərcə hədisi əzbər bilən) və höccətdir. Təkcə bir eybi vardır ki, şiədir. (Nəql edir 
ki,)  İbn  Cüneyd  Xətəli  demişdir:  İbn  Müindən  eşitdim,  deyirdi  ki,  gərək  bir  adamın  adı 
çəkiləndə  Əbu  Nəimin  sözünə  fikir  verilsin.  Əgər  desə  ki,  filankəs  yaxşı  adamdır  və  onu 
tərifləyirsə, deməli, o şəxs şiədir. Lakin, desə ki, filankəs “mürciə”dir, başa düşmək lazımdır 
ki, sünni şəxsi nəzərdə tutur. Deməli, “mürciə” (burada sünni) şəxs bizə mötəbər sayılacaq.” 
Zəhəbi deyir: “Bu söz sübut edir ki, Yəhya ibn Müinin “mürciə”yə doğru meyli varmış. 
Mən  deyirəm:  Yenə  sübut  olunur  ki,  Fəzl  möhkəm  və  qatı  şiədir.  Zəhəbi  “Mizanül-
Etidal”da Xalid ibn Müxəllədin şərhi-halında Cüzcanidən nəql etmişdir ki, Əbu Nəim kufiyul-
məzhəb  idi  (yəni,  şiə  imiş).  Xülasə,  Fəzl  ibn  Dükeynin  şiə  olmasına  şəkk-şübhə  yoxdur. 
Bununla belə, “Sihahi-Sittə”nin müəllifləri hədislərindən dəlillər gətirmişlər. Onun Həmmam 
ibn  Yəhya,  Əbdül-Əziz  ibn  Əbu  Sələmə,  Zəkəriyya  ibn  Əbu  Zaidə,  Hişam  Dəstvai,  Əməş, 
Müsər,  Suri,  Malik,  ibn  Üyəynə,  Şeyban,  Züheyrdən  nəql  etdiyi  hədisləri  “Səhih-Buxari”də 
vardır. Seyf ibn Əbu Süleyman, İsmail ibn Müslim, Əbu Asim Məhəmməd ibn Əyyub Səqəfi, 
Əbu Ümeys, Musa ibn Əli, Əbu Şəhab Musa ibn Nafe, Süfyan, Hişam ibn Səd, Əbdül-Vahid 
ibn Əymən, İsraildən söylədiyi hədislərini “Səhih-Müslim”də oxuya bilərsiniz. Buxari ondan 
heç bir vasitə olmadan və Müslim isə Həccac ibn Şair, Əbd ibn Həmid, İbn Əbu Şeybə, Əbu 
Səid  Əşcə,  İbn  Nümeyr,  Abdullah  Darəmi,  İshaq  Hənzəli,  Züheyr  ibn  Hərb  vasitəsilə  hədis 
nəql etmişlər.  
O,  130-cu  ildə  Kufədə  anadan  olmuş  əv  210-cu  il  Şəban  ayının  sonu  çərşənbə  günü 
Mötəsimin  hökmranlığı  zamanı  vəfat  etmişdir.  İbn  Səd  “Təbəqat”  kitabının  altıncı  cildinin 
279-cu səhifəsində onu xatırlayıb demişdir ki, o, etimadlı və çoxlu hədis və dəlillər bilən bir 
şəxs idi.  


 
81 
 
74. Füzeyl ibn Mərzuq Əğər Rəvasi Kufi Əbu Əbdür-Rəhman. 
Zəhəbi  “Mizanül-Etidal”da  onun  adını  çəkmiş  və  demişdir  ki,  şiəlikdə  məşhur  idi  və 
Süfyan  ibn  Üyəynə  və  İbn  Müindən  onun  etimadlı  olduğunu  nəql  etmişdir.  Zəhəbi  əlavə 
edərək  qeyd  edir  ki,  İbn  Ədi  deyir:  “Mən  ümidvaram  ki,  onun  hədisdə  nöqsan  və  eyibi 
yoxdur.” Sonra Heysəm ibn Cəmildən nəql etmişdir ki, Füzeyl ibn Mərzuqdan araya söz salıb 
demişdir:  “O,  həm  pəhrizkarlığı,  həm  də  fəzl  və  elmi  nöqteyi-nəzərindən  hidayət  imamı  və 
parlaq təriqin yol göstərənlərindəndir.” 
Mən deyirəm: Müslimöz “Səhih”ində Füzeylin Şəfiq ibn Üqbədən namaz haqqında və Ədi 
Sabitdən  zəkat  haqqında  nəql  etdiyi  hədisi  dəlil  gətirmişdir.  Müslimin  fikrincə,  Yəhya  ibn 
Adəm,  Əbu  Üsamə  zəkat  barəsində  ondan  hədis  nəql  etmişlər  və  “sünən”  və  “xəbərlər” 
kitablarında  nəql  olunanlara  əsasən,  Vəki,  Yəzid,  Əbu  Nəim,  Əli  ibn  Cəd  və  bu  təbəqədən 
başqa bir dəstə şəxslər ondan hədis nəql etmişlər.  
Amma  Zeyd  ibn  Hübabın  onun  hökmranlığa  aid  söylədiyi  hədis  isə  onun  haqqında 
deyilmiş yalandır.”  
O, 158-ci ildə vəfat etmişdir. 
 
75. Fitr ibn Xəlifə Hənnat Kufi. 
Abdullah  ibn  Əhməd  atasından  Fitr  ibn  Xəlifə  haqda  soruşduqda,  cavab  verdi:  “  O, 
etimadlıdır  və  hədislərindən  dəlil  gətirilməyə  səlahiyyəti  var.  Hədisləri  dəyərli,  lakin  özü  isə 
şiə  məzhəblidir.”  Abbas,  İbn  Müindən  nəql  edir  ki,  Fitr  ibn  Xəlifə  şiədir.  Əhməd  demişdir: 
“Fitr, Yəhya ibn Müinin fikrinə görə etimadlıdır, lakin dönük və ifrata varmış şəxsdir.”  
Amma Əbu Bəkr ibn Əyyaş deyir: “Fitr ibn Xəlifənin elə bir rəvayəti yoxdur ki, ona əməl 
olunmasın,  əgər  olsa  da  pis  məzhəbinə  görədir  (yəni  şiə  məzhəbindən  savayı  onda  başqa  bir 
eyib yoxdur). 
Cüzcani  demişdir:  “Fitr  ibn  Xəlifə  yolunu  azmış  adamdır.  Cəfər  Əhmər  ondan  eşidib  ki, 
ölən vaxt deyirmiş: Nə yaxşı olardı ki, bədənimdəki hər bir tükün yerində bir mələk olaydı və 
mənim Əhli-beytə (ə) olan sevgi və məhəbbətimə görə Allahı zikr edəydi.”  
Fitr  Əbu  Tüfeyl,  Əbu  Vail  və  Mücahiddən  hədis  nəql  etmişdir.  Əbu  Üsamə,  Yəhya  ibn 
Adəm, Qəbisə və bu təbəqədən olan başqaları ondan hədis nəql etmişlər. 
“Mim” 
76. Malik ibn İsmail ibn Ziyad ibn Dirhəm Əbu Qəssan Kufi Nəhdi.  
Buxarinin “Səhih”də ustadıdır. İbn Səd “Təbəqat”ın altıncı cildinin 282-ci səhifəsində onun 
şərhi-halında  dediyi  sonuncu  cümlə  belədir:  Əbu  Qəssan  etimadlı  və  düzdanışan  bir  şəxs, 
möhkəm  və  qatı  bir  şiə  idi.  Zəhəbi  “Mizanül-Etidal”da  onun  əzəmət  və  böyüklüyünə  dəlalət 
edən fikirlər söyləmiş və demişdir: “O, şiəliyi öz ustadı Həsən ibn Salehdən öyrənmişdir. Və 
İbn  Müin  demişdir:  “Kufədə  Əbu  Qəssandan  möhkəm  bir  adam  tapılmaz.”  Əbu  Hatəm 
demişdir:  “Mən  Kufədə  ondan  etibarlı  adam  görmədim.  Nə  Əbu  Nəim,  nə  də  ondan  başqası 
onun  kimi  fəzl  və  ibadətə  malik  olmayıb.  Mən  ona  baxdıqda,  elə  bilirdim  qəbirdən  yenicə 
çıxıb. Alnında səcdədən iki əlamət yeri var idi.”  
Mən  deyirəm:  Buxari  “Səhih”ində  yeri  gəldikcə,  heç  bir  vasitə  olmadan  onun  hədislərini 
nəql etmişdir. Müslim “Səhih”inin “hüdud” hissəsində Harun ibn Abdullah vasitəsi ilə ondan 
hədis nəql etmişdir.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə