Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə39/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   35   36   37   38   39   40   41   42   ...   118

 
86 
təbəqənin  başqa  böyükləri  ondan  hədis  söyləyiblər.  İbn  Səd  deyir:  “Mənsur  132-ci  ilin 
sonunda vəfat etmişdir. O, etimadlı, əmin, çoxlu hədis sahibi, yüksək mərtəbə və ali dərəcəyə 
malik şəxs idi.” Allah rəhmət eləsin! 
 
86. Minhal ibn Əmr, tabeinlərdən olub, Kufə əhli və Kufənin məhşur şiələrindəndir.  
Buna  görə  də  Cüzcani  onu  zəif  hesab  edərək  demişdir:  “Məzhəbi  pisdir.”  İbn  Həzm  də 
onun  haqqında  bunları  demiş,  Yəhya  ibn  Səd  də  onu  məzəmmət  etmişdir.  Əhməd  Hənbəl 
demişdir: “Əbu Bişr ilə münasibətim Minhaldan yaxşıdır və o, Minhaldan daha etimadlıdır.” 
Onun şiə olmasını bilə-bilə –xüsusilə Muxtarın dövründə– kimsə hədislərinin doğru olmasında 
şübhə etməmişdir. Buna görə də Şöbə. Məsudi, Həccac ibn Ərtat və bu təbəqədən başqa bir 
dəstə ondan hədis öyrənmişlər. İbn Müin, Əhməd İcli və başqaları ona etimad ediblər. Zəhəbi 
“Mizanül-Etidal”da  onu  xatırlamış,  onun  haqqında  dediklərimizi  nəql  etmiş  və  Buxari  və 
Müslim rəmzini adının yanında qeyd etməklə onun hədislərini yazdıqlarına işarə etmişdir. Siz 
onun  Səid  ibn  Cübeyrdən  nəql  etdiyi  hədislərini  “Səhih-Buxari”də  mülahizə  edə  bilərsiniz. 
Zeyd ibn Əbu Ənisə, “Səhih-Buxari”nin təfsir hissəsində ondan hədis söyləmiş və Mənsur ibn 
Mötəmər peyğəmbərlər haqqında ondan hədis nəql etmişdir. 
 
87. Musa ibn Qeys Həzrəmi Əbu Məhəmməd.  
Əqili  onu  ifrata  varmış  rafizilərdən  hesab  etmişdir.  Süfyan  ondan  Əbu  Bəkr  və  Əli 
haqqında  soruşmuş  və  o,  cavab  vermişdir  ki,  Əli  mənə  daha  əzizdir.  Musa,  Səlmə  ibn 
Küheyldən,  Əyaz  ibn  Əyaz,  Malik  ibn  Cəunədən  nəql  etmişdir  ki,  Ümmü-Sələmədən  eşidib 
ki, deyirmiş: “Əli haqq yolundadır, ona itaət edən şəxs də haqq yolundadır. Onu tərk edən şəxs 
haqqı  tərk  etmiş  olur,  bu  tapşırılmış  bir  əhddir.”  Əbu  Nəim  Fəzl  ibn  Dükəyn  və  Musa  ibn 
Qeysdən  bu  hədisi  nəql  etmişdir.  Musa  Əhli-beytin  fəzilətləri  haqqında  bir  sıra  səhih 
rəvayətlər nəql etmişdir ki, Əqilinin narahatlığına səbəb olmuşdur. Amma İbn Müin Musaya 
etimad  bəsləmişdir.  Əbu  Davud  və  Səid  ibn  Mənsur  öz  “Sünən”lərində  onun  hədislərindən 
dəlillər  gətirmişlər.  Zəhəbi  “Mizanül-Etidal”da  onu  yada  salmış  və  bütün  bu  dediklərimizi 
onun  şərhi-halında  nəql  etmişdir.  Onun  Səlmə  ibn  Kuheyl  və  Hücr  ibn  Ənəsdən  nəql  etdiyi 
hədisləri  “sünən”  kitablarında  mövcuddur.  Fəzl  ibn  Dükeyn,  Übeydullah  ibn  Musa  və  başqa 
böyük şəxslər ondan hədis söyləmişlər.  
O, Mənsurun hökmranlığı zamanı vəfat etmişdir. Allah rəhmət eləsin. 
 “Nun” 
88. Nəfi ibn Həsir Əbu Davud Nəxəi Kufi Həmdani Səbii. 
Əqili  deyir:  “O,  rafizilikdə  ifrata  varardı.”  Buxari  demişdir:  “O,  şiə  olduğu  üçün  ardınca 
danışardılar.” 
Mən  deyirəm:  Süfyan,  Həmam,  Şərik  və  bu  təbəqədən  olan  başqa  rəhbərlər  ondan  hədis 
söyləmişlər. Tirmizi öz “Səhih”ində onun hədislərindən dəlillər gətirmişdir. Hədis kitablarını 
yazanlar onun hədislərindən dəlil gətirmiş və yazmışlar. Siz onun Ənəs ibn Malik, İbn Abbas, 
İmran  ibn  Həsən,  Zeyd  ibn  Ərqəmdən  nəql  etdiyi  hədisləri  Tirmizinin  yazılarında  tapa 
bilərsiniz. Zəhəbi onun şərhi-halını söyləmiş və dediklərimizi xatırlamışdır. 
 
89. Nuh ibn Qeys ibn Ribah Hədani Vətahi, ona Bəsri də deyilir. 
Zəhəbi “Mizanül-Etidal”da onu xatırlamış və demişdir: “Hədisləri doğrudur”, “Əhməd və 
İbn Müin ona etimad etmişlər.” Əbu Davud demişdir: “O, şiədir.” Nisai deyir: “O, eyibsizdir.” 
Zəhəbi  Müslimin  və  “sünən”  yazıçılarının  rəmzini  adının  kənarında  yazmaqla  onun  “Sihahi-


 
87 
Sittə”nin müəlliflərinin ravilərindən olduğuna işarə etmişdir. Onun İbn Ovndan “yeməyi caiz 
olanlar”  fəslində  nəql  etdiyi  hədis  “Səhih-Müslim”də  vardır.  “Səhih-Müslim”in  “geyim” 
fəslində qardaşı Xalid ibn Qeysdən nəql etdiyi hədis müşahidə olunur. Müslimə görə Nəsr ibn 
Əli  ondan  hədis  nəql  etmiş  və  başqalarına  görə  Əbül-Əşəs  və  bu  təbəqədən  olanlar  ondan 
hədis söyləmişlər. Nuh Əyyubdan, Əmr ibn Malik və başqalarından rəvayət nəql etmişdir. 
“He” 
90. Harun ibn Səd İcli Kufi.  
Zəhəbi  ondan  bəhs  etmiş  və  Müslim  rəmzini  adının  kənarında  yazmaqla  Müslimin 
rəvayətlərini  mötəbər  saydığına  işarə  etmişdir.  Sonra  demişdir:  “O,  təbiətən  düzdanışandır, 
lakin qatı və kinli bir rafizidir.” Abbas, İbn Müindən nəql etmişdir ki, Harun ibn Səd şiəlikdə 
ifrata  varmışdır.  O,  Əbdür-Rəhman  ibn  Əbu  Səid  Xidridən  hədis  nəql  etmiş  və  Məhəmməd 
ibn  Əbu  Həfs  Əttar,  Məsudi  və  Həsən  ibn  Həyy  ondan  hədis  söyləmişlər.  Əbu  Hatəm 
demişdir: “Onun nöqsanı yoxdur.”  
Mən deyirəm: Həsən ibn Salehin Harun ibn Səd İcli tərəfindən, Süleymandan “cəhənnəm 
atəşi” haqda söylədiyi hədis “Səhih-Müslim”də vardır. 
 
91. Haşim ibn Bərid ibn Zeyd Əbu Əli Kufi.  
Zəhəbi  onun  şərhi-halında  Əbu  Davud  və  Nisai  rəmzlərini  yanında  yazmaqla  onların 
“Səhih”lərində  rəvayətlərinə  etimad  olunduğuna  işarə  etmişdir.  İbn  Müinin  ona  etimad 
bəslədiyini,  eyni  zamanda  şiə  və  rafizi  olduğunu  nəql  etmişdir.  Sonra  demişdir:  “Əhməd 
deyibdir ki, onun nöqsanı yoxdur.”  
Mən  deyirəm:  Haşim,  Zeyd  ibn  Əlidən  və  Müslim  Bətindən  hədis  nəql etmiş  və  oğlu  Əli 
ibn  Haşim  –şərhi-halında  qeyd  etdiyimiz  kimi–  və  bir  qrup  rəhbərlər  ondan  hədis  nəql 
etmişlər.  Haşim  şiə  ailəsindəndir.  Bu  həqiqəti  Əli  ibn  Haşimin  haqqında  bu  kitabda 
dediklərimizi mütaliə etməklə öyrənmək olar.  
 
92. Hübeyrə ibn Bərid Himyəri.  
Əlinin  (ə)  əshabələrindəndir  və  dostluqda,  vilayət  və  Əliyə  (ə)  inamda  Haris  kimidir. 
Zəhəbi  “Mizanül-Etidal”da  onu  xatırlamış  və  “sünən”  yazıçılarının  rəmzini  adının  yanında 
yazmaqla,  onların  hədislərində  mötəbər  rəvayətçilərdən  olduğuna  işarə  etmişdir.  Sonra 
Əhməddən nəql etmişdir ki, hədislərində eyib yoxdur və o, bizim nəzərimizdə Harisdən daha 
əzizdir. Zəhəbi deyir: “İbn Xəraş deyib: O, zəifdir. “Siffeyn”də yaralıların işini bitirirdi (onları 
öldürürdü).”  Cüzcani  demişdir:  “O,  Muxtarın  tərəfdarı  idi  və  “Xazər”  döyüşündə  yaralıları 
öldürürdü.”  
Mən deyirəm: Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş 
və bu çətin nəzərdir. “Sünən”ə əsasən, o, Əlidən rəvayət nəql edərdi. Əbu İshaq və Əbu Faxtə 
ondan hədis nəql etmişlər.  
 
93. Hişam ibn Ziya Əbu Miqdam Bəsri. 
Şəhristani  “Miləl  və  Nihəl”  kitabında  onu  şiə  hesab  etmişdir.  Zəhəbi  adlar  sırasında  onu 
“H” “hərfində və künyələr” hissəsində, “Mizanül-Etidal”da vermişdir. “Künyələr” hissəsində 
adının kənarında “T. Q.” yazmaqla ona etimad edən “sünən” yazıçılarına işarə etmişdir.  
Onun Həsən və Qərzidən nəql etdiyi hədislərini “Səhih-Tirmizi” və başqalarında müşahidə 
edə bilərsiniz. Şeyban ibn Fərrux, Qəvariri və başqaları ondan hədis söyləmişlər.  
 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə