Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə42/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   38   39   40   41   42   43   44   45   ...   118

 
92 
ON YEDDİNCİ MƏKTUB 
3 Zilhiccə 1329 
1. Bəhs edənin lütfü və mehribanlığı. 
2. Sünnə əhlinin şiənin etimadlı şəxslərindən dəlil gətirməkdə heç bir maneənin 
olmamasına dair onun izahatı. 
3. Əhli-beyt haqqında Allahın ayələrinə onun imanı. 
4. Onun qeyd olunan dəlillər əsasında qiblə əhlinin fikirlərinin bu qədər fərqli 
olduğuna heyrət etməsi. 
 
1.  And  olsun  ki,  həqiqətən  mən  sənin  qəlbin  kimi  təravətli  bir  qəlb,  vücud  və  bəyanının 
meyvəsi kimi yeməli və dadlı bir meyvə görməmiş, qulağım sənin xoş sözlərin kimi təsiredici 
söz  eşitməmişdir.  Heç  bir  dinləyicinin  qulağına  sənin  ləhcəndən  mülayim,  dəlillərindən 
qüvvətli  bir  dəlil  dəyməmişdir.  Bütün  məktublarında  azad  bir  tədqiqatçı  kimi  onların  bütün 
incəliklərinə riayət etmiş, danışıq və mübahisələrdə dillər, qulaqlar, gözlər və qəlblərə hakim 
olmuşsan. Allah –xüsusilə, bu son məktubuna görə– sənə xeyir versin. “
 مهيمف  حبْيحر حلا ُباحتمكْلا حكملحذ
” – 
elə bir məktubdur ki, onda şübhə mövcud deyil, hansı ki, baş və boyunları öz tərəfinə döndərir 
və yolunu azmışları başdan ayağa qədər haqq ilə döyəcləyir. 
2. Şiə qardaşlarımızın dedikləri və hədisləri etibarlı olduğu üçün sünnilərə onlardan dəlillər 
gətirməyə  bir  şübhə  qalmır.  Bu  barədə  sizin  fikriniz  açıq-aydın  haqdır,  etiraz  edənlərin  fikri 
isə dəlilsiz bir zorakılıqdır. Onların “şiə şəxslərindən dəlil gətirmək olmaz” – sözləri əməlləri 
ilə ziddir və istidlal məqamında rəftarı sözlərinə uyğun gəlmir. Buna görə də onların dəlilləri 
naqis,  sizin  dəlilləriniz  isə  əsaslı  və  sarsılmazdır.  Bu  az  fürsətdə  söylədiyiniz  mətləbləri 
ayrılıqda bir risalə şəklinə salmağınız vacibdir. Mən artıq onu “sünni sənədlərində şiə raviləri” 
adlandırmışam  və  nəhayət,  tez  bir  zamanda  belə  olacaq  ki,  ondan  başqa  hər  hansı  bir 
tədqiqatçı üçün  başqa  “əsl”  və  qaynaq  olmayacaqdır.  Mən  ümidvaram  ki,  siz  –Allahin  istəyi 
ilə– İslam dünyasında aşkar bir islahat yaradacaqsınız. 
3.  Biz  hamımız  Allahın  bütün  ayələrinə  iman  gətirmişik  və  Allahın  Əmirəl-möminin  Əli 
ibn Əbu Talib və Əhli-beyt “
مهنع للها يضر
” haqqında nazil etdiyi ayələri sizin saydıqlarınızdan 
daha çoxdur.  
4. Lakin, məlum deyildir ki, nə üçün qiblə əhli Əhli-beyt imamlarından üz çeviriblər, füru 
və üsulda onların məzhəbinə heç vaxt tabe olmayıblar və habelə ixtilaflı məsələlərdə onların 
dediklərinə  diqqət  yetirməyiblər?  Ümmət  alimləri  də  öz  söhbətlərində  onların  nəzər  və 
əqidələrindən  bəhs  etməmiş,  əksinə  nəzəri  məsələlərdə  onların  qarşısında  dayanıb,  müxalif 
fikirlərinə əhəmiyyət  verməmişlər. Ümmətin avamları da, istər keçmiş, istər sonrakı nəsilləri 
olsun, bu zidd iş bilmədən Əhli-beytdən (ə) başqasına müraciət etmişlər. 
Beləliklə, əgər Quran və doğru rəvayətlər sizin dediklərinizə aşkar surətdə dəlalət etsəydi, 
heç  vaxt  qiblə  əhli  Əhli-beyt  imamlarından  üz  çevirməzdi  və  onları  başqası  ilə  əvəz  etməyə 
razı olmazdı. Deməli, məlum olur ki, onlar kitab və sünnədən –Əhli-beyti sevməkdən başqa– 
heç bir şey başa düşməmiş və onlara məhəbbət və ehtiramın vacibliyindən başqa bir şey dərk 
etməmişlər. Çox güman ki, layiqli sələflər və keçmişdəkilər həqiqətə daha yaxındır və sünnə 
və Quranın mənasına daha arifdirlər. “(Ərəbi)” “Sən də onların hidayətinə təqlid et.” 
“S” 


 
93 
ON SƏKKİZİNCİ MƏKTUB 
4 Zilhiccə 1329 
1. Ona mehribanlığına görə təşəkkür. 
2. Qiblə əhli haqqında dediklərində səhv. 
3. Ümmətin rəhbərləri Əhli-beytdən üz döndərmişlər. 
4. Əhli-beyt imamları (heç bir dəlili nəzərə almadan) başqalarından aşağı səviyyədə 
deyildir. 
5. Hansı ədalətli məhkəmə onlara arxalananların yol azmalarına hökm verə bilər? 
 
1.  Bu  təqsirkar  (yəni  məktubun  müəllifi)  haqqında  gözəl  fikir  söylədiyiniz  üçün  təşəkkür 
edirəm, onun özü və məktubları haqqındakı fikrinizi yalnız  yaxşılıqları görən bir şəxsin fikri 
sanıram.  Mən  bu  qədər  məhəbbət  və  hisslər  qarşısında  təvazökarlıq  edir  və  bu  lütfün 
simasında böyüklük müşahidə edirəm. 
2.  Amma  sizdən  xahiş  edirəm  ki,  qiblə  əhlinin  Əhli-beytdən  üz  döndərməsi  haqqında 
söylədiklərinizin hamısını yenidən nəzərdən keçirəsiniz və xatırladıram ki, qiblə əhlinin yarısı 
–Ali-Məhəmmədin (s) şiələri– onlardan üz döndərməmiş və döndərməyəcəklər (heç bir şeydə, 
nə üsuli-dində, nə də fürui-dində). Heç vaxt. Şiənin əqidəsinə görə onların məzhəbinə pərəstiş 
etmək, Kitab və sünnənin hökmünə əsasən açıq-aydın vacibdir. Buna görə də onlar hər zaman 
və hər yerdə bu fikirdədirlər ki, əziz və cəlal Allahın fərmanının qarşısında təslim olmalıdırlar. 
Keçmişdəki  şiələr  bu  əqidədə  idilər  və  bu  əqidə  ilə  də  canlarını  tapşırmışlar.  Bəli,  (onlar) 
Peyğəmbərin (s) vəfatı zamanından bu günədək həmin əqidəyə bağlı olmuşlar. 
3. Lakin, dediyiniz ümmət rəhbərləri və başçıları isə Əhli-beytdən üz döndərmiş və bu da 
yalnız  (Əmirəl-möminin  Əli  ibn  Əbu  Talibin  xilafətinə  aid  doğru  rəvayətlərin  olmasına 
baxmayaraq)  xilafətə  xatir  olmuş  və  xilafəti  seçki üzrə  təyin  etməklə  onu  ixtiyarına  aldıqları 
gündən başlamış və davam etmişdir. Çünki ərəblərin dözərək, yalnız bir ailənin xilafətinə tabe 
olmayacağı  faktı  mövcud  ikən,  bacardıqca  öz  növbələrində  “kitab”  (Quran)  və  sünnə 
“nəss”lərini  (doğru  rəvayətlər)  təvil  (təhrif)  etmişlər.  Qəbilələrin  hamısının  xilafət  arzusuna 
çatması  üçün  –bu  işin  uzun  illər  çəkəcəyini,  müxtəlif  yerlərdə  və  bütün  qəbilələrə  nə  vaxt 
nəsib  olacağını  nəzərə  almadan–  xilafəti  seçkiyə  qoymuş,  var  qüvvələrini  bu  işi  təsdiq 
etdirməyə  sərf  etmiş  və  bu  fikirlə  müxalif  olanları  isə  səhnədən  uzaqlaşdırmışlar.  Beləliklə, 
Əhli-beyt  məzhəbindən  uzaqlaşaraq  “kitab”  və  sünnəni,  eləcə  də  Əhli-beytə  təslimin 
vacibliyinə dəlalət edən hədis və rəvayətləri “təvil” etmişlər. Əgər onlar sünnəyə təslim olub, 
Əhli-beytə  tabe  olsaydılar,  bütün  ümməti  üsul  və  füruda  onlara  (ə)  tapşırsaydılar,  artıq 
tutduqları  yolu  öz  üzlərinə  bağlamaqla  Əhli-beytin  ən  yaxın  mübəlliğlərinə  çevrilərdilər. 
Lakin, həqiqət isə onların arzu və istəkləri, siyasi fikirləri və iqtidara nail olma məqsədləri ilə 
uyğun gəlmirdi. 
Bu  incəlikləri  iti  baxışla  süzən  hər  kəs  aydın  başa  düşür  ki,  məzhəbdə  və  məzhəbi 
məsələlərdə Əhli-beytdən üz döndərilməsi həqiqəti, faktiki olaraq gedişatın Peyğəmbərdən (s) 
sonrakı  imamət-vilayət  və  onların  (Əhli-beyt)  ümumi  xilafətindən  yayındırılması  demək  idi. 
Amma onların (ə) xass məzhəbi məsələlərdə rəhbərlik və imamətinə dəlalət edən dəlillərinin 
təvilinə  gəldikdə  isə,  Peyğəmbərdən  (s)  sonrakı  ümumi  imamət,  xilafət  və  hakimiyyətlərinə 
dəlalət edən sübutları yozmaqdan sonrakı mərhələyə düşürdü. Halbuki belə olmasaydı, heç kəs 
onlardan üz döndərməzdi. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə