Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə45/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   41   42   43   44   45   46   47   48   ...   118

 
101 
bəyan etdikdə quruyur (yəni, onların bütün xüsusiyyətlərini bəyan edə bilmir). Buna görə də 
onun və başqalarının bu hədisin üstündən ötəri keçməsi heç də təəccüblü deyildir. 
“Ş” 


 
102 
İYİRMİ ÜÇÜNCÜ MƏKTUB 
14 Zilhiccə 1329 
1. Hədisin sübutuna onun inamı. 
2. Hədis “mütəvatir” olmayan surətdə ondan dəlil gətirməyə əsas yoxdur. 
3. Bu hədis xüsusi xilafətə dəlalət edir. 
4. Bu hədis nəsx olunmuşdur (hökmü dəyişilmişdir). 
 
1.  Əhmədin  “Müsnəd”inin  birinci  cildinin  111-ci  səhifəsinə  müraciət  etdim  və  sənədinin 
ravilərini  yoxladım.  Hamısını  etimadlı,  sübutlu  və  dəlilli  gördüm.  Sonra  onu  başqa  yollarla 
axtardım.  Onu  “mütəzafir”  (məzmununa  kömək  edən  başqa  hədislər)  də  gördüm.  Bəzisi 
digərini təsdiq edirdi və buna görə də onun təsdiqinə və Peyğəmbər (s) tərəfindən çatmasına 
iman gətirdim.  
2.  Amma  siz  –imamətin  isbatında–  həmişə  elə  bir  dəlil  gətirməlisiniz  ki,  doğru  və 
“mütəvatir”  (yəqinliyə  səbəb  olan  hədis)  olsun,  çünki  imamət  sizin  nəzərinizdə  üsuli-
dindəndir və demək olmaz ki, bu hədis “təvatür” (yəqinlik doğuran) sərhəddinə çatmışdır. Ona 
görə də bu hədisdən dəlil gətirməyə əsas yoxdur.  
3.  Bəzən  deyilir  ki,  bu  hədis  Əlinin  (ə)  Əhli-beyt  arasında  Peyğəmbərin  (s)  xəlifəsi 
olmasına dəlalət edir (yəni Əhli-beyt arasında xüsusi bir xilafət). Bəs belə olan surətdə, sünnə 
əhlinin nəzərinə müxalif olan “nəss” və dəlil hanı? 
4. Çox deyilmişdir ki, bu hədis nəsx olunmuşdur (dəyişilmişdir), çünki Peyğəmbər (s) onun 
məfhumundan  üz  çevirmişdi.  Buna  görə  də  səhabələrin  əvvəlki  üç  xəlifə  ilə  beyətinə  mane 
olmadı.  
“S” 


 
103 
İYİRMİ DÖRDÜNCÜ MƏKTUB 
15 Zilhiccə 1329 
1. Bu hədisdən dəlil gətirməyimiz üçün əsas. 
2. Xüsusi xilafət “icma” şəkildə rədd olunmuşdur. 
3. Burada nəsx olunma mümkün deyildir. 
 
1.  Sünnə  əhli  “mütəvatir”  olub-olmamasından  asılı  olmayaraq,  bizim  imamətin  isbatında 
gətirdiyimiz  hər  bir  hədisi  şübhə  altına  alırlar.  Biz  də  onların  müqabilində  məcburuq  bu  işi 
görək, çünki bu hədis onların nəzərində doğrudur. Beləliklə, onların özlərini lazım bildiklərinə 
iqrar etməyə vadar edirik. Amma biz əgər öz aramızda imamətin isbatı üçün ona əsaslanırıqsa, 
ona görədir ki, bu hədis bizim nəzərimizdə mütəvatirdir və bu da heç kəsə gizli deyildir.  
2. Amma “bu hədis Əlinin (ə) Əhli-beyt arasında xüsusi xilafətinə dəlalət edir” – iddiası şiə 
və  sünni  tərəfindən  qəbul  olunmur.  Çünki  Əlini  (ə)  Əhli-beyt  arasında  Peyğəmbərin  xəlifəsi 
bilənlərin hamısı, onun bütün camaat arasında Peyğəmbərin xəlifəsi olduğuna inanır və onun 
ümumi  xilafətini  qəbul  etməyənlərin  hamısı  xüsusi  xilafətini  də  qəbul  etmir.  Bəs  onda 
müsəlmanların icmasına (fikir birliyinə) zidd olan bu fəlsəfə hardan gəlmişdir? 
3. Unutmamışsan və unutmamışıq ki, burada nəsxə qail olmaq qeyri-mümkündür, həm ağıl 
cəhətdən,  həm  də  şəriət  nöqteyi-nəzərindən.  Çünki  nəsx,  əmrə  əməl  etmək  vaxtı  çatmazdan 
əvvəl  ola  bilər  ki,  bu  da  elm  əhlinə  gizli  deyildir.  Bundan  əlavə,  burada  nasix  (dəyişdirici 
hədis)  yoxdur,  və  Peyğəmbərin  (s)  onun  məfhumundan  üz  çevirməsi  yalnız  xam  xəyaldır. 
Halbuki  Peyğəmbər  (s)  ondan  dönməmiş,  əksinə,  bir-birini  təsdiq  edən,  ardıcıl  deyilən 
mütəvatir  “nəss”lər  onun  dönməməsinə  dəlildir.  Əgər  fərz  də  olunsa  ki,  bu  hədisdən  sonra 
başqa bir “nəss” yoxdur, onda söz bu barədə olardı ki, Peyğəmbərin dönməsi haradan məlum 
olmuşdur  və  hansı  səbəbə  deyirsiniz  ki,  onun  mənasından  üz  döndərmişdir?  Deməli,  “onlar 
yalnız  zənn  və  nəfsi  istəklərə  uyurlar.  Halbuki,  rəbbindən  onlara  haqq  yolu  göstərən  rəhbər 
gəlmişdir.”
1
 
“Ş” 
                                                 
1
 Nəcm surəsi, 23-cü ayə. 


 
104 
İYİRMİ BEŞİNCİ MƏKTUB 
16 Zilhiccə 1329 
1. Onun bu “nəss”ə imanı. 
2. Əlavə xahiş. 
 
1.  Sənin  nurunla  zülmət  və  qaranlığı  işığa  çevirildikcə,  sənin  vasitənlə  anlaşılmazlıqlar 
aşkar  olduqca  iman  gətirdim.  O  kəsə  ki,  Səni  Öz  ayələrindən  birinə  və  möcüzələrinin  bir 
cilvəsinə çevirmişdir. 
2. Xilafətə dəlalət edən “nəss”lərdən mənim üçün daha artıq danış, daha artıq. 
“S” 


 
105 
İYİRMİ ALTINCI MƏKTUB 
17 Zilhiccə 1329 
1. Əlinin (ə) fəzilətlərinə dəlalət edən ondan çox doğru “nəss” var ki, o həzrətdən savayı 
heç kimdə olmamışdır. 
2. Nə üçün ona istinad edirik. 
 
1.  “Dar”  hədisindən  sonra  (iyirminci  məktubdan  sonra  izahı  verildi)  bu  hədis  sənin  üçün 
kifayətdir.  Hansı  ki,  imam  Əhməd  “Müsnəd”in
1
  birinci  cildində,  imam  Nisai  “Xəsaisül-
Ələviyyə”də
2
,  Hakim  “Müstədrək”in
3
  üçüncü  cildində,  Zəhəbi  öz  “Təlxis”ində  onun  doğru 
olduğunu etiraf etmiş, bunlardan əlavə, doğru olmasında hamı eyni  fikirdə olan bir vasitə ilə 
“sünən”  yazıçıları  onu  Əmr  ibn  Meymundan  nəql  etmişlər.  O  deyir:  “Bir  dəfə  İbn  Abbasın 
yanında  oturmuşdum,  gördüm  doqquz  dəstə  onun  yanına  gəlib  dedilər:  Ey  İbn  Abbas,  ya 
bizimlə gəl, ya da ətrafını xəlvət et ki, sənə sözümüz vardır. İbn Abbas dedi: Sizinlə gəlirəm. 
İbn Abbas o vaxt hələ sağlam idi və görmək qabiliyyətini itirməmişdi. Onlar kənara çəkildilər 
və söhbətə başladılar. Biz nə dediklərini bilmədik. (Bir müddətdən sonra) İbn Abbas paltarını 
silkələyə-silkələyə  gəldi:  Tuf  (ar  olsun),  elə  adamın  dalınca  pis  danışırlar  ki,  başqalarında 
olmayan on fəzilətə malikdir, elə adamın dalınca danışırlar ki, Peyğəmbər (s) onun haqqında 
demişdir:  O  kəsi  döyüşə  göndərəcəyəm  ki,  Allah  onu  heç  vaxt  zəlil  və  rüsvay  etməz,  (o,) 
Allahı və onun rəsulunu sevir, Allah və rəsulu da onu sevirlər. Bu zaman (hamı istəyirdi ki, bu 
fəzilət  ona  nəsib  olsun)  Həzrət  (s)  buyurdu:  Əli  hardadır?  Əli  gəldi,  gözü  ağrıyırdı  və  görə 
bilmirdi.  (Həzrət  mübarək)  ağzının  suyunu  onun  gözünə  sürtdü  və  bayrağı  üç  dəfə 
yellətdikdən  sonra  onu  Əliyə  verdi.  Əli  gedib,  qələbə  ilə  Mərhəb  Xeybəri  öldürdükdən  və 
Həyyin qızı Səfiyyəni əsir tutandan sonra qayıtdı.  
İbn Abbas dedi: Peyğəmbər bir nəfəri “Tövbə” surəsini məkkəlilərə bəyanat vermək üçün 
göndərdi, lakin, sonra Əlini onun ardınca yolladı ki, Əli bu əmri yerinə yetirsin. Buyurdu: Bu 
surəni elə adam aparmalıdır ki, o məndən olsun və mən ondan. 
İbn Abbas dedi: Peyğəmbər əmilərinə və əmisi uşaqlarına dedi: Sizlərdən kim bu dünyada 
və axirətdə mənimlə həmkarlıq və dostluq edər? Hamı imtina etdi. Əli qalxdı və dedi: Mən bu 
dünyada və axirətdə səninlə həmkarlıq və dostluq edəcəyəm. Peyğəmbər (s) buyurdu: Sən bu 
dünyada  və  axirətdə  mənim  vəlim  olacaqsan.  Sonra  yenə  üzünü  onlara  tutub dedi:  Sizlərdən 
kim  bu  dünyada  və  axirətdə  mənimlə  həmkar  və  dost  olmağı  öhdəsinə  götürməyə  hazırdır? 
Hamı  imtina  etdi.  Əli  qalxdı  və  dedi:  Bu  dünyada  və  axirətdə  sizin  köməyiniz  və  dostunuz 
olacağam. Həzrət ona buyurdu: Sən mənim bu dünyada və axirətdə vəlim olacaqsan. 
İbn Abbas dedi: Əli (ə) Xədicədən sonra Peyğəmbərə (s) iman gətirən ilk şəxsdir.  
İbn Abbas dedi: Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: 
Allah iradə etmişdir ki, pisliyi siz Əhli-beytdən silsin və sizi pak-pakizə etsin.
4
 
İbn  Abbas  dedi:  Əli  öz  canını  Allah  xatirinə  təhlükə  qarşısında  qoydu.  Peyğəmbərin  (s) 
libasını geydi və onun yatağında yatdı. Müşriklər onu daşa basdılar.  
İbn Abbas dedi: Peyğəmbər (s) “Təbuk” döyüşünə yollandı və camaat da onunla birlikdə 
Mədinədən  xaric  oldular.  Əli  dedi:  Mən  də  sizinlə  gəlirəm.  Buyurdu:  Yox.  Əlinin  gözləri 
doldu.  Peyğəmbər  (s)  ona  buyurdu:  Razı  deyilsənmi  sənin  mənə  olan  nisbətin  Harunun 
                                                 
1
 330-cu səhifənin sonunda 
2
 səh. 6 
3
 səh. 123 
4
 “Əhzab” surəsi, 33-cü ayə. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə