Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə47/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   43   44   45   46   47   48   49   50   ...   118

 
110 
ki,  məndən  sonra  Peyğəmbər  yoxdur.”  Ömər  özü  bir  çətin  məsələ  qarşıya  çıxdıqda  ondan 
öyrənərdi...
1
 
Xülasə,  “Mənzilət”  hədisi  elə  xəbərlərdəndir  ki,  məzhəb  və  məsləklərindəki  ixtilafa 
baxmayaraq, müsəlmanların heç birinin onun sübutunda şübhələri yoxdur.  
3. Bu hədisi “Əl-cəm beynəs-Sihahüs-Sittə”
2
 və “Əl-cəm beynəs-Səhiheyn” yazıçıları nəql 
etmişdir. “Səhih-Buxari”nin “Təbuk” döyüşü
3
 hissəsində də və “Səhih-Müslim”də Əlinin (ə) 
fəzilətləri  babında  da  yazılmışdır.
4
  “Sünəni-ibn  Macə”də
5
  Peyğəmbər  (s)  əshabələrinin 
fəzilətləri  babında  və  “Müstədrəki  Hakim”in  Əlinin
6
  (ə)  fəzilətləri  hissəsində  deyilmişdir. 
İmam  Əhməd  Hənbəl  “Müsnəd”də  Sədin  hədisini  çoxlu  silsilələrlə,  həmçinin  İbn  Abbas,
7
 
Əsma  binti-Ümeys,
8
  Əbu  Səid  Xidri,
9
  Müaviyə  ibn  Əbu  Süfyan
10
  və  bir  sıra  başqa 
əshabələrdən nəql etmişdir.  
Təbərani bu hədisi Əsma binti-Ümeys, Ümmi Sələmə, Hübeyş ibn Cənadə, İbn Ömər, İbn 
Abbas,  Cabir  ibn  Səmurə,  Zeyd  ibn  Ərqəm,  Bəra  ibn  Azib,  Əli  ibn  Əbu  Talib  və 
başqalarından nəql etmişdir.
11
  
Bəzzar  öz  “Müsnəd”ində
12
  və  Tirmizi
13
  öz  “Səhih”ində  Əbu  Səid  Xidrinin  hədisini 
söyləmişlər.  İbn  Əbdül-Birr  “İstiab”  kitabında  Əlinin  (ə)  şərhi-halında  onu  yazmış  və  sonra 
əlavə  etmişdir:  “Bu  hədis  sübut  olunmuş  ən  doğru  xəbər  və  rəvayətlərdəndir  ki,  Səd  ibn 
Vəqqas onu Peyğəmbərdən (s) nəql etmişdir. Sədin hədisinin təriqi doğrudan da çoxdur, bunu 
İbn  Əbu  Xeysəmə  və  başqaları  zikr  etmişlər.  O  demişdir:  Bu  hədisi  İbn  Abbas,  Əbu  Səid 
Xidri,  Ümmi  Sələmə,  Əsma  binti-Ümeys,  Cabir  ibn  Abdullah  və  bir  sıra  başqaları 
xatırlamışlar  ki,  bunların  hamısı  haqqında  danışmaq  uzun  çəkər.”  İbn  Əbdül-Birrin  sözü 
bundan ibarət idi. “Təbuk” döyüşündə iştirak edən hədis və sirə yazanlar, xəbər söyləyənlərin 
hər  biri  bu  hədisi  nəql  etmişlər.  Əvvəlki  və  sonrakı  dövrlərdə  yaşayan,  məzhəb  və  məslək 
ixtilaflarına baxmayaraq Əlinin şərhi-halını yazan yazıçılar bu hədisi yazmışlar.  
Əhli-beytin fəzilətləri və əshabələrin fəzilətləri haqqındakı kitabların yazıçıları, o cümlədən 
Əhməd  Hənbəl  və  ondan  əvvəlkilər  (ya  sonrakılar)  onu  rəvayət  etmişlər.  Xülasə,  bu  hədis 
müsəlmanların elə hədislərindəndir ki, bu ümmətin bütün dövrlərində nəql olunmuşdur. 
4.  Beləliklə  Amidinin  onun  sənədinə  şübhə  etməyinə  heç  bir  əsas  qalmır.  Çünki  o,  hədis 
alimi  deyil  və  bu  elmdən  də  xəbəri  yoxdur.  Onun  sənədlərlə  tanışlığı  və  hədislərin  təriqi 
haqqındakı  hökmü  avamyana  bir  hökmdür  ki,  onun  cahilliyini  göstərir  və  yalnız  “üsul” 
elmindəki  təbəhhürü  (üstünlüyü)  onu  bu  uçuruma  salmışdır,  çünki  görmüşdür  ki,  bu  “nəss” 
                                                 
1
 Əhməd demişdir: Başqaları  da bu hədisi  nəql etmiş, lakin bəziləri deyiblər ki, Müaviyə ona dedi:  “Qalx, 
Allah  ayaqlarını  sındırsın.”  Və  onun  adını  müsəlmanların  maaş  dəftərindən  sildi..”  Səvaiqin  107-ci  səh.də 
Əhməddən  başqa  bir  qrup  hədis  yazanların  “Mənzilət”  hədisini  sənəd  ilə  Müaviyədən  nəql  etdikləri  qeyd 
olunmuşdur.  
2
 Əlinin (ə) fəzilətlərində.  
3
 3-cü cild, səh. 58 
4
 2-ci cild, səh. 323 
5
 1-ci cild, səh. 28, “Əlinin fəzilətləri.”  
6
 3-cü cild, 109-cu səhifənin əvvəlində və tədqiqatçıların bildikləri başqa yerlərdə.  
7
 “Müsnəd”in 1-ci cildinin 331-ci səhifəsinə bax. 
8
 “Müsnəd”in 6-cı cildində, 369 və 438-ci səhifələrə bax.  
9
 “Müsnəd”in 3-cü cildinin 32-ci səhifəni oxuyun.  
10
  Məktubun  əvvəlində  “Səvaiq”in  107-ci  səhifəsindəki  ayələrdən  14-cü  ayənin  məqsədlərindən  5-ci 
məqsəddə də nəql etdik.  
11
 İbn Həcər də “Səvaiq”in 9-cu babının ikinci fəslinin 7-ci səhifəsində qırx hədisdən birincisini yazmış və 
aydınlaşdırmışdır. Süyuti Əlinin şərhi-halında “Tarixül-Xüləfa”da söyləmişdir ki, Təbərani bu hədisi onların 
hamısından nəql etmiş və Əsma binti-Qeysi də əlavə etmişdir.  
12
 Süyuti “Tarixül-Xüləfa”da Əlinin şərhi-halının 65-ci səhifəsində bunu aydınlaşdırmışdır.  
13
 “Kənzül-Ümmal”ın 6-cı cildinin 152-ci səhifəsindəki hədislərindən 2504 hədis də ona dəlalət edir.  


 
111 
üsul elminin tələbinə müvafiq “nəss”dir, ondan yalnız şübhə ilə xilas olmaq olar. Elə güman 
edib ki, bu iş mümkündür. Amma heyhat! Bu işi burada görmək olmaz. 
“Ş” 


 
112 
İYİRMİ DOQQUZUNCU MƏKTUB 
20 Zilhiccə 1329 
1. Hədisin sənədi haqqında deyilənlərin təsdiqi. 
2. Hədisin ümumiliyinə şübhə. 
3. Onun dəlilində şübhə. 
 
1.  “Mənzilət”  hədisinin  sübutu  haqqında  söylədiklərin  həqiqətdir  və  onda  heç  bir  şübhə 
yoxdur.  Amidi  burada  səhv  etmişdir.  O,  hədis  elmi  və  hədis  əhlindən  çox  uzaqdır,  onun 
nəzəriyyəsi və əqidəsini xatırlatmaqla sizi əziyyətə saldıq və məcbur oldunuz ki, geniş izahat 
verəsiniz. Bu səhv üçün sizdən üzr istəyirik və xahiş edirik ki, bizi bağışlayasınız.  
2. Eşitdiyimə görə Amididən başqa sizin bəzi müxalifləriniz güman ediblər ki, “Mənzilət” 
hədisi ümumi deyil (geniş mənalı), yalnız işləndiyi yerə aiddir (yəni, Əli Peyğəmbərin Təbuk 
döyüşündə  xəlifəsi  olub).  Bu  məsələni  sübut  etmək  üçün  belə  dəlil  gətirirlər  ki,  Peyğəmbər 
Təbuk  döyüşünə  gedən  zaman  Əlini  (ə)  Mədinədə  öz  yerinə  qoyanda  İmam  Əli 
هنع للها يضر
 
Peyğəmbərə  ərz  etdi:  “Məni  qadınlar  və  uşaqların  arasındamı  qoyursan?”  Peyğəmbər  ona 
buyurdu:  “Razı  deyilsənmi  ki,  sənin  mənə  olan  nisbətin  Harunun  Musaya  olan  nisbəti  kimi 
olsun? Yalnız bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.” Guya Peyğəmbərin (s) fikri bu 
idi ki, Əlini özünə Harun kimi seçməyi Musanın (ə) Harunu öz yerinə qoyub Tur dağına gedən 
kimidir.  
Beləliklə  məqsəd  budur:  Sən  yalnız  Təbuk  döyüşü  əyyamında  mənim  üçün,  (Musa 
olmayan vaxt) Harunun Musaya olan nisbəti kimisən.  
3.  Habelə  deyə  bilərlər:  Bu  hədis  dəlil  deyildir,  doğrudur  ki,  hədis  ümumidir,  lakin 
xüsusiləşmişdir  (çünki  nübüvvət  məqamı  ondan  istisna  edilmişdir),  beləliklə,  xüsusiləşmiş 
ümumi dəlil artıq dəlil deyildir. Vəssalam. 
“S” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə