Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə49/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   45   46   47   48   49   50   51   52   ...   118

 
115 
OTUZ BİRİNCİ MƏKTUB 
22 Zilhiccə 1329 
Hədisin başqa yerlərdə işlənməsinə misal göstərilməsi xahişi. 
 
Bu  hədisin  “Təbuk”  döyüşündən  əlavə,  başqa  yer  və  məqamlarda  işlənməsinə  dəlil 
göstərmədiniz. Ürəyim çox istəyir ki, o gözəl məqamlara da əlim çatsın. Məni o çeşmə başına 
çatdırmağa imkanınız varmı? 
“S” 


 
116 
OTUZ İKİNCİ MƏKTUB 
24 Zilhiccə 1329 
1.Ümmü-Süleym ilə görüş. 
2. Həmzənin qızının əhvalatı. 
3. Peyğəmbər Əliyə söykənən vaxt. 
4. İlk qardaşlıq peymanı. 
5. İkinci qardaşlıq peymanı. 
6. Qapıların bağlanması zamanı. 
7. Peyğəmbər Əli ilə Harunu iki aydın ulduz kimi təsvir edir. 
 
1.  Peyğəmbərin  pak  dilindən  çıxan  “mənzilət”  hədisinin  işləndiyi  başqa  bir  vaxt  isə  onu 
Ümmü-Süleymə
1
  söyləyən  gündür.  Ümmü-Süleym  İslama  ilk  qədəm  qoyanlardan  olub,  ağıl 
və dərrakə sahibi idi. O, Peyğəmbər (s)  yanında İslamın ilk qabaqcıllarından olduğuna, ixlas 
və  xeyirxahlığına,  İslam  yolunda  çətinliklərə  dözməsinə  görə  yüksək  məqam  və  mövqeyə 
malik idi.  
Peyğəmbər  (s)  onun  evinə  gedər,  ona  hədis  söyləyər  və  söhbət  edərdi.  Günlərin  bir  günü 
ona buyurdu: “Ümmi-Süleym! Əlinin (ə) əti mənim ətimdən, qanı mənim qanımdandır. Onun 
mənimlə nisbəti Harunun Musaya olan nisbəti kimidir.”
2
  
                                                 
1
 Ümmü-Süleym, Milhan ibn Ənsarinin qızı və Həram ibn Milhanın bacısı idi. Atası və qardaşı Peyğəmbərin 
gözü  önündə  şəhid  olmuşdular.  O,  fəzilətli  və  ağıllı  bir  qadın  idi.  Peyğəmbərdən  (s)  hədis  nəql  etmiş  və 
ondan  da  oğlu  Ənəs,  İbn  Abbas,  Zeyd  ibn  Sabit,  Əbu  Səlmə  ibn  Əbdür-Rəhman  və  başqaları  hədis  nəql 
etmişlər.  O,  İslama  ilk  qədəm  qoyanlardan  və  dəvət  edənlərdən  sayılır.  O,  cahiliyyət  vaxtı  əri  Malik  ibn 
Nəzri sevmiş və Ənəs bu evlənmənin bəhrəsidir. İslam dininə gəldikdə o, qabaqcıllardan olub. O, əri Maliki 
də  Allaha  iman  və  Peyğəmbərin  dininə  dəvət  etsə  də,  İslamı  qəbul  etməkdən  imtina  edərək  ondan  ayrıldı. 
Malik hirsli halda Şama getdi, elə orada da kafir kimi öldü. Ümmü-Süleym övladına nəsihət verərək ona on 
yaşında əmr etdi ki, Peyğəmbərin (s) xadimi olsun. Peyğəmbər (s) də bu əziz anaya ehtiram əlaməti olaraq 
onu  qəbul  etdi.  Bu  qadına  ərəbin  varlıları  elçi  göndərdilər.  Lakin  o,  cavab  verdi  ki,  Ənəs  həddi-büluğa 
çatmayıncaya  və özü-özünü idarə etməyincəyədək ərə getməyəcəkdir. Ənəs  həmişə deyərdi: “Allah anama 
əvəzini versin ki, mənə yaxşı tərbiyə vermişdir.” 
 Əbu  Təlhə  Ənsari  bu  qadın  vasitəsilə  müsəlman  oldu.  Belə  ki,  ona  elçi  gedən  zaman  kafir  idi.  Ümmü-
Süleym evlənməkdən imtina edərək onu İslama dəvət etdi. Əbu Təlhə onun dəvəti ilə İslamı qəbul etdi. Öz 
mehriyyəsini onun İslamı qəbul etməsini təyin etdi. Allah Əbu Təlhədən Ümmi-Sələməyə bir oğul verdi ki, 
uşaq  ikən  xəstələnib  öldü.  Ümmü-Süleym  tapşırdı  ki,  məndən  əvvəl  heç  kəs  uşağın  ölüm  xəbərini  atasına 
deməsin.  Əbu  Təlhə  gələn  kimi  oğlunu  soruşdu.  Ümmü-Süleym  dedi:  Öz  yerində  sakitləşmişdir.  Kişi 
fikirləşdi  ki,  uşaq  yuxuya  gedib.  Şamdan  sonra  onlar  yatdılar.  Sübh  vaxtı  ərinə  xəbər  verdi  ki,  oğlu  vəfat 
etmişdir. Əbu Təlhə hadisəni olduğu kimi Peyğəmbərə (s) nəql etdi. Allahın rəsulu buyurdu: “Bu axşamınız 
mübarək olsun”. Ümmü-Süleym deyir: “Peyğəmbər mənim üçün çoxlu dua etdi.” O, həmin gecə Abdullah 
ibn Əbu Təlhəyə hamilə oldu. Allah bu övladı bərəkətli etdi. Çünki o, İshaq ibn Abdullah ibn Əbu Təlhənin 
atasıdır ki, özünün doqquz qardaşı ilə birgə elm əhli olmuşlar.  
 Ümmü-Süleym  Peyğəmbər  (s)  ilə  birlikdə  döyüşlərə  gedərdi.  “Ühüd”  döyüşündə  ona  hücum  edən 
müşriklərin qarnını yırtmaq üçün yanında bir xəncəri də var idi. O, İslam yolunda çoxlu bəla və çətinliklərə 
dözən qadınlardan idi. Ondan başqa elə bir qadın tanımıram ki, Peyğəmbər onun evinə getsin və ona hədiyyə 
aparsın. O, Peyğəmbərin (s) pak Əhli-beytinin məqamından agah idi və onların hüququnu bilirdi.  
2
  Bu  hədis  (Ümmü-Süleymdən)  “Kənzül-Ümmal”da  2554-cü  hədisdir  ki,  6-cı  cildin  154-cü  səhifəsində 
yazılmışdır. “Müntəxəbi-Kənz” kitabında da vardır. Əhmədin “Müsməd”inin 5-ci cildinin 31-ci səhifəsinin 
haşiyəsinin sonuncu sətrinə müraciət et. Onu eynilə həmin sözlərlə tapacaqsan.  


 
117 
Sizə gizli deyildir ki, bu hədisi Peyğəmbər xüsusi bir vaxtda buyursa da, yalnız vəzifəsini 
icra  etmək,  Allah  yolunda  “mənzilət”i  bəyan  etmək,  özündən  sonra  vəliəhdlik  məqamı  və 
canişininə xatir buyurmuşdur. Deməli, bu sırf “Təbuk” döyüşünə aid ola bilməz.  
2.  Buna  bənzər  hədis  Həmzənin  qızının  əhvalatıdır  ki,  Əli,  Cəfər  və  Zeyd  arasında  onun 
haqqında  söhbət  gedən  zaman  Peyğəmbər  (s)  buyurdu:  “Ey  Əli,  sən  mənim  üçün  Harunun 
Musaya olan nisbəti kimisən...”
1
 
3. Bir gün Əbu Bəkr, Ömər və Əbu Übeydə Cərrah Peyğəmbərin yanında idilər. O həzrət 
Əliyə  söykənərək  əlini  onun  çiyninə  qoyub  buyurdu:  “Ey  Əli,  sən  möminlərdən  ilk  iman 
gətirən  və  İslamı  qəbul  edən  ilk  şəxssən.  Sənin  mənə  nisbətin  Harunun  Musaya  nisbəti 
kimidir.”
2
  
4.  Məkkədə  təşkil  olunmuş  “ilk  qardaşlıq  peymanı”ndakı  hədislər  də  bu  məsələni  təsdiq 
edir.  Bəli,  Məkkədə  hicrətdən  əvvəl  Peyğəmbər  mühacirlər  arasında  qardaşlıq  peymanı 
bağlayan zaman orada da bu mətləbi buyurmuşdur.  
5.  Mühacirətdən  beş  ay  sonra  Mədinədə  “Qardaşlıq  əqdi  və  ikinci  qardaşlıq  peymanı” 
keçirildi. Peyğəmbər mühacirlərlə ənsar arasında qardaşlıq bərqərar etdi və həmin hadisə yenə 
təkrar olundu. Bəli, hər iki dəfə də o həzrət Əlini öz qardaşı kimi seçdi və onu başqalarından 
üstün  tutaraq  ayrı  heç  kəsi  özünə  qardaş  qəbul  etmədi.
3
  Ona  buyurdu:  “Sən  mənə  Harunun 
Musaya olan nisbəti kimisən.” 
Peyğəmbərin pak Əhli-beytinin təriqi ilə bu haqda ardıcıl xəbərlər vardır və başqa yollarla 
Zeyd  ibn  Əbu  Ovfadan  çatmış  hədis  sizə  kifayət  edər.  Bu  hədisi  imam  Əhməd  Hənbəlin 
“Mənaqibi  Əli”  kitabında,  ibn  Əsakirin  öz  tarix  kitabında
4
,  Bəğəvi  və  Təbərani  öz 
“Məcmə”lərində, Barudi “Əl-Məricət”də və İbn Ədi
5
 və başqaları söyləmişlər. Hədis uzundur. 
“Qardaşlıq  peymanı”nda  belə  deyilir:  “Əli  dedi:  Ey  Allahın  rəsulu,  qəlbim  sındı.  Çünki, 
gördüm  məndən  başqa  əshabələrinə  qardaş  seçdin,  amma  mənə  yox.  Əgər  bu,  mənə  qarşı 
qəzəbin  nəticəsidirsə,  səndən  bağışlanmağımı  istəyirəm  və  sən  kəramətli  və  əzəmətlisən. 
Peyğəmbər  (s)  buyurdu:  Məni  haqq  üzrə  peyğəmbərliyə  qəbul  edən  kəsə  and  olsun  ki,  səni 
özüm üçün axıra saxlamışam.
 
Sən mənə Harunun Musaya olan nisbəti kimisən, bu fərq ilə ki, 
məndən  sonra  peyğəmbər  yoxdur!  Sən  mənim  qardaşım  və  varisimsən.  Əli  ərz  etdi:  Mən 
səndən nə irs ala bilərəm? Həzrət (s) buyurdu: Məndən əvvəlki peyğəmbərlərin qanunlarının 
irsi, Allahın kitabı və sünnəsi. Sən behiştdə qızım Fatimə ilə mənim qəsrimdəsən, sən mənim 
qardaşım və yoldaşımsan.” Sonra Peyğəmbər (s) ayənin bu hissəsini tilavət etdi: “Qardaşlardır 
ki,  (behiştdə)  taxt  üstündə  üzbəüz  oturmuşlar.
6
”  Yəni,  o  adamlar  Allah  xatirinə  bir-birlərini 
sevənlərdir.  
                                                 
1
 İmam Nəsai bu hədisi “Xəsaisül-Ələviyyə”nin 19-cu səhifəsində söyləmişdir.  
2
  Həsən  ibn  Bədr  və  Həkim  “Əl-küna”da  və  Şirazi  “Əlqab”da  və  İbn  Nəccar  onu  nəql  etmişlər.  Bu  həmin 
6029-cu hədis və “Kənzül-Ümmal”ın altıncı cildinin 395-ci səhifəsindəki hədislərin 6032-ci hədisidir.  
3
  İbn  Əbdül-Birr  “İstiab”  kitabında  Əlinin  şərhi-halında  deyir:  “Allahın  rəsulu  (s)  mühacirlər  arasında 
qardaşlıq peymanı bağladı və sonra mühacirlər və ənsar arasında qardaşlıq bərqərar etdi. O, hər dəfə Əliyə 
buyurdu: Sən bu dünyada və axirətdə mənim qardaşımsan.”  
Mən deyirəm: Bu hadisənin təfsilatı “sirə” (tarixi xəbərlər) kitablarında yazılmışdır. “İlk qardaşlıq peymanı” 
üçün  “Sirəyi-Hələbi”nin  ikinci  cildinin  26-cı  səhifəsinə  və  “İkinci  qardaşlıq  peymanı”  haqqında  ikinci 
cildinin  120-ci  səhifəsinə  müraciət  et.  Orada  hər  iki  dəfə  Əlinin  Peyğəmbərin  qardaşı  olmasını,  onun 
fəzilətlərinin başqalarından  üstün olduğunu  görəcəksən.  Zeyni Dəhlan  “Sirə”sində ilk  və ikinci qardaşlığın 
təfsilatı “Sireyi-Hələbi”də olduğu kimidir və aydınlaşdırmışdır ki, ikincisi hicrətdən beş ay sonra olmuşdur.  
4
  Etimadlı  şəxslərin  bir  qrupu  bu  hədisi  Əhməd  və  İbn  Əsakirdən  nəql  etmişlər  ki,  onlardan  biri  Müttəqi 
Hindidir.  “Kənzül-Ümmal”ın  5-ci  cildinin  40-cı  səhifəsinin  əvvəllərindəki  918-ci  hədisə  və  Əhmədin 
“Mənaqibi Əli” kitabının 6-cı cildinin 390-cı səhifəsində nəql etdiyi 2972-ci hədisə müraciət et.  
5
  Bu  hədisi  bir  qrup  etimadlı  şəxslər  onların  hamısından  nəql  etmişlər.  Onlardan  biri  Müttəqi  Hindidir  ki, 
onu “Kənzül-Ümmal”ın 5-ci cildinin 41-ci səhifəsinin əvvəlində qeyd etmiş və o, 919-cu hədisdir.  
6
 “Hicr”, 47. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə