Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə57/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   53   54   55   56   57   58   59   60   ...   118

 
138 
və  əhəmiyyəti  olmaz.
1
  Çünki  ümum  müsəlmanların  “dəlil”i  “siyaq”dan  (məfhum)  üstün 
tutmaqda  fikirləri  eynidir.  Buna  görə  də  siyaq  ilə  “dəlil”  arasında  ixtilaf  meydana  çıxanda, 
onlar zahirini nəzərə almır və dəlilin hökmünə tabe olurlar. Buna görə də ayənin o tərzdə nazil 
olmasına inam yoxdur, çünki ümmətin ümumi fikrinə görə, Quranın mətnləri onların ilə uyğun 
gəlmir  (Quranda  çoxlu  ayələr  vardır  ki,  onun  siyaqı  ilə  uyğun  gəlmir).  O  cümlədən  “təthir” 
ayəsi “Nisa” (qadınlar) surəsində onlara aid olan ayələrin siyaqında gəlmişdir. Lakin onun beş 
nəfər “Kəsa” (örtük) əhlinə aid olması haqqında doğru və mötəbər nəssi vardır. Xülasə, ayənin 
siyaqa müxalif olması onun ecazkarlığına və bəlağətinə zərər gətirmir. Kəskin və qəti bir dəlil 
olan təqdirdə siyaqın əleyhinə getməyin eybi yoxdur.  
“Ş” 
                                                 
1
 Nəssin əleyhinə getdikdə, zahirin nə qiyməti ola bilər? 


 
139 
QIRX BEŞİNCİ MƏKTUB 
6 Məhərrəm 1330 
Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün təfsir məcburiyyətində. 
 
1.  Əgər  “raşidin”  xəlifələrinin  (yəni  əvvəlki  dörd  xəlifə)  xilafətinin  doğruluğu  qəti 
olmasaydı,  sizin  fikir  və  əqidənizi  qəbul  etməkdən,  bu  ayəni  və  onun  kimiləri  sizin 
hökmünüzə  əsasən  başa  düşməkdən  savayı  yolumuz  yox  idi.  Amma  onların  xilafətinə  şübhə 
üçün  heç  bir  əsas  yoxdur.  Buna  görə  də  onların  və  onlara  beyət  edənlərin  işlərinin 
doğruluğuna  qail  olmaq  (inanmaq,  demək)  üçün  çarəsizlikdən  “təvil”ə  pənah  aparmaq 
lazımdır. 
“S” 


 
140 
QIRX ALTINCI MƏKTUB 
6 Məhərrəm 1330 
1. Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün “təvil” lazım deyildir. 
2. “Təvil” mümkün deyildir. 
 
Üç xəlifənin xilafətilə bağlı burada bəhsimizi əsaslı müzakirə edə bilərik və buna görə də 
ondan bir dəlil kimi istifadə etmək olmaz. Ətrafında bəhs olunan bir mövzunu dəlil kimi başqa 
dəlillərin  qarşısında  gətirmək  düz  deyil,  çünki  elə  onun  özünün  doğru  olub-olmaması  dəlillə 
sübuta yetməlidir. 
1.  Bundan  əlavə,  onların  və  onlara  beyət  edənlərin  işini  yozmaq  üçün  elə  də  deyil  ki, 
mütləq  dəlillərdə  təvil  aparılsın,  necə  ki,  ittiham  üçün  əlinizdə  başqa  imkan  vardır.  Əgər  bu 
barədə danışmaq lazım gələrsə, onu aydınlaşdıracağıq. 
2. O ki qaldı (“qədir nəssi” və “vəsiyyət nəssləri” kimi) yazdığım və yazmadıqlarımı təvil 
və yozmağa ki, qeyri-mümkündür. Xüsusilə, bu “nəss”lər özləri ayrı-ayrılıqda mötəbər sayılan 
neçə sənəd və təriqlə təsdiq olunurlar. Bunlara insaf gözü ilə baxanlar, həqiqət üçün kəskin və 
aydın dəlil olduğunu görərlər. Vəssalam. 
“Ş” 


 
141 
QIRX YEDDİNCİ MƏKTUB 
7 Məhərrəm 1330 
Təsdiqedici “nəss”lərin tələbi. 
 
Ey  kaş,  bizi  o  təsdiqedici  “nəss”lərdən  agah  edəydin,  nə  üçün  onları  qeyd  etməmisən? 
Vəssalam. 
“S” 


 
142 
QIRX SƏKKİZİNCİ MƏKTUB 
8 Məhərrəm 1330 
1. Sübut üçün qırx hədis. 
 
Sübut üçün sizə qırx hədis kifayət edər: 
1. Peyğəmbər (s) əlini Əlinin (ə) çiyninə qoyub uca səslə dedi: 
«
 ُهحلحذحخ ْنحم ٌلوُذْمُ ُهحرحصحن ُنحم ٌروُصْنحم مةحرحجحفْلا ُلمتاق مةحرححبَْلا ُمامما اذه
»
 “Bu yaxşıların imamı, pislərin və yolunu 
azmışların  qatilidir.  Elə  bir  şəxsdir  ki,  ona  kömək  edən  qalib,  alçaltmaq  istəyən  isə 
alçaldılacaqdır.” 
Bu hədisi Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Cabirdən nəql etmiş
1
 və 
sonra demişdir: “Bu hədisin sənədi doğrudur. Amma Buxari və Müslim onu nəql etməmişdir.” 
2. Peyğəmbər buyurdu: “Əli haqqında üç şey vəhy olmuşdur: 
«
 حينلَّجححُمْلا ِّرـُغْلا ُدمئاق حو حينقَّتُمْلا ُماما حو حينممملْسُمْلا ُدّيحس ُهَّنما
»
 “O müsəlmanların ağası, təqvalıların imamı, 
alnı  açıqların  və  nurluların  yolgöstərəni  və  rəhbəridir.”  Hakim  “Müstədrək”in
2
  3-cü  cüzünün 
138-ci səhifəsinin əvvəlində bu haqda yazmış və demişdir: “Bu hədisin sənədləri düzgündür, 
amma Buxari və Müslim o haqda yazmamışlar.” 
3.  Peyğəmbər  (s)  buyurdu:  “Mənə  vəhy  gəlmişdir  ki,  Əli  müsəlmanların  seyyidi, 
təqvalıların  vəlisi,  alnı  açıqların  və  nurluların  rəhbəridir.”  İbn  Nəccar  və  başqa  “sünən” 
yazanlar onu nəql etmişlər.  
4. Peyğəmbər (s) Əliyə buyurur: 
«
 حينقَّتُمْلا مماما حو حينمملسُمْلا مدِّيحسحب ًابححْرحم
»
 “Müsəlmanların seyyidinə, 
mənim və təqvalıların imamına mərhəba.” Əbu Nəim “Hilyətül-Övliya”da
3
 onu nəql etmişdir.  
5.  Peyğəmbər  (s)  buyurdu:  “Bu  qapıdan  daxil  olan  ilk  şəxs  pəhrizkarların  imamı, 
müsəlmanların  seyyidi,  dinin  başçısı,  xatəmül-vəsiyyin,  nurlu  üzlülərin  rəhbəridir.  Əli  daxil 
oldu.Onun  haqqında  müjdə  verən  Peyğəmbər  (s)  ayağa  durdu,  onu  qucaqladı,  alnının  tərini 
sildi və buyurdu: Sən mənim borcumu əda edən, mənim səsimi insanlara çatdıran, ixtilaflarını 
bəyan edənsən.”
4
 
6.  Peyğəmbər  (s)  buyurdu:  “Allah  mənə  belə  tövsiyə  etdi  ki,  Əli  hidayət  bayrağı, 
dostlarımın  imamı,  mənə  itaət  edənlərin  nurudur.  O  elə  bir  “sözdür”  ki,  təqvalılar  ona  əməl 
etməlidir.”
5
  Mülahizə  edirsinizmi?  Bu  altı  hədis  onun  imaməti  və  ona  itaətin  vacibliyi 
haqqındadır. Ona (ə) salam olsun.  
7. Peyğəmbər (s) əli ilə Əlini göstərərək buyurdu: “Bu mənə iman gətirmiş ilk şəxsdir və 
birinci  adamdır  ki,  qiyamətdə  mənimlə  görüşəcəkdir.  Bu,  böyük  vəfadar  və  ümmətin 
faruqudur – haqqı batildən ayırır və möminlərin başçısıdır.”
6
 
                                                 
1
  Bu  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  153-cü  səhifəsindəki  2527-ci  hədisdir  və  Sələbi  onu  Əbuzərdən  öz 
“Təfsiri-Kəbir”ində və “vilayət” ayəsinin təfsirində nəql etmişdir. 
2
  Barudi,  İbn  Qane,  Əbu  Nəim,  Bəzzar  onu  nəql  etmişlər  ki,  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  157-ci 
səhifəsindəki 2628-ci hədisdir. 
3
  Bu  həmin  11-ci  xəbərdir  ki,  İbn  Əbil-Hədid  “Nəhcül-bəlağənin  şərhi”nin  2-ci  cildinin  40-cı  səhifəsində 
vermiş və “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsindəki 2627-ci hədisdir. 
4
  Əbu  Nəim  “Hilyətül-Övliya”  kitabında  onu  Ənəsdən  nəql  etmiş  və  İbn  Əbil-Hədid  “Nəhcül-bəlağənin 
şərhi”nin 2-ci cildinin 450-ci səhifəsində müfəssəl şəkildə vermişdir. O səhifənin 9-cu xəbərinə müraciət et. 
5
  Əbu  Nəim  “Hilyətül-Övliya”da  Əbu  Bərzə  Əsləmi  və  Ənəsdən  nəql  etmiş,  İbn  Əbil-Hədid  “Nəhcül-
bəlağənin şərhi”nin 2-ci cildinin 449-cu səhifəsində onu vermişdir. Həmin səhifənin 3-cü xəbərinə bax. 
6
  Təbərani  onu  “Kəbir”də  Salman  və  Əbuzərdən  nəql  edib  və  Beyhəqi  “Sünən”də  və  İbn  Ədiy  “Kamil”də 
Hüzeyfədən vermişdir ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsindəki 2607-ci hədisdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə