Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə54/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   50   51   52   53   54   55   56   57   ...   118

 
128 
OTUZ YEDDİNCİ MƏKTUB 
29 Zilhiccə 1329 
“Vəli” müştərək (omonim) sözdür. Onun dəqiq mənasını müəyyənləşdirən hədis varmı? 
 
“Vəli” sözü “nəsir” (köməkçi), “sdiq” (yoldaş), “mühibb” (dost), “sihr” (kürəkən), “tabe” 
(ardıcıl), “həlif” (həməhd), “car” (qonşu) mənalarını da ifadə edir (yəni omonim sözlərdəndir). 
Hər  kəs  hər  hansı  bir  şəxsin  başçılığını  öhdəsinə  alsa,  onun  vəlisidir.  Deməli,  söylənilən 
hədislərin mənası bəlkə belədir ki, Əli məndən sonra sizin “köməkçiniz”, yaxud “yoldaşınız” 
və ya “dostunuz”dur. Bəs söylədiyiniz “nəss” hansıdır? 
“S” 


 
129 
OTUZ SƏKKİZİNCİ MƏKTUB 
30 Zilhiccə 1329 
1. “Vəli” sözünün bəyanından məqsəd. 
2. Bu mənanı sübut edən əlamətlər (dəlillər). 
1.  “Vəli”  sözünə  aid  xatırlatdığınız  bütün  mənalar  belədir:  “Hər  kəs  başqasının 
qəyyumluğunu öhdəsinə alsa, onun vəlisidir.” Hədislərdə “vəli” sözü həmin mənada işlənmiş 
və bu məna onlardan anlaşılır. Necə ki, “qasir”in (uşaq və divanə) atası, ata tərəfindən cəddi 
və şəri hakim onun vəlisi sayılır. Çünki onun işlərini öhdələrinə götürənlər və işlərinə dəxalət 
edənlər də onlardır.  
2. Bu hədislərdə “vəli” sözünün mənasını sübut edən əlamətlər (dəlillər) münsif adamlara 
gizli deyildir. Çünki Peyğəmbərin (s) 
«
يدْعحـب مُكُّيـملحو حوـُه حو
»
 “Məndən sonra o, sizin vəlinizdir” – 
sözü həmin vilayət mənasını bildirir
1
 və bunun özü aşkar dəlildir. Başqa məna verə də bilməz, 
çünki  “nüsrət”,  “sədaqət”,  “məhəbbət”  və  s.  kimi  məfhumları  yalnız  müəyyən  bir  şəxsə  aid 
etmək olmaz. 
Əgər  “vəli”  sözünün  mənası  bizim  dediyimiz  kimi  olmasayıb,  onda  Peyğəmbər  (s)  bu 
hədislərdə qardaşı və vəlisi üçün hansı imtiyaz və məziyyətləri sübut etmək istəyirmiş? hansı 
gizli  iş  mövcud  idi  ki,  Peyğəmbər  (s)  bu  hədislərdə  onun  bəyanının  zəhmətini  öhdəsinə 
götürmüşdü? Ola bilməz ki, Allahın rəsulu aydın və aşkar olan şeylərin izahı üçün bu qədər 
çalışsın. Gözəl hikməti, isməti, sonuncu peyğəmbər olması icazə vermir ki, o həzrətə qarşı bu 
cür gümanlar edilsin. Bundan əlavə, bu hədislər ona görə doğrudur ki, Peyğəmbərdən sonra bu 
vilayət  yalnız  Əliyə  məxsus  idi.  Bunun  özü  dediyimiz  mənanı  sübut  edir.  Bu  da  heç  vaxt 
“nasir”,  “mühibb”  və  sair  kimi  sözlərin  mənasını  ifadə  etməyəcəkdir,  çünki  Əli  Allah 
rəsulunun yanında boya-başa çatan vaxtdan, qolları risalət qoynunda möhkəmlənənə qədər və 
bu  dünyanı  tərk  edənədək  müsəlmanlara  “kömək”,  “məhəbbət”  və  “sədaqət”  ilə  xarakterizə 
olunur.  Buna  görə  də  onun  müsəlmanlara  olan  “köməyi”,  “sədaqəti”  və  “məhəbbəti”  yalnız 
Peyğəmbərdən  sonraya  aid  olmamış  və  bu  heç  kəsə  gizli  deyildir.  Bizim  sözümüzü  təsdiq 
edən  dəlillərdən  biri  imam  Əhmədin  “Müsnəd”inin  beşinci  cildinin  347-ci  səhifəsindəki 
hədisdir ki, doğru yol ilə Səd ibn Cübeyrdən, İbn Abbasdan və Büreydədən nəql olunmuşdur: 
“Əli  ilə  Yəmən  döyüşündə  idim  və  ondan  narazı  oldum.  Qayıdandan  sonra  Peyğəmbərin 
hüzuruna gəlib Əlidən söz saldım və ona irad tutdum. Gördüm, Allah rəsulunun siması dəyişdi 
və buyurdu: 
«
 ّيملحعحـف ُهلاْوحم ُتنُك ْنحم حلاق للها حلوُسحر اي يلحب ُتْلُـق ؟ممهمسُفْـنحا حنمم حيننممؤُمْلامب ليْوحا ُتْسحلحا ُةحدْيحرُـب اي
 ْهلاْوحم
»
 “Ey 
Büreydə, mən möminlərə özlərindən daha yaxın deyiləmmi? Dedim: Bəli, ey Allahın rəsulu. 
Buyurdu: Mən hər kəsin mövlasıyamsa, Əli onun mövlasıdır.” Hakim “Müstədrək”in üçüncü 
hissəsinin  110-cu  səhifəsində  onu  yazmış  və  Müslimin  şərtinə  müvafiq  bilib  qəbul  etmişdir. 
Zəhəbi də “Təlxis”də onu nəql etmiş, Müslimin şərtinə əsasən onu doğru hesab etmişdir. Özün 
bilirsən  ki, 
«
؟ممهمسُفْـنحا  حنمم  حيننممؤُمْلامب ليْوحا  ُتْسحلحا
»
  –  cümləsinin  əvvəldə  gəlməsi  bizim  sözlərimizin 
doğruduğuna  aydın  dəlalət  edir.  Bu  hədisləri  diqqətlə  nəzərdən  keçirənlər  onunla  əlaqədar 
başqa  cəhətləri  də  nəzərə  alsalar,  dediklərimizin  həqiqət  olmasında  heç  bir  şübhə  əmələ 
gəlməz. “Ş” 
                                                 
1
 Çünki “məndən sonra o, sizin vəlinizdir” – ibarətinin mənası budur ki, başqası yox, yalnız məndən sonra 
sizin vəliniz odur. 


 
130 
OTUZ DOQQUZUNCU MƏKTUB 
30 Zilhiccə 1329 
Vilayət ayəsindən bəhs etmək xahişi. 
 
Şəhadət  verirəm  ki,  siz  mübahisədə  sabitqədəm,  sadiq  və  elə  qüvvətlisiniz  ki,  sizə  tay 
olmaq istəyənlər müqabilinizdə qüdrətini əldən verər və mübarizənin qızğın çağında daha tab 
gətirə bilməzlər. Buna görə də mən o hədislərdən dəlillər gətirməkdə sizin sözlərinizə inanan 
ilk adamam və əgər səhabənin hər bir əməlinin doğru hesab olunmasının vacibliyi olmasaydı, 
onda  mən  sizin  hökmünüzə  tabe  olardım.  Lakin  bu  hədislərin  zahirlərindən  əl  çəkmək  istər-
istəməz vacibdir, çünki keçmişdəki saleh adamların arxasınca getmək bunu tələb edir. 
Amma  36-cı  məktubun  sonunda  xatırladığınız  və  o  hədisin  sözlərinizi  təsdiq  etdiyini 
güman  etdiyiniz  “möhkəm”  ayənin  təfsiri  və  mənasının  sizin  məqsədinizi  necə  təsdiq 
etməsindən  bizi  agah  etmədiniz.  Onu  bizə  söyləyin  ki,  Allahın  köməyi  ilə  dərindən  başa 
düşək.  
“S” 


 
131 
QIRXINCI MƏKTUB 

Məhərrəm
 1330 
1.“Vilayət” ayəsi və onun Əli haqqında nazil olması. 
2. Onun nazil olmasının səbəbləri. 
3. Ona dəlillər gətirmək. 
 
1.  Bəli,  Pərvərdigarın  Qurani-əzimdəki  “möhkəm”  ayələrindən  birini  sizə  oxuyuram: 
 احَّنَّمإ
 حنوُتْؤُـيحو حةحلاَّصلا حنوُميمقُي حنيمذَّلا ْاوُنحمآ حنيمذَّلاحو ُهُلوُسحرحو ُهّللا ُمُكُّيملحو
 َّنمذحف ْاوُنحمآ حنيمذَّلاحو ُهحلوُسحرحو حهّللا  َّلحوحـتحـي نحمحو حنوُعمكاحر ْمُهحو حةاحكَّزلا
نوُبملاحغْلا  ُمُه مهّللا  حبْزمح
1
  “Sizin  yeganə  vəliniz  Allah,  onun  peyğəmbəri  və  iman  gətirənlərdir.  O 
kəslər  ki,  namaz  qılırlar,  rüku  vaxtı  zəkat  verirlər.  Allahı,  onun  peyğəmbərini  və  iman 
gətirənləri  sevənlər  (bunu  bilməlidirlər  ki,)  Allah  firqəsi  qalibdir!”  Şübhə  yoxdur  ki,  Əli 
üzüyünü rüku halında dilənçiyə verən zaman bu ayə onun haqqında nazil olmuşdur.  
2. Əlinin rüku halında üzüyünü dilənçiyə verməsi haqqında nazil olan bu ayəyə aid doğru 
xəbərlər  Əhli-beyt  (ə)  imamlarından  “mütəvatir”  halda  çatmışdır.  Əhli-beyt  (ə)  təriqi  ilə 
çatmayan hədislərdən İbn Səlamın Peyğəmbərdən mərfu şəkildə çatmış hədisini oxusanız sizə 
kifayət edər. Ondan agah olmaq üçün “Səhih-Nisai”, yaxud “Maidə” surəsinin təfsirində “Cəm 
beyni sihahi sittə” kitabına müraciət et və ona bənzər hədis İbn Abbas və Əlidən nəql olmuş 
hədisidir  ki,  mərfu  şəkildə  mövcuddur.  İbn  Abbasın  hədisini  Vahidinin  “Əsbabun-nüzül” 
kitabında oxuyun. Bu hədisi Xətib “Əl-Müttəfəq”
2
 kitabında söyləmişdir.  
Əlinin  dediyi  hədisi  İbn  Mərdəveyh  “Müsnəd”ində  və  “Əbül-Şeyx”in  “Müsnəd”ində 
oxuyun  və  əgər  istəsən  “Kənzül-Ümmal”a
3
  müraciət  et,  onda  görəcəksən  ki,  bu  ayənin  Əli 
haqqında nazil olmasına aid müfəssirlərin fikri eynidir.  
Bu  fikri  bir  sıra  sünni  alimləri,  o cümlədən  Quşçi “Təcridin  şərhi”nin  “imamət”  bəhsində 
nəql etmişdir. “Qayətül-Məram”ın 18-ci babında sünnə əhli təriqilə 24 hədis nəql olmuşdur ki, 
bu ayənin nazil olma səbəbi bizim dediyimiz kimi mənalandırmışdır. Müxtəsər deyirəm, əgər 
gün  kimi  aydın  olmasaydı,  bu  haqda  yazılmış  bütün  doğru  hədislərdən  danışardıq.  Amma 
Allaha  şükürlər  olsun  ki, bu  məsələ  şübhə  doğurmayan  məsələlərdəndir.  Ona  görə  də  biz  bu 
məktubda sünnə əhli təriqilə çatmış xəbərlərdən də gətiririr və imam Əbu İshaqın Əhməd ibn 
Məhəmməd  ibn  İbrahim  Nişaburi  Sələbi”nin
4
  təfsirində  deyilənlər  ilə  kifayətlənirik.  O,  öz 
“Təfsiri Kəbir”ində bu ayəyə çatanda Əbuzər Qifaridən belə nəql etmişdir: “Bu iki qulağımla 
Peyğəmbərdən eşitdim, yoxsa (yalan deyirəmsə) kar olum, bu iki gözümlə gördüm, yoxsa kor 
olum, deyirdi: “Əli yaxşıların rəhbəri və kafirlərin qatilidir. O kəs qalibdir ki, ona kömək etsin 
və o kəs zəlildir ki, ona yardım etməsin.” Agah olun, bir dilənçi məscidə gəlib dilənərkən heç 
                                                 
1
 “Maidə”, 55-56. Buna görə də Suriya xalqının adət-ənənəsinə əsasən, şiəyə “mütəvali” deyilir, çünki onlar 
Allahı, rəsulunu və iman gətirənləri sevirlər. Elə bu ayədə də həmin mənanı (Allahı, onun peyğəmbərini və 
iman  gətirənləri  sevənlər)  yetirir.  “Əqrəbül-Məvarid”də  deyilir  ki,  “mütəvali”dən  məqsəd  Əlinin  şiələridir. 
Onlar bu ad ilə adlanmışlar, çünki Əlini və Əhli-beyti sevirlər. 
2
  Bu  hədis  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  391-ci  səhifəsindəki  5991-ci  hədisdir  və  “Müntəxəbi-Kənz”də 
də yazılmışdır ki, 5-ci cildin 38-ci səhifəsinin haşiyəsindəki “Müsnədi-Əhməd”ə müraciət edin. 
3
 Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 405-ci səhifəsindəki 6138-ci hədisdir. 
4
  İbn  Xəlləkanın  “Vəfayətül-Əyan”da  nəql  etdiyinə  əsasən,  o,  337-ci  ildə  vəfat  etmişdir.  O  deyir:  “Təfsir 
sahəsində zəmanəsinin yeganə şəxsi idi və bütün təfsirlərin başı olan “Təfsiri-Kəbir”i yazmışdır.” Sonra belə 
əlavə edir: “Əbdül-Qafir ibn İsmayıl Farsi “Siyaqi-Nişabur” kitabında onu yad edərək mədh etmiş və sonra 
demişdir ki, o doğru nəql edən və etimadlıdır.” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə