Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə51/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   47   48   49   50   51   52   53   54   ...   118

 
121 
qardaşındır,  qızını  ona  verirsən?  Buyurdu:  Bəli,  ey  Ümmi-Əymən!  Ümmi-Əymən  Əlini 
çağırdı. Əli gəldi...”
1
 
Peyğəmbər (s) həmişə Əliyə işarə edər və buyurardı: 
«
يدْلُو وبحا حو يرْهمص حو يّمحع ُنْبا حو ،يخحا اذه
»
 
“Bu qardaşım, əmioğlum, kürəkənim və övladlarımın atasıdır.”
2
 Bir gün Peyğəmbər (s) Əli ilə 
söhbət edərkən buyurdu: 
«
و يخا تنا
 
بـحاص
»
3
 “Sən qardaşım və yoldaşımsan.” Başqa bir vaxt 
ona buyurdu: “Sən qardaşım və behiştdə yoldaşımsan.”
4
 Başqa bir gün (Əlinin) qardaşı Cəfər 
və Zeyd ibn Harisə ilə söhbət zamanı Əliyə xitab edərək buyurdu: “Amma sən, ey Əli! Mənim 
qardaşım,  övladlarımın  atasısan,  sən  məndənsən,  mənə  tərəf  qayıdacaqsan.”
5
  Bir  gün  ona  iş 
tapşıran  və  vəsiyyət  edən  vaxt  dedi:  “Sən  mənim  qardaşım  və  vəzirimsən,  borclarımı 
ödəyirsən,  vədələrimə  vəfa  edirsən,  boynumda  olanları  yerinə  yetirirsən.”
6
  Və  vəfat  edəndə 
(atam,  anam  ona  qurban  olsun)  “qardaşımı  çağırın”  –  dedi.  Əlini  çağırdılar.  Ona  buyurdu: 
“Yanıma gəl!” Əli ona yaxınlaşdı. Həzrət (s) onu sinəsinə söykədi, pak ruhu sinəsindən xaric 
olana  qədər  onunla  söhbət  etdi  və  o  həzrətin  ağzının  suyundan  bir  qədər  onun  bədəninə 
süzüldü.
7
 Həzrət (s) buyurdu: Behiştin qapısında yazılmışdır: 
«
 وُخحا ٌّيملحع للها ُلوُسحر ٌدّمحُمُ ُللها ّلاما حهلما لا
للها  ملوحسحر
»
8
  
Allah  “leylətül-məbit”də  (Əlinin  Peyğəmbərin  yatağında  yatan  gecə)  Cəbrail  və  Mikayıla 
vəhy  etdi:  “Mən  sizin  ikinizin  aranızda  qardaşlıq  yaratdım  və  birinizin  ömrünü  o  birisindən 
uzun etdim. Sizdən hansınız yoldaşınızın diri qalmasına razı olarsınız? Hər ikisi diri qalmağı 
seçdilər.  Allah  onlara  vəhy  etdi:  Siz  Əli  ibn  Əbu Talib  kimi  ola  bilməzsinizmi?  Mən  onunla 
Məhəmməd (s) arasında qardaşlıq bərqərar etdim və o, özünü Peyğəmbərə fəda etmək və onun 
diri  qalmasını  istədiyi  üçün  Məhəmmədin  (s)  yatağına  yatdı.  Hər  ikiniz  yerə  enin  və  Əlini 
düşmənlərdən qoruyun. O iki mələk nail oldu, Cəbrail başı üstündə və Mikayıl ayağı altında 
oturdular. Cəbrail deyirdi: Bəh-bəh, ey Əbu Talibin övladı! Allah səninlə mələklərə fəxr edir.” 
Və Allah bu ayəni bununla əlaqədar nazil etdi: 
  ٌفوُؤحر ُهّللاحو مهّللا  متاحضْرحم ءاحغمتْبا ُهحسْفحـن يمرْشحي نحم  مساَّنلا حنممحو
 مب
 مداحبمعْلا
 “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz 
canını fəda edər.”
9
 
                                                 
1
  Hakim  “Müstədrək”in  üçüncü  cildi,  109-cu  səhifədə  söyləmiş  və  Zəhəbi  Təlxisdə  doğru  olduğunu  qeyd 
etmiş  və  İbn  Həcər  “Səvaiqul-Mühriqənin”  11-ci  babında  və  Fatimənin  (ə.h)  toyunu  nəql  edən  şəxslər  –
müstəsnasız olaraq– bu hədisi nəql etmişlər. 
2
  Şirazi  “Əlqab”da  və  İbn  Nəccar  İbn  Ömərdən  və  Müttəqi  Hindi  “Kənzül-Ümmal”da  və  Əhmədin 
“Müsnəd”inin haşıyəsində çap olunmuş onun “Müntəxəb”ində 5-ci cildinin 32-ci səhifənin haşiyəsinin 2-ci 
sətrində nəql etmişdir. 
3
 İbn Əbdül-Birr “İstiab”da Əlinin şərhi-halında İbn Abbasa istinad edərək onu nəql etmişdir.  
4
  Xətib  onu  nəql  etmiş  və  o,  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  402-ci  səhifəsindəki  hədislərdən  6105-ci 
hədisdir.  
5
  Hakim  “Müstədrək”in  3-cü  cildinin  217-ci  səhifəsində  “Müslimin  şərti”nə  əsasən,  doğru  sənəd  ilə  onu 
söyləmiş və Zəhəbi “Təlxis”də bu şərtə əsasən, onun doğru olmasına etiraf etmişdir.  
6
 Təbərani “Kəbir”də İbn Ömərdən və Müttəqi Hindi “Kənzül-Ümmal”da və onun “Müntəxəb”ində onu nəql 
etmişdir. “Müntəxəb”in 5-ci cildinin 32-ci səhifəsinin haşiyəsindəki “Müsnəd”ə müraciət et.  
7
  İbn  Səd  “Təbəqat”da  2-cildin  2-ci  fəslində  51-ci  səhifədə  onu  söyləmişdir.  “Kənzül-Ümmal”ın  4-cü 
cildinin 55-ci səhifəsində də vardır.  
8
 Təbərani Övsətdə, Xətib “Əl-müttəfəq və Əl-müftərəq”də və Müttəqi Hindi “Kənzül-Ümmal”da onu nəql 
etmişlər.  “Müntəxəbi-Kənz”in  haşiyəsindəki  “Müsnədi-Əhməd”ə  (5-ci  cild,  səh.  35),  eləcə  də  (səh.  46)-ya 
İbn Əsakirdən nəql olunmuşa müraciət et! 
9
  “Sünən”  yazanlar  öz  “məsanid”lərində  onu  nəql  etmiş  və  imam  Fəxri  Razi  “Təfsiri-Kəbir”də  2-ci 
cildin189-cu səhifəsində bu ayənin təfsirində nəql etmişdir. 


 
122 
Əli  (ə)  həmişə  deyirdi:  “Mən  Allahın  qulu  və  Rəsulun  qardaşı,  Siddiqi-Əkbərəm 
(düzdanışan).  Məndən  başqa  bu  sözü  yalnız  yalançı  deyər.”
1
  Və  o  həzrət  buyurardı:  “Allaha 
and  olsun,  mən  Allah  rəsulunun  qardaşı,  vəlisi,  əmisi  oğlu,  elminin  varisiyəm  və  məndən 
başqa  bu  ada  kim  daha  ləyaqətlidir?”
2
  “Şura”  günündə  o,  Osman,  Əbdür-Rəhman  və  Səd  və 
Zübeyrə  dedi:  “Sizi  Allaha  and  verirəm,  deyin  görüm  sizin  aranızda  məndən  başqa  elə  bir 
adam var ki, Peyğəmbər (s) onunla qardaşlıq peymanı bağlamış olsun?” Dedilər: “Allah bilir 
ki,  yox.”
3
  Əli  “Bədr”  döyüşü  vaxtı  Vəlid ilə üzləşəndə  Vəlid  ondan  soruşdu:  “Kimsən?”  Əli 
buyurdu:  “Mən  Allahın  qulu  və  Rəsulun  qardaşıyam.”  Yenə  bir  gün  Əli  (ə)  Ömərin  xilafəti 
vaxtında  soruşdu:  “Əgər  Bəni-İsrail”dən  sənin  yanına  bir  dəstə  gəlsə  və  onlardan  biri  “Mən 
Musanın  (ə)  əmisi  oğluyam”  –  desə,  sən  onu  başqalarından  üstün  tutarsanmı?”  Ömər  cavab 
verdi:  “Bəli!”  Əli  (ə)  buyurdu:  “Mən ki,  Allaha and  olsun,  Allah  rəsulunun qardaşı  və  əmisi 
oğluyam.”  Ömər  əbasını  yerə  sərib  dedi:  “Allaha  and  olsun,  nə  qədər  ki,  bir  yerdəyik,  bu 
yerdən  savayı  başqa  bir  yerdə  oturmamalısan.”  Əli  əbanın  üstündə  oturdu.  Bu  ehtiram  və 
təvazökarlıq Allah rəsulunun qardaşı və əmisi oğlunun xətrinə görə idi.
4
 
3.  Qələm  öz  ixtiyarından  çıxıb  bizi  başqa  yerə  apardı.  İndi  deyirəm  ki,  o  həzrət  (s) 
əshabələrinin  məscidə  tərəf  açılan  qapılarını  bağlamağı  (məscidi  napaklıq  və  cünubdan 
təmizləmək  məqsədi  üçün)  əmr  etdi.  Amma  Əlinin  qapısını  açıq  qoydu  və  Allah  tərəfindən 
hətta məsciddə (Harun üçün olduğu kimi) ona cünub halında qalmağı rəva bildi. Bunun özü 
“iki Harun” arasındakı ümumi oxşarlığa dəlalət edir. İbn Abbas deyir: “Allah rəsulu (s) Əlinin 
qapısından savayı məscidə açılan bütün qapıları bağladı. Əli eləcə məscidə daxil olur və gediş-
gəliş yolu oradan idi. Çünki başqa yolu da yox idi,cünub olsa da belə.”
5
  
Ömər ibn Xəttab, Buxari və Müslimin hədisinə əsasən,
6
 deyir: Əli ibn Əbu Talibə üç şey 
verilmişdir,  əgər  onlardan  biri  məndə  olsaydı,  qırmızı  tüklü  dəvələrdən  (ərəbin  ən  yaxşı 
sərvəti) mənim üçün daha yaxşı olardı. Arvadı Fatimə (ə) Peyğəmbər (s) qızı, məskəni (Allah 
rəsulu  ilə  birlikdə)  məscid,  Peyğəmbərə  halal  olan  hər  bir  şey  Əliyə  də  halal  idi.  Və  bir  də 
“Xeybər  günü”  bayraq  onun  əlində  idi.”  Yenə  doğru  hədisə  əsasən,  bir  gün  Səd  ibn  Malik 
Əlinin (ə) bəzi xüsusiyyətlərini nəql edərək dedi: “Peyğəmbər (s) əmisi Abbası və başqalarını 
məsciddən  çıxartdığı  vaxt,  Abbas  o  həzrətə  ərz  etdi:  Bizi  çıxardırsan,  Əlini  orada  qoyursan? 
Həzrət cavab verdi: Sizi mən çıxartmadım, Allah sizi çıxartdı və ona yer verdi.”
7
 
Zeyd  ibn  Ərqəm  deyir:  “Allah  rəsulu  əshabələrinin  bəzilərinin  qapısı  məscidə  açılırdı  və 
keçid  yolları  oradan  idi.  Peyğəmbər  (s)  buyurdu:  Əlinin  qapısından  savayı  başqa  qapıları 
bağlayın.  Bu  barədə  camaat  arasında  söz-söhbət  oldu.  Peyğəmbər  (s)  ayağa  qalxıb,  Allaha 
həmd  və  sitayiş  edəndən  sonra  buyurdu:  Deyirlər  ki,  mən  Əlinin  qapısından  başqa  bütün 
                                                 
1
  Nisai  “Xəsaisül-Ələviyyə”,  Hakim  “Müstədrək”in  3-cü  cildinin  112-ci  səhifəsinin  əvvəlində  və  İbn  Əbu 
Şeybə  və  İbn  Əbu  Asim  “Sünən”də,  Əbu  Nəim  “Əl-Mərifət”də,  Müttəqi  Hindi  “Kənzül-Ümmal”da  və 
“Müntəxəbi-Kənz”dəki “Müsnəd”də 5-ci cildin 40-cı səhifəsində nəql etmişdir. 
2
 “Müstədrək”in 3-cü cildinin 126-cı səhifəsinə müraciət et. Zəhəbi “Təlxis”də ondan danışmış və onu doğru 
hesab etmişdir. 
3
 İbn Əbdül-Birr “İstiab”da Əlinin şərhi-halında və bir sıra başqaları onu nəql etmişlər. 
4
  Darü-Qütninin  “məvəddət”  ayəsinin  məqsədlərindən  5-ci  məqsəddə,  “Səvaiq”inin  11-ci  babındakı 
ayələrdən on dördüncü ayədə nəql olunmuşdur. 107-ci səhifəyə müraciət edin. 
5
 Bu hədis uzundur. Əli üçün orada on xüsusiyyət verilmiş və o haqda 26-cı məktubda danışdıq. 
6
 “Müstədrək”in 3-cü cildinin 125-ci səhifəsində bu hədis vardır. Əbu Yəla “Səvaiq” kitabının 3-cü fəslinin 
9-cu babında olduğu kimi onu nəql etmişdir. Onun 76-cı səhifəsinə müraciət et. Əhməd ibn Həmbəl həmin 
mənaya oxşar sözlərlə Abdullah ibn Ömərdən “Müsnəd”in 2-ci cildinin 26-cı səhifəsində nəql etmiş və yenə 
Ömərdən və oğlu Abdullahdan bir sıra məşhur şəxslər müxtəlif sənədlər ilə nəql etmişlər. 
7
  “Müstədrək”in  3-cü  cildinin  117-ci  səhifəsinin  əvvəlində  deyildiyi  kimi,  bu  hədis  doğru  “sünən”də 
mövcuddur və sünnə əhlinin bir çox etimadlı şəxsləri onu nəql etmişlər. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə