Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə59/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   55   56   57   58   59   60   61   62   ...   118

 
145 
17.  Peyğəmbər  (s)  buyurub:  “Ey  Əli,  məndən  ayrılan  kəs  Allahdan  ayrılmış  və  səndən 
uzaqlaşan  kəs  məndən  uzaqlaşmışdır.”  Hakim  onu  özünün  “Səhih”inin  3-cü  cildinin  124-cü 
səhifəsində  nəql  etmiş  və  demişdir:  “Onun  sənədləri  düzgündür.”  Amma  Buxari  və  Müslim 
onu nəql etməmişlər. 
18. Ümmü-Sələmənin hədisində Allahın rəsulu (s) buyurmuşdur: “Əlini təhqir edən və onu 
söyən məni təhqir etmişdir.” Hakim “Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsinin əvvəlində 
onu  nəql  etmiş,  Buxari  və  Müslimin  şərtinə  əsasən,  rəvayətin  qəbulunu  düzgün  saymışdır. 
Zəhəbi  də  “Təlxisdə”  onu  zikr  etmiş,  onun  düzgünlüyünü  bəyan  etmişdir.  Əhməd  də 
“Müsnəd”in  6-cı  cildinin  323-cü  səhifəsində  Ümmü-Sələmədən,  Nisai  “Xəsaisül-
Ələviyyə”nin  17-ci  səhifəsində  və  bir  qrup  məxəzşünaslar  onu  zikr  etmişlər.  Peyğəmbər  (s) 
demişdir  (  Əmr  ibn  Şaşın
1
  hədisinə  əsasən):  “  Əliyə  əziyyət  edən,  mənə  əziyyət  etmişdir.” 
Hakim  onu  zikr  etmiş,  Buxari  və  Müslimin  şərtinə  əsasən,  düzgün  bilmişdir.  O,  bu  hədisi 
“Müstədrək”in  3-cü  cildinin  130-cu  səhifəsində  vermişdir.  Zəhəbi  də  “Təlxisi-Müstədrək”də 
onu  zikr  etmiş,  onların  şərtinə  əsasən  düzgün  saymışdır.  Əlinin  (ə)  sözü  belədir:  “Toxumu 
yarana  və  insanın  ruhunu  yaradana  and  olsun  ki,  bu  “ümmi”  (yazıb-oxumaq  bilməyən) 
Peyğəmbərdən  (s)  olan  əhd  və  peymandır  ki,  mömindən  başqası  məni  sevməz,  münafiqdən 
başqası mənə düşmən çıxmaz.”
2
 
20. Peyğəmbər (s) Əliyə buyurub: 
«
 حا ُّيملحع اي
 ُبيبحح يـبيبححو يـبيبحح حكُبيبحح مةحرمخلآا  مفي ٌدّيحس ايْنُّدلا  مفي ٌدّيحس حتْن
يدْعحـب  حكحضحغْـبحا ْنحممل ُلْيحوْلا حو للها ّوُدحع يّوُدحع حو يّوُدحع  حكُّوُدحع حو للها
»
 “Ey Əli, sən dünya və axirətdə ağasan, 
sənin  dostun  mənim  dostum  və  mənim  dostum  Allahın  dostudur,  sənin  düşmənin  mənim 
düşmənim və mənim düşmənim Allahın düşmənidir. Vay o adama ki, məndən sonra səninlə 
düşmənçilik edə!” Hakim “Müstədrək”in 3-cü cildinin 128-ci səhifəsinin əvvəlində onu nəql 
etmiş və Buxari və Müslimin şərtinə əsasən, xəbərin qəbulunda onu düzgün bilmişdir.
3
 
                                                 
1
 Əmr ibn Şaşın hədisi 36-cı məktubun mənbəsində keçdi. 
2
  Müslim  “Səhih”in  1-ci  cildinin  “imam”  kitabının  46-cı  səhifəsində  verdiyi  və  İbn  Əbdül-Birr  onun 
məzmununu  Əlinin  şərhi-halında  (“İstiab”da)  bir  qrup  səhabədən  nəql  etdiyi  kimi.  36-cı  məktubda 
Bureydənin hədisini nəql etdik, ora baxın. Peyğəmbərin bu sözü dəfələrlə təsdiq olunmuşdur: 
«
 نم لاو مهللا
هاداع نم داع و هلااو
»
. “Əl-fətavəl-Hamidiyyə”nin müəllifi özünün 
«
في ةرخافلا ةلاصلا   ةرتاوتلما ثيداحلاا
»
 
kitabında onu 
etiraf etdiyi kimi. 
3
 Onu Əbül-Əzhər, Əbdür-Rəzzaqdan, o da Müəmmərdən, o da Zöhridən, o da Übeydullah ibn Abdullah İbn 
Abbasdan nəql etmişdir. Bu fərdlərin hamısı qəbul olunan höccətlərdir. Çünki Hakim bu hədisi nəql edəndən 
sonra demişdir: “Buxari və Müslimin şərtinə əsasən bu hədis düzdür.” Sonra əlavə etmişdir ki, Əbül-Əzhər 
alimlərin  hamısından  etibarlıdır.  Sonra  demiş:  “Eşitdim,  Əbu  Abdullah  Qüreyşi  Əhməd  ibn  Yəhya 
Həlvaidən  belə  eşitdiyini  deyirdi:  Əbül-Əzhər,  Sənandan  qayıdanda  və  bu  hədisi  Bağdad  əhlinə  danışanda 
Yəhya  ibn  Müin  onu  qəbul  etmədi  və  “belə  deyildir”  –  dedi.  Sonra  məclisin  sonunda  soruşdu:  Bu  hədisi 
Əbdür-Rəzzaqdan  nəql  edən  o  yalançı  Nişaburi  haradadır?  Əbül-Əzhər  ayağa  qalxdı  və  dedi:  Buradadır, 
mənəm. Yəhya ibn Müin onun sözü və ayağa qalxmasına güldü və yanına çağırıb soruşdu: Əbdür-Rəzzaq bu 
hədisi necə oldu ki, yalnız sənə dedi, başqasına yox? Əbül-Əzhər dedi: Ey Əbu Zəkəriyya, mən Sənana daxil 
olduğum vaxt, Əbdür-Rəzzaq yox idi. Olduğu uzaq kəndə getdim, halbuki xəstə idim. Ora çatdıqda məndən 
Xorasanın  vəziyyətini  soruşdu.  Mən  də  ona  danışdım.  Ondan  hədisləri  qeydə  aldım  və  birlikdə  Sənana 
qayıtdıq.  Onunla  vidalaşmaq  istəyəndə  dedi:  Sənin  mənim  boynumda  haqqın  var,  mən  səndən  başqa  heç 
kəsin eşitmədiyi bir hədisi sənə danışaram. Sonra Allaha and olsun ki, bu hədisi mənə eynilə danışdı. Yəhya 
ibn Müin onu təsdiq etdi və ondan üzr istədi.”  
 Zəhəbi  “Təlxis”də  onu  danışanların  “vəsaqət”ini  (düzgünlüyünü)  ümumi,  Əbül-Əzhərin  vəsaqətini  isə 
xüsusi şəkildə aydınlaşdırmışdır. Amma bununla belə hədisin düzgünlüyünə şəkk etmiş, onun əleyhinə boş 
sözlərdən başqa bir dəlil gətirməmişdir. Amma Əbdür-Rəzzaqın susması zülmkarların qorxusundan idi. Belə 
ki,  Səid  ibn  Cübeyr  də  Malik  ibn  Dünyadan  Allahın  rəsulunun  bayraqdarı  barəsində  soruşanda  həmin 
qorxunu hiss edirdi. Malikə xüsusi baxışla nəzər yetirib dedi: Sən deyəsən, arxayın adamsan ki, belə suallar 


 
146 
21. Peyğəmbər (s) buyurub: “Ey Əli, xoş o adamın halına ki, səni sevir və sənin haqqında 
doğru danışır və vay o şəxsin halına ki, sənin düşmənin ola və sənin haqqında yalan danışa!” 
Hakim “Müstədrək”in 3-cü cüzünün 135-ci səhifəsində onu vermiş və sonra demişdir: Bu 
hədis sənəd baxımından düzgündür. Amma Buxari və Müslim onu verməmişdir.  
22. Peyğəmbər (s) buyurdu: 
«
 ْلحـف  ّبيحر نّحدحعحو تيَّلا مدْلُْلا حةَّنحج حنُكْسحي حو يـتحتْيحم حتوُحيم حو تيايحح ييْحَ ْنحا حدارحا ْنحم
 َّلحوحتحي
ةحللاحض  مفي مكحلمخدُي نحل  حو يحدُه نمم  ْمُكحجمرُْيُ نحل هَّنماحف  ٍبملاطيبحا  حنْب  َّيملحع
»
  “Kim  həyatının  mənim  həyatım, 
ölümünün  mənim  ölümüm  kimi  olmasını  və  Allahın  mənə  vəd  etdiyi  əbədi  behişt  sakini 
olmasını  istəyirsə,  gərək  Əli  ibn  Əbu  Talibin  vilayətini  qəbul  etsin.  Çünki,  o  heç  vaxt  sizi 
doğru yoldan çıxarmaz, yolunuzu azmağa qoymaz.”
1
 
23.  Peyğəmbər  (s)  buyurur:  “Mənə  iman  gətirən  və  məni  təsdiq  edən  şəxsə  Əli  ibn  Əbu 
Talibin  vilayətini  sifariş  və  tövsiyə  edirəm.  Beləliklə,  onun  vilayətini  qəbul  edən,  mənim 
vilayətimi qəbul etmiş və mənim vilayətimi qəbul edən Allahın vilayətini qəbul etmişdir. Onu 
sevən məni sevmiş, məni sevən Allahı sevmişdir, ona düşmənçilik edən, kinini ürəyinə salan 
şəxs, Allahın düşmənçiliyinə ürəyində yer vermişdir.”
2
 
24. Peyğəmbər (s) buyurdu: “Həyatının mənim həyatım və ölümünün mənim ölümüm kimi 
və  cənnət  bağlarında  sakin  olmasını  istəyən  şəxs  məndən  sonra  Əlinin  vilayətini  qəbul  edib 
məndən  sonra  Əhli-beytimə  iqtida  etməlidir.  Onlar  mənim  ailəmdir,  mənim  “tinət”imdən 
yaranmış,  mənim  dərrakəm  və  biliyimi  Allah  onlara  vermişdir.  Ümmətimdən  onların ağıl  və 
üstünlüklərini  təkzib  edən,  mənim  onlarla  bağlılığımı  qıran  adamların  vay  halına!  Allahın 
şəfaəti onlara çatmayacaq.” 
25.  Peyğəmbər  (s)  buyurdu:  “Həyatını  mənim  həyatım,  ölümünü mənim  ölümüm kimi  və 
behiştə  daxil  olmağı  istəyən  şəxs  məndən  sonra  Əlinin  və  onun  övlarının  vilayətini  qəbul 
etməlidir. Onlar sizi hidayət qapısından xaric etməz və azdırmazlar.”
3
 
26. Peyğəmbər (s) Əmmara buyurdu: “Ey Əmmar, əgər Əlinin bir yol, camaatın isə başqa 
bir  yolla  getdiyini  görsən,  Əli  ilə  get.  O,  səni  alçaqlığa  dəvət  etməz,  hidayət  yolundan 
çıxartmaz.”
4
 
27.  Əbu  Bəkrin  hədisində  deyilmişdir  ki,  Peyğəmbər  (s)  buyurdu:  “Mənim  ovcum  və 
Əlinin ovcu ədalətlə bərabərdir.”
5
 
28. Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: “Bu peyvəndə və ona həyat yoldaşı olmağa razı 
deyilsənmi? Allah yer əhlinə nəzər saldı və iki nəfəri seçdi, biri atan, o birisi həyat yoldaşın.”
6
 
29. Peyğəmbər (s) buyurdu: 
«
 ُي ُّيملحع اي  حكمب حو يمداْلَا ٌّيملحع حو ُرمذْنُمْلا احنحا
يدْعحـب ْنمم حنودحتْهُمْلا يدحته
»
 “Mən 
(Allahın  əzabından)  qorxudanam,  Əli  isə  hidayət  edəndir.  Ey  Əli,  məndən  sonra  hər  kəs 
hidayət olsa, sənin vasitənlə hidayət olar.”
7
 
                                                                                                                                                   
verirsən.  Malik  hirslənib,  qardaşlarına  şikayət  etdi.  Onlar  üzr  istəyib  dedilər:  O,  Həccacdan  (zalım  vali) 
qorxub demir ki, Allahın rəsulunun bayraqdarı Əli ibn Əbu Talib idi.”  
 Hakim onu “Müstədrək”in 3-cü cildinin 137-ci səhifəsində nəql etmiş, sonra demişdir: “Bu hədisin əsnadı 
(sənədləri) düzgündür.” Amma Buxari və Müslim onu verməmişlər. 
1
 Bu hədis 10-cu məktubda verilmişdir. 
2
 Bu hədisi də 10-cu məktubda verdik. Onun və əvvəlki hədis haqqında oradakı izahata baxın. 
3
 Bu hədis və əvvəlki hədis haqqında 10-cu məktubda verdiyimiz izahata baxın. 
4
  Deyləmi  Əmmar  və  Əbu  Əyyubdan  onu  nəql  etmiş,  necə  ki,  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  156-cı 
səhifəsinin əvvəlində verilmişdir. 
5
 Bu, “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsində verilən 2539-cu hədisdir. 
6
 Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində onu vermiş, çoxlu “sünən” yazanlar onu nəql etmiş 
və düzgün bilmişlər. 
7
 Deyləmi İbn Abbasdan onu nəql etmişdir ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsindəki 2631-ci 
hədisdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə