Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə67/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   63   64   65   66   67   68   69   70   ...   118

 
164 
Həmçinin,  onun  təvatürünə  dəlalət  edən  şahidlərdən  Əbu  İshaq  Sələbinin  “Məaric” 
surəsinin təfsirində iki mötəbər sənədlə verdiyi hədisdir: “Elə ki, Allahın rəsulu (s) Qədir-xum 
günü camaatı bir yerə yığdı, Əlinin əlindən tutub buyurdu: Mən kimin mövlasıyamsa, bu (Əli) 
onun  mövlasıdır.  Bu  xəbər  hər  yerə  yayıldı  və  Haris  ibn  Nöman  Fehriyə  çatdı.  O,  Allah 
rəsulunun  yanına  gəldi  və  dəvədən  düşüb,  onu  bir  yerə  bağladı.  Sonra  üzünü  Peyğəmbərə 
tutub  dedi:  Ey  Məhəmməd,  bizə  əmr  etdin  ki,  Allahın  birliyinə  şəhadət  verək  elədik,  dedin, 
Allahın  rəsulusan,  qəbul  etdik,  əmr  verdin  gündə  beş  dəfə  namaz  qılaq,  səndən  qəbul  etdik, 
zəkatı  əmr  etdin,  qəbul  etdik,  ramazan  ayının  orucunu  əmr  etdin,  qəbul  etdik,  həcc  əmri 
verdin,  eşitdik  və  itaət  etdik.  Yenə  də  bunların  hamısına  razı  olmadın,  axırda  əminoğlunun 
əlindən tutub, onu bizim hamımızdan üstün etdin və dedin: 
«
 حـف ُهلاْوحم ُتْنُك نم
هلاْوحم ٌّيلحع
»
 Mən kimin 
mövlasıyamsa,  bu  (Əli)  onun  mövlasıdır.  Bu  əmr  öz  tərəfindən  idi,  ya  Allah  tərəfindən? 
Peyğəmbər  (s)  buyurdu:  And  olsun  o  Allaha  ki,  bu  fərman  onun  tərəfindəndir.  Haris  geri 
döndü  və  dəvəsinə  tərəf  hərəkət  edərək  dedi:  Ey  Pərvərdigar,  Məhəmmədin  dedikləri 
həqiqətdirsə,  göyün  daşlarını  üstümüzə  yağdır  və  ya  bizə  ağır  əzab  göndər.  Hələ  dəvəsinə 
çatmamışdı ki, Allah bir daş göndərdi və onun başına dəydi. Sonra Allah bu ayəni nazil etdi:
 
 حعمب ٌلمئاحس  حلحأحس
جمراحعحمْلا يمذ مهَّللا  حنِّم ٌعمفاحد ُهحل  حسْيحل  حنيرمفاحكْلِّل  ٍعمقاحو  ٍباحذ
  “(Kafirlərdən)  biri  vaqe  olacaq  əzab 
barədə  soruşdu.  (O  əzabı)  kafirlərdən  dəf  edə  biləcək  bir  kimsə  yoxdur!  (O  əzab  yüksək) 
dərəcələr  sahibi  olan
 
Allahdandır!”  Bu,  hədisin  eyni  sözləri  idi.
1
  Tanınmış  sünni 
şəxsiyyətlərindən bir çoxu bu hədisi mübahisəsiz qəbul etmişlər.
2
 Vəssalam. 
“Ş” 
                                                 
1
  Sələbi  onu  Əllamə  Şəblənci  Misri  kimi  tanınmış  sünnilərdən  bir  neçəsindən  “Nurül-Əbsar”  kitabında 
Əlinin şərhi-halında nəql etmişdir. 
2
 “Sireyi-Hələbi”, 3-cü cild, səh. 214. 


 
165 
ƏLLİ YEDDİNCİ MƏKTUB 
25 Məhərrəm 1330 
1. “Qədir” hədisinin təvili. 
2. Bu mətləblərin qərinə və şahidi. 
 
1.  Səhabənin  əməllərini  doğru  bilməyimiz  səbəb  olur  ki,  “qədir”  hədisini  təvil  edək,  istər 
hədis  mütəvatir  olsun,  istər  qeyri-mütəvatir.  Çünki,  sünnilər  mövla  sözünün  Qurani-kərimdə 
bir çox mənada işləndiyini söyləmişlər: Bəzən layiq mənasındadır. Bu ayədə kafirlərə xitabən 
işləndiyi  kimi:  “Sizin  yeriniz  atəşdir  və  o  sizə  layiqdir.”
1
  Bəzən  “nasir”,  “köməkçi” 
mənasındadır:  “Bu  ona  görə  ki,  Allah  iman  gətirənlərin  himayədarıdır.  Kafirlərin  isə  dostu 
(himayədarı) yoxdur!”
2
 Bəzən də “varis” mənasında işlənmişdir: “Ata, ana və yaxın adamların 
qoyub  getdikləri  maldan  hər  biri  üçün  varis  təyin  etdik.”
3
  Yenə  Zəkəriyyanın  dilindən 
Quranda  verildiyi  kimi:  “Mən  özümdən  sonra  varislərimdən  qorxuram.”
4
  “Sədaqətli” 
mənasında da işlənmişdir: “O gün dostlar bir-birlərinin hayında olmayacaqlar.”
5
 
Əlbəttə,  “vəli”  sözü  işlərdə  irəli  (üstün)  mənasında  da  işlənir.  Necə  ki,  deyirik: 
«
 ُّمليحو ٌّنلاُف
رمصاقْلا
»
 “Filankəs divanənin vəlisidir – onun işlərində təsərrüf etməyə özündən layiqdir. Eləcə 
də nasir (köməkçi), məhbub (dost) mənasında da işlənmişdir. 
Sünnilər deyirlər ki, bəlkə Peyğəmbərin (s) o sözündən məqsədi bu olmuşdur: 
«
 ُهحرمصان ُتْنُك نحم
 حكملذحك ًاّيملحع َّنماحف ُهـحبيبح ْوحا حهقيدحصْوحا
»
 “Mən kimin köməkçisi, dostuyamsa, Əli də belədir.” Bu məna isə 
üç xəlifənin, saleh sələfin kəramət və əzəməti ilə müvafiq gəlir.  
2. Buna şahid olaraq hədisin məqsədini göstərmək olar. Bir hədisdə var ki, Əli ilə Yəməndə 
olanlar  ondan  (Allah  xatirinə)  tələbkarlıq  görüb,  onun  dalınca  danışmış  və  ona  irad 
tutmuşdular. Buna görə, Peyğəmbər (s) “qədir” günü imamı təriflədi, onun fəzilətlərini saydı 
ki,  onun  calalını  müsəlmanlara  açıqlasın  və  haqqında  pis  danışanları  rədd  etsin.  Bu  sözün 
şahidi odur ki, Allahın rəsulu (s) xütbəsində Əli haqqında xüsusi olaraq 
«
 ُهُّيلحو ٌّيلحعحـف ُهُّيلحو ُتْنُك نحم
»
 
və Əhli-beyti haqqında isə ümumi olaraq buyurdu: 
«
يـتيحب حلْهحا تيحْترمع حو مللها  حباتمك مْينحلحقَّثلا ُمُكيف  ٌكمرات  ّنّإ
»
 
“Mən sizin yanınızda iki qiymətli şey qoyuram. Allahın kitabı və Əhli-beytim.” 
Deməli, bu iş onun özünün şəxsi hörmətini hifz etmək üçün olan bir vəsiyyət imiş. Çünki o 
həzrətin  hörmətinin  xüsusi  şəkildə  Əlidə  və  ümumi  şəkildə  Əhli-beytində  qorunması  belə 
mümkün  idi.  Elə  buna  görə  də  sünnilər  deyirlər  ki,  bu  hədisdə  (“qədir”  hədisi)  xilafətə 
vəsiyyət və imamətə dəlil yoxdur. Vəssalam. 
“S” 
                                                 
1
 “Hədid”, ayə 15. 
2
 “Məhəmməd”, ayə 11. 
3
 “Nisa”, ayə 33. 
4
 “Məryəm”, ayə 5. 
5
 “Duxan”, ayə 41. 


 
166 
ƏLLİ SƏKKİZİNCİ MƏKTUB 
27 Məhərrəm 1330 
1. “Qədir” hədisinin təvili mümkün deyildir. 
2. Təvilə” qərinə”yazmaq boşboğazlıq və fitnəkarlıqdır. 
 
1. Mən bilirəm ki, qəlbiniz zikr etdiyinizə inanmır və razı deyil Sizin canınız və ruhunuzun 
ona  meyli  yoxdur.  Çünki,  siz  Allahın  rəsulunun  (s)  qiymətini  bilir,  o  həzrətin  həm  nitqinin 
hikməti,  həm  isməti,  həm  nübüvvətinin  başa  çatmasını,  həm  də  müdriklərin  sərvəri  və 
ənbiyanın sonuncusu olmasını gözəl dərk edirsiniz. Və həm də bilirsiniz: 
ىحوحْلَا منحع ُقمطنحي احمحو
 
 حوُه ْنمإ
ىححوُي ٌيْححو  َّلامإ
  حع
ىحوُقْلا ُديمدحش ُهحمَّل
 “O, həvayi-nəfs üzündən söz demir. Yalnız ona vəhy olunanı deyir. 
Qüdrətli şəxs ona təlim vermişdir.” (Nəcm, ayə 3-4-5) 
İndi  isə  əgər  yadlar  sizdən  “qədir”  günü  barəsində  soruşsalar  ki,  nə  üçün  sizin 
Peyğəmbəriniz  minlərlə  adamı  o  gün  hərəkətdən  saxladı?  Nə  üçün  şiddətli  istidə  o  qədər 
insanı bir yerə topladı? Nə üçün qabaqda gedənlərə qayıtmaq fərmanı verdi və səbir etdi ki, 
geri  qalanlar  da  onlara  çatsın  və  o  susuz,  quru  səhrada  minikdən  düşsünlər?  Sonra  ayrılıq 
məhəlli  olan  məkanda  (Allah  tərəfindən)  xütbə  oxumağı,  orada  olanların  olmayanlara  bu 
xəbəri yetirməyi tapşırmağı və sözün əvvəlində öz ölümündən xəbər verməyi nəyə görə idi? 
Tezliklə  Pərvərdigarımın  nümayəndəsi  (Əzrail  (ə))  mənim  ardımca  gələcək  və  mən  onun 
dəvətini  qəbul  etmişəm.  Mən  məsulam,  siz  də  məsulsunuz  və  dindiriləcəksiniz”  sözləri  ilə 
doğrusu, Peyğəmbər (s) hansı hökmün təbliği haqqında onları sorğu-suala çəkirdi? Və ümmət 
hansı əmrə itaət haqqında soruşulacaqdı? Nə üçün tövhidi yada salaraq onlardan soruşdu: “Siz 
Allahın  vahidliyinə  şəhadət  vermirsinizmi?  Şəhadət  vermirsinizmi  ki,  Məhəmməd  onun  qulu 
və  rəsuludur  və  behişt  haqdır,  atəş,  ölüm,  ölümdən  sonra  dirilmə  haqdır,  qiyamət  olacaqdır, 
onda şübhə yoxdur və Allah qəbirdə olanları dirildəcək?” Hamı dedi: “Bəli, şəhadət veririk.” 
Doğrusu, nə üçün belə rəftar etdi? Nə üçün bu suallardan sonra, dərhal, Əlinin əlini tutdu və 
hətta  o  qədər  qaldırdı  ki,  paltarının  və  qolunun  altının  ağartısı  göründü?  Sonra  dedi:  “Ey 
insanlar, Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam.” Nə üçün “möminlərin 
mövlasıyam”  sözünü  “mən  onların  özlərindən  onlara  yaxınam”  ilə  təfsir  etdi?  Nə  üçün  bu 
təfsirdən sonra 
«
هلاوم اذهف هلاوم ُتنك نمف
»
 və ya 
«
و هلااو نم لاو مهللا هّيلو اذهف هّيلو ُتنك نم
 
و هاداع نم داع
 
و هرصن نم رُصنا
 
م لُذخا
هلذخ ن
»
 
– dedi? Nə üçün imamlar və doğru xəlifələrdən başqasına layiq 
olmayan bu duaları yalnız ona həsr etdi? Hansı məsələyə görə sözündən əvvəl onlardan etiraf 
istədi  –  “Məgər  mən  sizə  sizin  özünüzdən  yaxın  deyiləmmi?  Onlar  cavab  verdilər:  “Bəli.” 
Sonra  buyurdu: 
«
هلاوم  اذهف  هلاوم  ُتنك نمف
»
  və  ya 
«
هّيلو اذهف هّيلو  ُتنك نم
»
.  Nə  üçün  Əhli-beyti 
Allahın  kitabı  ilə  bir  cərgədə  və  bir  vəzndə  qiymətləndirdi?  Niyə  Əlini  hesab  gününə  qədər 
ağıl  sahiblərinin  rəhbəri  və  müqtədası  etdi?  Doğrusu,  hikmətli  Peyğəmbərin  (s)  burada  olan 
bütün səyi nə üçün idi? Bu qədər təqdimata ehtiyac olan o mühüm iş nədən ötrü idi? Onun o 
vəziyyətdə  belə  bir  səhnə  yaratmasında  məqsədi  nə  idi?  O  hansı  fərman  idi  ki,  Allah  onun 
hamıya çatdırılması əmrini bu şəkildə istəmişdi? 
احهُّـيحأ احي
 
 احمحف ْلحعْفحـت َّْلَ نمإحو حكِّبَّر نمم حكْيحلمإ حلمزنُأ احم ْغِّلحـب ُلوُسَّرلا
 مساَّنلا حنمم حكُممصْعحـي ُهّللاحو ُهحتحلاحسمر حتْغَّلحـب “
Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. 
Əgər  (bunu)  etməsən,  (Allahın)  risalətini  (peyğəmbərlik  vəzifəsi)  yerinə  yetirmiş  olmazsan. 
Allah  səni  insanlardan  qoruyacaq.”  O  hansı  əmr  idi  ki,  əgər  onu  təbliğ  etməsəydi,  Allahın 
risalətini yerinə yetirməmişdir? Bu nə iş idi ki, Allah bu qədər ona təkid etmiş, belə ki, onun 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə