Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə68/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   64   65   66   67   68   69   70   71   ...   118

 
167 
təbliğində  olan  həyəcan  bir  növ  təhdidə  (hədə-qorxuya)  oxşayırmış?  O  nə  vəzifə  idi  ki, 
Peyğəmbər  (s)  onun  təbliğində  fitnə  xofu  və  qorxusu  keçirirmiş  və  xüsusilə,  münafiqlərin 
əziyyətindən qorunmaq üçün Allah tərəfindən nazil olan bəyana ehtiyacı var imiş? 
Doğrusu, əgər yadlar sizə bu sualları versəydilər, cavabında deyəcəkdiniz ki, əziz və cəlallı 
Allahın və rəsulunun (s) məqsədi Əlinin qələbəsi, müsəlmanlara köməyi və onlara qarşı onun 
sədaqət  və  dostluğunun  bəyanı  idi,  vəssəlam?  İnanmıram  siz  özünüz  bu  cavablarla 
razılaşasınız  və  güman  etmirəm  ki,  onu  böyük  Allaha  və  peyğəmbərlərin  sonuncusuna  layiq 
biləsiniz.  Bəs  siz  fikirləşmirsiniz  ki,  Peyğəmbər  (s)  bütün  səy  və  əzmini  bəyana  ehtiyac 
olmayan  bir  şeyə  sərf  etsin  və  elə  məsələyə  toxunsun  ki,  tamamilə  bədihi  və  gün  kimi 
aydındır? Şübhəsiz, siz Peyğəmbəri hər bir nöqsandan münəzzəh (pak) bilirsiniz. Şübhəsiz, siz 
o  həzrəti  ismətli,  xəta  və  səhvdən  uzaq  bilirsiniz.  Böyük  Allah  buyurmuşdur:  “Bu  (Qur’an 
Allah  dərgahında)  çox  möhtərəm  olan  bir  elçinin  gətirdiyi  kəlamdır.  (Elə  bir  elçi  ki,)  çox 
qüvvətlidir;  ərşin  sahibi  (Allah)  yanında  çox  hörmətlidir  (izzətlidir).  (Elə  bir  elçi  ki,)  itaət 
ediləndir,  həm  də  (Allah yanında  vəhyə)  e’tibarlı müvəkkildir.  (Ey  Məkkə  əhli!)  Həqiqətən, 
sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!”
1
 Bütün bu vəsflərdən sonra onu çox 
aydın  şeyləri  bəyan  etməkdə  ittiham  etmək  olarmı?  Allah  və  Peyğəmbəri  belə  şeylərdən 
yüksəkdədirlər və o isti səhrada Peyğəmbərin (s) məqamına münasib və “qədir” günündə onun 
sözü  və  işinə  layiq  olan  yeganə  məqsəd  Allah  “əhd”inin  təbliği  və  xalqa  çatdırılması  – 
özündən sonra olan canişinin təyini idi. 
Allah şahiddir ki, Peyğəmbərin (s) o gün Əlinin vəliəhdliyi və imamlığını təyin etməkdən 
başqa  bir  məqsədi  olmamışdır.  Beləliklə,  bu  hədisin  qərinələri  (şahidləri)  Əlinin  xilafətinə 
aydın  dəlildir  və  təvilə  qabil  deyildir.  Və  onu  inkar  etmək  üçün  heç  bir  yol  yoxdur.  Bu,  ağlı 
olan, eşidən və görən adam üçün aydın məsələdir.  
2. Dəlil gətirənlərin güman etdikləri qərinə də yalandır və həqiqəti gizlətmək, onu yalanla 
qarışdırmaq  üçün  bir  bəhanədir.  Çünki,  Peyğəmbər  (s)  Əlini  iki  dəfə  Yəmənə  göndərmişdir. 
Birinci  dəfə  hicri  8-ci  ildə  oldu  və  boşboğazlar  aranı  vurmağa  başladılar.  Mədinəyə 
qayıdandan sonra Peyğəmbərə ondan şikayət etdilər və Peyğəmbər çox narahat oldu və onların 
sözünü qətiyyətlə rədd etdi. Belə
2
 ki, bir daha onun haqqında belə sözlər danışmadılar. İkinci 
dəfə hicrətin 10-cu ilində baş verdi. Peyğəmbər (s) özü ona bayraq verib, öz mübarək əli ilə o 
həzrətin başına əmmamə qoydu və buyurdu: “Hərəkət et və heç nəyə fikir vermə.” Və o, doğru 
yolla  başı  uca,  şərəflə  hərəkət etdi  və  Peyğəmbərin  fərmanını  yerinə  yetirdi.  Sonra  həccətül-
vidada  Allahın  rəsuluna  qoşuldu  və  həccin  niyyətini  Peyğəmbər  kimi  etdi  və  Peyğəmbərin 
əməlinə uyğun ehram bağladı. Çünki Peyğəmbər (s) onu özünə qurbanda şərik etdi. Bu dəfə 
heç kəs Peyğəmbərə onun haqqında bir söz demədi və heç bir boşboğaz onun haqqında pis söz 
danışmadı. Bundan sonra kim deyər ki, “qədir” hədisi etiraz edənlərin sözünə xatir və ya belə 
adamları rədd etmək üçün deyilmişdir? Həmçinin, Əlidən (ə) cüzi şikayətə görə Peyğəmbərin 
(s)  bu  qədər mədh  və  səna  deməyinə  ehtiyac  vardımı,  özü  də  belə  şəkildə,  dəvə  yüklərindən 
minbər hazırlansın və nə qədər təqdimat söyləsin?! “Nəuzubillah”, o həzrətin sözündə, işində 
və  məqsədlərində  əsla  bihudəlik  olmamışdır.  Heç  vaxt!  Bu  cür  işlər  onun  hikmət  və 
vuqarından  uzaqdır.  Böyük  Allah  onun  haqqında  buyurur:  “Bu  (Qur’an)  çox  möhtərəm  bir 
elçinin 
)
Allahın ona nazil etdiyi) sözüdür! O, şair sözü deyildir! Nə az inanırsınız! O, kahin 
sözü də deyildir! Nə az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.”
3
 Əgər 
Peyğəmbər  yalnız  o  həzrətin  fəzilətlərini  açıqlamaq  və  müxaliflərinin  sözünü  rədd  etmək 
istəsəydi, deyərdi: 
«
 وُذْؤُـت لاحف يـتْيحـب  ملْهحا ُدِّيحس حو يدْلُو وبحا حو يرْهمص حو يّمحع ُنْبا اذه
 مهيف نّ
»
 “Bu mənim əmim 
                                                 
1
 “Təkvir”, 19-22. 
2
 36-cı məktubda verildiyi kimi. Oradakı izahı əldən vermə. 
3
 “Əl-haqqə”, 40-43 


 
168 
oğlu, kürəkənim, övladlarımın atası və Əhli-beytimin seyyididir. Onu incitməklə məni narahat 
etməyin.” Və onun fəzl  və ləyaqətinin böyüklüyünə dəlalət edən bu kimi söz deyərdi. Bütün 
bunlardan  əlavə,  hədisin  sözlərindən  də  elə  bu  dediklərimiz  başa  düşülür.
1
  Hətta  Həzrət  (s) 
onu  hər  hansı  səbəbə  görə  də  söyləmiş  olsa,  axırı ki,  sözlərin  zahiri  dediyimiz  mənanı  verir, 
daha onun səbəbi əhəmiyyət daşımır (diqqət edin). O ki qaldı Peyğəmbərin “qədir” hədisində 
Əhli-beytin zikrinə, artıq bu dediyimiz mənaya aşkar sübutdur. Belə ki, onları Quranla bərabər 
tutmuş, onları insanların rəhbər və pişvası hesab etmiş və buyurmuşdur: 
«
 ام مْينحلْقِّثلا مُكيمف  ٌكمرات  ّنّما
يـتْيحـب حلْهحا تيحْترمع حو مللها  حباتمك اُوّلمضحت ْنحل همب ْمُتْكَّسححتَ ْنما
»
 “Mən sizin yanınızda iki qiymətli şey qoyuram ki, 
əgər ona bağlansanız heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və Əhli-beytim.” O həzrət 
belə  etdi  ki,  ümmət  bilsin  ki,  ondan  sonra  bu  ikisindən  qeyrisin  hidayətçi  ola  bilməz  və  bu 
ikisindən  başqasına  arxalanmasınlar.  Pak  Əhli-beyt  imamlarına  tabeliyin  vacibliyinə  dəlalət 
üçün yalnız bu kifayətdir ki, onları Allahın kitabı ilə bir cərgədə hesab etmiş və heç vaxt batil 
onlara  yol  tapa  bilməz.  Deməli,  Allah  kitabına  əks  olan  kitaba  müraciət  etməyin  cayiz 
olmadığı  kimi,  Əhli-beyt  imamlarının  hökmünə  müxalif  olan  imam  və  rəhbərlərə  müraciət 
etmək  də  cayiz  deyildir.  Peyğəmbər  buyurub: 
«
ايمضحقنحي  ْنحل امُهَّـنمّماحف
»
 
və  ya 
«
  َّيلع ادمري  ّتيح افحترْفحـي  ْنحل
ضْولْا
»
 
Həzrətin “Bu ikisi bir-birindən ayrılmayacaqlar. Kövsər hovuzunun kənarında mənim 
yanıma gələnə qədər” – sözü yer üzünün Allah rəsulundan sonra Quranla eyni səviyyədə olan 
imam və pişvalardan xali olmadığına bir dəlildir. Bu hədis ətrafında dərindən fikirləşən şəxs 
bilər ki, xilafət  yalnız imamlara məxsusdur. Bu deyilənləri imam Əhmədin “Müsnəd”indəki
2
 
Zeyd  ibn  Sabitin  Allahın  rəsulundan  (s)  nəql  etdiyi  hədis  də  sübut  edir: 
«
  مْينحتحفيلحخ مُكيف  ٌكمرات  ّنّما
 ْنحل امُهَّـنماحف يـتْيحـب حلْهحا تيحْترمع حو  مضْر ْلأا  حليما ءامَّسلا حنمم ٌدوُدْحمَ ٌلْبحح مللها  حباتمك
 
ضْولْا ّيلع ادري  ّتيح افحترْفحـي
»
 “Mən sizin 
aranızda  iki  xəlifə  qoyuram:  ip  tək  göydən  yerə  endirilmiş  Allahın  Kitabı  və  Əhli-beytim. 
Onlar  Kövsər  hovuzunun  kənarında  mənim  yanıma  varid  olana  qədər  bir-birindən 
ayrılmayacaqlar.”  Bunun  özü  Əhli-beyt  imamlarının  xilafətinə  sübutdur.  Siz  bilirsiniz  ki, 
Əhli-beytə  tabeçiliyin  vacibliyi  “nəss”i  elə  Əliyə  tabeçiliyin  vacibliyi  “nəss”idir.  Çünki  o, 
Əhli-beytin seyyidi və onların rəhbəridir. 
Buna görə də “qədir” hədisi və onun kimiləri əvvəldə birbaşa Əliyə (ə) aid olur: bəzən ona 
görə  ki,  o,  Allah  və  rəsulu  (s)  tərəfindən  Quranla  bir  səviyyədə  nəzərə  alınmış  imam  kimi, 
bəzən də, özünün böyük şəxsiyyəti baxımından, çünki o, vəlisi Peyğəmbər olan hər bir şəxsin 
vəlisidir. 
Vəssalam. 
“Ş” 
                                                 
1
 Xüsusilə, ona işarə olunan əqli və nəqli qərinələr olmaqla. 
2
 5-ci cildin 122-ci səhifəsinin əvvəli.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə