Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə65/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   61   62   63   64   65   66   67   68   ...   118

 
160 
O  gün  Peyğəmbər imamət  və  xilafətin  Əliyə  (ə)  verilməsi əhdini  birbaşa  risalətin tamamı 
yönündə təbliğ edəndən sonra Allah bu ayəni nazil etdi: 
  متيحمْعمن ْمُكْيحلحع ُتْمحْتَحأحو ْمُكحنيمد ْمُكحل ُتْلحمْكحأ حمْوحـيْلا
اًنيمد حمحلاْسملإا ُمُكحل ُتيمضحرحو
 “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa 
çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim.”
1
 Bəh, bəh! Bu Allahın fəzlidir ki, 
onu  istədiyinə  verər.  Bu  ayələrə  diqqət  yetirən  hər  bir  kəs  Allahın  bu  inayətlərinin 
müqabilində itaətkar olacaqdır.  
3.  Bir  halda  ki  Allahın  inayəti  belədir,  demək,  Peyğəmbərinin  də  inayətinin  belə  olması 
şübhəsizdir.  Çünki,  əcəli  yaxınlaşanda  və  vəfatının  xəbəri  ona  veriləndə,  Allahın  əmri  ilə 
“həcci-əkbər”də  hamının  gözü  qarşısında  Əlinin  vilayət  xəbərini  vermək  qərarına  gəldi.  Nə 
Məkkədə  “inzar”  günündə  “yövmüd-dar”  nəssiylə,  nə  də  dalbadal  verdiyi  xəbərlərlə 
kifayətlənmədi.  Həcc  mövsümü  çatmamışdan  əvvəl  camaata  elan  etdi  ki,  o,  bu  il  həccə 
gedəcək və bu “həccətül-vida” olacaq. Adamlar hər dağdan, dərədən onun yanına gəldilər. O 
həzrət yüz min, ya daha çox adamla Mədinədən xaric oldu.
2
 Ərəfatda dayanandan və camaat 
orada toplaşandan sonra Peyğəmbər (s) belə nida etdi: 
«
 وا انا لاا يـنع يِّدحؤُـي لا و ّيلع نم انا و يـنم ّيلع
 ّيلع
»
  “Mənim  tərəfimdən  olan  hər  bir  mətləbi  özümdən  və  ya  Əlidən  başqası  təbliğ  etmir.”
3
 
Karvan Xum vadisinə çatanda “Ruhül-Əmin” (Cəbrail (ə)) nazil olub Allah tərəfindən “təbliğ” 
ayəsini gətirdi ki, bu vaxt, Həzrət (s) dəvədən endi. Nəhayət, geridə qalanlar da gəlib çatdılar 
və irəlidə olanlar geri döndülər. Hamı toplaşandan sonra onlarla namaz qıldı və sonra xütbə 
oxuyub  və  Əlinin  (ə)  vilayət  “nəss”ini  elan  etməyə  başladı  ki,  ondan  bir  parçanı  yazdım. 
Bundan  əlavə  eşitmədiklərin  də  düzgündür  ki,  eşitdiklərin  sənə  kifayət  edər.  Bu  məsələni  o 
gün Peyğəmbərlə (s) olan hər kəs bildi və başqalarına da çatdırdı. Dediyim kimi, 100 mindən 
çox cəmiyyət müxtəlif yerlərdən gəlmiş ki, “qədir” hadisəsinin təvatürünü tələb edir (hərçənd, 
onun  nəql  olunması  yolunda  maneələr  də  mövcud  idi).  Bundan  başqa,  Əhli-beyt  imamları 
tərəfindən də üsullar işlənmişdir ki, onun intişarı və yayılmasını tələb edir.  
4.  Möminlərin  əmirinin  (ə)  xəlifəliyi  günlərində  buyurduğu  bu  sözə  diqqət  yetirməyin 
kifayətdir.  O,  camaatı  Rəhəbədə  (Kufənin  məhəllələrindən  biri)  toplayanda  dedi: 
“Peyğəmbərdən  (s)  Qədir-xum  günü  hər  hansı  bir  mətləbi  eşidən  müsəlmanı  and  verirəm, 
ayağa qalxsın və eşitdiklərinə şəhadət versin. Amma o həzrətiöz gözləriylə görüb, qulaqlarıyla 
onun  sözünü  eşitmiş  adamdan  başqası  ayağa  qalxmasın.”  Səhabələrdən  otuz  nəfəri  ayağa 
qalxdı ki, onların on ikisi “Bədr mücahidləri”ndən idi. Hamısı şəhadət verdilər ki, Peyğəmbər 
(s)  Əlinin  əlindən  tutub  onlara  belə  buyurdu:  “Bilirsinizmi  ki,  mən  möminlərə  özlərindən 
yaxınam?” Dedilər: Bəli. Peyğəmbər (s) buyurdu: 
«
.. هلاْوحم ٌّيلحع اذهحف ُهلاْوحم ُتْنُك نم
».
 “Mən mövlası 
olduğum hər kəsin mövlası Əlidir! Ey Allahım, Əlini sevəni sev, düşmən olana düşmən ol!” 
Yaxşı  bilirsiniz  ki,  30  nəfər  səhabənin  yalan  danışmaqda  qruplaşması  (xüsusilə,  elə  bir 
şəraitdə)  ağlasığmazdır.  Buna  görə,  onların  şəhadətindən  sonra  təvatürün  hasili  qətidir  və 
bunda heç bir şübhə yoxdur. Bu hədisi Rəhəbədə olan hər bir kəs onlardan eşitmiş və yadda 
                                                 
1
 Maidə, ayə 3. Əhli-beyt tərəfindən dediklərimiz haqqında düzgün xəbərlər təvatür şəkildə çatmış və burada 
şübhə yoxdur. Baxmayaraq ki, Buxari bu ayənin Ərəfə günü nazil olduğunu nəql etmiş, amma –
«
 تيبلا لها
تيبلا في امـب يردا
»
– ev əhli (Əhli-beyt) evdə olanları başqalarından daha yaxşı bilir. 
2
  Əhməd  Zeyni  Dəhlan  özünün  “Əs-siyrətün-Nəbəviyyə”  kitabının  “həccətül-vida”  babında  yazır: 
“Peyğəmbər  (s)  Mədinədən  90000  və  ya  124000  nəfərlə  xaric  oldu.”  Bu  saydan  çox  da  deyilmişdir.  Bu, 
onunla  Mədinədən  xaric  olanların  sayıdır.  Amma  onunla  həcc  edənlərin  sayı  bundan  da  çoxdur.  Buradan 
aydın olur ki, onunla olanların sayı 100000-dən çox imiş və hamı “qədir” hadisəsinin şahidi olublar. 
3
 Bu, 15-ci hədisdir ki, 48-ci məktubda verdik və kitabın özündə və haşiyəsində ondan söz açdıq. Yaxşı olar 
ki, bəhs edənlər ondan xəbərdar olsunlar. 


 
161 
saxlamış, ayrılandan sonra ətraf yerlərdə yaymış, beləliklə, hər yerə çatmışdır. Diqqət yetirin 
ki,  əvvəla  Rəhəbə  günü,  möminlərin  əmirinin  (ə)  xilafəti  dövrünə  təsadüf  etmiş,  ikincisi, 
camaat 35-ci hicri ilində Əliyə beyət etmiş və üçüncüsü bilmək gərəkdir ki, özü “qədir” günü 
“həccətül-vida”da olmuşdur. Bu iki günün arasındakı (Rəhəbə və “qədir” günləri) ən azı 25 il 
fasiləyə  baxmayaraq,  bu  vaxt  ərzində  öldürücü  taunlar,  müharibələr  baş  vermişdir.  Əsrin 
dörddə  biri  olan  bu  müddətdə  uzun  müharibələr,  əsirlik,  taun,  öldürücü  vəbanın  təsirindən 
“qədir” günü orada olanların əksəriyyəti, qocalar yaşlılar, həmçinin dəliqanlı cavanlar, bir çox 
mücahidlər dünya ilə vidalaşmışdılar. Belə ki, sağ qalanlar dünyadan köçənlərə nisbətən az bir 
hissəni  təşkil  edirdi.  Qalanlar  isə  hər  bir  tərəfə  dağılışmış  və  “Rəhəbə”  əhvalatında  Əmirəl-
mömininlə (ə) İraqda olanlardan başqa heç kəs sağ deyildi. Beləliklə, 25 ildən sonra 30 nəfərin 
birdən ayağa qalxması, onlardan on ikisisinin Bədr müharibəsinin iştirakçılarından olması və 
“qədir”  hadisəsində  Peyğəmbərdən  (s)  eşitdiklərinə  və  gördüklərinə  şəhadət  verməsi,  o 
hadisənin nə qədər əhəmiyyət daşıdığını göstərir. Əlbəttə, bəzisinin – Ənəs ibn Malik
1
  kimi, 
imamla  düşmənçiliyi  səbəb  oldu  ki,  şəhadət  verməkdən  çəkinsinlər.  Əgər  o  həzrətin  sağ 
qalmış bütün səhabələrini (kişi və qadın) o gün toplayıb, Rəhəbədə and verib, şəhadət istəmək 
imkanı olsaydı, imamın nifrininə düçar olanların sayı, ayağa qalxmış otuz nəfərin neçə misli 
qədər olardı. Siz heç fikirləşmisinizmi, əgər bu sorğu Hicazda və “qədir” əhvalatından az bir 
vaxt sonra baş versəydi, nə olardı və neçə nəfər şəhadət verərdi? Bu həqiqət haqqında düşün 
ki, onu “qədir” hədisinə ən güclü dəlil biləsən.  
Rəhəbə əhvalatı və sorğusu haqqında deyilmiş xəbərlərdən imam Əhmədin Əbu Tüfeylidən 
“Müsnəd”in 4-cü cildinin 370-ci səhifəsində Zeyd ibn Ərqəmin haqqında nəql etdiyini mütaliə 
etsən  kifayətdir.  O,  deyir:  “Əli  camaatı  Rəhəbəyə  yığdı  və  sonra  buyurdu:  “Allah  xatirinə 
şahid  tələb  edirəm  və  “qədir”  günündə  olan  hər  bir  müsəlmandan  istəyirəm  ki,  dursun  və 
Peyğəmbərdən  (s)  eşitdiyini  desin.  Otuz  nəfər  ayağa  durdu.”  Amma  Əbu  Nəim  yazmışdır: 
“Çox adam durdu və şəhadət verdi ki, Peyğəmbər o gün Əlinin əlini tutdu və müsəlmanlara 
dedi:  Bilirsinizmi  ki,  mən  möminlərə  özlərindən  yaxınam?  Dedilər:  Bəli,  ey  Allahın  rəsulu. 
Buyurdu: 
«
و هلااو نم  ملاو ّمهّللا هلاْوم اذهف هلاْوم  ُتنك نم
 
هاداع نم مداع
»
 
Mən kimin mövlasıyamsa, Əli 
onun mövlasıdır. İlahi, onu sevəni sev və ona düşmən olana düşmən ol!” 
Əbu Tüfeyl deyir: “Mən Rəhəbə yığıncağından sonra çox fikirləşirdim ki, necə olub ki, o 
vaxt  ümmətin  əksəri  buna  əməl  etməyib.  Ona  görə  də  Zeyd  ibn  Ərqəmin  yanına  getdim  və 
dedim: Mən Əlidən (ə) eşitdim ki, bu cür sözlər deyirdi. Zeyd dedi: Bu bir həqiqətdir ki, inkar 
yeri yoxdur. Bunu mən də Peyğəmbərdən (s) eşitmişəm.”  
Mən  deyirəm:  Zeydin  şəhadətini  də  Əlinin  (ə)  kəlamını  əshabədən  30  nəfərin  şəhadətinə 
əlavə  edəndə,  nəql  edənlərin  sayı  cəmi  31  nəfər  olur.  İmam  Əhməd  Əlinin  (ə)  kəlamını 
“Müsnəd”in  1-ci  cildinin  119-cu  səhifəsində  Əbdür-Rəhman  ibn  Əbu  Leyladan  belə  nəql 
etmişdir: “Əlini Rəhəbədə gördüm ki, camaatı Allaha and verdi və şahid tələb edib dedi: Bir 
nəfər  durub  şəhadət  versin  ki,  Peyğəmbərin  (s)  özünü  o  zaman  görmüşdür.  Əbdür-Rəhman 
deyir:  Bədrdə  iştirak  edən  12  nəfər  ayağa  durdu.  Elə  bil  ki,  indi  də  onlar  gözlərim 
önündədirlər. Dedilər: Biz şahidlik edirik ki, Qədir-xum günü Peyğəmbərdən eşitdik, deyirdi: 
                                                 
1
  İmam  Əli  (ə)  buyurdu:  “Nə  üçün  Rəsuli-Əkrəmin  əshabələri  ilə  birgə  ayağa  durmadın  ki,  gördüklərinə 
şəhadət  verəsən?  Dedi:  Ey  Əmirəl-möminin,  mənim  ömrümün  çoxu  gedib,  yaddan  çıxarmışam.  Əli  (ə) 
buyurdu:  Əgər  yalan  deyirsənsə,  Allah  səni  bərəsə  (ekzema:  çil-çil  olma)  mübtəla  etsin,  belə  ki,  hətta 
əmmamənlə  də  onu  örtə  bilməyəsən.  Hələ  yerindən  qalxmamışdı  ki,  üzünü  ləkələr  tutdu.  Ondan  sonra 
deyirdi: “Allahın saleh bəndəsinin nifrininə mübtəla oldum.”  
 Mən deyirəm: Bu imam Əlinin məşhur mənaqibindəndir ki, İbn Qüteybə Dinəvəri onu zikr etmiş, “Maarif” 
kitabının  194-cü  səhifəsində  Ənəsi  xəstəliyə  mübtəla  olmuşların  sırasında  vermiş  və  bu  mətləbi  İmam  ibn 
Hənbəl “Müsnəd”in 1-ci cildinin 119-cu səhifəsinin axırında vermişdir. Orada demiş: “O həzrətin nifrininə 
giriftar olmuş üç nəfərdən başqa hamı ayağa durdu.” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə