Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə62/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   58   59   60   61   62   63   64   65   ...   118

 
151 
ƏLLİNCİ MƏKTUB 
13 Məhərrəm 1330 
İmamın imamətə layiq xüsusiyyətlərinin istidlalı. 
Sizin  kimi  nüfuzlu  və  uzaqgörən,  sözün  qayda  və  qaynağına  bələd,  hədəflər  və  onların 
məqsədlərini bilən, Allahın rəsuluna, onun kamil hikmətinə, son peyğəmbərliyinə bələd, sözü 
və  işinin  müəyyən  hədd  və  əndazəsi  olan,  yersiz  və  həvəs  üzündən  söz  deməyən  şəxslərin 
gözündən bu xəbərlərin güddüyü hədəf və məqsədlər yayınmaz. Sənə gizli deyildir ki, “sünən” 
və  xəbərlər  deyirlər  ki,  Əlinin  yüksək  məqamı  və  yeri  vardır.  Buna  görə  də  Allah  və 
peyğəmbərlərinə  caiz  deyildir  ki,  öz  xəlifələrindən  başqa  bir  kəsi  bu  qədər  yüksəltsinlər. 
Beləliklə,  peyğəmbərlərin  sonuncusu  o  məqamı  öz  vəsi  və  vəliəhdindən  başqasına  təqdim 
etməz.  Bundan  başqa,  əgər  bir  şəxs  Əliyə  məxsus  olan  başqa  “sünən”  hədislərini  yaxşıca 
araşdırsa,  görər  ki,  onların  hamısı  (az  bir  hissəsindən  başqa)  imamətdən  savayı  bir  hədəfi 
izləmir.  Bu  mətləbə  ya  “peymani-qədir”  kimi,
1
  ya  da  göstərdiyimiz  həmin  48-ci  məktubdakı 
rəvayətləri misal çəkmək olar. Onlar belədir: “Peyğəmbər (s) buyurmuşdur ki, Əli Quranladır, 
Quran  Əli  ilə.  Heç  vaxt  bir-birlərindən  –hovuz  kənarında  mənə  qovuşana  qədər– 
ayrılmayacaqlar.”
2
 Peyğəmbərin (s) bu sözü o deməkdir ki, “Əlinin mənə nisbəti başın bədənə 
olan nisbətidir.”
3
 Əbdür-Rəhman ibn Ovfun
4
 hədisində deyilir: Peyğəmbər (s) təhdidlə (hədə-
qorxu  ilə)  xitab  etdi:  “And  olsun  o  şəxsə  ki,  canım  onun  qüdrətinin  qəbzəsindədir,  namaz 
qılın,  zəkat  verin,  yoxsa  sizin  yanınıza  bir  şəxsi  göndərəcəyəm  ki,  məndəndir  və  ya  mənim 
canımdır.” Hədisin sonunda gəlmişdir ki, Əlinin əlini tutub dedi: “O şəxs budur.” Bunlar kimi 
başqa xəbərlər çoxdur.  
Mən həqiqətlər dəryasına baş vuran hər bir şəxsin diqqətini, çətinliklərin, anlaşılmazlıqların 
həllini  tapmaq  istəyən  hər  kəsin  nəzərini  bu  faydalı  sözlərə  cəlb  edirəm.  Bu  sözüm  onlara 
aiddir  ki,  həqiqəti  tapmaqdan  başqa  bir  fikirləri  yoxdur  və  araşdırmalarda  təəssübkeşlikdən 
uzaqdırlar.“Ş” 
                                                 
1
 -20, 26, 36 və 40-cı məktublarda onu zikr etdik.  
2
  Hakim  “Müstədrək”in  3-cü  cildinin  124-cü  səhifəsində  və  Zəhəbi  “Təlxis”in  həmin  səhifəsində 
(düzgünlüyünü  açıqlayaraq)  göstərmişlər.  O,  “müstəfiz”  (doğru)  hədislərdəndir  və  hamı  bilir  ki,  Əli 
Quranladır,  Quran  da  Əliylə,  8-ci  məktuba  baxdıqda,  İmamın  yaxınlarının  və  onun  nəslinin  haqqını  başa 
düşərsən. 
3
 Xətib, Bəradan və Deyləmi, İbn Abbasdan onu nəql etmişlər və İbn Həcər “Səvaiq”in 75-ci səhifəsində onu 
vermiş, “Səvaiq”in 2-ci fəslinin 9-cu babında 40-cı hədisin 35-ci hədisinə bax. 
4
 “Kənzül-Ümmal”ın 6-cı cildinin 405-ci səhifəsindəki 6133-cü hədisdir və sənin üçün bircə bu kifayətdir ki, 
o (Əli (ə)), Allahın rəsulunun özü kimidir. Fəxri Razinin “Mübahilə” ayəsinin təfsirində (“Məfatihül-Qeyb” 
təfsiri,  2-ci  cild,  səh.  488)  göstərdiyi  kimi.  Bizim  “Əl-Kəlimətül-Qərra”  kitabında  bu  ayənin  bəhsində 
verdiyimiz mətləbləri nəzərdən qaçırma. 


 
152 
ƏLLİ BİRİNCİ MƏKTUB 
14 Məhərrəm 133 
Bu dəlillərin müxalifi (inkar edəni) vardır. 
 
Sizin  əleyhdarlarınınız  üç  raşid  xəlifələrin  fəzilətləri  haqqında  gələn  “sünən”  xəbərlərini, 
göstərdiyiniz hədislərlə ziddiyyətli sayırlar və mühacirlərlə ənsarın irəlidə gedənlərinin fəziləti 
barədə  varid  olmuş  xəbərlərin  “sünən”də  İmam  Əli  (ə)  haqqındakı  xəbərlərlə  ziddiyyətli 
olması fikrindədirlər. Onun cavabını necə aydınlaşdırırsınız? Vəssalam. 
“S” 


 
153 
ƏLLİ İKİNCİ MƏKTUB 
15 Məhərrəm 1330 
Ziddiyətli iddianın cavabı. 
 
Biz  İslam  yolunda  (mühacir  və  ənsardan)  can  qoyanların  –Allah  onların  hamısını 
bağışlasın–  fəzilətinə  inanırıq.  Belə  ki,  onları  saymaqla  qurtarmaq  olmaz.  Elə  yalnız  bu 
kifayətdir ki, Quranda və Peyğəmbərin sünnəsində onlar haqqında çoxlu fəzilətlər yazılmışdır. 
Biz onları nəzərdən keçirib, götür-qoy etdik. Amma Allah bilir ki, onların Əli (ə) haqqındakı 
məlumatlarla  ziddiyyətli  olduğunu  görmədik.  Hətta  İmamın  başqa  xüsusiyyətləri  ilə  müarizə 
(qarşıdurma) etməyə də layiq deyil. 
Bəli, bizim müxaliflərimiz (öz istədikləri kimi) onlarin fəzilətləri haqqında rəvayətlər nəql 
etmişlər ki, bizim fikrimizcə inandırıcı deyildir. Buna görə də onların bizim göstərdiklərimizə 
olan  etirazı  qeyri-reallıqdan  və  boşboğazlıqdan  başqa  bir  şey  deyildir.  Biz  onları  heç  bir 
vəchlə  (müxalifimiz  tərəfindən  çox  mötəbər  olsalar  da  belə)  mötəbər  hesab  edə  bilmərik. 
Məgər  görmürsünüzmü  ki,  biz  də  öz  rəvayətlərimizi  etiraz  kimi  mübahisə  meydanına 
çıxarmırıq? Müxalifimizin dediklərindən başqa heç nəyi  sübut gətirmirik? (“qədir” və başqa 
hədislər kimi). 
Bütün  bunlardan  başqa,  müxalifimizin  ayrıca  söylədikləri  rəvayətləri  və  bəyan  etdikləri 
fəzilətləri götür-qoy etdik, onlarda nə zikr olunmuş rəvayətlərin əksini gördük, nə də onların 
əleyhinə olan dəlil. Elə buna görə də üç xəlifənin xilafətinin isbatı üçün heç kəs onlardan dəlil 
gətirməmişdir. Vəssalam. 
“Ş” 


 
154 
ƏLLİ ÜÇÜNCÜ MƏKTUB 
16 Məhərrəm 1330 
“Qədir” hədisinin tələbi. 
 
Təkrar olaraq “qədir” hədisinə işarə edirsiniz. Onu sünnilərin hədislərindən bizə oxuyun ki, 
o haqda dərindən axtarış aparaq və fikirləşək. Vəssalam. 
“S” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə