Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə64/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   60   61   62   63   64   65   66   67   ...   118

 
157 
hədisi  Müslim,  Zeyd  ibn Ərqəmdən  (müxtəlif  təriqlərlə)  özünün  “Səhih”  kitabında,  “Fəzaili-
Əli” babında nəql etmiş, amma onu ixtisar edərək, ardını kəsmişdir. Bəli, belə edirlər.
1
 
İmam  Əhməd,  Bəra  ibn  Azibdən
2
  (iki  təriqlə)  nəql  etmişdir  ki,  biz  Peyğəmbər  (s)  ilə 
birlikdə idik. Qədir-xumda dayandıq və həzrət (s) camaat namazı qılınması barədə əmr verdi. 
Peyğəmbər  (s)  üçün  iki  ağacın  altında  yer  hazırlandı.  O,  namazını  qıldıqdan  sonra  Əlinin 
əlindən tutub dedi: “Məgər bilmirsinizmi ki, mən möminlərə özlərindən daha artıq yaxınam?” 
Dedilər: Bəli. Buyurdu: “Bilmirsinizmi ki, mən hər bir möminin mövlasıyam?” Dedilər: Bəli. 
Sonra Əlinin əlini yuxarı qaldırıb buyurdu: “Mən kimin mövlasıyamsa, bu, onun mövlasıdır. 
Ey böyük Allah, onun sevəni sev, ona düşmən olana düşmən ol.” Ondan sonra Ömər Əli ilə 
görüşdü və ona dedi: “Ey Əbu Talibin oğlu, səni təbrik edirəm ki, hər bir mömin kişinin və 
qadının mövlası oldun.”  
Nisai  Sədin  qızı  Ayişədən 
3
  belə  nəql  etmişdir:  “Atamdan  eşitdim  ki,  dedi:  Cöhfə  günü 
Peyğəmbər (s) Əlinin əlindən tutduğu halda xütbə oxudu. O, Allaha həmd-səna edib dedi: “Ey 
camaat,  mən  sizin  mövlanızammı?  Ərz  etdilər  ki,  bəli  (mövlamızsan).  Sonra  Əlinin  əlini 
qaldırıb  dedi:  “Bu  mənim  vəlim  və  canişinimdir,  mənim  borcumu  əda  edir  və  mən  onu 
sevənin  dostu,  sevməyənin  (ona  düşmən  olanın)  isə  düşməniyəm.”  Həmçinin  Səddən  belə 
nəql
4
  olunmuşdur:  “Allah  rəsulu  (s)  ilə  birlikdə  idik.  Qədir-xuma  çatanda  o  həzrət  dayandı. 
Ondan irəlidə gedənlər qayıtdılar, geri qalanlar isə gəlib çatdılar. Camaatın hamısı toplananda 
buyurdu: Ey camaat, sizin vəliniz kimdir? Dedilər: Allah və rəsulu. O həzrət Əlinin (ə) əlindən 
tutub,  qaldırdı  və  buyurdu:  Allah  və  rəsulu  hər  kəsin  vəlisidirsə  (mövlasıdırsa),  bu,  onun 
vəlisidir. Ey böyük Allah, onu sevəni sev, ona düşmən olana düşmən ol.” 
Bu  haqda  rəvayətlər  çoxdur.  Belə  ki,  indi  hamısını bir  yerə  yığıb  yazmaq  mümkün  deyil. 
Bunlar  Əlinin  (ə)  vəliəhdliyini  sübut  edən  aşkar  dəlillərdir  ki,  onun  Peyğəmbərdən  (s)  sonra 
müsəlmanların əmiri olduğunu göstərir. Fəzl ibn Abbas ibn Əbu Ləhəbin
5
 dediyi kimi:  
لو ناك و
 َّيـ
 
 ٍدمحـم دعب دهعلا
 
هـُبحاص نطاومـلا ّلك و ٌّيلع 
“Məhəmməddən  (s)  sonra  Əli  vəliəhddir; 
Çünki hər yanda onunla olmuşdur!” Vəssalam.
 
“Ş” 
                                                                                                                                                   
 “O  gün Qədir-xumun ağacları xilafəti aşkar bəyan etdi,  heyf  ki, itaət olunmadı  və  mən  o günkü  gün  kimi 
gün görməmişdim.” 
 
«
اعيضُا قح هلثم رأ لَو  
ل و
اهوعيابت لاجرلا نك   اـعيبم ارطخ اهلثم رأ ملف
»
 
 “Elə haqq görmədim ki, belə aşkar zay olsun. Amma onlar onu müamilə etdilər (alıb-satdılar). Mən heç vaxt 
belə bir qiymətli müamilə (mal) görməmişdim.” 
1
 2-ci cild, səh. 325. 
2
 “Müsnəd”, 4-cü cild, səh. 281. 
3
  “Xəsaisül-Ələviyyə”nin  4-cü  səhifəsində  “Allah  dərgahında  Əlinin  məqamı”  bölməsində  və  səh.  25-də 
“Onu sevməyə rəğbətləndirmək və onunla düşmənçilikdən çəkindirmək” babında onu nəql etmişdir. 
4
 Nisainin “Xəsais”in 25-ci səhifəsində verdiyi kimi. 
5
 Məhəmməd Məhmud Rafeinin “Haşimiyyat”ın şərhinin müqəddiməsində səh. 8-də verdiyi kimi, Vəlid ibn 
Üqbə ibn Əbu Muitin cavabında deyilmiş şerlərdəndir. 


 
158 
ƏLLİ BEŞİNCİ MƏKTUB 
19 Məhərrəm 1330 
Mütəvatir hədis olmadan necə istedlal etmək olar? 
 
Şiələrin  fikri  belədir  ki,  imamətin  sübutu  üçün  mütəvatir  rəvayətlər  olmalıdır.  Çünki 
onların  fikrincə,  imamət  üsuli-dinin  bir  hissəsidir.  Beləliklə,  “qədir”  hədisinin  istedlalı  üçün 
imkan  yoxdur.  Baxmayaraq  ki,  hədisin  əsli  onların  təriqiylə  şübhəsiz  və  düzgündür,  amma 
sünnilər onu mütəvatir hədis hesab etmirlər. Vəssalam. 
“S” 


 
159 
ƏLLİ ALTINCI MƏKTUB 
22 Məhərrəm 1330 
1. Təbii qanunlar “qədir” hədisinin təvatürünü tələb edir. 
2. Allahın ona inayəti. 
3. Rəsulullah(s)in ona inayəti. 
4. Əmirəl-möminin(ə)ın ona inayəti. 
5. Hüseynin inayəti. 
6. Doqquz imamın inayəti. 
7. Şiələrin ona inayəti. 
8. Sünnilərin təriqiylə “qədir” “nəss”inin təvatürü. 
 
24. cü məktubda verdiyimiz istidlallar burada da verilir və sizə kifayətdir.  
1.  “Qədir”  hadisəsinin  təvatürü  təbii  qanunauyğunluqla  mütənasibdir.  Çünki,  Allah  belə 
istəmişdir.  Adətən,  böyük  tarixi  hadisələr  belədir  ki,  bir  millətin  əksəriyyəti  qiyam  edir, 
minlərlə adamın gözü görür, qulağı eşidir, müxtəlif  yerlərdən toplaşan minlərlə insanın gözü 
qarşısında  yerinə  yetirilir  ki,  onun  xəbərinin  başqalarına  çatması  labüd  məsələdir.  Xüsusilə, 
əgər bu hadisə Peyğəmbərin Əhli-beyti ilə əlaqədar olarsa, onun xəbəri hara olsa çatar. Heç 
belə bir hadisə vahid bir xəbər ola bilərmi? Yox, heç vaxt. Əksinə, günəş işığı kimi yayılmalı, 
quru  və  suyu  bürüməlidir. 
 ًلايموْحتح مهَّللا  متَّنُسمل حدمحتَ نحلحو  ًلايمدْبحـت مهَّللا  متَّنُسمل حدمحتَ نحلحـف
  “Sən  Allahın  qoyduğu 
qayda-qanununda heç bir dəyişiklik tapmazsan.” (Fatir, 43) 
2. “Qədir” hadisəsi böyük Allahın inayət yeri olmuşdur. Çünki, onu Öz peyğəmbərinə vəhy 
buyurmuş,  Qurandan  bir  ayə  onun  haqqında  nazil  etmişdir  ki,  müsəlmanlar  gecə-gündüz  – 
həm xəlvət, həm aşkar dualarında, namazlarında, minbərdə, məscid və ibadətgahların hündür 
minarələrinin üstündə, xülasə, hər bir yerdə onu tilavət etsinlər (oxusunlar): 
 احم ْغِّلحـب ُلوُسَّرلا احهُّـيحأ احي
 حلاحسمر  حتْغَّلحـب احمحف ْلحعْفحـت َّْلَ نمإحو  حكِّبَّر نمم  حكْيحلمإ  حلمزنُأ
 مساَّنلا  حنمم  حكُممصْعحـي ُهّللاحو ُهحت
  “Ey  Peyğəmbər,  Pərvərdigarın 
tərəfindən  sənə  nazil  olunmuşları  təbliğ  et.  Əgər  bunu  etməsən,  Allahın  risalətini  yerinə 
yetirməmişsən. Allah səni insanlardan qoruyacaq.”
1
 
                                                 
1
  Maidə,  ayə  67.  Şiələrin  fikrincə,  bu  ayə  sorğu-sualsız  Əlinin  vilayəti  haqqında,  Qədir-xum  günü  nazil 
olmuş  və  bu  haqda  bizim  xəbərimiz  Əhli-beyt  imamları  tərəfindən  deyilmişdir.  Amma,  imam  Vahidinin 
“Əsbabün-nüzil”  kitabının  150-ci  səhifəsində  “Maidə”  surəsinin  bu  ayəsinin  təfsirində  qeyri-itrət  təriqiylə 
iki mötəbər təriqdən verdikləri sizə kifayət edər. O, Ətiyyə və Əbu Səid Xidridən nəql edir ki, bu ayə Qədir-
xumda Əli ibn Əbu Talib haqqında nazil olub.  
 Mən  deyirəm:  Bu  xəbəri  Hafiz  Əbu  Nəim  özünün  “Nüzulul-Quran”  kitabında  bu  ayənin  təfsirində  iki 
sənədlə  nəql  etmişdir  ki,  biri  Əbu  Səiddən,  digəri  Əbu  Rafedəndir.  İmam  İbrahim  ibn  Məhəmməd 
Həməveyni  Şafei  “Əl-Fəraid”  kitabında  da  onu  çoxlu  təriqlərlə  Əbu  Hüreyrədən  nəql  etmişdir.  İmam  Əbu 
İshaq Sələbi ayənin mənasında özünün “Kəbir” təfsirindən iki mötəbər sənədlə onu vermişdir. Bunları şahid 
gətirməkdən məqsəd odur ki, bu ayənin nüzulundan əvvəl namaz qılınırdı, zəkat, oruc, həcc vacib idi, halal-
haram bəyan olmuşdu, şəriətin nizam və ehkamları müəyyənləşdirilmişdi.  
 Beləliklə,  vilayət  əhdindən  başqa  hansı  məsələ  qalmışdı  ki,  Allah  tərəfindən  belə  təkidə  səbəb  olmuş  və 
onun  elan  olunması  israrı  bir  növ  təhdid  şəkli  almışdı?  Peyğəmbər  xilafətdən  başqa  hansı  işin  təbliğində 
fitnədən qorxmuşdur ki, Allah tərəfindən xalqın əziyyətindən qorunmasına ehtiyacı var idi? 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə